Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balaton gölü
Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı, regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır. Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır. == Adı == Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero, slovak. Blatenské jazero).
Balaton gölü əməliyyatı
Balaton gölü əməliyyatı (alm. Plattenseeoffensive‎) — II. Dünya Müharibəsi zamanı Şərq Cəbhəsində baş verən son Alman döyüş hücumudur. Əməliyyat Macarıstan ərazisinin cənub-qərb hissəsində 6–16 mart 1945-ci il tarixləri arasında icra edilmişdir. Əməliyyat Almanca Plattensee Hücumu, Rusca Balaton Müdafiə Hərəkatı və İngiliscə Balaton Gölü Hücumu kimi tanınır. Hazırlıqları böyük bir gizlilik içində davam etdirilən döyüş, 6 mart 1945-ci ildə Balaton gölü yaxınlığında başlanılıb. Bölgə Rumıniya nefti itirildikdən sonra Almaniyanın neft ehtiyacını təmin edən son region olması səbəbindən çox əhəmiyyətli idi.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Balakən
Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Balaxanı
Balaxanı — Bakı şəhərinin Sabunçu rayonunda şəhərtipli qəsəbə. Neft bumundan əvvəl əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və bostançılıq olmuşdur. == Coğrafi mövqeyi və tarixi == Bakının ən qədim qəsəbələrindən sayılır. Qəsəbə Bakının şimal—şərqində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki — "Yuxarı" və "Aşağı" — məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu məhəlləsi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlamışdır. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10–15 metr olan paralel küçələr şəklində salınmışdır.
Balaxna
Balaxna — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir. == Tarixi == Müasir Balaxna Nijni Novqorod vilayətində şəhər, həm də Volqa çayı üzərində gəmi dayanacağı kimi tanınır. Şəhər ərazisində Balaxna düşərgəsi (Neolit dövrünə aid) aşkar edilmişdir. Tarixən Volqa boyunda Çeremis, Udmurt tatarları, bulqarlar yaşamışdılar. Vladimir-Suzdal knyazlarının Bulqar hakimləri ilə ardıcıl müharibələri (1164, 1186, 1205, 1220, 1230) Rusun Şərqə doğru xeyli miqyasda böyüyüb genişlənməsinə gətirib çıxardı. Nijeqorod knyazı Kostantin Vasilyeviç (1309-1355) Oka, Kudma, Volqanın sağ qollarının üstünü ruslarla məskunlaşdırdı. Oğlu Boris Konstantinoviç zamanı isə rus kəndləri Volqa sahilləri ilə Sura çayına qədər yayıldılar; çuvaşlar, mordvalılar ruslarla bərabər Sura çayının sahillərində qarışıq yaşamağa başladılar. Böyük Moskva knyazı III İvan 1479-cu ildə Nijni Novqorodlulardan təşkil olunmuş qoşunu buraya səfərbər etdi. Birbaşa Roma papasının tövsiyəsi ilə sonuncu Bizans şahzadəsi ilə evlənən III İvan tezliklə tatar-türk əsilzadələrinə münasibətini sərtləşdirdi; onların xristianlığa keçməsi sürətləndirildi. 1478-ci ildə indiyədək müstəqilliyini saxlamış Böyük Novqorodu zəbt edib onun əhalisini bu ərazilərə, o cümlədən Balaxnaya köçürdü.
Balaşov
Balaşov — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Şalaxo
Şalaxo, Şələqoy və ya Şələküm — Cənubi Qafqaz və Azərbaycanda məşhur olan rəqs. Şalaxoyun ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. İğdırda xalq oyunu olaraq oynayırlar. Şələqoy rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" (1940) baletində də yer alıb. Şalaxo Cənubi Qafqazda məşhur olan rəqslərindən biridir.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Məlikzadə (Balakən)
Məlikzadə — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Şimali Makedoniyalı atıcı. Nina Balaban Şimali Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Ovdan (Balaxanı)
Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan. Ovdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Balaxanı qəsəbəsində yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa olunub. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ehtimal olunur ki, Qum hamamı inşa edildikdən sonra ilk dövrlər Ovdandan götürülən su ilə təchiz olunub. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan yonulub, düz su mənbəyinə qədər enir. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir.
Qarahacılı (Balakən)
Qarahacılı — Azərbaycan Respublikasının Balakən rayonunun Kortala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlili (Balakən)
Qaravəli (Balakən)
Qaravəlli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Qullar (Balakən)
Qullar — Azərbaycan Respublikasının Balakən rayonunun Qullar kənd inzibati ərazi dairəsində kənd. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qərara görə, Qullar kəndinin müəyyən bir ərazisi Balakən şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Ruslan Baladov
Sarıbulaq (Balakən)
Sarıbulaq — Azərbaycan Respublikasının Balakən rayonunun Sarıbulaq kənd inzibati ərazi dairəsində kənd.
Balaban (tayfa)
Balaban və ya Balabanlı — Türkiyənin Mərmərə, Egey, Mərkəzi Anadolu və Şərqi Anadolu bölgələrində yaşayan tayfası. Onların Əfşar boyundan olduğu da iddia edilir. Onlar XVI əvvəllərindən bəri Osmanlı daxilində ələvi tayfası kimi tanınırlar. Balaban tayfası Xorasan mənşəlidir. == Etimologiyası == "Balaban" farsmənşəli sözdür.