Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birdja
Birdja (gürc. ბირჯა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 400 m hündürlüktə, Qara dənizdən 11 km və Suxumidən 15 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 443.
Birlik
Birlikfilm
Birqit
Birqit (24 sentyabr 1988, Kohilla kənd bələdiyyəsi[d]) — 24 sentyabr 1988-ci ildə anadan olan Estoniyalı müğənni. Birqit 2013 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Et Uus Saaks Alguse" mahnısı ilə təmsil edib. == Karyerası == Birgit 2007-ci ildə "Eesti otsib superstaari" milli televiziya şousunun 1-ci mərhələsinin qalibi olmuşdu. Elə həmin ildə də o, Uilyam Şekspirin "Veroniyalı iki centlmen" pyesi əsasında çəkilmiş eyniadlı filmdə Silviya obrazını canlandırır. 2007-ci ildə bunlardan başqa o, "L'Olivo d'Oro" (qızıl zeytun) italyan mədəniyyət festivalında qeyri-italyan kimi çıxış edərək birinci yerə çıxır və mükafatlandırılır. == Şəxsi həyatı == Birgit 15 mart 2015-ci il tarixində Indrek Sarrapla Taylandda ailə həyatı qurdu. Bu cütlüyün Simeon adlı oğlu və Helen adlı qızı var. == Diskoqrafiyası == Albomları Birgit Oigemeel (15 yanvar 2008) Ilus aeg (11 noyabr 2008) Teineteisel pool (19 noyabr 2009) Uus algus (3 dekabr 2013) Mahnıları Kas tead, mida tähendab?
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
"Birlik" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir. Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir. Rəhbəri Firəngiz Qurbanovadır. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) ("Birlik" studiyası) İfritə Meymunə (film, 1992) ("Birlik" studiyası) Keşikçi (film, 1990) ("Birlik" studiyası) Kürən (film, 1989) ("Birlik" studiyası) Naməlum torpaq (film, 1992) ("Birlik" studiyası) Şahzadə qız (film, 1991) ("Birlik" studiyası) Yaramaz kral (film, 1990) ("Birlik" studiyası) Zəka yatarsa...
Fərdi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
Himantoglossum viride
Yaşıl boşləçək (lat. Dactylorhiza viridis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Dactylorhiza viridis var. virescens (Muhl. ex Willd.) Baumbach Dactylorhiza viridis var.
Parlamentlərarası Birlik
Parlamentlər Arası Birlik (PAB) (ing. Inter-Parliamentary Union (IPU)) — müstəqil dövlətlərin parlamentlərin təmsilçilərindən yaranmış bir beynəlxalq təşkilatdır. 1889-cu ildə İsveçrədə qurulub.
Pyer Burdye
Pyer Burdye (fr. Pierre Bourdieu, 1 avqust 1930[…] – 23 yanvar 2002[…], XII arondisman (Paris), Fransa) — fransız filosofu, sosioloqu. Ali Normal Məktəbi (1954) bitirmişdir. 1955– 64-cü illərdə Mulen, Paris, Lill təhsil müəssisələrində fəlsəfədən dərs demiş, 1964–2001-ci illərdə Sosial Elmlər Ali Məktəbinin (Paris) professoruru, 1982 –2001-ci illərdə Kollej de Fransın sosiologiya kafedrasının müdiri, 1985–98 illərdə Parisdə Avropa Sosiologiya Mərkəzinin direktoru, 1975-ci ildən "Actes de la recherche en sciences sociales" jurnalının baş redaktoru, 1998-ci il — dən "Liber-Raisons d’agir" nəşriyyatının rəhbəri olmuşdur. Burdye əsas sosioloji ziddiyyətin – sosial struktur ilə sosial hərəkət arasındakı uçurumun aradan qaldırılmasının variantını təklif etmişdir. Onun "genetik strukturalizm" konsepsiyası obyektivist (E. Dürkheym, K. Marks və strukturalizm) və subyektivist (M. Veber fenomenologiya və etnometodologiya) metodologiyalarının sintezinə cəhddir: "strukturlaşdırıcı struktur" Burdyeyə görə, habitus obyektiv strukturları, subyektiv intensiyaları (niyyətləri) və hərəkətləri birləşdirir. Sosial məkan, sahə, kapital və habitus B. konsepsiyasının əsas anlayışlarıdır. B-yə görə, sosial gerçəklik həm obyektiv – müxtəlif növ resursların bölüşdürülməsində obyek — tivləşdirilmiş sosial münasibətlərlə, həm də subyektiv – sosial münasibətlərə əks, fəal təsir göstərən sosial təsəvvürlər və yer dəyişmələrlə (dispozisiyalarla) strukturlaşdırılmışdır. Burdyeyə əsasən, sosial məkan çoxlu nisbətən muxtar yarımməkanlardan – "sahələrdən" ibarət olur. Sahəni oyunun strukturları, yerdəyiş mələri, qaydaları və istinadları müəyyən edir.
Roberto Bordin
Roberto Bordin (it. Roberto Bordin; 10 yanvar 1965, Zəviyyə) — Liviyada anadan olmuş italiyalı keçmiş futbolçu və məşqçi. Azərbaycanın Neftçi futbol klubunun keçmiş baş məşqçisi. Liviyada bir italyan ailəsində anadan olmuşdur. Futbolçu karyerasına İtaliyanın şimal-qərbində yerləşən San-Remo təmsilçisi "Sanremense" komandasında başlamışdır. Bu komandadan ayrıldıqdan sonra "Taranto" və "Parma" klublarında İtaliyanın aşağı liqalarında çıxış etmişdir. Daha sonra İtaliya A Seriyasında mübarizə aparan "Çezena" və "Atalanta" klublarının heyətində oynamışdır. Ardınca müxtəlif illər ərzində "Napoli", "Pyaçenza", "Triestina", "Spezia" və "Viçentsa" klublarında çıxış etmişdir. Bir müddət Marçelo Lippinin də rəhbərlik etdiyi "Napoli"də futbolçu karyerasının ən yaxşı illərini keçirmişdir. Məhz bu klubun heyətində 1996-97 mövsümü İtaliya Kubokunun gümüş mükafatçısı olmuşdur.
Satyrium viride
Yaşıl boşləçək (lat. Dactylorhiza viridis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Dactylorhiza viridis var. virescens (Muhl. ex Willd.) Baumbach Dactylorhiza viridis var.
Trogon bairdii
Trogon bairdii (lat. Trogon bairdii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin troqon cinsinə aid heyvan növü.
Veratrum viride
Yaşıl asırqal (lat. Veratrum viride) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Horminum viride
Yaşıl adaçayı (lat. Salvia viridis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Horminum viride (L.) Moench Ormilis viridis (L.) Raf. Salvia horminum var.
Baccharis bairdii
Baccharis bairdii (lat. Baccharis bairdii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bernie Sanders
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[…], Bruklin, Nyu-York ştatı, ABŞ[…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus) Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır. İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.
Billie Eilish
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir sıra ölkələrdə ilk 15-də yer alıb. Billi Aylişin 2019-cu ildə yayımladığı debüt studiya albomu olan "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəlib. Sözügedən albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrilib. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün qardaşı ilə mahnı yazıb ifa etmişdir. Həmin mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çatıb. Eyni zamanda ona 2022-ci ildə "Oskar" mükafatı qazandırıb. Billi Aylişin sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıq hit-paradlarında ilk 10-luğa daxil olub.
Billie Jean
Billie Jean — Maykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan Thriller-ə daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur. İlk olaraq Consun bəyənmədiyi mahnı haqqında o, və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir. "The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-də, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-də, həm də BK-da hit paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniya və İsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveç və İsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir. İki Grammy Awards, bir American Music Award kimi bir çox müxtəlif mükafatlar alan mahnı, maraqlı musiqisi və diqqətçəkən klipi ilə "Thriller" albomunun bütün zamanların ən çox satılan musiqi albomu olmasına təkan vermişdir.
Birlik (Avurğazı)
Birlik (başq. Берлек, rus. Берлек) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 13 km, kənd sovetliyindən (Novofyodrofka): 4 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozero stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (74%) üstünlük təşkil edir.
Tapirus bairdi
Mərkəzi Amerika tapiri (lat. Tapirus bairdii)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Şəxsi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
Bircinə
Bircinə (az.-əski. بیرجینه‎, fars. پرچینه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (14 ailə).
Bərdəi
Bərdəi (və ya Bərdəvi) — Azərbaycanda daha işlədilən təxəllüs, əslən Bərdədən olanlar tərəfindən istifadə olunur. Bu təxəllüsü olan tanınmış insanlar Əbusəid Bərdəi - hənəfi alimi.
Bərdə
Bərdə — Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhər inzibati ərazi dairəsində şəhər, Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Muhyəddin Bərdəi
Sədallah Bərdəi
Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) - mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair. Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki,onlardan da biri Sədallah Bərdəidir. Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər. Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc finnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm." Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
Əhməd Bərdəi
Əhməd Bərdəi — XV əsr Azərbaycan alimi. Ağqoyunluların hakimiyyəti illərində Azərbaycanda yaşamış hənəfi məzhəbinə mənsub mütəkəllim idi. Həyatı haqqında ətraflı məlumat yoxdur. Əhməd Bərdəi Sə’dəddin Təftazaninin əsərinə Şərhu Əqaidü’n-Nəsəfi‛ adlı şərh yazmış və bu əsərinin h. 850-ci ildə (1446) bitirmişdi. Ölüm tarixi məlum deyil.