Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bertaq
BERTAQ -Naxçıvan əyalətinin Azadçiran nahiyəsində (indi Naxçıvan MR Ordubad rayonunda) kənd adı. Ehtimal ki, sami mənşəli akkad dilində birtu — "qala" və türk dillərində taq — "dağ" sözlərindən ibarətdir.
Berat
Berat — Albaniyada şəhər. Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bernh.
İohann Yakob Bernhardi (ing. Johann Jakob Bernhardi; 1 sentyabr 1774; 13 may 1850) – Alman həkimi və botaniki. Catalogus plantarum horti Erfurtensis, 1799. Systematisches Verzeichnis der Pflanzen, welche in der Gegend um Erfurt gefunden werden, 1800. Anleitung zu Kenntnis der Pflanzen, 1804. Beobachtungen über Pflanzengefäße, 1805. Ueber den Begriff der Pflanzenart und seine Anwendung, 1835.
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Bahram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Bargah (Çaroymaq)
Bargah (fars. بارگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (34 ailə).
Behzad Behzadi
Behzad Behzadi(1927 - 27 fevral 2008)-Azərbaycanlı alim, yazıçı, tərcüməçi və Azərbaycan dili üzrə tədqiqatçı. O, hüquq sahəsində təhsil almış hüquqşünas, 2000-ci illərdə Tehranda nəşr olunan "Azəri" jurnalının redaktoru idi.
Berxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Berəzan (Urmiya)
Berəzan (fars. ‎‎‎برازان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.298 nəfər yaşayır (212 ailə).
Cahid Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Cahit Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Berhan Şimşek
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Bernar Buffe
Bernar Büffe (fr. Bernard Buffet; 10 iyul 1928[…], IX arondisman (Paris), Sena[d] – 4 oktyabr 1999[…]) — fransız rəssamı. Bernar Büffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion", "İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Büffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib. Musee Bernard Buffet Artnet.com Portrait of Bernard Buffet by Reginald Gray. Paris 1963.
Bernar Fasye
Bernar Fasye — Fransa diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Bernar Kaye
Bernar Kaye (fr. Bernard Cahier; 20 İyun 1927, Marsel, Fransa – 10 İyul 2008, Evian-le-Ben, Fransa) — Fransız Formula-1 fotojurnalisti. Bernar Kaye 1927-ci ildə Marseldə hərbçi ailəsində anadan olmuşdur. 17 yaşında İkinci Dünya Müharibəsində Bretan uğrunda döyüşlərdə iştirak etmişdir. Daha sonra o, general Filipp Leklerkin 2-ci zirehli tank diviziyasında Qərbi Fransa və Cənubi Almaniyanın azad edilməsində iştirak etmiş, bundan sonra daha bir il Kamerunda fransız koloniyasında olmuşdur. Müharibədən sonra Kaye Kaliforniya Los-Anceles Universitetində təhsilini davam etdirir. Burada o, gələcək həyat yoldaşı olacaq Coan Aldayk ilə tanış olur. Həmçinin, Kaye ABŞ-də Avropa maşınlarının ən böyük salonlarından biri olan Roger Barlow's International Motors-da işə başlayır. Burada o, F1-in gələcək ulduzları Fil Hill və Riçi Ginterlə tanış olur. Bernar, həmçinin, Barlounun verdiyi MG-də yarışlarda da iştirak edir.
Bernar Kuşner
Bernar Jan Kuşner (1 noyabr 1939[…], Avinyon) — fransız həkim və humanitar xadimi, Sərhədsiz həkimlər təşkilatı və "Dünya həkimləri" təşkilatlarının həmtəsisçisi, 2007-ci ildən Fransa Respublikasının xarici işlər naziri.
Bernar Pikar
Bernadr Pikar (doğum 11 iyun 1673-cü il, Paris, Fransa – ölüm 8 may 1733-cü il, Amsterdam, Niderland) – fransız oymaçı, oymaçı Etiyenne Pikartın oğlu. Bernadr Pikar 11 iyun 1673-cü ildə Parisdə anadan olmuşdur. 1696-cı ildə Antverpə köçmüşdür. 1698-ci ilin sonunda Fransaya qayıtmazdan əvvəl Amsterdamda bir il keçirmişdir. 1708-ci ildə həyat yoldaşının ölümündən sonra o, 1711-ci ildə Amsterdama köçmüşdür. Burada o, protestant olmuş və yenidən evlənmişdir. Onun əsərlərinin çoxu Bibliya və Ovid daxil olmaqla kitab illustrasiyalardır. Onun ən məşhur əsəri 1723-cü ildən hazırlamağa başladığı və 1743-cü ildə tamamladığı Cérémonies et coutumes religieuses de tous les peuples du monde əsəridir. Conatan I. İsrail Cérémonies-i “mümkün qədər həqiqi və obyektiv bütün müxtəlifliklərdə dünyanın inamlarını və dini ayinləri qeyd etmək üçün nəhəng cəhd” adlandırır. Pikarın heç vaxt Avropanı tərk etməməsinə baxmayaraq o, Hind heykəltəraşlıq kolleksiyasına girmiş və malik olduğu hesablara güvənirdi.
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Bernat Desklot
Bernat Desklot (kat. Bernat Desclot; 1240, güm. Kastelnu[d] – 1280) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür. Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.
Bernat Lomero
Bəhram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Emil Bernar
Emil Bernar (fr. Émile Bernard, 28 aprel 1868[…], Lill – 16 aprel 1941[…], Paris) — incəsənətdə simvolizm teorisyenlerindən biri olan fransız neoimpressionist rəssam. 1886-cı ildə Fernand Kormonun Paris sənət atelyəsində rəsm çəkərək, Tuluz-Lotrek və van Qoq ilə tanış oldu. Eyni ildə o, "inadkarlıq" üstündə atelyedən qovuldu. 1886–1888-ci illərdə Pont-Aven bədii qrupuna qoşulan Pont-Aven şəhərində yaşayır və Qogen ilə dostlaşır. Burada, 1887-ci ildə Lui Anketen ilə birgə müxtəlif rəngləri ayırır bir rəsm kontur istifadə ibarət olan bir kluazonizm incəsənət cərəyanını inkişaf etmişdir. 1890-cı ildə Emil Bernar dini böhran yaşayandan sonra rəssam, orta əsr sənətinin obyektlərinə və subyektlərinə daha da önəm verirdi. 1891-ci ildə Qogen ilə dostluğunu bitirdikdən sonra , simvolizm cərəyanın təmsilçiləri olan Odilon Redon və Ferdinand Hodler qrupuna qatıldı. Eyni zamanda, Bernarın işləri Pablo Pikassonun "mavi dövrdə" işinə təsir göstərirdi. Bernarın Van Qoq, Qogen və Sezan ilə uzun müddət davam edən dostluqları sənətçilərin tədqiqatçıları üçün düşüncə tərzinə və böyük sənət ustalarının hisslərinə işıq tutaraq, onların arxasında çox qiymətli bir iz qoydu.
Kəmaləddin Behzad
Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi. Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır. Şah İsmayıl Xətainin istedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk: "...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı.
Sara Bernar
Sara Bernar (fr. Sarah Bernhardt) — dünya şöhrətli teatr aktrisası. Xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşmış və ardından qısa müddətdə ABŞ-də tanınmış bir şəxsə çevrilmişdir. Parisdə, Rosine Bernar olaraq doğulan Bernar; "Youle" adıyla tanınan Jüli Bernar adında yəhudi əsilli Hollandiyalı bir həyat qadınının həyatda qalan, evlilik xarici ən böyük qızı idi. Dolanışığını təmin edə bilmək üçün, aktrisalıq və həyat qadınlığı ilə məşğul olurdu–bu zamanlarda, hər iki peşə bir baxıma skandal idi, ancaq həyat qadınlığı ictimai dairələrdə daha üstün peşə sayılırdı və təhsilli olmaları vəziyyətində bərabər olaraq görülməkdəydilər. Bu vəsilə ilə, həyat qadınlığı bəzi hallarda daha hörmət edilən bir peşə, əlavə iş ola bilirdi. Duc de Morny sponsorluğunda 1859-ci ildə teatr təhsili üçün Convervatoire də Musique et Declamation oxuduldu. Səhnə karyerası 1862-ci ildə başlayan Sara, məşhur fransız məktəbi olan "comédie Francaise"da bir şagird idi. Şöhrəti də 1870-ci illərdə Avropaya yayıldı və ABŞda Nyu-Yorka qədər uzandı. Qısa bir müddət sonra dramatik aktrisa olaraq böyük şöhrət qazandı və nəticədə "Müqəddəs Sara" ləqəbini qazanaraq dünya teatr və incəsənət tarixində silinməz, eyni zamanda özünəməxsus iz buraxdı.
Bərcan
Bərcan — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bərcan Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahilindən 7 km. aralı, Burovar silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, əsl adı Bəycandır. Guya kollektivləşmə illərində bəylərə münasibətin dəyişməsi ilə əlaqədar "y" səsi "r" səsi ilə əvəz olunmuşdur. Tədqiqatçılar isə oykonimi bərc (fars. "Hündürlüyüdur tikili") və -an (məkan bildirən Şək.) komponentlərindən ibarət "Hündürlüyüdur tikili olan yer" mənalı soz kimi izah edirlər. Əslində, Bərcan Azərbaycanda, Muğan vilayətində mövcud olmuş qədim Bərzənd (z - c) Şəhərinin adındandır və "torpaq sahəsi" mənasındadır.
Bərdax
Bərdax (əsl adı: Berdimurad Kaqabaylı qaraq. Berdaq, Бердақ; 1827[…], Xivə xanlığı – 1900[…], Qaraqalpaqıstan Respublikası) — qaraqalpaq şairi. Qaraqalpaqların konqrat qəbiləsinə mənsub olan Berdimurad Kaqabaylı 1827-ci ildə Aral ətrafında doğulub. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirməsi onun həyatla erkən tanış olmasına səbəb olub. Kənd məktəbində oxuduğu vaxtlarda çobanlıqla da məşğul olurdu. Mədrəsədə təhsil aldıqdan sonra varlı ailələrin övladlarına dərs deyərək pul qazanmağa başladı. Təhsilini mədrəsədə davam etdirərkən, türk və şərq ədəbiyyatı klassikləri ilə tanış olması gənc yaşlarında yaradıcılığa həvəs göstərməsinə vəsilə oldu. Türk ləhcələrini və ərəb fars dillərini dərindən mənimsəməsi şairin yaradıcılığını inkişaf etdirməsinə şərait yaradırdı. İlk şeirini 13 yaşında qələmə alan Berdimurad Kaqabaylı Bərdax təxəllüsü ilə illər sonra Qaraqalpaq ədəbiyyatında möhürünü vuran şairə çevriləcəkdi. Mübaliğəsiz demək olar ki, həm poeziyadan, həm də etnoqrafiyadan uğurla bəhərlənən Bərdax, yaradıcılığı ilə Qaraqalpaq ədəbiyyatında zirvəyə çevrilməyə nail oldu.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
Bərzani
Mustafa Bərzani — kürd siyasi və hərbi xadimi Məsud Bərzani — İraq Kürdüstanının birinci prezidenti. Neçirvan Bərzani — İraq Kürdüstanının ikinci prezidenti.
Bərzok
Bərzük – İranın İsfahan ostanının Kaşan şəhristanının Bərzük bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,211 nəfər və 936 ailədən ibarət idi.
Bərzul
Bərzul — İranın Həmədan ostanının Nahavənd şəhristanının Zərrindəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,729 nəfər və 728 ailədən ibarət idi.
Bərzük
Bərzük – İranın İsfahan ostanının Kaşan şəhristanının Bərzük bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,211 nəfər və 936 ailədən ibarət idi.
Bərzəx
Bərzəx ( (ərəb.) برزخ) — Coğrafi termin olaraq iki quru parçasını birləşdirən dar, ensiz keçidə deyilir. Bərzəx bir növ boğazın əksidir. Belə ki, boğazlar iki tərəfdən quru ilə əhatələndiyi halda, bərzəx iki su sahəsi ilə əhatələnir. Boğaz iki su sahəsini birləşdirdiyi halda, bərzəx iki quru parçasını birləşdirir. Bərzəx termini dilimizə ərəb dilindən keçmişdir. Dilimizə tərcümədə Aralıq və ya Keçid anlamını verir. Bərzəxlər bir növ əlverişli kanal tikintisinə imkan verir. Belə ki, onların dar, ensiz olması praktiki və maliyyə cəhətdən bunu mümkün edir. Buna Süveyş kanalı və Panama kanalını misal çəkmək olar. Dünyada bir çox bərzəxlər vardır: Panama bərzəxi — Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirir.
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Vərdah
Vərdah — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Vərdah kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Baxışlı kənd Sovetinin tərkibinə verilmişdir.
Xərzan
Xərzan (fars. خرزان‎ və ya خارزن‎) — İranda kənd adı. Xərzan (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.
Bərat
Berat — Albaniyada şəhər. Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Fərah
Fərah vilayəti
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.