Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batler
Batler (dairə, Pensilvaniya) — ABŞ-ın Pensilvaniya ştatında dairə. Batler qraflığı (Alabama) — ABŞ-nin Alabama ştatında qraflıq.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Batler kitabxanası
Batler kitabxanası — Nyu York şəhərinin Manhetten bölgəsinin 114-cü küçəsində Kolumbiya Universitetinin kampuslarından biri olan Morninqsayd Heyghtsdə yerləşir. 2 milyondan çox fondu olan bu böyük kitabxana universitetin vahid kitabxanası olmaqla yanaşı, eyni zamanda kampusdakı ən böyük binalardan biridir. Bina 1931–1934-cü illərdə Ceyms Qamble Roqers tərəfindən Neoklassik üslubunda hazırlanaraq inşa edilmişdir. == Tarixi == Kitabxana 1931–1934-cü illərdə tikilib və Ceyms Qamble Roqers tərəfindən Neoklasik üslubda dizayn edilib və Yel universitetinin yaşayış sistemi və Harvard evlərinin donoru olan Kolumbiya məzunu Eduard Harknes tərəfindən maliyyələşdirildi. Əvvəlcə "Cənub salonu" adlanırdırılan kitabxana 1946-cı ildə Kolumbiya Universitetinin 1902–1945-ci illərdəki rektoru Nikolas Murrey Batlerin şərəfinə Batler olaraq dəyişdirildi. İlk öncə Memorial Kitabxanasını genişləndirmək planlarının nəticə vermədiyini görən Butler yeni bir kitabxana binası təklif etdi. Batler kitabxanasında 1995–2009-cu illər arasında bir neçə mərhələdə tamamlanan əsaslı təmir işləri aparılmışdır. == Dizaynı == Kitabxananın fasadında iyon sırası ilə yuxarıda yazıçıların, filosofların və mütəfəkkirlərin adları yazılmış sütun var. Beləki binanın önündə Homer, Herodot, Sofokl, Platon, Aristotel, Demosfen, Siseron, Vergilin, sağında Migel de Servantes, Uilyam Şekspir, Con Milton, Volter, Yohann Volfqanq Götenin, solunda isə Kvint Horas Flak, Tasit Korneli, Avqustin Avreli, Dante Aligyerinin adları yazılmışdır. Giriş lobbisindəki Videbimus Lümen (universitetin devizi olan "işiğın içində işığı görürük") adlı böyük divar kağızı 1934-cü ildə Yugin Sevig tərəfindən çəkilmişdir.
Cerard Batler
Cerard Batler (ing. Gerard James Butler, 13 noyabr, 1969, Qlazqo, Şotlandiya) — şotlandiyalı aktyor. == Həyatı və səhnəyə gəlişi == Cerard Ceyms Batler 13 noyabr, 1969-cu ildə Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı Peysli şəhərciyində dünyaya gəlib. Cerard ailədəki üç uşaqdan ən kiçiyi idi. 12 yaşından Qlazqoda Şotland Gənclik Teatrının tamaşalarında iştirak edir. Ancaq o, aktyor karyerasını davam etdirmir və Qlazqo Hüquq Universitetini yüksək qiymətlərlə bitirib vəkil köməkçisi işləyir. Bir neçə ildən sonra Batler hüquqşünas karyerasını yarımçıq qoyub Londona köçür və teatr aktyoru kimi fəaliyyətə başlayır. Çoxdan pərəstiş etdiyi məşhur "İynə üstündə" tamaşasında baş rollardan birinə dəvət alır. == Çəkildiyi filmlər == Kinodebütü 1997-ci ildə, "Missis Braun" filmində baş tutur. Həmin il Bond filmləri silsiləsindən olan "Sabah heç zaman ölməyəcək" filmində epizodik rola çəkilir.
Cim Batler
Cim Batler (15 fevral 1971) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Cim Batler Birləşmiş Ştatları 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Cim Batler Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Judit Batler
Judit Batler (ing. Judith Butler; 24 fevral 1956[…], Klivlend, Ohayo) — feminizm, kivr-nəzəriyyəsi, siyasi fəlsəfə və etika mövzularına əhəmiyyətli təsir göstərmiş poststrukturalizm nümayəndəsi olan Amerikalı filosof. Fəlsəfə doktoru, Berklidəki Kaliforniya Universitetinin professorudur (1993-dən). Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2007), Britaniya Akademiyasının müxbir üzvüdür (2015). Ən məşhur kitabı "Cinsiyyət Problemi: Feminizm və şəxsiyyətin dəyişməsi"-dir (ing. "Gender Trouble: Feminism and the Subversion of Identity"). == Bioqrafiyası == Rus və Macar əsilli yəhudi ailəsində anadan olub. Əvvəl Beninqton kollecində, sonra Yel Universitetində fəlsəfə təhsili alır, burada 1978-ci ildə bakalavr dərəcəsini və 1984-cü ildə doktorluq dərəcəsini alır. 1984–1993-cü illərdə Uesleyan Universitetində, Corc Vaşinqton Universitetində və Cons Hopkins Universitetində dərs demişdir. 1993-cü ildən Berkli Kaliforniya Universitetində ritorika və müqayisəli ədəbiyyat üzrə professordur.
Batler qraflığı (Alabama)
Batler dairəsi (ing. Butler County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 20.947 nəfər olmuşdur. Qraflıq mərkəzi Qrinvill şəhəridir. Virciniyada doğulmuş və Krik müharibəsində döyüşən və 1818-ci ilin mayında öldürülən kapitan Vilyam Batlerin şərəfinə adlandırılmışdır.
Nikolas Myurrey Batler
Nikolas Myurrey Batler — (2 aprel 1862 - 7 dekabr 1947) Amerikalı filosof, diplomat və pedaqoq. Batler Kolumbiya Universitetinin prezidenti, Karnegi Beynəlxalq Sülh Vəqfinin prezidenti, Nobel sülh mükafatı laureatı və 1912-ci ildə Vilyam Hovard Taftın Amerika Birləşmiş Ştatları prezident seçkilərində iştirak edən rəqibi idi. O qədər tanınmış və hörmət qazanmışdı ki, The New York Times hər il onun xalqa Milad salamını çap edirdi. == Erkən həyatı və təhsili == Morqan Con Risin nəvəsi Batler, Nyu-Cersidə Elizabet şəhərində, Meri Batler və istehsalçı Henri Batlerin ailəsində anadan olub. Kolumbiya kollecində (daha sonra Kolumbiya Universiteti) qeydiyyatdan keçdi və Peitoloqlar Cəmiyyətinə qatıldı. Bakalavr dərəcəsini 1882-ci ildə, 1883-cü ildə magistr dərəcəsi və 1884-cü ildə doktorluq dərəcəsini qazandı. Batlerin akademik olması və digər uğurları, Teodor Ruzveltin ona "Nikolas Mirakulus" deməsinə səbəb oldu. 1885-ci ildə Batler Paris və Berlində oxudu və gələcək Dövlət katibi Eliu Rutun ömürlük dostu oldu. Rut vasitəsilə Ruzvelt və Vilyam Hovard Taft ilə də tanış oldu. 1885-ci ilin payızında Batler Kolumbiya Universitetinin fəlsəfə şöbəsinin heyətinə qatıldı.
Nikolas Mürrey Batler
Nikolas Myurrey Batler — (2 aprel 1862 - 7 dekabr 1947) Amerikalı filosof, diplomat və pedaqoq. Batler Kolumbiya Universitetinin prezidenti, Karnegi Beynəlxalq Sülh Vəqfinin prezidenti, Nobel sülh mükafatı laureatı və 1912-ci ildə Vilyam Hovard Taftın Amerika Birləşmiş Ştatları prezident seçkilərində iştirak edən rəqibi idi. O qədər tanınmış və hörmət qazanmışdı ki, The New York Times hər il onun xalqa Milad salamını çap edirdi. == Erkən həyatı və təhsili == Morqan Con Risin nəvəsi Batler, Nyu-Cersidə Elizabet şəhərində, Meri Batler və istehsalçı Henri Batlerin ailəsində anadan olub. Kolumbiya kollecində (daha sonra Kolumbiya Universiteti) qeydiyyatdan keçdi və Peitoloqlar Cəmiyyətinə qatıldı. Bakalavr dərəcəsini 1882-ci ildə, 1883-cü ildə magistr dərəcəsi və 1884-cü ildə doktorluq dərəcəsini qazandı. Batlerin akademik olması və digər uğurları, Teodor Ruzveltin ona "Nikolas Mirakulus" deməsinə səbəb oldu. 1885-ci ildə Batler Paris və Berlində oxudu və gələcək Dövlət katibi Eliu Rutun ömürlük dostu oldu. Rut vasitəsilə Ruzvelt və Vilyam Hovard Taft ilə də tanış oldu. 1885-ci ilin payızında Batler Kolumbiya Universitetinin fəlsəfə şöbəsinin heyətinə qatıldı.
Uilyam Batler Yeyts
Vilyam Batler Yeyts (ing. William Butler Yeats, (Yits, Yets, Eyts kimi də transliterasiya olunur); 13 iyun 1865[…] – 28 yanvar 1939[…], Mentona və ya Rokbrün-Kap-Marten) — ingilis dilində yazan İrlandiya şairi, dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1923). == Həyatı == Vilyam Batler Yeyts ingiliscə yazan irland şairi və dramaturqdur. Dublində doğulmuşdu. Atası əvvəlcə vəkillik etmək fikrinə düşsə də, sonra rəssam olmağı qərara almışdı. Anası isə zəngin ailədən çıxan, qapalı həyat tərzinə üstünlük verən və hər şeydən tez təsirlənən həssas qadın idi. Onlar bir müddət Londonda yaşadıqlarından Vilyam təhsilini ingilis dilində almışdı. 1880-cı ildə ailə İrlandiyaya qayıtmışdı. Vilyam da atası kimi rəssam olmaq istəyirdi. Hətta bir müddət Metropoliten Gözəl Sənətlər məktəbinin məşğələlərinə davam etmişdi.
Vilyam Batler Yeyts
Vilyam Batler Yeyts (ing. William Butler Yeats, (Yits, Yets, Eyts kimi də transliterasiya olunur); 13 iyun 1865[…] – 28 yanvar 1939[…], Mentona və ya Rokbrün-Kap-Marten) — ingilis dilində yazan İrlandiya şairi, dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1923). == Həyatı == Vilyam Batler Yeyts ingiliscə yazan irland şairi və dramaturqdur. Dublində doğulmuşdu. Atası əvvəlcə vəkillik etmək fikrinə düşsə də, sonra rəssam olmağı qərara almışdı. Anası isə zəngin ailədən çıxan, qapalı həyat tərzinə üstünlük verən və hər şeydən tez təsirlənən həssas qadın idi. Onlar bir müddət Londonda yaşadıqlarından Vilyam təhsilini ingilis dilində almışdı. 1880-cı ildə ailə İrlandiyaya qayıtmışdı. Vilyam da atası kimi rəssam olmaq istəyirdi. Hətta bir müddət Metropoliten Gözəl Sənətlər məktəbinin məşğələlərinə davam etmişdi.
Batler (dairə, Pensilvaniya)
Batler (ing. Butler County) — ABŞ-ın Pensilvaniya ştatında dairə. Rəsmi olaraq 12 mart 1800-cü ildə yaradılmışdır. 2010-cu ildə əhalinin sayı 183,862 nəfər idi. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, dairənin ümumi sahəsi 2,059,052 km2-dir ki, bunun da 2,043,512 km2 quru, 15,540 km2 və ya 0,790% sudur.
Baklor
Baklor (az-əbcəd. باکلوْر‎, fars. باکلور‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 66 nəfər yaşayır (19 ailə).
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Baylar
Baylar (özlərini baytszılar, baynilər – “ağ adamlar” adlandırırlar; 1956-cı ilədək Çin dilində mintszyalar, lisu dilində lemolar, nasi dilində namalar adlanırdılar) — Çinin cənub-qərbində yaşayan xalq. Sayları 1,858,063 nəfərdir (2015). == Ümumi məlumat == Əksəriyyəti (85%) bay xalqının Dali muxtar mahalında (1956-cı ildə yaradılmışdır), Yunnan əyalətinin qonşu qəzalarında, həmçinin Sıçuan, Xunan və Quyçjou əyalətlərində yaşayır. Erkən ayrılan Çin dillərindən biri olan və Tibet-Birma dillərinin təsirinə məruz qalan bay dilində danışırlar; Çin tədqiqatçılarının fikrincə bu dil Tibet-Birma dillərinə aiddir; üc dialekti var. 1950-ci illərdə latın qrafikası əsasında yazı sistemləri yaradılmışdır. VIII əsrdən heroqlif yazı sistemi (bouen, boven, lao-bayuen, lao-bayven) mövcud olmuşdur. Çin dili də yayılmışdır. Dindarların əksəriyəti (65%) ənənəvi dini etiqadlarını saxlayanlardır; 30%-i daosizimin elementlərini daşıyan buddistlər (mahayana), 5%-i isə xristianlardır. Bəzi tədqiqatçılara görə, e.ə. III əsrdə bu ərazidə məskunlaşmış Çin əsgərlərinin nəsilləridir.
Makler
Makler ― müəyyən komissiya müqabilində alqı-satqı əməliyyatlarında vasitəçilik edən, əməliyyatları öz adına tərəfində olduqları şəxs və ya korporasiyaların adından edən treyder. Alıcı və satıcıların görüşünü asanlaşdırır və alış-verişi sürətləndirirlər.
Sadler
Josef Sadler (alm. Joseph Sadler‎; 6 may 1791, Bratislava – 12 mart 1849, Peşt[d], Peşt medyesi) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Josef Sadler toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Astragalus vegliensis Sadler Bupleurum affine Sadler Centaurea scabiosa Sadler Ferula sibirica Sadler Scutellaria hirsuta Kit. ex Sadler == Əsərləri == Sadler J. Verzeichniss der um Pesth und Ofen wildwachsenden phanerogamischen Gewächse. — Pesth, 1818. — 79 p. Sadler J. Flora comitatus pestiensis. — Pestini, 1825–1826. — 2 pts.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Bakleu
Bakleu (vyet. Bạc Liêu ) — Vyetnamın cənub hissəsində şəhər, Bakleu vilayətinin paytaxtı. == Tarixi == Bakleu şəhərinin köhnə adı Vinhloy olmuşdur. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 0 metrdir. Mekonq deltasında, Hoşimindən təxminən 300 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2013-cü il tarixinə əhalinin sayı 126,836 nəfər idi.
Adler
== Şəxslər ==
Bajer
Bajer (fr. Bagert) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09033. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 58 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 16 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 53,3%, 1999-cu ildə 58.1%). Aktiv olan 16 nəfərdən 14 nəfər (8 kişi və 6 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında 1 nəfər tələbə və ya tələbə, 3 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Baldr
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır. Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir.
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Babilər
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Bitlər
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Builər
Builər — bueylər, buyailər, buçjunlar, bujaolar, puyilər, pumanlar (özlərini buxqyaix, hərfi mənada – insan adlandırırlar; Çin dilində buyiszular, qədim adları çjunszya, tuszya– yerli; iszular, bendilər, şuyxular) — Cənubi və Cənub-Qərbi Çində çjuandun xalqlarından biri. == Yayılmaları == Əsasən, bui və myao xalqlarının Syannan və Syansi muxtar qəzalarında (Quyçjou əyaləti), həmçinin Yunnan və Sıçuan əyalətlərində yaşayırlar. Sayları Çində 3,3 mln. nəfər (2005), Vyetnamda 2 min nəfərdir. Builər tay dillərinə aid, cənub, mərkəz və qərb dialektləri olan bui dilində danışırlar; Çin dili də yayılmışdır. Yazısı 1956-cı ildən latın qrafikası əsasındadır, bundan əvvəl Çin yazısını tətbiq etmək cəhdləri olmuşdur. Ənənəvi inanclarını saxlayırlar, dindarların bir qismi xristiandır (19-cu əsrin sonlarından). Builər mənşə, dil və özlərinə verdikləri ad baxımından çjuanlara yaxındırlar. Qədimdə çjuanlar, taylar və digərləri ilə yanaşı sioular, loyuelər, bayyuelər, eramızın 1-ci minilliyinin sonlarından manlyaolar, lilyaolar, 2-ci minilliyin ortalarından çjunszyalar, çjunszyamyaolar və s. adlar altında məlum olmuşlar.
Bövlər
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi. Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — Müğənni Yaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid.