Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Flappy Bird
Flappy bird — 2013-cü ildə Vyetnam əsilli oyun yaradıcısı Nquyen Ha Donq tərəfindən Hanoi şirkətində yaradılan və dotGEARS Studio tərəfindən paylaşılan mobil telefon oyunudur. Bu oyun 24 may 2013-cü ildə App Store və Google Playdə paylaşılmış, 10 fevral 2014-cü ildə isə silinmişdir. Flappy bird retro üslublu yan-hərəkət görünüşlü 2D oyundur. Oyunun əsas məqsədi sağa doğru hərəkət edən quşu ekrana toxunmaqla havada saxlamaq və boruların arasından keçirməkdir. Əgər quş borulardan birinə dəysə, oyun bitmiş sayılır. Xallar isə quşun uğurla keçdiyi boruların sayına bərabərdir. 10–20 xal arası bürünc medal, 20–30 xal arası gümüş medal, 30–40 xal arası qızıl medal, 40 xalda çox olduqda isə "Xüsusi medal" verilir. Oyun vyetnamlı Nquyen Ha Dong tərəfindən Iphone 5 üçün yaradılıb və 2013-cü ilin sentyabrında iOS 7 əməliyyat sistemində uğurla sınaqdan keçirilib. 2014-cü ilin yanvar ayında oyun ABŞ və Çİn App Storelarında 1-ci yerə çıxıb və Böyük Britaniya App Storeında "yeni Angry Birds" adı alıb. 30 Yanvar 2014-cü ildə bu oyun Android əməliyyat sistemi üçün çıxdı.
Corc Miller Bird
Corc Miller Bird (8.5.1839, Konnektikut ştatı, Montvil – 23.1.1883, Nyu-York) — Amerika nevropatoloqu. Andoverdə (Massaçusets ştatı) Fillips Akademiyasında (1854–58) və Yel Universitetində (1862) təhsil almışdır. 1866-cı ildən Nyu-Yorkda Tibb-Cərrahiyyə kollecində, 1868-ci ildən Nyu-York Universitetində işləmişdi. Əsas əsərləri elektriklə müalicə, sinir və psixi pozuntu məsələlərinə aiddir. 1869-cu ildə gərgin fəaliyyət nəticəsində sinir yorulması vəziyyətini (Bird xəstəliyi adlandırılan) təsvir etmiş, onun adlandırılması üçün 1880-ci ildə nevrasteniya terminini irəli sürmüşdü. Dəniz xəstəliyi simptomlarının təsvirini ilk dəfə o vermiş və onun müalicəsini göstərmişdi (1881). Çoxsaylı elmi-kütləvi kitabların, o cümlədən "Spiritizmin psixolo giyası" (1878), "Psixi xəstəliklərin problemləri" (1880), "Amerika əsəbiliyi, onun səbəbləri və nəticələri"nin (1881) müəllifidir.
Çarlz Ostin Bird
Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi. Oksford, Kornell və Kolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Ness
Ness (yun. Νέσσος) Yunan mifologiyasında öz qanı ilə Heraklı zəhərləmiş olan kentavr, İksion və Nefelanın oğludur.. Heraklla döyüşdən Yeven çayına qaçmış, lakin Herakl onu Yeven çayında Deyaniranı zorlamaq istədiyi üçün öldürmüşdür. Ölərkən Deyaniraya onun qanının və torumunun yığıb qarışdırarsa, bunun müqabilində Heraklın ona olan məhəbbəti təmin edilmiş olacağını deyir. . Diğər bir mənbədə onun Lokra qaçaraq və orada ölməsi bildirilir. Nessin və digər kentavrların qəbiri Xalkidadakı Tafiass təpəsindədir.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10–12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX–XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədilə də "şair" əvəzinə "bard" deyirlər.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Bild
“Bild” (“Das Bild”) — Almaniyada nəşr olunan ən iri gündəlik kütləvi qəzet. 1952-ci ildə mediamaqnat Aksel Sezar Şpringer tərəfindən təsis edilmişdir. 1971-ci ildədək “Bild Saytunq” (“Bild Zeitung”) adlanmışdır. Almaniyanın 29 iri mərkəzində, Malyorka və Qran-Kanariya adalarında həftədə 6 dəfə olmaqla (32 buraxılış) nəşr olunur. Mənzil-qərargahı Hamburqda yerləşir; baş redaktoru K. Dikmanndır (2005). Gündəlik realizə olunan tirajı 3,83 mln. nüsxədir (2005). 1956-cı ildən “Bild am Zonntaq” (“Bild am Sonntag”) həftəsonu buraxılışı 2,04 mln. nüsxə tirajla nəşr edilir. Əsas nəşrə əlavə kimi “Bild der Frau” (1983-cü ildən), “Auto-Bild” (1986-cı ildən), “Şport-Bild” (“Sport-Bild”, 1988-ci ildən), “Kom pyüter-Bild” (“Computer-Bild”, 1996-cı ildən) və s.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
EBird
eBird — alimlərə, tədqiqatçılara və həvəskar təbiətşünaslara quşların yayılması və bolluğu haqqında real vaxt məlumatları təqdim edən quş müşahidələrinin onlayn məlumat bazasıdır.
.net
.net — internet şəbəkəsində ümumi domen adıdır (gTLD). Adını "network (şəbəkə)" sözünün qısaltmasından götürür və ilkin təyinatını şəbəkə texnologiyaları xidmətini göstərən təşkilatların qeydiyyat adıdır (internet-provayderlər və başqa bu növ xidmət edən şirkətlər). Ancaq, heç bir sərti məhdudiyyətlər mövcud deyildir, hal-hazırda domen ümumi təyinatlı ad sahəsidir. O əvvəlki kimi şəbəkə operatorlarının arasında məşhurdur.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Ağ neft
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Brooklyn Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Bruklin Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Devid Uest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Yəşt
Yəşt ("pərəstiş", "tərif") — "Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli və maraqlı hissəsidir. Yaştlarda hindlilərin Vedalarında mövcud olan bənzərli materialla səsləşən çoxsaylı epik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır. Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə edilmişdir.
BIND
BIND (tələffüzü: bayınd) — internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-ci illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.
Nət
Nət - qəsidənin bir növü. Peyğəmbərin tərifinə, vəsfinə yönəlmiş qəsidə nət adlanır. Orta əsrlərdə yazılan bədii əsərlər adətən minacatla başlayırdı. Minacatdan sonra peyğəmbərin qüdrəti və qüdsiyyətindən söhbət açır, onu tərifləyirdi. Belə qəsidələrə nət deyilir. Nət məsnəvi şəklində yazılır.
Bert Lankaster
Berton Stiven "Bert" Lankaster (ing. Burton Stephen "Burt" Lancaster; 2 noyabr 1913[…], Nyu-York, Nyu-York ştatı – 20 oktyabr 1994[…], Los-Anceles, Kaliforniya) — Amerika kino tarixinin ən müvəffəqiyyətli aktyorlarından biri. Oskar və Qızıl Qlobus (1961) mükafatları laureatı. Bağışlanmamış (film, 1960) / ing.
Bert Trautmann
Bernhard "Bert" Karl Trautmann (22 oktyabr 1923, Bremen – 19 iyul 2013) — alman futbolçu. Bert Trautmann 1949–1964-cü illərdə İngiltərənin Mançester Siti futbol klubunun qapısını qoruyub. Trautmann alman olsa da, Almaniya millisində heç vaxt oynamayıb. Amma Mançesterdə, o bu günə gədər ən populyar futbolçulardan sayılır. Bert Trautmann 1923-cü il oktyabrın 22-də doğulub. 10 yaşından futbol oynamağa başlayıb. 18 yaşında Faşist Almaniyasında hərbi xidmətə yollanıb, paraşütçü olub. Əvvəl sovet, sonra isə ingilis əsgərləri tərəfindən həbs edilib. Azadlıqa çıxdıqdan sonra Trautmann Böyük Britaniyanı tərk etməyib və bu ölkədə qalaraq peşəkar futbolla məşğul olub. Əvvəllər ingilis futbol azarkeşləri "nasist oğlana" nifrət edirdilər.
Qurtulan Bert
Qurtulan İsmayıl oğlu Bert (karaçay-balkarca:Гуртуланы Исмаилны жашы Берт,25 oktyabr (7 noyabr) 1910, Belaya Reçka (Kabarda-Balkariya), Kabardin-Balkariya – 12 fevral 2001, Kabardin-Balkar MSSR) — qaraçay-balkar şairi, yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü (1934), Kabardin-Balkar Respublikasının Xalq yazıçısı, Əməkdar mədəniyyət işçisi Bert Qurtulan 25 oktyabr (7 noyabr) 1910-cu ildə indiki Kabardin-Balkar Respublikasının Ağsu (qaraçay-balkarca: Акъ суу) kəndində yoxsul maldar ailəsində anadan olmuşdur. Pedaqoji Məktəbi bitirmişdir. 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. İkinci Dünya müharibəsində iştirak etmiş, siyasi bölmədə fəaliyyət göstərmişdir. 1944-cü ildə bütün balkar xalqı ilə birlikdə sürgün olunmuşdur. Vətənə döndükdən sonra Kabardin-Balkar Respublikası Yazıçılar Birliyində məsul katib və “Dostluq” («Шуёхлук») dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 12 fevral 2001-ci ildə doxsan yaşında vəfat etmişdir. Bert Qurtulanın yaradıcılığında İkinci Dünya müharibəsində sovet xalqının qələbəsi və kommunizm quruculuğu önəmli yer tutur. Onun şeir və poemaları həmçinin vətənpərvərlik ruhu ilə seçilir. Şairin poemaları qaraçay-balkar poeziyasının inkişafında mühüm rol oynamışdır.
Bərk neft məhsulları
Bərk neft məhsulları Parafinlər əsasən normal quruluşlu molekulunda 18-35 ataomlu metan sırası, ərimə temperaturu 45-65oC olan karbohidrogen qarışığından ibarətdir. Parafinlərdə adətən bir qədər izoparafin, bir də molekulunda aromatik və naften nüvəli karbohidrogen təşkil edir. Parafin – molekul kütləsi 300-450 olan kristallik quruluşa malik ağ maddədir. Parafinlər əsasən aromatik-keton həlledicilərindən istifadə edərək distillə olunmuş yağ xammalının parafinsizləşdirmə və yağsızlaşdırma yolu ilə alırlar. Əmtəə məhsulları almaq üçün yağsızlaşdırılmış parafinləri sulfat turşusu, kontakt üsulu, süzülmə və hidrogenləşmə yolu ilə təmizləyirlər. Təmizlik səviyyəsinə görə parafinləri yüksək təmizlənmiş və adi təmizlənmişlərə bölünür. Yüksək təmişlənmiş parafinlərin tətbiq sahələri: - yeyinti məhsulları ilə təmasda olan konteynerləri və qablaşdırılma materialın hazırlanmasında; - kosmetik preparatlar hazırlamaq üçün; - əczaçılıq sənayesində; - müxtəlif mumlu tərkiblərin hazırlanmasında. Texniki təyinatlı təmizlənmiş parafinləri istifadə edirlər: - təsərüffatın müxtəlif sahələrində xammal materialı kimi (sintetik yağ turşularının alınmasında, xlorparafinlərin və s.); - kimyəvi məişət məhsullarının, əsasən şamların alınmasında; - müxtəlif növlü kağızların, kartonların, tekstilin, taxta və metal səthlərin hopdurulması və örtülməsi üçün Serezinlər- əsasən molekulunda karbon atomlarının sayı 35-dən 55-ə qədər olan izomer və normal quruluşlu parafin karbohidrogenin qarışığından ibarətdir. Serezinlərin tərkibində həmçinin parafin naften və parafin-naften-aromatik karbohidrogenlər vardır. Serezinlər – makrokristallik quruluşa malik maddələrdir.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.