Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuxarı-Oruzman
Yuxarı Oruzman — Dumanis (Başkeçid) rayonunun böyük və qədim kəndlərindən biri. Hazırda kənddə 205 ailə yaşayır və kəndin 1100 nəfər sakini var. Kənddəki orta məktəb 200-ə qədər şagird və 20 müəllim heyətinin istifadəsindədir.
Yuxarı Adyaman
Yuxarı Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Verin Getaşen qoyulmuşdur. Burada 1897-ci ildə ermənilərdən başqa 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar deportasiya edilmişdir. Kənddə indi ermənilər yaşayır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Alaşkert bölgəsindən köçürülmüşdür.
Yuxarı Adıqca
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). ASE, V cild, Bakı, 1981-ci il, səh.
Yuxarı Alplar
Yuxarı Alplar (fr. Hautes-Alpes, oks. Auts Aups, Auts Alps, Nauts Aups, Nauts Alps) — Fransanın cənub-şərqində yerləşən Provans-Alp-Kot-d'Azür regionun departamentlərindən biri. Sıra nömrəsi — 5. İnzibati mərkəzi — Qap. Əhalisi — 142.312 nəfər (departamentlər arasında 99-cu yer, 2010-cu ilin məlumatları). Ərazisi — 5549 km². Departamentin ərazisində Dürans, Büeş, Klare, Drak, Severes çayları axır. Yuxarı Alplar 1790-cı ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Dofine vilayətinin ərazisində yerləşir.
Yuxarı Alçalı
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Amburdərə
Yuxarı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yuxarı Amburdərə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Yuxarı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 41 nəfərdir.
Yuxarı Aralıq
Yuxarı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 29 mart 2005-ci ildə Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılmışdır. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir. Keçmiş adı Aralıq Başkənd olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini göstərməklə, onu eyni adlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Aralıq "orta, mərkəz" deməkdir.
Yuxarı Aran
Yuxarı Aran (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Beyləqan rayonunun Komsomol qəsəbəsi Yuxarı Aran qəsəbəsi adlandırılmışdır.
Yuxarı Astanlı
Yuxarı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Aşağı Astanlı, və Çanaxbulaqla qonşudur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskənlərindəndir. Meşənin ətəyində səfalı yerdə yerləşmişdir. Yeganə içməli su mənbəyi dağ bulaqlarıdır. Əhalinin əsas gəlir mənbəyi əkinçilik və təsərrüfatdır. Kənd rayon mərkəzindən təxminən 28 km məsafədədir.
Yuxarı Axta
Yuxarı Axta - Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Yuxarı Axta İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və oğuz tayfalarında olan padarların bir qolunu təşkil edən axtaçı (axta) etnonimindən formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur. Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar soyqırımına məruz qalmış, öz doğma torpaqlarından didərgin düşmüşlər.
Yuxarı Axtala
Yuxarı Axtala (erm. Վերին Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin Köhnə Axtala (rus. Ахтала старая) kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Şamlıq şəhəri və Bendik kəndi ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 19 nəfərdir.
Yuxarı Axtaçı
Yuxarı Axtaçı (əvvəlki adları: Axtaçı Şaumyan; Axtaçı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Axtaçı kəndi Yuxan Axtaçı kəndi adlandırılmışdır. Əhalisi 302 nəfərdir.
Yuxarı Aybasanlı
Yuxarı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Aybasanlı kənd inzibati ərazi dairəsində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Aybasanlı oykonimi Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bəzi mənbələrdə Ayıbasan kimi də verilir. Oykonim ayı (heyvan adı), basan (yenən, qalib gələn, məğlub edən) və -lı (şək.) komponentlərindən düzəlib. 1980-ci ilə qədər Ermənistanda Ayıbasan adlı kənd olmuşdur. Sonralar bu kəndi ermənilər Marqahovit adlandırmışlar. Yəqin ki, Ayıbasanlı kəndində məskunlaşmış əhali Ermənistandan köçüb gəlmişdir. Ayıbasan "ayını məğlub edən" və ya "ayının çox olduğu yer" deməkdir. Ayıbasanlı isə "Ayıbasan kəndindən gələnlər" mənasına uyğundur.
Yuxarı Ayrım
Yuxarı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Ayrım kəndi Ayrım çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Yuxarı Binə olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini indiki Qazax rayonu ərazisindən buraya gəlmiş Qazax Alı adlı şəxs salmışdir. Ona görə da kənd bir müddat Alıuşağı da adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrə qədər Ayrım çayının sahilində olmuş Ayrım binəsi əsasında yaranmış iki yaşayış məntəqəsindən biri olub, nisbətən yuxarıda yerləşdiyinə görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yuxarı Ayrım kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.
Yuxarı Açaluk
Yuxarı Açaluk (inquş Йоккха Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd Açaluk çayının hər iki sahilində, regional mərkəz Malqobekdən 30 km cənub-şərqdə və Maqas şəhərindən 25 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Qeyrbek-Yurt kəndi, şimal-şərqdə - Orta Açaluk, cənub-şərqdə - Barsuki və Plievo kəndləri, cənubda - Nazran şəhəri və cənub-qərbdə - Dolakovo və Kantışevo kəndləri.. Açaluk çayı kəndin şimal kənarından axır. Çay əsasən yağışla qidalanır və buna görə yay fəslində tez-tez quruyur. Kəndin mərkəzində, şimal yamacını qəbiristanlıqlar tutan “Bur-boarz” məzarlığı var. Kənd hər tərəfdən təpələrlə əhatə olunmuşdur və ərazi əsasən yüksəklikdədir. Açıq ərazilərdə tez-tez müxtəlif heyvan və bitki növlərinə rast gəlinir: dovşan, tülkü, dovşan, kəklik və s.. Kənddə məşhur adlarda çoxlu təpə var: "İki qəbirin təpəsi", "Köpək təpəsi". Yaxınlıqda qurudulmuş bataqlıqlar var.
Yuxarı Ağalı
Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. Abdulov Asif Mirayə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Ağasıbəyli
Yuxarı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş ağası-bəyli adlı icmanın məskunlaşması nəticə­sində yaranmış məntəqələrdəndir. Yuxarı komponenti kəndin coğrafi mövqeyini gös­tərməklə yanaşı onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 1141 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyətini maldarlıq və əkinçilik təşkil edir. Kənddə orta məktəb fəaliyyət gösdərir.
Yuxarı Ağcakənd
Yuxarı Ağcakənd — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Yuxarı Ağcakənd qəsəbəsi Gorançayın sahilində, Murovdağ silsiləsinin ətəyindədir. XIX əsrdə bir qrup ailənin gips yataqları olan və Ağca adlanan ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Sonralar kənd genişlənərək mövqeyinə görə muvafiq olaraq Aşağı Ağcakənd və Yuxarı Ağcakənd adlı iki hissəyə ayrıldı.
Yuxarı Ağcaqala
Yuxarı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin başqa adı Yuxarı Hacıqala kimi də qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində «ağımtıl, bazumtul çöl, yer» mənasında işlənən ağca sözünə qala sözünün qoşulması əsasında əmələ gəlib, «bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi» mənasını ifadə verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur. Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489 nəfər, 1904 - cü ildə 306 nəfər, 1914 - cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər, 1918-ci ilin yanvarında 308 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dzağak, Hatink kəndlərindən, İranın Muş, Mosul vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür.
Yuxarı Ağcayazı
Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir. Kənd 1712-ci ildə yaranmışdır. Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir. Əhalisi 641 nəfərdir Heydərov Arif Nəzər oğlu – Azərbaycan SSR daxili işlər naziri Kərimov Xaləddin Telman oğlu (1968–1992) Kərimov Tərlan Ağabala oğlu (1972–1992) Əhmədov Faiz Mahmud oğlu (1956–1993) Səlimzadə Ramil Raqif oğlu Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur. Kənddə klub və kitabxana mövcuddur.
Yuxarı Ağdam
Yuxarı Ağdam - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 4–5 km cənubunda, Ağdam çayının sahilində yerləşir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən rəng mənasında işlənən ağ və «divar, möhkəmləndirilmiş qala, yer, qala divarı» mənasında işlənən dam (tam) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Qandzakar qoyulmuşdur.
Yuxarı Ağdan
Yuxarı Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ və «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir. Erm.SR AS RH-nin 25.V.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Ağdan qoyulmuşdur.
Yuxarı Ağsu
Yuxarı Ağsu — Göygöl rayonu ərazisində axır. Yuxarı Ağsu çayı Göygöl gölünə tökülür. Göygöl gölündən isə Aşağı Ağsu çayı axır.
Yuxarı Ballıqaya
Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Kənd 1990-cı ildə ermənilərin hücumları zamanı dağıdılmışdır. Ballıqaya kəndi Quruçayın sahilində, dağ yamacındadır. Keçmiş adı Birgöz Ballıqaya olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 58 nəfər əhali yaşayır.
Yuxarı Bavariya
Yuxarı Bavariya Bavariya vilayətinin cənubunda yerləşən inzibati dairə. Münhen şəhəri Yuxarı Bavariyanın inzibati mərkəzidir. Əhali sıxlığı 241,77 insan/km²-dir.
Buxarı
Buxarı — evlərin daxilində, evi qızdırmaq və xörək hazırlamaq məqsədilə qurulmuş ocaq yeri. Buxarı evdə diqqəti cəlb edən əsas elemntlərdən biridir. Yaşayış evlərinin əksəriyyətində buxarı kəllə divarın ortasında yerləşdirilirdi. Bəzən otağın künclərinin birində ocaq oyuğundan və divariçi tüstü borusundan ibarət buxarılara da rast gəlmək olurdu. Atmosfer çöküntülərindən mühafizə edilməsi və tüstünü yaxşı çəkməsi üçün buxarının başı hörülərək dam örtüyündən 80 - 90 sm hündürə qaldırılır, günbəzli, qövüsvari və ya üçbucaq formalı başlıqla tamamlanırdı. Azərbaycanın Şirvan bölgəsində bağdadı tipli evlərdə bu funksiyanı "səbətbaca" yerinə yetirirdi. Lənkəran - Astara bölgəsi kəndlərində bişmiş və çiy (kal) kərpicdən hörülmüş buxarıların içərisinə xüsusi çuqun tava yerləşdirilirdi. İki qulpu olan bu tava istiliyi tənzimləyir, evə tüstünün dolmasının qarşısını alırdı. Belə ki, ocaq yeni yandırılanda qulp vasitəsilə tava fırladılır, tüstü ancaq bacadan çıxardı. Köz düşdükdə isə tava əksinə fırladılır, bu zaman tavanın qövsü bacanın yolunu bağlayır, istiliyi otağa ötürürdü Azərbaycanda buxarının bir neçə formalarından istifadə olunmuş.
Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Borazcan
Bürazcan — İranın Buşehr ostanının şəhərlərindən və Dəştistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 92,221 nəfər və 20,300 ailədən ibarət idi.
Boğazdı
Boğazdı — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Boğazdı (uzunboğaz çəkmə) varlı elat kişiləri arasında dəbdə idi. Ayaqlığı başmaqla eyni cür olan boğazdının altı aşılanmış göndən, üstü isə bahalı material sayılan tumac, xrom və ya müşküdən tikilirdi.
Boğazlar məsələsi
Boğazlar məsələsi - XVIII əsrin sonlarında Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından xarici gəmilərin keçməsi qaydaları ilə bağlı Osmanlı dövləti ilə Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransa arasında münaqişəyə səbəb olmuş və sonralar davam etmiş beynəlxalq siyasi məsələ . Qara dənizlə Aralıq dənizi arasında ticarət və hərbi gəmilərin hərəkəti üçün boğazların mühüm əhəmiyyəti var idi. XVIII əsrin son rübünədək boğazlara Osmanlı imperiyası nəzarət edirdi. 1774-cü ildə Rusiya-Türkiyə arasında bağlanmış Kiçik Qaynarca sülhünə görə, Rusiya Qara dəniz boğazlarından ticarət gəmilərini, 1779-cu ildə isə hərbi gəmilərini keçirmək hüququnu aldı. 1805-ci ildə imzalanan müqavilə Rusiyanın bu hüquqlarını təsdiqlədi. Lakin 1806-cı ildə başlanan Rusiya-Türkiyə müharibəsi nəticəsində Osmanlı dövləti bu müqavilələri ləğv etdi. Boğazlar məsələsini həll etmək üçün 1841-ci ildə Londonda beynəlxalq saziş imzalandı. Osmanlı dövləti Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransanın imzaladığı bu razılaşmaya görə, bütün ölkələrin yalnız ticarət gəmiləri boğazlardan keçə bilərdi. Boğazlar məsələsini sonralar beynəlxalq konvensiya həll etməli idi. Beləliklə, Osmanlı dövləti boğazlara təkbaşına nəzarət hüququnu itirdi.
Montrö Boğazlar Konfransı
Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyası — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür. Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur. 1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir. Konvensiya XIX və XX əsrlərdə Qara və Aralıq dənizləri arasındakı strateji cəhətdən vacib olan keçidə kimin nəzarət etməsi ilə bağlı uzun müddətdir davam edən "Boğazlar Sualına" aydınlıq gətirən bir sıra razılaşmalardan biri idi. 1923-cü ildə Lozanna Müqaviləsi Dardanel boğazını silahsız bölgəyə çevirdi.
Montrö boğazlar konvensiyası
Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyası — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür. Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur. 1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir. Konvensiya XIX və XX əsrlərdə Qara və Aralıq dənizləri arasındakı strateji cəhətdən vacib olan keçidə kimin nəzarət etməsi ilə bağlı uzun müddətdir davam edən "Boğazlar Sualına" aydınlıq gətirən bir sıra razılaşmalardan biri idi. 1923-cü ildə Lozanna Müqaviləsi Dardanel boğazını silahsız bölgəyə çevirdi.
Boğazlar haqqında London konvensiyası
Boğazlar haqqında London konvensiyası (1841) — Avstriya imperiyası, Fransa krallığı, İngiltərə, Prussiya, Rus imperiyası və Osmanlı imperiyası tərəfindən 13 iyul 1841-ci ildə Londonda imzalanan beynəlxalq konvensiya Misir üsyanının sonunda Osmanlı imperiyasının çökməyə başlaması Boğazlar məsələsini əhəmiyyətli bir məsələ olaraq ön plana çıxardı. Çünkü, Aralıq dənizinin şərq qapıları olan Bosfor və Dardanel boğazları, dövlətlərarası münasibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı. Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəkinərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd göstərmədilər. 1535-ci il kapitulyasiyaları ilə Fransa bayrağını daşıyan ticarət gəmilərinin bütün Türk limanlarına giriş-çıxmasına icazə verildi. Bu icazələr vaxtaşırı digər dövlətlərə də verilmişdir. 1774-cü il Kiçik Qaynarca müqaviləsi, Rus ticarət gəmilərinə boğazları sərbəst keçmək hüququ verdi. 1798 və 1805-ci illərdə Rusiya ilə bağlanan müttəfiqlik müqavilələrində, Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsinə dair hökmlər verildi. 1806-cı il iki dövlət arasında baş verən müharibə bu müqavilənin müddəalarını qüvvədən saldı. 1809-cu ildə İngiltərə ilə imzalanan Qaleyi Sultaniyyə müqaviləsində Boğazların bütün dövlətlərin döyüş gəmilərinə bağlı qalması prinsipi qəbul edildi.
Boğazlar üzrə Beynəlxalq Komissiya
Boğazlar üzrə Beynəlxalq Komissiya — 1923–1936-cı illərdə Millətlər Liqasının himayəsi altında Çanaqqala və Bosfor boğazlarını idarə edən beynəlxalq qurum. Birinci Dünya Müharibəsindən və 1920-ci ildəki Sevr müqaviləsindən sonra boğazlar silahsızlandırıldı və beynəlmiləlləşdirildi. 1923-cü ildə Lozanna müqaviləsi sənədin şərtlərini dəyişdirdi və Türkiyənin boğazlar üzərində suverenliyini bərpa etdi, lakin boğazlar Beynəlxalq Boğazlar Komissiyasının himayəsi altında qeyri-məhdud mülki və hərbi nəqliyyata açıq qaldı. Bu status 1936-cı ildə boğazların statusu haqqında Montrö konvensiyası imzalanana qədər davam etdi, bu, Komissiyanı ləğv etdi və tam nəzarəti Türkiyəyə verdi, ona boğazları yenidən hərbiləşdirməyə icazə verildi və müharibə aparan ölkələrin hərbi gəmilərinin hərəkətinə məhdudiyyət tətbiq edildi.
Boqdan (Baltas)
Boqdan (rus. Богданово, başq. Боғҙан) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Boqdan kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 23 km., kənd sovetliyindən (Starotimkino): 3 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (56%) və tatarlar (44%) üstünlük təşkil edir.
Boqdan Boqdanoviç
Boqdan Boqdanoviç (18 avqust 1992, Belqrad) — hal-hazırda MBA komandalarından Sakramento Kinqzdə oynayan Serb professional basketbolçu. Həmçinin Serbiya milli basketbol komandasında da forma geyinir. Onun boyu 1.97 metrdir. 2014 MBA Seçmələrində 1. tur 27. Sıradan Foniks Sans tərəfindən seçilib. 2016–2017 Avroliqada Fənərbaxça ilə çempionluq sevinci yaşayıb. 2017-ci ilin iyulundan Sakramento Kinqzdə forma geyinməyə başlayıb. Boqdanoviç ilk peşəkar müqaviləsini 18 yaşında – 2010-cu ilin sentyabrında Serb komandası Partizan BK ilə imzalayıb. 2012–2013 sezonu onun komandası ilə keçirdiyi ilk Avroliqa sezonu idi.
Boqdan Kuzmanov
Boqdan Kuzmanov (ing. Bogdan Antonov Kuzmanov; 19 aprel 1934, Sofiya, Bolqarıstan krallığı – 22 dekabr 1991, Sofiya) — Bolqarıstan botaniki. Boqdan Kuzmanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Papaver degenii növünü təsnif etmişdir. Kuzmanov B., Kožuharov S., Ivanova H. Biometric studies on the genus Betula in Bulgaria // Fragmenta Floristica et Geobotanica. — 1966. — Vol. 12, № 4. — P. 329—336. Митрев А. А., Попова С. М. Атлас на лечебните растения в България / под ред.
Boqdan Kuzmenko
Boqdan Stanislavoviç Kuzmenko (rus. Богдан Станиславович Кузьменко; 21 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan "Çertanovo-2 Moskva" klubunda qapıçı kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Kuzmenko öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə "Çertanovo-2 Moskva" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Boqdan Xmelnitski
Boqdan Xmelnitski (ukr. Богдан Зиновій Михайлович Хмельницький; ən tezi 30 oktyabr (9 noyabr) 1595 və ən geci 27 dekabr 1595 (6 yanvar 1596) – 27 iyul (6 avqust) 1657, Çigirin, Kazak Hetmanlığı) — Kazak Hetmanlığının rəhbəri. Polşa tarixçisi Osip Senkovskinin "Collectanea z dziejopisów tureckich" (1824-cü il) əsərində qəribə bir qravür vardır. Qravürdə getman Boris Xmelnitski tatar xanı ilə birlikdə namaz qılır. Bu illüstrasiyanı Vasili Smirnovun "Krım xanlığının tarixi" əsərinin səhifələrində də görmək olar. Bu qəribə illüstrasiyanın öz izahı vardır. Tarixçilərə çoxdan məlumdur ki, XVII əsr türk salnaməçisi Mustafa Naimin "Hüseynin gül bağçası Şərq və Qərb hadisələri işığında" əsərində Xmelnitskinin İslamı qəbul etməsi barədə fraqment vardır. Bunun da tarixi 1648–1654-cü illər Böyük azadlıq müharibəsindən çox-çox əvvələ, XVII əsrin əvvəllərinə gedib çıxır. 1620-ci ilin oktyabrında hələ gənc olan Xmelnitski öz atası Mixail ilə birlikdə Podolda, Tsetsoroy kəndi yaxınlığında polyak-osmanlı döyüşündə iştirak etmişdi. Bu döyüşdə atasının tatarlar tərəfindən öldürülməsinin şahidi olan Boqdan qəzəblə düşmən qılınclarının üzərinə atılır və əsir düşür.
Boqdan Qurdziçki
Boqdan Qurdziecki (Fars dilində Bohtam Beg kimi tanınır) (12 aprel 1700-cü ildə vəfat edib) Səfəvilər dövlətində ilk daimi Polşa sakini kimi xidmət edən Gürcüstan əsilli Polyak diplomatı. Gürcüstanda zadəgan gürcü ailəsində anadan olan Qurdziçmki 1650-ci illərin əvvəllərindən Polşa tacına xidmət edirdi. Soyadı türk və farsların gürcüləri adlandırdığı "Gürcü" sözündən gəlir. O, Səfəvilər dövlətini Osmanlı əleyhinə ittifaqa cəlb etmək məqsədilə Səfəvilər dövlətində Rusiya və Polşanın siyasi və iqtisadi maraqlarını güdən Polşa diplomatik missiyasının rəhbəri kimi İsfahana göndərilmişdi. Bundan sonra Qurdziçki Polşa və Səfəvilər arasındakı diplomatik münasibətlərdə, eləcə də Rus-Gürcüstan qarşılıqlı əlaqələrində mühüm rol oynamışdır. 1700-cü ildə Moskvada vəfat etmişdir.
Boqdan Xmelnitski ordeni
Boqdan Xmelnitski ordeni — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni.
"Boqdan Xmelnitski" ordeni
Boqdan Xmelnitski ordeni — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni.