Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kervens Belfort
Kervens Fils Belfort (16 may 1992-ci ildə anadan olub) — Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubunda hücumçu kimi çıxış edən Haitili peşəkar futbolçudur. == Karyerası == === Klub === Belfort Haiti, Fransa və İsveçrənin Tempete, Le Mans B, Le Mans, Sion, Qrenobl və Frejus Sent-Rafael klublarında çıxış etmişdir. 16 iyun 2017-ci ildə Belfort Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. 2018-ci ilin avqust ayında adı Başundara Kinqs klubu ilə çəkilsə də, Belfort Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Belfort Haiti milli komandası ilə debütünü 2010-cu ildə FİFA Dünya Çempionatının təsnifat mərhələsi oyunlarında etmişdir. == Karyera statistikası == === Milli komanda qolları === Nəticələr və qollar Haiti hesablamasının birinci siyahısındadır.
Priskila Belfort
Priskila Viyera Belfort — Braziliya ictimai univeristetinin keçmiş tələbəsi. O, MMA döyüşçüsü Vitor Belfortun qardaşı və model Coana Pradonun baldızı, Bələdiyyə İdman və Rekreasiya bir dövlət qulluqçusu kimi işləmiş. Nahar üçün işdən çıxdıqdan sonra, 9 yanvar 2004-cü ildə 29 yaşında itkin düşdü. Onun realda harada olmağı bu gündə məlum deyil. Vitor və Coana onun tapılması üçün mediyadan istifadə etdi və 30 böyüdülmüş şəklin müxtəlif insanların sıx olduğu yerlərdə yerləşdirdilər. Öz saytlarının ana səhifəsində hələdə onun şəkli və əlaqə nömrələri yerləşdirilib. Priscila itkin düşdükdən sonra Braziliya polis orqanlarına çoxlu zənglər olsa da nəticə etibarı ilə heç biri onun tapılması barədə deyildi. 2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi, lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Solanum belfort
Solanum paniculatum (lat. Solanum paniculatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum belfort Vand. Solanum belfortianum Dunal Solanum botelhianum Dunal (unjustified emendation) Solanum botelho Vand. Solanum chloroleucum Dunal Solanum dictyoticum Roem. & Schult. Solanum jubeba Vell. Solanum macronema Sendtn. Solanum manoelii Moric. Solanum reticulatum Willd.
Vitor Belfort
Vitor Belfort (1 aprel 1977, Rio-de-Janeyro) — Braziliyanı ağır çəkidə UFC-də təmsil edən məşhur idman ustalarından biri. Rio-de Janero şəhərində dünyaya gələn Vitor uşağlığdan Qreysi ailəsinin nümayəndəsi və məşhur ciu-citsu ustası Karlos Qreysinin başçılığı altında adı çəkilən idman növü ilə məşğul olmağa başlamışdır.Beləlilklə ciu-citsu idman növü ilə məşğul olan Vitor qara kəmər,Cüdoda qara kəmər,Şotokan idman növündədə qara kəmər ustası olmuşdur.Həyat yoldaşı Prado Coana,tanınşım tələbəsi Sezar Fereiradır. 9 Yanvar 2004-də Vitorun bacısı Priskila Belfort itkin düşdü və qohumlar onun haqqında heç bir informasiya almadı.2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi,lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Solanum belfortianum
Solanum paniculatum (lat. Solanum paniculatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum belfort Vand. Solanum belfortianum Dunal Solanum botelhianum Dunal (unjustified emendation) Solanum botelho Vand. Solanum chloroleucum Dunal Solanum dictyoticum Roem. & Schult. Solanum jubeba Vell. Solanum macronema Sendtn. Solanum manoelii Moric. Solanum reticulatum Willd.
Beufort qasırğası
Beufort qasırğası — Dünyada böyük diametrli və şiddətli qasırğa. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir.
Belfor (rayon)
Belfor (fr. Belfort) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Belfor ərazisi. Suprefektura — Belfor. Rayon əhalisi 2006-cı ildə 141201 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 232 nəf / km². Rayon ərazisi — 609 km².
Belfor ərazisi
Belfor ərazisi — Frnsanın şərqində, Burqundiya - Franş-Konte regionunda yerləşən departament. 1922-ci ildə Belfor ərazisi əsası qoyulmuşdur. Sıra sayı 91, inzibati mərkəzi isə Belfor şəhəridir. 2010-cu ilin məlumatlarına əsasən departament ərazisində olan əhalinin sayı 146.475 nəfərə çatmışdır. == Coğrafiyası == Departamentin ərazisi 609 km²dir. Əraziyə 1 rayon, 15 kanton və 102 kommun daxildir. == Tarixi == Belfor ərazisi kimi tanınan Fransa departamenti 1871-ci ildə Frankfurt müqaviləsi şərtləri ilə yaradılmışdır. 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi sonunda Almaniya ilə Fransa arasında Frankfurt sülh müqaviləsi bağlanmışdı. Müqavilə şərtlərinə görə yeni qurulmuş Almaniya Elzas və ərazinin dörd hissəsini: Lotaringiya, Yuxarı Reynin cənub-qərb və sərhədlərin böyük bir hissəsini zəbt etdi, yalnız Belfor şəhəri Fransanın tərkibində qaldı. 1922-ci ildə Elzası Fransanın sərhədlərinə qaytarılması gözlənilirdi.
Belfast
Belfast — Şimali İrlandiyanın paytaxtı və ən iri şəhəridir. Əhalisinin sayına görə, Belfast Böyük Britaniyada 17-ci, İrlandiya adasında ikinci ən böyük şəhərdir. Tarixən, Belfast İrland kətan sənayesi, tütün istehsalı və gəmiqayırma ("Linenopolis" ləqəbini qazananıb) mərkəzi olmuşdur: şəhərin əsas gəmiqayırma şirkəti olan Harland and Wolff tanınmış RMS Titaniki inşa etmişdi. Belfast Sənaye inqilabında açar rolunu oynamış və 20-ci əsrin ikinci yarısına qədər qlobal sənaye mərkəzi kimi özünəməxsus yerini qoruyub saxlamışdır. Belfast 20-ci əsrin əvvəllərində İrlandiyanın ən böyük şəhəri idi. Bu gün Belfast sənaye mərkəzi, eləcə də incəsənət, ali təhsil, hüquq və biznes mərkəzi olaraq qalır. Bu şəhər Şimali İrlandiyanın iqtisadi mühərrikidir. Belfastda iki aeroport mövcuddur: Corc Best Şəhər Aeroportu (şəhərdə) və Belfast Beynəlxalq Aeroportu (şəhərin qərbindən 24 km məsafədə).
Belfast şəhəri
Belfast — Şimali İrlandiyanın paytaxtı və ən iri şəhəridir. Əhalisinin sayına görə, Belfast Böyük Britaniyada 17-ci, İrlandiya adasında ikinci ən böyük şəhərdir. Tarixən, Belfast İrland kətan sənayesi, tütün istehsalı və gəmiqayırma ("Linenopolis" ləqəbini qazananıb) mərkəzi olmuşdur: şəhərin əsas gəmiqayırma şirkəti olan Harland and Wolff tanınmış RMS Titaniki inşa etmişdi. Belfast Sənaye inqilabında açar rolunu oynamış və 20-ci əsrin ikinci yarısına qədər qlobal sənaye mərkəzi kimi özünəməxsus yerini qoruyub saxlamışdır. Belfast 20-ci əsrin əvvəllərində İrlandiyanın ən böyük şəhəri idi. Bu gün Belfast sənaye mərkəzi, eləcə də incəsənət, ali təhsil, hüquq və biznes mərkəzi olaraq qalır. Bu şəhər Şimali İrlandiyanın iqtisadi mühərrikidir. Belfastda iki aeroport mövcuddur: Corc Best Şəhər Aeroportu (şəhərdə) və Belfast Beynəlxalq Aeroportu (şəhərin qərbindən 24 km məsafədə).
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Beloret rayonu
Beloret rayonu (başq. Белорет районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Beloretsk şəhəridir. == Coğrafi yerləşməsi == Başqırd (Cənubi) Uralının ən yüksək hissəsində, şimalda Çelyabinsk vilayəti ilə həmsərhəddir. Sahəsinə görə (11,501 km²) Başqırdıstanın ən böyük rayonudur. == Tarixi == 1920-ci illərə qədər müasir Beloret vrayonunun ərazisi Orenburq vilayətinin Yuxarı Ural qəzasına daxil idi. Oktyabr Sosialist İnqilabından sonra, 1917-ci ildə ərazi Ufa vilayətinin Katay volostunun bir hissəsi olur. Sonra Başqırsıstan Muxtar Sovet Sosialist Respublikasının Tamyan-Katay kantonuna daxil olur. Beloret rayonu Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsinin ləğv edildiyi və 48 rayonun yarandığı 20 avqust 1930-cu il tarixli "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" Ümumrusiya Rəyasət Heyətinin qərarı ilə qurulur. 1954-cü ildə qurulması planlaşdırılan Magnitoqorsk vilayətinin bir hissəsi olması plana salınır.
Con Byufort
Con Byufort (ing. John Beaufort; təq. 1373 – 16 mart 1410) — İngilis əsilzadəsi və siyasətçisi. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun məşuqəsi Ketrin Svinforddan dünyaya gələn və sonradan qanuniləşdirilən 4 övladından ən böyüyü idi. Doğulduğu əsnada qeyri-qanuni övlad olduğu üçün atasının soyadını ala bilməmiş, bu səbəblə atasının Fransadakı mülklərindən olan və özünün də doğulduğu Byufort qalasının adını soyad olaraq aldı. Özündən sonra doğulan bacı və qardaşları da bu soyadı aldılar və birlikdə Byufort uşaqları olaraq anılmağa başladılar. Byufort uşaqları İngiltərə kralı II Riçardın səltənətində 1390 və 1397-ci illərdə 2 dəfə parlament tərəfindən, 1396-cı ilin sentyabrında isə Papa IX Bonifas tərəfindən qanuni övlad elan edildilər. Buna baxmayaraq ögey qardaşları IV Henri 1399-cu ildə İngiltərə kralı təyin edildikdən dərhal sonra onların taxt hüquqlarını əlindən aldı. == Mənbə == Jones, Michael K, and Malcolm G. Underwood, The King's Mother: Lady Margaret Beaufort, Countess of Richmond and Derby. Cambridge University Press, 1992.
Helford Makkinder
Helford Makkinder (15 fevral 1861[…], Qeynsboro[d], Linkolnşir qraflığı[d] – 6 mart 1947[…], Bornmut, Dorset[d]) — London Universitetində coğrafiya professoru və İngilis Kral Coğrafiya Cəmiyyətinin ikinci başçısı. == Həyatı == O, vəzifələrini icra edərkən, eyni zamanda dünya müharibəsinə gətirib çıxaran və təxminən 12 milyondan çox insanın ölümünə səbəb olan "Qara Hakimiyyət Nəzəriyyəsi"ni ortaya qoymuşdur. Makkinder öz fikirlərini 1919-cu ildə nəşr etdirdiyi "Demokratik ideallar və gerçək" adlı əsərində ifadə etmişdir. Həmin fikirləri bu şəkildə təsnifatlandırmaq olar: "Şərqi Avropa ilə Sibir bölgəsi dünyanın "Heartlandı"nı (Ürək sahəsi) yaradır. Heartlandın ətrafındakı Balkanlardan Çinə qədər uzanan sahə isə "İç və ya Kənar Aypara", ya da "Rimland" qurşağıdır. Bunun xaricində qalan Amerika- Afrika- Avstraliya- Yaponiya xətti isə "Xarici və ya Kənar Aypara", ya da "Dünya Adasının Peykləri" olaraq qəbul edilir". Makkinder dünyanı bu şəkildə təsnifatlandırdıqdan sonra, nəzəriyyə kimi formalaşmış fikrini bu şəkildə inkişaf etdirmişdir: "Şərqi Avropaya hökm edən bir dövlət Heartlanda hakim olar. Heartlanda hökm edən isə əvvəlcə "İç və ya Kənar Aypara", ya da "Rimland"a hökm edər. Sonra da "Xarici və ya Kənar Aypara"ya, yəni bütün dünyaya hakim olar." "Quru Hakimiyyət Nəzəriyyəsi" kimi tanınan bu fikirdə müsəlman Türk dünyasının yeri "Daxili və ya Kənar Aypara" qurşağı içindədir. Haushofer və Makkinderin fikirləri xüsusilə Hitler tərəfindən qəbul olunmuş və İkinci dünya müharibəsi zamanı tətbiq mərhələsinə qədəm qoymuşdur.
Henri Byufort
Henri Byufort (ing. Henry Beaufort; 1375 – 11 aprel 1447, Uinçester) — İngilis əsilzadəsi və siyasətçisi. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun məşuqəsi Ketrin Svinforddan dünyaya gələn və sonradan qanuniləşdirilən 4 övladından ikincisi idi. Doğulduğu əsnada qeyri-qanuni övlad olduğu üçün atasının soyadını ala bilməmiş, bu səbəblə atasının Fransadakı mülklərindən olan və özünün də doğulduğu Byufort qalasının adını soyad olaraq almışdır. Uinçester yepiskopu, Linkoln yepiskopu (1398) və 1426-cı ildən Roma kilsəsinin kardinalı olaraq fəaliyyət göstərmişdir. Bundan başqa 3 dəfə Lord kansler təyin edilmiş və İngiltərə siyasətində mühüm rol oynamışdır. == Həyatı == == İstinadlar == == Mənbə == Cokayne, George E. (1982). The Complete Peerage of England, Scotland, Ireland, Great Britain, and the United Kingdom, Extant, Extinct, or Dormant. XII (Microprint ed.). Gloucester, UK: A. Sutton.
Marqarita Byufort
Marqarita Byufort' (ing. Margaret Beaufort) (d. 31 may 1443 — ö. 29 iyun 1509) — İngiltərə kralı VII Henrinin anası, Gül müharibəsindəki önəmli fiqurlardan biri. Oğlu taxta çıxsa da, heç vaxt kral xanımı olmadı və bu səbəblə tarixi mənbələrdə Leydi Marqarita olaraq anılır. İngiltərə kralı III Eduardın şəcərəsindən gələn Marqarita İngiltərə taxtına olan mübahisəli iddiasını oğluna ötürdü və yeganə oğlu olan Henri Tüdorun taxta oturması uğrunda bir çox intriqalara qarışdı. Onun səyləri nəticəsində oğlu Henri Tüdor Bosvort döyüşündə III Riçardı məğlub edərək taxta oturdu. Beləcə İngiltərə tarixində Tüdorlar dönəmi başladı. Bundan başqa Leydi Marqarita İngiltərədəki mədəni inkişafın da güclü dəstəkçilərindən oldu. == Həyatı == === İlk illəri === Leydi Marqarita 31 may 1443-cü ildə Con Byufortun və Marqarita Byuçempin yeganə qızı və varisi olaraq Bedfordşirdə dünyaya gəldi.
Belfast Qalası
Belfast Qalası (ir. Caisleán Bhéal Feirste)) — Şimali İrlandiyanın Belfast şəhərində Kave Hill Parkında, dəniz səviyyəsindən 400 fut (120 m) yüksəklikdə görkəmli bir yerdə yerləşən malikanə. Qala 1867-1870-ci illər arasında Viktorian dövrünə aid tikilidir və A kateqoriyalı memarlıq abidələri siyahısına daxil edilmişdir. == Tarixi == Belfast Qalası 1220-ci illərdə, Laqan çayı üzərindəki mühüm keçidi qorumaq üçün normanlar tərəfindən tikilmişdir. Bu ərazi sonralar Olster qraflığı kimi tanındı. 1220-1550-ci illər arasında Qala bir neçə dəfə yenidən qurulmuşdur. O vaxtlar Qala lord Çiçesterin iqamətgahı idi. Orta əsrlərdə, ehtimal ki, XIV-cü əsrin sonu və ya XV-cı əsrin əvvəllərində, qala Cenel Neoghainin güclü Uí Neill (O'Neill) sülaləsi tərəfindən ələ keçirildi. Bu gün gördüyümüz Belfast Qalası 1811-1870-ci illər arasında markiz Doneqal tərəfindən Şotlandiya baronları Çarlz Lanyon və oğulları üslubunda tikilmişdir. Markiz Doneqalın ölümündən sonra VIII Şeftsberi qrafı bu qalanın tikintisini başa çatdırdı.
Telford Kolleci
Telford Kolleci — İngiltərənin Şropşir əyalətinin Telford şəhərində kollec. Kollec 1892-ci ildə Çarlz Uoker tərəfindən İncəsənət və Elm Dərsləri Mərkəzi olaraq təsis edilib və əvvəlcə Oakengates, Şropşirdə yerləşirdi. 1926-cı ildə Hartsbridg Roadda tikilmiş yeni bir binaya köçdü və Ualker Texniki Kolleci adı aldı. 1 yanvar 1983-cü ildə kollec Telford İncəsənət və Texnologiya Kolleci adlandırıldı. 2006-cı ildə Telford İncəsənət və Texnologiya Kolleci OFSTED Yoxlama reytinqində yüksək yer tutdu. 2008-ci ildə kollecə Kraliça Elizabet tərəfindən Yubiley Mükafatı təqdim olundu. 2013-cü ilin may ayında Discovery və Oakdene Mərkəzləri açıldı. 2014-cü ilin sentyabrında Avtomobil Mühəndisliyi Mərkəzi açıldı. 17 oktyabr 2015-ci ildə ehtiyacı və əlilliyi olan tələbələrə dəstək üçün 1,8 milyon funt sterlinq dəyərində yeni Söyüd Ağacı Mərkəzi rəsmi olaraq açıldı. 2017-ci ildə Telford İncəsənət və Texnologiya Kolleci Telford Yeni kolleclə birləşdi və Telford Kolleci yarandı.
Belmont hesabatı
Belmont hesabatı (ing. Belmont Report) insanları tədqiqat subyektləri olaraq qorumaq üçün etik prinsipləri və təlimatları təqdim edən bir sənəddir. Bu hesabat Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən hazırlanmışdır. Hesabat 30 sentyabr 1978-ci ildə irəli sürülmüş və 18 aprel 1979-cu ildə Federal Reyestrdə dərc edilmişdir. Hesabat tərtib edildiyi "Belmont" konfrans mərkəzinin adını daşıyır. Əvvəllər Smitsonian İnstitutunun bir hissəsi olan "Belmont" konfrans mərkəzi Merilend ştatının Elkridj şəhərində, Baltimordan 10 mil cənubda yerləşir. 2010-cu ilin sonuna qədər bu mərkəz Kolumbiya İctimai Kollecinin idarəsində yerləşirdi. Belmont hesabatında üç əsas prinsip müəyyən edilir: şəxsiyyətə hörmət; iştirakçıların rifahı; ədalət. Bu hesabatın tövsiyyələrinə isə aşağıdakıları misal göstərmək olar: İnformasiyalı razılıq prosesinin təkmilləşdirilməsi; Risklərin və faydaların Müvafiq Balanslaşdırılması; Ədalətli seçim proseslərinin tətbiqi. == Tarixi == Belmont hesabatı ABŞ Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən (1974–1978-ci illər) yazılmışdır.
Belfast qəsri
Belfast Qalası (ir. Caisleán Bhéal Feirste)) — Şimali İrlandiyanın Belfast şəhərində Kave Hill Parkında, dəniz səviyyəsindən 400 fut (120 m) yüksəklikdə görkəmli bir yerdə yerləşən malikanə. Qala 1867-1870-ci illər arasında Viktorian dövrünə aid tikilidir və A kateqoriyalı memarlıq abidələri siyahısına daxil edilmişdir. == Tarixi == Belfast Qalası 1220-ci illərdə, Laqan çayı üzərindəki mühüm keçidi qorumaq üçün normanlar tərəfindən tikilmişdir. Bu ərazi sonralar Olster qraflığı kimi tanındı. 1220-1550-ci illər arasında Qala bir neçə dəfə yenidən qurulmuşdur. O vaxtlar Qala lord Çiçesterin iqamətgahı idi. Orta əsrlərdə, ehtimal ki, XIV-cü əsrin sonu və ya XV-cı əsrin əvvəllərində, qala Cenel Neoghainin güclü Uí Neill (O'Neill) sülaləsi tərəfindən ələ keçirildi. Bu gün gördüyümüz Belfast Qalası 1811-1870-ci illər arasında markiz Doneqal tərəfindən Şotlandiya baronları Çarlz Lanyon və oğulları üslubunda tikilmişdir. Markiz Doneqalın ölümündən sonra VIII Şeftsberi qrafı bu qalanın tikintisini başa çatdırdı.
Bofort adası
Bofort adası — Ross dənizində yerləşən ada. Ross arxipelaqının şimal nöqtəsini təşkil edir. Ross adasında yerləşən Byord burnundan 21 km şimalda qərarlaşır. İlk dəfə 1841-ci ildə Ceyms Ross tərəfindən xəritəyə salınmışdır. Ada Bofort şkalasını hazırlayan Frensis Bofortun şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ada vulkanik məşhəllidir və bazaltdan ibarətdir. Yarımdairəvi formaya malik olaraq 18,4 km² sahəyə malikdir. Ən hündür nöqtəsi dənizçi Ceyms Pantonun şərəfinə adlandırılmış pikdir. Zirvənin hündürlüyü 771 metr təşkil edir. Yayda buzların əriməsi ilə su axarları meydana gəlir.
Bofort dənizi
Bofort dənizi (ing. Beaufort Sea, fr. mer de Beaufort) —Şimal Buzlu okeanın dənizi. == Coğrafiya == Dəniz şimal-qərbdə Yukon və Alyaska ərazilərin şimal sahiliylə həmsərhəddir. Bofort dənizini Kanada Arktik arxipelaqının qərb sahilini yuyur. Bofort dənizinin şimal-qərb sərhədi Barrau (Alyaska) burnundan Lends End burununa qədər hesab edilir. Şərqdə Banks adasıyla həmsərhəddir.. Dənizin sahəsi təxminən 476 000 km²-dir. Dəniz 1826-cı ildə qütb tədqiqatçısı Con Franklin və britaniya hidroqrafı və admiralı Ser Frensis Bofortun şərəfinə adlandırılmışdır.. Dənizə tökülən ən böyük çay Makkenzi çayıdır bundan başqa bu dəniziə çoxsaylı xırda çaylar tökülür.
Bofort qalxması
Bofort qalxması — sualtı silsilə Şimal Buzlu okeanın Amundsen körfəzində yerlləşir. Bofort qalxması materik şelfi ilə nəhəng pilləsi əmələ gətirir. Qərbində Kanada çökəkliyi yerləşir. Su səthindən dərinliyi 1000-2500 m arasında dəyişir. Bofort qalxması öz adını ingilis admiralı Frensis Bofortun şərəfinə adlandırılmışdır.
Bofort şkalası
Bofort şkalası – küləyin dənizin dalğalanmasına olan təsirinə görə gücünü (sürətini) təqribi müəyyən edən (bal ilə) şkala. 12 balla ifadə olunur. "0" (sıfır) – şələkət göstərir, 4 – mülayim kulək, 6 — güclü külək, 10 — tufan, 12 – fırtına. 1806-cı ildə ingilis admiral Frensis Bofort tərəfindən hazırlanmışdır və 1874-cü ildən beynəlxalq istifadəyə verilmişdir.
Frensis Bofort
Ser Frensis Bofort (ing. Sir Francis Beaufort, 7 may 1774, İrlandiya — 17 dekabr 1857, Susseks) — ingilis admiralı, hərbi hidroqraf və xəritəşünas. 1805-ci ildə küləyin gücünü ölçmək üçün 12 ballıq şkalanı yaratmışdır.1829-cu ildən 1855-ci ilə qədər Britaniya Hidroqrafiya Xidmətinə rəhbərlik etmişdir. Onun şərəfinə Şimal Buzlu okeanında dəniz adlandırılmışdır.
Old-Belfri
Old-Belfri (ing. Old Belfry, hərf. Köhnə zəng qülləsi) — ABŞ-nin Massaçusets ştatının Leksinqton şəhərindəki Klark-stritdə yerləşən tarixi tikili. Belfri-Hill üzərində dayanır. Zəng qülləsi 1762-ci ildə hazırkı yerində qurulmuşdu, lakin 1768-ci ildə ilkin torpaqlarında olduğu Conas Monro şəhərin onu orada saxladığı üçün ona vergi ödəməsini istəməsindən sonra bir neçə yard uzağa, Leksinqton-Kommona köçürülmüşdür. Orada asılan zəng 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşlərinə çevrilən hadisələrin ilkin həyəcan siqnalını çalmışdır. Bu gün hər il səhər saat 5:30-da Vətənpərvərlər Gününün başlanğıcında çalınır. Old belfry, Lexington, Massachusetts.