Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acıgöl
Acıgöl (Çardaq gölü) — Türkiyənin Afyonkarahisar və Dənizli vilayətləri ərazisində yerləşən göl. Dənizli vilayətinin ən böyük gölü olan Acığölün ümumi sahə 41,5 km²-dir. Bunun 20 km²-i Afyonkarahisar vilayətinin Başmaqçı və Dazkırı mahalları ərazisinə düşür. Gölün dərinliyi 150 sm ilə 210 sm arasındadır. Yaz mövsümündə suyu azalır, bəzən isə tamam quruyur. Göl öz suyunu ətrafdakı dərələrdən axan kiçik bulaqlardan və Gəmiş bulağından alır. Adından da aydın olduğu kimi gölün suyu acıdır və burada heç bir canlı orqanizm yaşamır. Gölün suyundan natrium sülfat (Na2SO4.10 h2O) əldə edilir. Gölün şərqində yerləşən dağlarda durna, çöl ördəyi, çöl qazı və flaminqo kimi köçəri quşlara rast gəlmək olar. Acığöl Türkiyənin natrium sulfat ehtiyatlarına malik ən böyük, dünyanın isə ikinci böyük gölüdür.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). 15 noyabr 1956-cı ildə doğulub. Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Bacoğlu
Bacoğlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur. == Toponomikası == 1918-ci ildə qazaxların Qarapapaq tayfasından ibarət əhalisi qovulmuş və 1915-1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Sonra əhalinin bir hissəsi geri qayıtmışdır.
Bakıqulu
Bakıqulu — Osmanlı imperiyasında Tənzimat dövrünə qədər vergi müfəttişlərinə verilən ad. Həmin məmurlar vergiləri yığıb, vergi ilə bağlı yoxlamalar aparıb, araşdırmalar açıb, bu məsələni izləyiblər. Bakıqulu məmurları ilk dəfə 1512–1520-ci illər arasında Yavuz Sultan Səlim tərəfindən təyin edilmişdir. Onların ilkin vəzifəsi dövlət adından gəlir və məxaric işlərinə cavabdeh olan digər məmurların hərəkətlərini yoxlamaq idi. Birinci qrupda 60-a yaxın adam xidmət edirdi. Onlar sonralar vergi toplamaq, vergi borcu olanları təqib etmək, müxtəlif maliyyə cinayətlərini izləmək, pul paylamaq, vergi işlərində dövlət adından məlumat vermək kimi vəzifələri də öz üzərinə götürmüşdülər. Bu məmurların hazırladıqları hesabatlar dövlət üçün böyük əhəmiyyət kəsb edirdi və tez bir zamanda işlənib, lazımi tədbirlər görülmüşdür. Bu məmurlara "Başbakıqulu" adlı bir müdir nəzarət edirdi. Tənzimatdan sonra adları dəyişdirilərək maliyyə müfəttişi olmuşdur.
Bigül
Bigül – Şəki rayonu ərazisində dağ. Yerli əhalinin məlumatına görə, toponim Birgül adının təhrif olunmuş formasıdır. Bi komponenti qədim abidələrin dilində "iti uclu, ülgüc" mənasında, gül komponenti isə türkdilli xalqların toponimiyasında qul variantında "yarğan, qaya" mənasında işlənir. Bu baxımdan oronim "iti uclu qaya" kimi izah oluna bilər.
Bibigül Tölegenova
Bibigül Əhməq qızı Tölegenova (qaz. Бибігүл Ахметқызы Төлегенова, 16 dekabr 1929, Semey, Qazaxıstan MSSR) — ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera sənətçisi (lirik və koloratura soprano), aktrisa və müəllim. Mükafatları arasında Sosialist Əməyi Qəhrəmanı (1991), Sovet İttifaqı Xalq Artisti (1967) və Sovet İttifaqı Dövlət Mükafatı (1970) vardır. == Həyatının ilk illəri == Tölegenova 16 dekabr 1929-cu ildə Qazax Muxtar Sosialist Respublikasının Semipalatinsk (hal-hazırkı Semey) bölgəsində musiqiçi ailəsində dünyaya gəlmişdir. Atası kaman ifaçısı, anası isə müğənni olmuşdur. 1937-ci ildə atası Katon-Karagayda həbs edildi və sonra onun haqda məlumat olmadı. 1946-cı ildə axşam məktəbində oxuyarkən, həvəskar formada mahnı oxuya biləcəyi ət fabrikinə işə düzəldi. O zaman sürgündə Semipalatinskidə olan yazıçı Qalina Serebryakovanın diqqətini çəkdi. Ardından Serebryakova Tölegenovanın valideynlik hüquqlarına sahib oldu və ona ilk musiqi dərsləri verdi. Serebryakovanın israrından sonra Bibigül Almatıda olan Kazan Konservatoriyasının vokal və xor fakültəsinə girdi.
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Baqul Berdiyeva
Baçiu (Arxangel)
Baçıu (başq. Баҫыу, rus. Басиновка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 16 km, kənd sovetliyindən (Bakaldı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (38%), ruslar (33%) üstünlük təşkil edir.