Balakən Tarix-Diyarşünaslıq Muzeyi
Balakən rayon Tarix- Diyarşünaslıq muzeyi — 1984-cü ildə fəaliyyətə başlamışdır. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılan muzey 2003-cü ildə yenidən fəaliyyətə başlayıb.
== Muzey binası ==
Muzey birmərtəbəli binada yerləşir. Muzeyin ümumi sahəsi 322, 7 m², ekspozisiya sərgi sahəsi 232 m², fond saxlama sahəsi 12 m²-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 5000-dən artıq eksponat vardır.
== Muzey eksponatları ==
Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Muzeydə daş , tunc, erkən orta əsrlər və orta əsrlər , XVIII, XIX, XX əsrlər və müasir dövrə aid eksponatlar nümayiş olunur. Muzeyin fondu 5158 ədəd eksponat təşkil edir.
Muzeyin 7 ekspozisiya zalında eksponatlar nümayiş etdirilir:
Qədim dövrlərə aid eksponatlar
Orta əsrlərə aid eksponatlar
Rayonun əkinçilik adətlərini əks etdirən eksponatlar
Rayonun yerli məişət əşyaları
Rayonun diyarşünaslığını əks etdirən eksponatlar
Rayonun flora və faunasına aid eksponatlar
Rayonun yeraltı və yerüstü sərvətlərini əks etdirən eksponatlar.
== Muzey ekspozisiyası ==
Muzeyin ekspozisiya zalında tunc dövrü və antik dövrü əks etdirən eksponatlar rayon ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur.