Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Blua (rayon)
Blua (fr. Blois) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Blua. Rayon əhalisi 2006-cı ildə 167,110 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 65 nəf / km². Rayon ərazisi — 2565 km².
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Beluqa
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Bleda
Bleda (yun. Βλήδας, lat. Bleda, oğurca Bildə — Bilgə; bilinmir – 444 və ya 445) — 434-444-cü illərdə hakimiyyətdə olmuş hun başçısı, İdil xanın (Atilla) qardaşı və hakimiyyət şəriki.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Blumea
Blumea (lat. Blumea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Placus Lour. Bileveillea Vaniot Leveillea Vaniot Blumea sect. Apterae DC. Conyza subg. Blumea (DC.) DC. ex Miq.
Blyuz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Byoza
Byoza (fr. Biozat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 566 nəfər (15-64 yaş) arasında 409 nəfər iqtisadi cəhətdən, 157 hərəkətsiz (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə bu 68.3%) idi. Fəal olan 409 nəfərdən 371 nəfəri (199 kişi və 172 qadın), 38 nəfəri işsizdir (14 kişi və 24 qadın). 157 hərəkətsiz 40 nəfər arasında şagird və ya tələbə, 72 nəfər təqaüdçü, 45 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Luiza
Luiza — qadın adı.
Tuluza
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". == Coğrafiyası == Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albumu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Boza
Boza — darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6-7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: “Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir. Onalr dikidən hazırlanan bu içkiyə “buza” (boza) deyirdilər”.
Buca
Buca (türk. Buca) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şimal-şərqində Bornova, şərqində Kamalpaşa, cənubunda Torbalı, cənub-qərbində Menderes, qərbində isə Qaziemir və Qarabağlar ilçələri yerləşir. İlçənin sahəsi 178 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 510,695 nəfərdir.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buta
Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Amblyseius bulga
Amblyseius bulga (lat. Amblyseius bulga) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius bulga Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Beluxa dağı
Beluxa ("Üçbaşlı", "Katun zirvəsi", qaz. Мұзтау Шыңы) — Altay dağlarında ən yüksək zirvə (4509 m), Rusiyanın ən yüksək zirvələrdən biri. Zirvə Ust-Koksin rayonda yerləşir. Beluxa massivindən Rusiya və Qazaxıstan sərhəddi keçir. Dağ yamaclarından Katun çayı başlanğıcını götürür. Bir-birindən gədiklə ayrılan iki zirvəsi var: Qərbi Beluxa (hündürlüyü 4440 m) və Şərqi Beluxa (hündürlüyü 4506 m). Qranit, qneys və metamorfik şistlərdən təşkil olunmuşdur. Altayda müasir buzlaşmanın iri (ümumi sahəsi 70 km²) mərkəzlərindən biridir. Şimal yamacında 2000– 2500 metr hündürlüyədək enən Mönsu, Rodzeviç və Tronov Qardaşları; cənub yamacında 2000 metr hündürlüyədək enən dərə buzlaqları (Berel buzlağı və Katun buzlağı) var. "Beluxa" təbiət parkı Ümumdünya irsi siyahısına daxil edilmişdir.