Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Badyan
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ləkəli badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. == Yayılması == Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Xallı badyan

Əsl badyan
Baiya
Baiya (port. Bahia) — Braziliyanın şərqində, Atlantik okean sahillərində yerləşən ştat. Ştat əhalisinin sayına görə Braziliyada dördüncü, sahəsinə görə siə beşinci yerdədir. İnzibati mərkəzi Salvador şəhəridir. Şəhər Bütün müqəddəslər buxtası sahilində qərarlaşır. Ştatın adı da portuqalcadan tərcümədə «buxta» mənasını verir. == Coğrafiya == Ştat Braziliya alcaq dağlıq sərhəbi bonunca Alaqoas, Pernambuku və Piaui, qərbdən Tokantins və Qoyas, cənubdan Minas-Jerays və Espiritu-Santu mtaları ilə sərhədə malikdir. Ərazisindən axan San-Fransisko çayı üzərində sahəsi 4214 km² olan Sobradinyo su anbarı mövcuddur. === İqlimi === İqlimi turopikdir. Orta illik temperatur +22 ºС-dir.
Banya
Banya (rus. баня) — soba ilə buxar hamamıdır. Buxar və yüksək istilik hamamlarda tərləməyə səbəb olur.
Nadya
Nadya — qadın adı. Nadya Nojarova — Bolqarıstanın operetta müğənnisi və aktrisa Nadya Dorofeyeva — Ukraynalı müğənni, aktrisa və dizayner. Nadya Ruşeva — Sovet qrafika rəssamı. Nadya Byorlin — Amerika aktrisası, müğənni və model.
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Ageratina badia
Ageratina badia (lat. Ageratina badia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium badium Klatt ex Klatt Eupatorium chlorophyllum Klatt Eupatorium chlorophyllum Klatt ex T.Durand & Pitt.
Al Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010).Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Badra İrgit
Badra Üjüneyoğlu İrgit (Tuva türkcəsi: Бадра Үжүней-оглу Иргит, d. 10 fevral 1919 – 4 avqust 1984) - Tandı Tuva ölkəsi, Ambın kojununda (indiki Tes-Hem bölgəsi) Çırqalandında anadan olmuşdur. Tuva türklərindən olan yazıçı, nasir. İlk tuvalı uşaq yazıçısı olan Badra İrgit XX əsr Tuva ədəbiyyatının ən böyük nümayəndələrindən hesab edilir.. Tuva Arat Respublikasının Yazıçılar Birliyinin ilk üzvlərindən biridir. == Həyatı == İrgit 10 fevral 1910-cı ildə Tandı Tuva Ambın vilayətində Çırqalandı adlı yerdə anadan olmuşdur. Oxuma-yazmanı Samaqalday Buda düşüncəsi məbədində öyrənmişdir. Kiçik yaşlardan etibarən xarratlıq, əkinçilik etmişdir. 1929-cu ildə Tıvanın inqilab ordusunda xidmət etmişdir. Arat İnqilab Ordsuunun Kiçik Komandanlar Məktəbini bitirib, Moskvanın Frunze adına Hərb Akademiyasında və Sovet Partiya Məktəbində təhsil almışdır.
Badra İtgit

Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.
Catopuma badia
Felis badia
Kalimantan pişiyi (lat. Pardofelis badia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. == Yaşam tərzi == Kalimantan pişiyi tropik meşələrdə və qayalıq yerlərdə yaşayır.Qidalanması haqda dəqiq məlumat yoxdur.Gecə aktiv olduğu kiçik məməlilər,gəmiricilər,meymun və quş ovladığı təxmin edilir.
Nadya Byorlin
Nadya Aleksandra Byorlin (ing. Nadia Alexandra Bjorlin; 2 avqust 1980) — Amerika aktrisası, müğənni və model. Nadiyanın atası isveçli, anası iranlıdır.
Nadya Dorofeyeva
Nadya Volodimirivna Dorofeeva (21 aprel 1990, Simferopol, Krım vilayəti[d], Ukrayna SSR, SSRİ) — Ukraynalı müğənni, aktrisa və dizayner.. == Həyat və fəaliyyəti == === Erkən illəri === Nadya 21 aprel 1990-cı ildə hərbçi ailəsində anadan olub. Nadyanın anası aktrisa olmaq arzusunda idi, ancaq valideynlərinin təkidi ilə diş həkimi olmuşdu, səhnəyə olan sevgisi qızı tərəfindən həyata keçirildi. O, Simferopolda 3 saylı liseydə oxuyub. Kiçik yaşlarından Nadya uşaqların müxtəlif vokal və rəqs yarışmalarında iştirak etmişdir: "Cənubi Ekspres" (2002), "Qara dəniz Oyunları" (2004). 12 yaşında, Simferopolda "Albion" gecə klubunda çıxış etməyə başladı, burada müasir tərtibatda Ukrayna mahnılarını oxudu. === 2005—2009: "M.Ç.S." qrupu və solo karyerası === 2005-ci ildə Nadya Dorofeeva, "Rusiyanın Qızıl Səsi" yarışmasında iştirak etdi və burada rus prodüser Dmitri Aşirov tərəfindən qız qrupunun solisti olmaq təklifini aldı. 2007-ci ildə qrupun studiya buraxılışından qısa müddət sonra, Dorofeeva "M.Ç.S."-i tərk edərək Kiyevə qayıtdı və burada prodüser İqor Kondratyuk tərəfindən Amerika şansı layihəsinə cəlb edildi. Layihədən sonra yenidən Moskvaya getdi, burada böyüklər üçün vokal dərsləri verdi. Dorofeeva, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal fakültəsinin qiyabi şöbəsində oxudu.2008-ci ildə Dorofeeva Kiyevdə solo karyerasına başladı və ilk solo albomu olan Markizanı çıxardı.
Nadya Komaneçi
== Həyatı ==
Nadya Muşka
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Nadya Nojarova
Nadya Nojarova və ya Kontes Nadya de Navarro Farber (tam adı: Nadya Nojarova, bolq. Надя Матеева Ножарова; 21 noyabr 1916 – 18 aprel 2014, Lonq-Aylend[d], Nyu-York ştatı) — Bolqarıstanın operetta müğənnisi və aktrisa, Amerikalı sahibkar, xeyriyyəçi və ispan kontesi. == Həyatı == Nadya Nojarova 21 noyabr 1916-cı ildə Plevendə anadan olmuşdur. Atası elektrik materialları alverçisi idi. Nadya Plevenə qayıtmazdan əvvəl Loveçdə Amerikan qızlar məktəbində oxumuş və 1934-cü ildə öz karyerasına "Angel Sladkarov" operetta teatrında başlamışdı. O, həmin teatrla Bolqarıstanda qastrol səfərlərinə getmişdi. Teatr qrupunun dağılmasından sonra o, "Odeon", "Bolqarıstan" və "Korporativ teatrı" kimi teatrlarda çıxış etdi. Daha sonra Almaniyaya köçmüş və burada ifaçılıq üzrə dərs almışdı. Bolqarıstana qayıtdıqdan sonra 1942-ci ildə "Məhkəmə" (Izpitanie) filmində oynamışdır.18 aprel 2014-cü ildə Lonq Aylenddə vəfat etmişdir. == Ailəsi == 1936-cı ildə "Angel Sladkarov" operetta teatrında çıxış etməyə başladıqdan bir neçə gün sonra Troyan monastrında Angel Sladkarov ilə ailə həyatı qurmuşdu.
Nadya Ruşeva
Nadejda (Nadya) Nikolayevna Ruşeva (31 yanvar 1952, Ulan Bator - 6 mart 1969, Moskva) Sovet qrafika rəssamı. == Bioqrafiya == Nadejda Ruşeva Ulan Batorda Sovet rəssamı Nikolay Konstantinoviç Ruşevin ailəsində anadan olub (1918-1975). Anası Natalya Doydalovna Azikmaa-Ruşeva (1926-2015) ilk Tuva balerinası idi. 1952-ci ilin yayında ailə Moskvaya köçdü. Nadya beş yaşında rəsm çəkməyə başladı və heç kim ona necə rəsm çəkməyi və məktəbdən əvvəl oxumaq və yazmağı öyrətmədi. Yeddi yaşında birinci sinif şagirdi olmaqla, hər gün dərsdən sonra yarım saat mütəmadi olaraq rəsm çəkməyə başladı. Sonra bir axşam atası bu sevimli nağılı ucadan oxuduğu zaman o, Puşkinin "Çar Saltan nağılı" üçün 36 şəkil çəkdi. == Ölümü == 6 mart 1969-cu ildə xəstəxanada beyin damarının anadangəlmə anevrizması və beyində qanaxma səbəbiylə həyatının 18-ci ilində vəfat etdi. == Sərgilər == 1964-cü ilin may ayında Gənclər jurnalı (Nadya beşinci sinifdə oxuyurdu) tərəfindən ilk rəsm sərgisi təşkil edildi. Elə həmin il bu sərgidən sonra, cizgilərinin ilk nəşrləri jurnalın 6 nömrəsində cəmi 12 yaşında ikən ortaya çıxdı.
Nadya Sementsova
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Nişka-Banya
Nişka-Banya (serb. Ни́шка Ба́ња/Niška Banja) — Serbiyada, Niş şəhəri yaxınlığında yerləşən şəhər, kurort. Eyni adlı Nişka-Banya icmasının mərkəzi. 2011-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi 4180 nəfərdir. == Ümumi məlumat == Nişka-Banya şəhəri Niş şəhərindən, Niş-Sofiya avtomaqistraldan 9 km cənubda yerləşir. Şəhər Suva Planina dağlarının ətəyindədir. Şəhərə ən yaxın hava limanı — Niş Hava Limanıdır. Ölkə paytaxtı Belqraddan şəhəri 250 km-lik məsafə ayırır. Şəhərin dəniz səviyəsindən orta hündürlüyü 248 metrdir. İlk dəfə şəhər haqqında 448-ci ildə məlumat verilmiş.
Pardofelis badia
Kalimantan pişiyi (lat. Pardofelis badia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. == Yaşam tərzi == Kalimantan pişiyi tropik meşələrdə və qayalıq yerlərdə yaşayır.Qidalanması haqda dəqiq məlumat yoxdur.Gecə aktiv olduğu kiçik məməlilər,gəmiricilər,meymun və quş ovladığı təxmin edilir.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. == Coğrafiya == === Yerləşməsi === Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Salvador, Baiya
Salvador, Baiya və ya Salvador da Bahia — Braziliyanın şimal-şərq bölgəsində yerləşən Bahia əyalətinin paytaxtıdır.Salvadorda çoxsaylı karnavallar təşkil edilir. Yeni Dünyadakı ən qədim şəhərlərdən biridir və Braziliya koloniyasının ilk paytaxtı olmuşdur. Salvador Latın Amerikasında doqquzuncu ən sıx şəhərdir və Bahia, San-Paulu və Rio-de-Janeyrodan sonra Braziliyada üçüncü ən çox əhalisi olan şəhərdir. Salvador Braziliyanın ən yoxsul bölgəsi olan Bayianın şimal-şərq hissəsindəki ən inkişaf etmiş bölgəsidir. Əhalinin 80% -nin qarışıq və Afrikalı olduğu bu şəhərdə Afrika Braziliyalıların mədəniyyəti üstünlük təşkil edir. Tarixi keçmişi olan şəhər mərkəzi 17 və 19-cu əsrlərdə inşa edilmiş Portuqaliya koloniya dövrünün memarlıq və monumental strukturları ilə məşhurdur. Şəhər 1985-ci ildə UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi siyahısına qəbul edildi.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.