Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirelli
Pirelli — 1872-ci ildə Covanni Battista Pirelli tərəfindən Milanda, plastika istehsalçısı olaraq qurulmuş, beynəlxalq arenada fəaliyyət göstərən təkər firmasıdı. Təkər sektorunda Pirelli, gəlir mənasında dünyanın 5-ci ən böyük markasıdır. 2006-cı ildə Pirelli şinləri 3,94 milyard avro satış əldə edərək, bir əvvəlki ilə görə 8,7% böyümə qeyd etmişdir. Pirelli şinləri, rezin dizayn, inkişaf, istehsal və marketinq sahələrində fəaliyyət göstərməsiylə, "Beynəlxalq Pirelli Qrupu"nun əhəmiyyətli bir parçasına çevrilmişdir. Pirelli şinlərinin fəaliyyət sahəsi, yüngül ticari vasitə və motosikldan (gəlirin 70%-i istehlakçı bazardan əldə olunur), avtobus, yük maşını, traktor, iş maşını və marketinqə (gəlirin 30%-i sənaye bazarından əldə olunur) qədər uzanmaqdadır. == Tarixi == 1870-ci ildə Covanni Battista Pirelli tərəfindən buxarla çalışan bir maşın, 5 idarəçi və 50 işçi ilə Milanda qurulan Pirelli, hal hazırda dünyanın 17 ölkəsində ümumilikdə 23 fabrikdə təkər sektorunda fəaliyyət göstərir. Fəaliyyətinə kauçuk sahəsində başlayan şirkət, hazırda rezin təkər ilə yanaşı enerji və kommunikasiya sahələrində istifadə olunan kabellərin istehsalını da reallaşdırır.
Cryptobia borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. == Yayılması == Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Kriptobiya borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. == Yayılması == Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Böyük Pirəlli
Böyük Pirəli, Böyük Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Böyük Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir. Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Bu kənddə ən böyük küçə Abduməhlədir. Yolun adı Bəy Yolu adlanır. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir. Fındıq bağlarından, taxıldan gəlir götürürlər.
Kiçik Pirəlli
Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi məlumatlar == Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir. Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir. Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Toponimikası == Kiçik Pirəlli oyk, mür.
Morelli
Etyenn-Qabriel Morelli (1717[…] – 1778[…]) — Fransa maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını — "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
Vitelli
Aul Vitelli Germanik (lat. Aulus Vitellius Germanicus Augustus; 24 sentyabr 15 və ya 7 sentyabr 15 – 22 dekabr 69, Roma) — 69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru olub.
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Birili
Birili Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Billi
Billi — ad. Billi Vaylder — ABŞ rejissoru, ssenaristi və prodüseri Billi Co Armstronq – amerikalı musiqiçi, müğənni, gitaraçı Billi Kid — cinatərkar. Billi Uaytlou — britaniyalı aktrisa.
Altıqurşaqlı zirehli
Altıqurşaqlı zirehli (lat. Euphractus sexcinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Argentina, Boliviya, Braziliya, Uruqvay, Paraqvayda və Surinamda ayrı-ayrı populyasiyalar mövcuddur. Bədəni sarımtıl rənglidir, bəzən tünd və ya açıq qırmızı qəhvəyi olur. Monotipik Euphractus cinsinə aiddir. Bir çox biotoplarda, yağışlı meşələrdən çəmənliklərə qədər olan ərzilərdə yayılmışdır. Əsasən açıq ərazilərdə, Serrado savannasında müşahidə olunurlar. Hər şey yeməsi ilə seçilir, müxtəlif bitki və heyvanlarla qidalanır. Şikarını yuvasında parçalayır. Əksər zirehli növlərindən fərqli olaraq, əsasən gündüz həyat tərzi keçirir.
Andrea Boçelli
Andrea Boçelli (it. Andrea Bocelli; 22 sentyabr 1958[…], Layatiko[d], Toskana) — İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseri. Müğənni Selin Dion onun haqqında: "Əgər Allahın oxumağa səsi olsa, bu səs Andrea Bocellinin səsinə oxşamalıdır" deyib. Prodüser və bəstəkar Devid Foster isə Andrea Bocellinin səsini "dünyanın ən gözəl kişi səsi" kimi təsvir edir. 1992-ci ildən bəri Boçellinin 90 milyondan çox albomu satılıb. Zəif görmə ilə doğulan Boçelli, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib. 1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrətinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır. 1998-ci ildə adı People jurnalında dərc edilən "50 ən gözəl/yaraşıqlı insan" siyahısında yer alıb. 1999-cu ildə Qremmi Mükafatının Ən Yaxşı Yeni Sənətçi nominasiyası üzrə namizəd olub.
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birillik istiot
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Birillik xırdaləçək
Birillik xırdaləçək (lat. Erigeron annuus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Birillik zümrüdçiçəyi
Cırtdan zirehli
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. == Görünüşü == Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Doqquzqurşaqlı zirehli
Doqquzqurşaqlı zirehli (lat. Dasypus novemcinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. == Görünşü == Bədənin uzunluğu 32–57 sm, quyruğu 21–45 sm uzunluqdadır. Çəki 3 ilə maksimum 9,8 kq arasında dəyişə bilər, lakin nadir hallarda 6,5 kq-dan artıq xərdlər müşahidə edilir. Erkəklər dişilərə nisbətəndə bir az ağır çəkili olur. Ensiz, üçbucaqlı bir başa sahibdir. Qulaqlar başla müqayisədə 5.9 sm-ə qədər uzun, böyük, çox hərəkətlidir və ucları yuvarlaqdır. Bütün zirehlilər kimi, bu növ də bel nahiyyəsində üç ayrı hissədən ibarət olan zireh ilə xarakterizə olunur. Zireh bədən çəkisinin təxminən 16% -ni təşkil edir. Zireh ümumiyyətlə qəhvəyi olur.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Matteo Boçelli
Matteo Boçelli (it. Matteo Bocelli; 8 oktyabr 1997, Forte-dey-Marmi[d], Toskana) — İtaliya müğənnisi. == Həyatı == Matteo Boçelli 8 oktyabr 1997-ci ildə məşhur tenor Andrea Boçelli və onun ilk həyat yoldaşı Enrika Çendzatti ailəsində dünyaya gəlib. Matteo atasının yolu ilə gedərək, musiqidə uğurlu karyera qurur və hətta Andrea ilə bir sıra duetlər oxuyur. Ata-oğul dueti, "Fall On Me" mahnısı Matteonun ictimai musiqi debütü olur. Sonralar isə müğənni bir sıra uğurlu mahnılar yazıb ifa edir və atası ilə birlikdə dünya səhnələrini paylaşır.
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020[…]) — İtaliya opera müğənnisi. == Həyatı == Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. == Ədəbiyyat == Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.
Qısaburun zirehli
Qısaburun zirehli (lat. Lepisosteus platostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.
Birhədli
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Bədəlli
Bədəlli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin əsl adı Bədəl kəndi olub. Bu adın verilmə səbəbi isə, Yekəxana deyilən ərazidə bir tayfa yaşayıb. Tayfanın ağsaqqalı Seydi kişi can dostu olan Məşədiqabuldan onun sözünü yerə saldığına görə inciyir. Seydi kişi öz tayfasıyla bərabər Yekəxana kəndini tərk etməyi qərara alır. Kəndi tərk edərkən kimsəsi olmaya Bədəl adlı bir şəxs Seydi kişiyə məndə sizinlə gəlirəm deyir və kəndi tərk edirlər. Yeni düşərgələrini qurduqdan sonra, Seydi kişi Bədəli yanına çağırıb deyir. Mənim adımı yaşadacaq oğlum, qızım var səninsə yoxdu. Kəndin adı sənin adın olacaq qoy adın əbədi yaşasın. == Coğrafiyası və iqlimi == Kənd Pirsaatçayın sol sahilindən 6 km.
Şirəzli
Şirəzli və ya Virayi (fars. شیرزلی، ویرایی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 209 nəfər yaşayır (85 ailə).
Şorəlli
Şorəlli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Pirəli
Pirəli (Urmiya)
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.