Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sonic 3D Blast
Sonic 3D, Sonic 3D: Flickies’ Island və ya Sonic 3D Blast — "Sonic Team" oyun şirkəti tərəfindən 1996-cı ildə yaradılan macəra oyunudur. Həkim Robotnik alternativ ölçülmədə yaşayan Fliki adlı quşları tapdıqdan sonra öyrənir ki, bu quşlar böyük üzüyün köməyi ilə müxtəlif yerləri gəzə bilirlər. Bu səbəbdən Həkim Robotnik onları robota döndərir ki, Xaosun zümrüdlərini asan tapsın. Sonik Fliki adasına səyahət edən zaman burada Həkim Robotnikin bazasını görür və onun quşlardan robot düzəldtməsini müşahidə edir. Bütün bu hadisələri öyrənən Sonik qərar verir ki, Fliki quşlarını xilas etsin və Həkim Robotnikin Xaosun zümrüdləri axtarışına son qoysun. Sonik əvvəlcə quşları azad edir və Həkim Robotnik ilə bir neçə dəfə döyüşür. Bir çox macəralardan sonra Sonik Həkim Robotnik ilə sonuncu dəfə döyüşərək ona qalib gəlir və bütün quşları azad edir.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Spin-off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Spin off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Dance You Off
Dance You Off (azərb. Səni rəqs etdirmək‎) — İsveçin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Benyamin İnqrosso "Dance You Off" mahnısı ilə İsveçin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı MAG, Luis Şurl, K Nita və Benyamin İnqrossonun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Off The Wall
Off the Wall — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Off the Wall (albom)
Off the Wall — Maykl Cekson 5-ci studiya albomu. Albom 10 avqust 1979-cu ildə Epic Records leyblı ilə buraxılmışdır. Albomdakı üç sinqla videoklip çəkilmişdir. Mahnılardan üçü Ceksonun özü tərəfindən yazılmışdır, o cümlədən, Platin sertifikatlı sinql — Don't Stop 'Til You Get Enough. Albom dünyada 20 milyon nüsxədən artıq satılmış və tarixə ən çox satılan albomlardan biri kimi düşmüşdür.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
UEFA Avro 2000 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2000-in seçmə mərhələsinin pley-off qarşılaşmalarında öz qruplarında 2-ci yeri tutan Şotlandiya, İngiltərə, İsrail, Danimarka, Sloveniya, Ukrayna, İrlandiya və Türkiyə milli futbol komandaları mübarizə aparmışlar. Qruplarda 2-ci yeri tutan komandalar arasında ən yaxşı göstəricilərə sahib olan Portuqaliya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Oyunlar 1999-cu il 13 və 17 noyabr tarixlərində baş tutmuşdur. Bu oyunların nəticələrinə görə Türkiyə, Sloveniya, Danimarka və İngiltərə milliləri UEFA Avro 2000-in fшnal turnirində iştirak etmək hüququ qazanmışlar.
UEFA Avro 2004 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2004-ün seçmə mərhələsinin pley-off oyunları Avropa çempionatlarının tarixində 2-ci dəfə idi ki, keçirilirdi. Oyunlarda seçmə mərhələsinin 10 qrupunda 2-ci yeri tutan komandalar iştirak etmişlər. Komandalar 5 cütlüyə bölünmüş və hər cütlüyün qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. Pley-off oyunlarının püşkatmasl 2003-cü il 13 oktyabr tarixində Frankfurt-Mayn şəhərində baş tutmuşdur. Komandalar üçün səpələmə sistemi tətbiq olunmamış, buna görə də püşkatma açıq keçirilmişdir: istənilən komanda digər bir istənilən komanda ilə qarşılaşa bilərdi. Püşkatmanı UEFA-nın baş katibi Gerhard Ayqner və İsveç Futbol Birliyinin prezidenti Lars-Oke Laqrell keçirmişlər. Oyunlar 2003-cü il 15-19 noyabr tarixləri arasında keçirilmişdir. Niderland millisi iki oyunun nəticəsinə görə (6:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Xorvatiya millisi iki oyunun nəticəsinə görə (2:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Rusiya millisi iki oyunun nəticəsinə görə (1:0) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir.
2022/2023 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
The Last of Us
The Last of Us — Naughty Dog tərəfindən hazırlanmış və 2013-cü ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Oyun postapokaliptik ABŞ-də keçir, burada oyunçular bacarıqlı qaçaqmalçı olan Coeli idarə edirlər. Coelin missiyası yeniyetmə qız Ellini güvənli bölgəyə aparmaqdır. "The Last of Us" üçüncü şəxs baxış bucağından oynanılır. Bu oyunda oyunçular həm düşmən insanlardan, həm də göbələyə yoluxmuş adamyeyən canlılarlardan özlərini müdafiə edirlər. Onlar bu düşmənləri "stealth" adlanan gizli taktikalarla da məhv edə bilərlər. Oyunda bununla yanaşı səkkiz nəfərin iştirak etdiyi multipleyer rejimi də var. Burada oyunçular həm birlikdə çalışa, həm də bir-birilərinə qarşı rəqabət apara bilərlər. Naughty Dog 2009-cu ildə "Uncharted 2: Among Thieves" oyunu buraxıldıqdan qısa müddət sonra növbəti böyük layihəsi olan "The Last of Us" üzərində işləməyə başlamışdır. Şirkət eyni anda iki fərqli layihə üzərində işləmələri üçün ayrı-ayrı komandalar yaratmışdır.
Emili Blant
Emili Oliviya Laura Blant (ing. Emily Blunt; 23 fevral 1983[…]) — Böyük Britaniya aktrisası. 23 fevral 1983-cü ildə Londonda anadan olmuşdur. 2006-cı ildə "Gideonun qızı" televiziya filmində ifa etdiyi 2-ci plandakı roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Karl Blaso
Karl Blaso (11 sentyabr 1971, Tulon) — Fransanı təmsil edən triatlonçu. Karl Blaso Fransanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 19-cu pillədə başa vurdu. Daha sonra Karl Blaso Fransanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 12-ci pillədə başa vurdu.
Andrea Blas
Andrea Blas (d. 14 fevral 1992) — İspaniyanı təmsil edən su poloçusu. Andrea Blas, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Blas Kanto
Blas Kanto Moreno (isp. Blas Cantó Moreno; 26 oktyabr 1991) — İspaniya müğənnisi. O, Auryn qrupunun üzvü kimi şöhrət qazanmışdır. 2017-ci ildə ifaçı öz solo karyerasına başlamışdır. Onun Complicado adlı debüt albomu 2018-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. Albom İspaniyanın albom siyahılarında zirvəyə yüksəlmişdir. Blas Kanto İspaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. Blas Kanto 26 oktyabr 1991-ci ildə İspaniyanın Mursiya regionunda yerləşən Rikote şəhərində anadan olmuşdur. O, 8 yaşında ikən Veo Veo adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2004-cü ildə isə Kanto İspaniyanın TVE telekanalının 2004 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eurojunior adlı milli seçim turuna qatılmışdır.
Ceyms Last
Ceyms Last (Almanca tələffüz: [tʃeɪms last], [dʃeɪms lɑːst]; 17 aprel 1929[…], Bremen – 9 iyun 2015[…]) — alman bəstəkar, dirijor. Əvvəlcə bir caz bas ifaçı (1950-1952-ci illərdə Almaniyada "ən yaxşı bas ifaçı" mükafatını qazanmışdır), onun markası olan "xoşbəxt musiqi" onun çoxsaylı albomlarını Almaniya və Böyük Britaniyada ən çox satılan albomlara çevirdi. Onun 65 albomu təkcə Böyük Britaniyada hit-paradlara çatır . Onun "Xoşbəxt ürək" kompozisiyası Endi Vilyams və Petula Klark tərəfindən şərhlərdə beynəlxalq uğur qazanmışdır. Ceyms Lastın ilk ictimai çıxışı 1946-cı ildə Hans-Günther Österreich-in Radio Bremen Dance Orchestra ilə olmuşdur . İki il sonra Last "Last-Becker" Ansamblını yaratdı. 1950-ci ildən 1952-ci ilə qədər Last ilin ən yaxşı caz basçısı kimi tanınıb. 1964-cü ildə öz orkestrini yaratmış və müxtəlif ifaçılar tərəfindən məşhur melodiyaların rəqs aranjimanlarını yazmağa başlamışdır. Ceyms Last orksetrının ilk albomu "Non-Stop Dancing" (1965) inanılmaz uğur qazandı. O vaxtdan bəri Lastın rəhbərlik etdiyi komanda ümumi tirajı 60 milyon nüsxə olan 50-dən çox uğurlu albom buraxdı, onlardan 37-si qızıl, 18-i platin oldu.
Last.fm
Last.fm — 2002-ci ildə Londonda qurulan internet radiosu və qardaş proyekt Audioscrobbler ilə avqust 2005-ci ildə birləşmiş bir musiqi şəbəkəsidir. 30 may 2007-ci ildə 280 milyon dollar qarşılığında CBS Interactive tərəfindan alınmış və beləcə Avropanın ən böyük Web 2.0 satışı olaraq tarixə keçmişdir. Last.fm daxili bir sistemə sahib, insanları musiqi ilə, sənətçiləri dinləyicilərlə birləşdirən bir musiqi inqilabıdır. Bu sistem, ən çox dinlədikləri mahnılar və mahnılardan yola çıxaraq hər istifadəçinin musiqi zövqünə uyğun detallı bir profil yaradır və bu mahnıları genişləndirən bir istifadəçi profilini öz səhifəsində paylaşar. Hər qatılan insanın öz istifadəçi səhifəsində, istifadə etdiyi musiqi dinləmə proqramına uyğun bir Audioscrobbler ilə sistemə göndərilən mahnı məlumatları olur. Bu musiqi sistemi, musiqisevərlər sayəsində aylıq 500 milyon mahnını saxlaya bilir. Bundan əlavə Last.fm, istifadəçilərinin musiqi zövqlərinə uyğun mahnı, sənətçi və hadisələr haqqında ən yaxşı şəkildə təkliflər verən bir sistemə sahibdir. Həmçinin EMI, Warner Music Group, Independent aggregators The Orchard və IODA ilə ortaq proyektləri vardır. Bununla yanaşı 100,000'dən yuxarı müstəqil musiqiçi və 20,000 etiket də saytı birbaşa musiqi ilə yaşatmaqdadır. Bunun nəticəsi olaraq Last.fm topluluğu da 3 milyondan çox musiqi parçasını tapabilmə imkanı verməkdədir.
Prayers of the Last Prophet
Prayers of the Last Prophet — Yusuf İslamın 1999-cu ildə çıxartdığı albom.
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
Vilfrid Skavn Blant
Vilfrid Skavn Blant (17 avqust 1840[…] – 10 sentyabr 1922[…], Susseks[d], Cənub-Şərqi İngiltərə[d]) — İngilis şair və yazıçı. O, xanımı Enn Blantla birlikdə Yaxın Şərqə səyahət etmiş və öz fermaları olan Crabbet Arabian Stud vasitəsilə ərəb atı qanlarının qorunmasında mühüm rol oynamışdır. O, daha çox 1914-cü ildə toplu nəşr olunan poeziyası ilə məşhurlaşmış, həmçinin siyasi esse və polemikalar yazmışdır. O, əlavə olaraq öz dövründə hələ də qeyri-adi olan güclü anti-imperialist baxışları ilə tanındı.
The Number of the Beast (albom)
The Number of the Beast ingilis ağır metal qrupu Iron Maiden -in üçüncü studiya albomudur. 22 mart 1982-ci ildə Böyük Britaniyada EMI Records və ABŞ-də Harvest və Capitol Records tərəfindən yayımlanmışdır. Albom vokalist Bruce Dickinson ilə ilk, zərb qurğusunda ifa edən Clive Burr ilə isə sonuncu albom idi.İngiltərədə siyahılara 1 nömrədən daxil olan ilk ağır metal albomu olmuşdur.İngilis musiqi jurnalı "Kerrang!" tərəfindən hazırlanan "Ölmədən əvvəl dinləməli olduğunuz 100 albom" siyahısında The Number of the Beast 36.yeri tutmuşdur.Q jurnalının isə "Bütün vaxtların ən sərt 50 albomu" siyahısına daxil olmağı bacarmışdır. The Number of the Beast tənqidi və kommersiya uğuru ilə qarşılandı və qrupun Böyük Britaniya Albomları Qrafikində birinci yerə çıxan və ABŞ Billboard 200 -də ilk 40-a çatan ilk albomu oldu. Albomda mövcud olan" Run to the Hills " və " The Number of the Beast " sinqlları qrupun İngiltərədə ilk 10-luğa daxil olan ilk parçaları idi. Albom, qapağında və daxilindəki mahnıların başlıqlarında dini istinadlar olması səbəbi ilə əsasən ABŞ-də olmaqla bir çox yerdə tənqidə məruz qaldı.
The Last of the Real Ones
The Last of the Real Ones (azərb. Sonuncu xüsusi biri‎) – ABŞ rok qrupu Fall Out Boy tərəfindən buraxılmış sinql. 14 sentyabr 2017-ci ildə Şimali Amerikada, 15 sentyabr 2017-ci ildə bütün dünyada buraxılmışdır. 16 sentyabr 2017-ci ildə House of Blues konsert zalında, 18 sentyabr 2017-ci ildə "Jimmy Kimmel Live!" verilişində canlı ifa olunmuşdur. "The Last of the Real Ones" üçün musiqi videosu sinqlın buraxıldığı üçün gün buraxılmışdır. Videoda maşının baqajına bağlanmış Pit Vents lamalar tərəfindən kürəklə döyülür. Bu video Kanye Vestin "Flashing Lights" mahnısının musiqi videosunu xatırladır. Belə ki, həmin videoda da Kanye Vest baqaja bağlanmış vəziyyətdədir və qadın tərəfindən kürəklə döyülür. Makkoy | Meyer cütlüyü videonun rejissorları olmuşdurlar.
The Last of Us Part II
The Last of Us Part II — Naughty Dog tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən PlayStation 4 üçün nəşr edilmiş 2020-ci il aksiyon-macəra oyunudur. The Last of Us (2013) filmindən beş il sonra keçən oyun, apokaliptikdən sonrakı ABŞ-da həyatları bir-birinə qarışan iki oynana bilən personaj üzərində cəmlənir: Joelin qisasını almaq üçün yola çıxan Elli və atasının qisasını almış Abbi. Oyun üçüncü şəxsin perspektivindən istifadə edir; Oyunçu insan düşmənləri və cannibalist zombi kimi canlılarla odlu silahlarla və ya gizli şəkildə döyüşməlidir. Bu artıq oyunçunun öz seçiminə buraxılır. İnkişaf 2014-cü ildə The Last of Us Remastered-in buraxılmasından qısa müddət sonra başladı. Neil Druckmann kreativ direktor kimi qayıdır və hekayəni Halley Qross ilə birgə yazmışdır. İntiqam və cəza mövzuları Druckmannın İsraildə böyüyən təcrübələrindən ilhamlanır. Eşli Conson Elli rolunu, Laura Beyli isə Abbi rolunu təkrar canlandırır. Onun ifalarına hərəkət və səsin eyni vaxtda yazılması daxildir. Gustavo Santaolalla oyunun saundtrekini bəstələmək və ifa etmək üçün qayıdır.
The Last DeadEnd
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
The Last Slimeto
The Last Slimeto — amerikalı repçi YoungBoy Never Broke Again-in dördüncü studiya albomu. 5 avqust 2022-ci ildə Atlantic Records və Never Broke Again tərəfindən buraxılıb.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Fate/Extra Last Encore
Fate/Extra Last Encore (フェイト/エクストラ ラストアンコール, Feito/Ekusutora Rasuto Ankōru, azərb. Tale/Əlavə Son təkrar‎) – Fate/Extra video oyunu əsasında çəkilmiş anime serialı. Shaft studiyası tərəfindən çəkilmiş anime 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Netflix tərəfindən lisenziyalaşdırılmışdır. Qəribə virtual dünyada oyanan Hakuno Kişinami keçmişi ilə bağlı heç nəyi xatırlamır. Tezliklə bu virtual dünyada yarışan ustalardan birinə çevrilir və Seyber onun xidmətçisi olur. Digər ustalarla birlikdə bu virtual dünyada Müqəddəs qədəh üçün döyüşməyə başlayan Hakuno kim olduğunu da aydınlaşdırmağa çalışır. Fate/Extra video oyunu əsasında anime çəkiləcəyi 22 mart 2016-cı ildə açıqlanmışdır. 2017-ci ildə anime serialının "Fate/Extra Last Encore" adlanacağı və 2017-ci ildə buraxılacağı bildirilmişdir. Anime studiyası Shaft serialı istehsal etmək işinə cəlb olunmuşdur.
Just One Last Dance
Just One Last Dance — alman bəstəkarı və müğənnisi Sara Konnorun öz həyat yoldaşı Mark Terenzinin rəhbərlik etdiyi "Natural" qrupu ilə birgə ifa etdiyi mahnı. Müəllifləri Rob Tayger və Kay Denar olan mahnı, cütlüyün övladının doğulmasından bir ay sonra, 2004-cü il mart ayının 1-də təqdim edilib. Mahnı Sara Konnorun 2003-cü ildə çıxardığı Key to My Soul albomundan olan ikinci sinqldır. "German Singles Chart"da birinci yerə yüksələn mahnı həm Sara Konnorun, həm də Natural qrupunun karyerasında ən uğurlu layihələrdən biri sayılır.
The Last Shadow Puppets
The Last Shadow Puppets — Aleks Törner (Arctic Monkeys), Mayls Keyn (The Rascals), Ceyms Ford (Simian Mobile Disco) və Zak Dauesdən (Mini Mansions) ibarət ingilis superqrupu. Qrup 2008-ci ildə "The Age of the Understatement" adlı debüt albomunu buraxıb. Onlar 2016-cı ildə uzun bir fasilədən sonra geri qayıdaraq ikinci albomları olan "Everything You've Come to Expect"-i yayımlayıblar. 2007-ci ilin avqustunda NME jurnalı, Arctic Monkeys-in müğənnisi Aleks Törner və o zamanlar yeni yaradılmış The Rascals qrupunun müğənnisi Mayls Keynin, Simian Mobile Disco qrupunun keçmiş üzvü Ceyms Fordla albom yazdıqlarını bildirdi. Keyn əvvəlki qrupu Little Flames ilə Arctic Monkeys-in canlı çıxışlarına dəstək olarkən Aleks Törner ilə tanış olmuşdu. Onların əməkdaşlığı Arctic Monkeys layihəsində genişlənmişdir, qrupun ikinci albomu Favorite Worst Nightmare-dəki "505" və b-tərəfləri "Fluorescent Adolescent" "The Bakery" və "Plastic Tramp" Keynin gitara dəstəyi ilə ərsəyə gəlib. Keyn həmçinin 2007-ci ildə Arctic Monkeys-in bir neçə konsertində Lancashire County Cricket Club, yay mini-festivallarında o cümlədən Arctic Monkeys-in 2007 və 2013-cü illərdə Qlastonberidə çıxışlarında "505" və "Plastic Tramp" çıxışlarında qonaq olub. Debüt albomunu təşkil edəcək mahnıların ilkin qeydi 2007-ci ilin avqust ayının sonunda Fransada baş tutdu və həmin ilin avqust və dekabr ayları arasında əlavə material əlavə edildi. Dekabr ayında Ouen Pallett 22 nəfərlik London Metropolitan Orkestri ilə albom üçün simlər, mis və zərb alətlərinin aranjemanına təyin edildi. Albomun hazırlanması zamanı Törner və Keyn layihənin hekayəsini çəkmək üçün, sənədli film çəkiliş qrupu Lyuk Seomore və Cozef Bull-u işə götürdülər.
The Last Airbender (videooyun)
The Last Airbender (ing. Sonuncu hava maqı) — eyniadlı filmin əsasında yaradılmış Wii və Nintendo DS üçün videooyun.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Ablaut
Ablaut (alm. Ablaut‎) (apofoniya da adlanır) — Müxtəlifsistemli dillərdə morfoloji üsulun növləri arasında apofonasiya hadisəsinin özünəməxsus yeri və mövqeyi vardır. Bu hadisə fonetik dəyişikliyə əsaslanaraq daha çox german dillərində müşahidə edilir. Apofonasiyanın digər bir adı ablautdur. A b l a u t (alman dilində ablaut)— səsləri morfoloji cəhətdən (kökdə sait foneminin dəyişməsi) eyni köklü sözlərdə və ya bir sözün müxtəlif formalarında səs dəyişməsi ilə şərtlənir. Məsələn, alman dilində binden — band — gebunden buna misal ola bilər. "Söz tərkibində hər hansı bir fonetik dəyişkənlik düzxətli aktdır. Fonem sisteminin yenidən qurulması, fonetik təkamül və s. mürəkkəb xarakterli amillər, bütöv reduksiyalar buna misal ola bilər. Bu zaman müxtəlif xarakterli dil əvəzlənmələri, yəni qovuşma, hissələrə ayrılma və s.
Balase
Balase (fr. Balacet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09034. 2008-ci il üçün kommunanın əhalisi 19 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 12 nəfər arasında (15-64 yaş) 7 nəfər iqtisadi fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 58,3%, 1999-cu ildə 54.5%). 7 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. 5 hərəkətsiz 0 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Bastı
Belfast
Belfast — Şimali İrlandiyanın paytaxtı və ən iri şəhəridir. Əhalisinin sayına görə, Belfast Böyük Britaniyada 17-ci, İrlandiya adasında ikinci ən böyük şəhərdir. Tarixən, Belfast İrland kətan sənayesi, tütün istehsalı və gəmiqayırma ("Linenopolis" ləqəbini qazananıb) mərkəzi olmuşdur: şəhərin əsas gəmiqayırma şirkəti olan Harland and Wolff tanınmış RMS Titaniki inşa etmişdi. Belfast Sənaye inqilabında açar rolunu oynamış və 20-ci əsrin ikinci yarısına qədər qlobal sənaye mərkəzi kimi özünəməxsus yerini qoruyub saxlamışdır. Belfast 20-ci əsrin əvvəllərində İrlandiyanın ən böyük şəhəri idi. Bu gün Belfast sənaye mərkəzi, eləcə də incəsənət, ali təhsil, hüquq və biznes mərkəzi olaraq qalır. Bu şəhər Şimali İrlandiyanın iqtisadi mühərrikidir. Belfastda iki aeroport mövcuddur: Corc Best Şəhər Aeroportu (şəhərdə) və Belfast Beynəlxalq Aeroportu (şəhərin qərbindən 24 km məsafədə).
Blanet
Blanet qara dəliklərin orbitində fırlanan hipotetik ekzoplanetlər sinfinin üzvüdür. Blanetlər prinsipcə planetlərə oxşardırlar; onların öz cazibə qüvvələri tərəfindən dövrə vurdurula biləcək qədər kütlələri mövcuddur, lakin ulduzların orbitində fırlanan planetlər kimi termonüvə birləşməsinə başlatmaq üçün kifayət qədər kütlələri yoxdur. 2019-cu ildə astronomlar və ekzoplanetoloqlardan ibarət bir qrup superkütləvi qara dəliyin ətrafında və onun orbitində minlərlə blaneti saxlaya bilən təhlükəsiz zona olduğunu göstərdilər. Yaponiyanın Kaqoşima Universitetindən Keiiçi Vadanın rəhbərlik etdiyi komanda bu adı qara dəlik planetlərinə verib. Söz qara dəlik və planetin portmantosudur. Kifayət qədər böyük qara dəliyin orbitində fırlanan yığılma diskində blanetlərin əmələ gəldiyindən şübhələnirlər.
Blank
Blank – [fr. blanc – ağ]: R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. Blank nədir?
Blatta
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi. Tarakanlar inanılmaz dərəcədə uyğunlaşa bilən canlılardır. Onlar tropik meşələrdən tutmuş buzlu Arktikaya qədər müxtəlif mühitlərdə yaşaya bilirlər. Onların yüksək radiasiyaya, hətta bəzi təbii fəlakətlərə də tab gətirə bildiyi məlumdur. Tarakanlar seçici deyillər və sabun, yapışqan və hətta saç da daxil olmaqla demək olar ki, qarşılarına çıxan hər şeyi yeməkdədirlər. Tarakanlar evlərdəki elektrik naqillərini çeynəməklə qısaqapanmaya və yanğına səbəb ola bilərlər. Tarakanlar 100 milyon ildən çoxdur ki, mövcuddurlar, bu onları planetin ən qədim həşərat növlərindən biri edir. Tarakanlar başsız həftələrlə yaşaya bilərlər. Bunun səbəbi bədənlərindəki kiçik dəliklərdən nəfəs almalarıdır.
Alis Qi-Blaşe
Alice Guy-Blaché (1 iyul1873 - 24 mart 1968) Fransız kinorejissor, ssenarist və prodüser. Bədii film çəkən ilk kinorejissorlardan biri, həmçinin ilk qadın kinorejissor olub.
Brask
Brask (fr. və oks. Brasc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ser-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12035. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. 2007-ci ildə 110 yaşında (15-64 yaş arasında) 79 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.8%, 1999-cu ildə 67.6%).
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.