Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Böyük Pirəlli
Böyük Pirəli, Böyük Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Böyük Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhli təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Tanınmış Şəxsiyyətləri == Səbzəliyev Elnar İlham oğlu - İkinci Qarabağ Müharibəsi iştirakçısı . Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 24 iyun 2021 - ci il tarixli sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Böyük Pirəlli oyk., mür.
Kiçik Pirəlli
Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi məlumatlar == Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb.Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Toponimikası == Kiçik Pirəlli oyk, mür. Qəbələ r-nunun Böyük Pirəli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. XIX əsrdə keçmiş Qədim Pirelili kəndindən ayrılmış ailələr yeni yaşayış məntəqəsi yaratmış və onu Cocuq Pirəlili adlandırmışdılar.
Pirelli
Pirelli — 1872-ci ildə Covanni Battista Pirelli tərəfindən Milanda, plastika istehsalçısı olaraq qurulmuş, beynəlxalq arenada fəaliyyət göstərən təkər firmasıdı. Təkər sektorunda Pirelli, gəlir mənasında dünyanın 5-ci ən böyük markasıdır. 2006-cı ildə Pirelli şinləri 3,94 milyard avro satış əldə edərək, bir əvvəlki ilə görə 8,7% böyümə qeyd etmişdir. Pirelli şinləri, rezin dizayn, inkişaf, istehsal və marketinq sahələrində fəaliyyət göstərməsiylə, "Beynəlxalq Pirelli Qrupu"nun əhəmiyyətli bir parçasına çevrilmişdir. Pirelli şinlərinin fəaliyyət sahəsi, yüngül ticari vasitə və motosikldan (gəlirin 70%-i istehlakçı bazardan əldə olunur), avtobus, yük maşını, traktor, iş maşını və marketinqə (gəlirin 30%-i sənaye bazarından əldə olunur) qədər uzanmaqdadır. == Tarixi == 1870-ci ildə Covanni Battista Pirelli tərəfindən buxarla çalışan bir maşın, 5 idarəçi və 50 işçi ilə Milanda qurulan Pirelli, hal hazırda dünyanın 17 ölkəsində ümumilikdə 23 fabrikdə təkər sektorunda fəaliyyət göstərir. Fəaliyyətinə kauçuk sahəsində başlayan şirkət, hazırda rezin təkər ilə yanaşı enerji və kommunikasiya sahələrində istifadə olunan kabellərin istehsalını da reallaşdırır.
Cryptobia borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. == Yayılması == Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Kriptobiya borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. == Yayılması == Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Birhədli
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.Dəyişən iştirak etməyən, məsələn, − 7 {\displaystyle -7} , 1 7 {\displaystyle {\frac {1}{7}}} , 5 {\displaystyle 5} kimi birhədlilərin dərəcəsi 0 {\displaystyle 0} -ra bərabərdir.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Bədəlli
Bədəlli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin əsl adı Şahbədəllidir. Sovet dövründə toponimin birinci komponenti atılmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Şirvanın dağlıq zonasında, Qobustanda yaşamış ərəbqədim tayfasının üç qolundan biri olan şahbədəlli tirəsinə mənsub ailələr tərəfindən salınmış və onların adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə Ağdaş rayonunun Havarlı inzibati ərazi vahidində Bədilli kəndi qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Pirsaatçayın sol sahilindən 6 km. aralı, Mərəzə yaylasında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 634 nəfər əhali yaşayır.
Şirəzli
Şirəzli və ya Virayi (fars. شیرزلی، ویرایی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 209 nəfər yaşayır (85 ailə).
Şorəlli
Şorəlli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Birili
Birili Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Pirəli
Pirəli (Urmiya)
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birillik istiot
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Birillik xırdaləçək
Birillik xırdaləçək (lat. Erigeron annuus) - xırdaləçək cinsinə aid bitki növü.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Birillik zümrüdçiçəyi
Bədəlli bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dirəkli (Qürvə)
Dirəkli (fars. ديركلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kirəcli süngərlər
Kirəcli süngərlər (lat. Calcarea) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.
Mirəlili (Meşkinşəhr)
Mirəlili (fars. ميرعليلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (65 ailə).
Pirəlili (Meşkinşəhr)
Pirəlili (fars. پيرعليلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (16 ailə).
Morelli
Morelli (1717, Vitri-le-Fransua – 1778) — Fransız maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını - "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
Vitelli
Aul Vitelli Germanik (lat. Aulus Vitellius Germanicus Augustus; 24 sentyabr 15 və ya 7 sentyabr 15 – 22 dekabr 69, Roma) — 69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru olub.
Bareli
Bareli, bəzən Bareyli (hind बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir. İngiltərə-Marathi müharibələrinin gedişində Britaniyanın Hindistandakı müstəmləkələrinə birləşdirilmişdir (1801).
Altıqurşaqlı zirehli
Altıqurşaqlı zirehli (lat. Euphractus sexcinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Argentina, Boliviya, Braziliya, Uruqvay, Paraqvayda və Surinamda ayrı-ayrı populyasiyalar mövcuddur. Bədəni sarımtıl rənglidir, bəzən tünd və ya açıq qırmızı qəhvəyi olur. Monotipik Euphractus cinsinə aiddir. Bir çox biotoplarda, yağışlı meşələrdən çəmənliklərə qədər olan ərzilərdə yayılmışdır. Əsasən açıq ərazilərdə, Serrado savannasında müşahidə olunurlar. Hər şey yeməsi ilə seçilir, müxtəlif bitki və heyvanlarla qidalanır. Şikarını yuvasında parçalayır. Əksər zirehli növlərindən fərqli olaraq, əsasən gündüz həyat tərzi keçirir.
Andrea Boçelli
Andrea Boçelli (it. Andrea Bocelli; 22 sentyabr 1958[…], Layatiko[d], Toskana) — İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseri. Müğənni Selin Dion onun haqqında: "Əgər Allahın oxumağa səsi olsa, bu səs Andrea Bocellinin səsinə oxşamalıdır" deyib. Prodüser və bəstəkar Devid Foster isə Andrea Bocellinin səsini "dünyanın ən gözəl kişi səsi" kimi təsvir edir.1992-ci ildən bəri Boçellinin 90 milyondan çox albomu satılıb.Zəif görmə ilə doğulan Boçelli, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib. 1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrətinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır. 1998-ci ildə adı People jurnalında dərc edilən "50 ən gözəl/yaraşıqlı insan" siyahısında yer alıb. 1999-cu ildə Qremmi Mükafatının Ən Yaxşı Yeni Sənətçi nominasiyası üzrə namizəd olub. "Quest for Camelot" animasi filmi üçün yazılmış, Selin Dionla duet oxuduğu "The Prayer" mahnısı ilə, Qızıl Qlobus Mükafatının Ən Yaxşı Orijinal mahnı nominasiyası üzrə qalib, Oskar Mükafatının Ən Yaxşı Orijinal Mahnı nominasiyası üzrə isə namizəd olmuşdur. "Secret Arias" albomu ilə Ginnesin Rekordlar Kitabına düşüb.