Yuxarı Axta - Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.[1]
kənd | |
Yuxarı Axta | |
---|---|
40°28′03″ şm. e. 44°47′53″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Dərəçiçək mahalı |
Rayon | Axta rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.980 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Axta İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2].
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və oğuz tayfalarında olan padarların bir qolunu təşkil edən axtaçı (axta) etnonimindən[3][4][5] formalaşmışdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur.
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar soyqırımına məruz qalmış, öz doğma torpaqlarından didərgin düşmüşlər. Kəndə ermənilər İran və Türkiyədən köçürülmüşdür[6]. Bunun nəticəsində azərbaycanlıların sayı azalmışdır. 1897-ci ildə burada 30 nəfər azərbaycanlı yaşamışdır[7].
XX əsrin əvəllərində, 1905-1906-cı il erməni azərbaycanlı davası nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.