Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biləsər
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1366 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Coğrafiyası == Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur. == Toponimiyası == Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur. == İqtisadiyyatı == Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Biləsər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülsə Birsəl
Gülsə Birsəl (türk. Gülse Birsel; 11 mart 1971) — türk aktrisası, ssenarist və jurnalist. == İlk illər == 11 mart 1971-ci ildə Gültəkin və Semiha Şənər cütlüyünün üçüncü övladı olaraq İstanbulda dünyaya gəlmişdir. Atası vəkil, anası evdar qadın olmuşdur. Adı, anasının və atasının adlarının ilk hecalarından gəlir. Onun 15 yaş böyük qardaşı Bozkurt və 13 yaş böyük Dilək adında bacısı vardır. Böyük qardaşı oftalmoloq və keçmiş milli voleybolçudur. Orta təhsilini Bəyoğlu Anadolu Liseyində bitirmişdir. Orta məktəbin son sinfinə qədər aktyorluq peşəsini seçməyi düşünürdü. Lakin sonralar ailəsinin istəyi ilə Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Bimetal
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. == Bimetallik element == Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
Diesel
Diesel – italyan dizayn və həmçinin brend geyim və aksessuar firması. Şirkət 1978-ci ildə Molvenada Rentso Rosso və dostu Adriano Qoldşmid tərəfindən yaradılmış və təsis edilmişdi. Diesel Only the Brave adlı holdinqinə daxildir. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. == Tarix == 1978-ci ildə Rentso Rosso AG Jeansdən olan və onun keçmiş müdiri Adriano Qoldşmid (Adriano Goldschmied) birgə yeni kompaniya yaratmağa qərar verdilər, bu indiki Diesel firmasının başlanğıcı idi. == Fəaliyyət == Diesel markası altında geyim, ətir və bir çox digər parfüm növləri, ayaqqabı, alt paltarları, aksessuarlar buraxılır. Hətta bir zaman avtomobil Fiat 500 və motosikl Ducati buraxılmışdı. Kompaniya özü istehsal ilə məşğul deyil; digər fabrikalarda sifarış edirdi. Həmdə 2012-ci ilə verilmiş statistik göstəricilərə görə, firma istehsalının 40% italyan, 60% isə digər xarici fabrikalarda buraxılmışdı. Kompaniyanın ən iri mağazası Milan şəhərindədir.
Əhməd Biyeşev
Əhməd Biyeşev (başq. Бейешев Әхмәт (Әхмәҙулла) Әлмөхәммәт улы; 24 fevral 1896 – 27 sentyabr 1937, Moskva) — dövlət və ictimai xadim, Başqırd milli hərəkatının iştirakçısı və ideoloqu, Başqırd ordusunun təşkilatçılarından biri, Komunist Partiyası Başqırd vilayət komitəsinin siyasi katibi, Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri (1920–1921). == Bioqrafiyası == Əhməd (Əhmədulla) Biyeşev Almuxametoviç Orenburq quberniyasının Orsk rayonunun 5-ci Userqan volostunun İdelbaevo kəndində (indiki Orenburq vilayətinin Mednogorsk şəhərinin şəhər dairəsi) anadan olmuşdur. Orenburq şəhərində müəllimlər seminariyasını bitirmişdir. Fevral İnqilabından sonra bir süvari alayının komandiri olaraq (1919-cu ilin fevralına qədər) Başqırd ordusunun sıralarına qatılır və bu orduda Hərbi Sahə Məhkəməsinin üzvü olur. Başqırd ordusunun Sovet hakimiyyəti tərəfinə keçməsindən sonra Başqırd Fövqəladə Komissiyası sədri, daha sonra Başqırd hökumətinin Sosial Təminat və Əmək narkomu olur. 1920-ci ildən Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, 1921-ci ildən Kommunist Partiyası Başqırd Vilayət Komitəsinin katibi. Daha sonra həmkarlar ittifaqları və iqtisadi vəzifələrdə çalışır. Əhməd Biyeşev Başqırdıstanın muxtariyyətini, siyasi və iqtisadi maraqlarını və başqırd xalqının mədəniyyətini müdafiə edir. Başqırdların partiya və sovet işinə qaldırılması üçün mübarizə aparır.
Vin Diesel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida dairəsi, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
Balık Bişməse rayonu
Balık Bişməse rayonu (tatar. Балык Бистәсе районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. Kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Balık Bişməse şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Rayon Layiş, Pitrəç, Teləçe, Mamadış rayonları ilə, Kuybışev su anbarı boyunca isə Çistopol və Alekseyevsk rayonları ilə həmsərhəddir. == Tarixi == Rayon 14 fevral 1927-ci ildə qurulmuşdur. 1920-ci ilə qədər olan ərazi Layiş qəzasına, 1920-1927-ci illərdə Layiş kantonuna daxil idi. 26 mart 1959-cu ildə ləğv edilmiş Kzıl-Yulduz rayonu ərazisinin bir hissəsi (rayon mərkəzi Kutlu-Bukaş kəndində olmuşdur) Balık Bişməse rayonunun bir hissəsi olur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilir, ərazisinin bir hissəsi Mamadış rayonunun, bir hissəsi isə Pitrəç rayonunun tərkibinə keçir.
Məşəl (jurnal)
"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal. == Tarixi == 1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur. == Fəaliyyəti == Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi. "Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi: Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.
Məşəl savaşı
Məşəl savaşı və ya Məşəl döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. == Arxa plan == Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Əbədi məşəl
Əbədi məşəl — qeyri-müəyyən müddətə yanan alov, lampa və ya məşəldir.
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. == Tarixi == Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.