Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Yasamal
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 245 900 nəfərdir.
Baskak
Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Baymak
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. == Tarixi == Basaraba sülaləsi bu günkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. == Valaxiya dövlətinin qurulması == Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.
Yasamal MFK
Xızı Futzal (keçmiş adı Yasamal fk Minifutbol Klubu) - Azərbaycanda futzal klubudur.| gmail: = [email protected] Klub Rəhbəri : Orxan Allahverdiyev == Tarixi == Klub 2014-cu ildə Bakı şəhərində təsis edilib. == Uğurları == 2016-2017-ci il mövsümündə 4-cü 2017-2018-ci il mövsümündə 6-cı yeri tutub.2018-2019-cu il mövsümündə 5-ci yeri tutub. == Heyəti == 10 Mahammad Osmanov |Azerbaycan |hücumçu |10.02.1992 == Bombardirlər == Morteza Cahandost bu mövsüm 17 qol vuraraq liqada 15-ci yerdə qərarlaşdı.
Yasamal bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yasamal gölü
Yasamal gölü — Azərbaycan ərazisində göl. == Haqqında == Yasamal-1 gölünün ətrafında bir sıra abadlaşdırma və yaşıllaşdırma işləri görülüb, gölə axıdılan məişət-kommunal çirkab sularının qarşısı alınıb. Görülən işlər bilavasitə gölün ekoloji vəziyyətinə müsbət təsirini göstərib. Belə ki, gölün oksigen rejmi tam bərpa olunub və suda həll olmuş oksigenin konsentrasiyası yüksəlib, onun biokimyəvi sərfi digər göllər ilə müqayisədə kəskin şəkildə azalıb. Göl suyunun minerallaşmasına görə Yasamal-1 gölü şortəhər sulu göllər qrupuna aiddir. Əsas ionların konsentrasiyası təbii fon daxilində tərəddüd edir və sanitar normanı aşmır. Suyun spesifik çirkləndiricilərndən ancaq fenollar və misin miqdarı normanı bir qədər aşır, bu da onların uzun illər ərzində gölün dibində toplanması və yenidən suyun üst qatlarına qalxması ilə əlaqədardır (təkrar çirklənmə prosesləri). Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir.
Yasamal parkı
Yasamal parkı — Bakı şəhərinin Yasamal rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yerləşən şəhər parkıdır. == Tarixi == Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Yasamal parkının açılışı 25 dekabr 2014-cü ildə prezident İlham Əliyev tərəfindən baş tutub. Parkda geniş yaşıllıq işləri görülüb, abadlıq-quruculuq işləri həyata keçirilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb və iki kafe fəaliyyət göstərir.
Yasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı (bəzən "Qurd qapısı" qəbiristanlığı kimi qeyd olunur) — Azərbaycanın Bakı şəhərində yerləşən qəbiristanlıq. Qəbiristanlıq 1940-cı illərdə salınıb. Qəbiristanlıq əsas üç hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var. == Qəbiristanlıqda dəfn olunmuş məşhur şəxslər == Nigar Şıxlinskaya (1878–1931), şəfqət bacısı Əliağa Şıxlinski (1863–1943), general-leytenant, dövlət xadimi Məşədi Süleyman bəy Mansurov (1872–1955), musiqi tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri Mir Cəfər Bağırov (1896–1956), Azərbaycan SSR Kommunist Partiyasının MK rəhbəri, general-polkovnik Asəf Zeynallı (1909-1932), bəstəkar Nadir Mansurov (1916–1972), tarzən Həsənağa Turabov (1938-2003), aktyor Vaqif Mustafazadə (1940–1979), bəstəkar, caz pianoçusu Əliağa Ağayev (1913–1983), aktyor Əşrəf Quliyev (1924–1994), teatr rejissoru Rübabə Muradova (1933–1983), xanəndə Bəhram Mansurov (1911–1985), tarzən Səməndər Rzayev (1945–1986), aktyor Ceyhun Mirzəyev (1946–1993), aktyor, rejissor İsmayıl Hacıbəyov (1949-2006), bəstəkar Hamlet Qurbanov (1938–1995), aktyor Eldəniz Zeynalov (1937–2001), aktyor Oqtay Ağayev (1934–2006), müğənni Gülşən Qurbanova (1950–2006), aktrisa Həkim Qəni (1918–2008), şair Vəfa Quluzadə (1940–2015), diplomat, ictimai-siyasi xadim Fuad Poladov (1948–2018), aktyor Səfurə İbrahimova (1938–2020), aktrisa Arif Quliyev (1950–2021), aktyor Rəmiş (1944–2021), gitara ifaçısı Ramiz Əzizbəyli (1948–2021), aktyor, kinorejissor Yaqub Zurufçu (1956-2021), müğənni Nurəngiz Gün (1938-2014), şairə Tünzalə Əliyeva (1973-2023), aktrisa, əməkdar artist. Ramiz Novruz (1955-2023), aktyor, xalq artist.
Yasamal rayonu
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 245 900 nəfərdir.
Yeni Yasamal
Yeni Yasamal — Bakının Yasamal rayonu ərazisində yaşayış massivi. == Tarixi == Yeni Yasamal yaşayış massivi 1990-cı illərdə salınmışdır. == Coğrafiyası == Yaşayış massivi müxtəlif relyefli ərazidə yerləşir. Massiv Yasamal rayonunun qərbindədir. Bir tərəfi Qaradağ rayonu ilə sərhəddir. == Səhiyyə == Xiyabani küçəsi 25-də yerləşən 39 saylı şəhər poliklinikası massiv sakinlərinə xidmət göstərir. == Təhsil == === Məktəblər === 286 saylı tam orta məktəb 308 saylı tam orta məktəb Şuşa şəhər 1 saylı tam orta məktəb Cəbrayıl rayon Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbi === Bağçalar === 98 N-li körpələr evi "Yelləncək" körpələr evi "Albalı" uşaq bağçası "Disney" uşaq bağçası "Nağıllar dünyası" uşaq bağçası == Küçələri == Massivdə Əsəd Əhmədov və Xiyabani küçələri 2018-ci ildə əsaslı təmir edilmişdir.
Yasamal (dəqiqləşdirmə)
Yasamal rayonu Yasamal (yaşayış massivi) Yeni Yasamal Yasamal gölü Yasamal vadisi Yasamal (İraq) Yasamal — Şamaxı rayonu ərazisində çay. Yasamal — Gədəbəy rayonunda aşırım. Yasamal dərəsi — Abşeron yarımadasının cənub-qərb kənarında, uzunsov qapalı dərə. Yasamal keçidi — Abşeron yarımadasında Yasamal dərəsindən Yasamal platosuna qalxan yoxuş ustundə süni açılmiş keçid.
Abzak (Baymak)
Abzak (başq. Абҙаҡ, rus. Абзаково) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 62 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 29 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Akmoron (Baymak)
Akmoron (başq. Аҡморон, rus. Акмурун) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 13 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 56 km. == Əhali == == Tarixi == 1912-ci ildə Akmoron kəndinə mordvalılar, həmcinin ruslar gəlmişlər.
Aktau (Baymak)
Aktau (başq. Аҡтау, rus. Актау) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 11 km, kənd sovetliyindən (Akmoron): 4 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 42 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə baçqırdlar (100%) üstünlük təşkil edir.
Alqazı (Baymak)
Alqazı (başq. Алғазы, rus. Алгазино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 50 km, kənd sovetliyindən (Əbdülkərim): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Baymak rayonu
Bayma rayonu (başq. Әбйәлил районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi baymak şəhəridir. == Tarixi == Baymak rayonu 20 avqust 1930-cu ildə Ümumrusiya Məərkəzi Rəyasət Heyətinin "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" 1930-cu il tarixli qərarı ilə qurulmuşdur. XIX əsrin 30-cu illərində Xudolaz çayının yuxarı axarında qızıl yataqları işlənmişdir. Külcə və filiz qızılının yeni yataqlarının işlənməsi, mis pirit filizlərindən qızılın çıxarılması hesabına qızıl mədəni genişlənmişdir. 1923-cü ildə Tanalık-Baymak dağlıq dairəsi tərəfindən hasil edilən qızılın payı ümumi Uralın 40% -ə çatırdı. == Əhalisi == Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə: 2024 — 58,81 min nəfər. 2035 — 60,08 min nəfər. Milli tərkib2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 83,3%, ruslar - 11,9%, tatarlar - 3,5%, digər millətlərdən olanlar - 1,3%.
Beterə (Baymak)
Beterə (başq. Бетерә, rus. Бетеря) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Merəç): 15 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km.
Bikeş (Baymak)
Bikeş (başq. Бәхтегәрәй, rus. Бахтигареево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bikeş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 25 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 70 km.Şuqur çayının sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (68%), başqırdlar (27%) üstünlük təşkil edir.
Bilal (Baymak)
Bilal (başq. Билал, rus. Билялово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km.Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Boqaçyov (Baymak)
Boqaçyov (başq. Богачёв, rus. Богачёво) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşmirzə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 24 km, kənd sovetliyindən (İşmirzə): 7 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (80%) üstünlük təşkil edir.
Buranbay (Baymak)
Buranbay (başq. Буранбай, rus. Буранбаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yuxarı Taulıkay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Yuxarı Taulıkay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km.Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Rais Tulyak (1959—2007) — [başqırd şairi .
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Taştamak (Auırqazı)
Daştamaq (başq. Таштамаҡ, rus. Таштамак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Daştamaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 11 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 41 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə çuvaşlar (92%) üstünlük təşkil edir. == Rus Provaslav kilsəsi == Şəhid Valentinanın şərəfinə məbəd.
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. == Tarixi və məzmunu == Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.