Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Booking.com
Booking.com — 1996-cı ildə Amsterdamda (Hollandiya) yaradılmış onlayn otel bron sistemidir. 2005-ci ildə sistem Amerika şirkəti The Priceline Group tərəfindən 133.000.000 ABŞ dollarına alınıb (2018-ci ilin fevralında adı Booking Holdings NASDAQ: BKNG olaraq dəyişdirilib).
Blake Clark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Myalityana Klerk
Myalityana Klerk (16 noyabr 2001, Ambohitrimancaka, Madaqaskar) — Madaqaskarlı dağ-xizək idmançısı. Myalityana Klerk Madaqaskarı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Klerk Madaqskarı Qış Olimpiya Oyunlarında təmsil edən ilk qadın idmançı olmuşdur. Klerk Madaqaskarda anadan olmuşdur. O, bir yaşında fransız ailə tərəfindən övladlığa götürülmüşdür. O, Fransada xizək sürməyi öyrənmişdir. == Karyerası == Myalityana Klerk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Klerk 2:39.00 saniyəlik nəticəsi ilə 81 atlet arasında 48-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Aqnes Mariya Klerk
Aqnes Mariya Klerk (ing. Agnes Mary Clerke, 10 fevral 1842[…] – 20 yanvar 1907[…], London) — astronom, astronomiya aid kitabların müəllifi. == Həyatı == Aqnes Mariya Klerk 10 fevral 1842-ci ildə İrlandiyada Skibberendə anadan olub. Elmi müzakirələrin getdiyi bir evdə böyüyən Aqnes Mariya kiçik yaşlarından etibarən riyaziyyat və astonomiya elmlərinə böyük maraq göstərmişdi. Atası Con Villis Klerk həvəskar bir elm coşqusu ilə hər üç övladını aktiv olaraq oxumağa yönləndirmişdi. Evindəki laboratoriyada kimya təcrübələri aparan Con Villis Klerk həyət bağçasında bir teleskop da qurmuşdu. Klerkin bütün övladları evdə təhsil aldılar, latın, yunan dillərini öyrəndilər, riyaziyyat və astronomiya biliklərini mənimsədilər. Astronomiya Mariya Klekin daha çox diqqətini çəkmişdi və hələ 15 yaşında ikən bir astronomiya tarixi yazmağa başlamışdı. 1867-ci ildən etibarən Aqnes Mariya anası və bacısı Ellen ilə qış aylarını İtalyanın Florensiya şəhərində keçirməyə başladılar. Aqnes Mariya burda zamanının çox hissəsini kitabxanalarda keçirir və elmi biliklərə olan aclığını doyurmağa çalışırdı.
Bleyk Klark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Rooting
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Boeing
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Earl Boykins
Erl Boykins (2 iyun 1976, Klivlend, Ohayo) − NBA çempionatında ən balaca boy olan basketbolçu. 1980–1990-cı illərdə NBA-da çıxış edən Maqqsi Boqzun isə 160 santimetr boyu var idi. İndi boyu 165 sm-dir. NBA-da o, 10 ildən çox vaxt keçirib. Boykinsin hesabında 520 top var. ABŞ-nin Vaşinqton Uizard klubu ilə müqavilə imzalayıb. Basketbolçu ötən mövsümü İtaliyanın Virtuse klubunda keçirib.
Erl Boykins
Erl Boykins (2 iyun 1976, Klivlend, Ohayo) − NBA çempionatında ən balaca boy olan basketbolçu. 1980–1990-cı illərdə NBA-da çıxış edən Maqqsi Boqzun isə 160 santimetr boyu var idi. İndi boyu 165 sm-dir. NBA-da o, 10 ildən çox vaxt keçirib. Boykinsin hesabında 520 top var. ABŞ-nin Vaşinqton Uizard klubu ilə müqavilə imzalayıb. Basketbolçu ötən mövsümü İtaliyanın Virtuse klubunda keçirib.
Backing vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Backing vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Google dorking
Google dorkinq — veb-saytların istifadə etdiyi konfiqurasiya və kompüter kodunda təhlükəsizlik boşluqlarını tapmaq üçün Google Axtarış və digər Google proqramlarından istifadə edən haker texnikası. == Əsaslar == Google dorkinq, boşluqları olan veb-saytlarda mətnin xüsusi bölmələrinin, məsələn, həssas Veb proqramlarının xüsusi versiyalarının tapılması üçün Google axtarış sistemindəki operatorlardan istifadə etməyi nəzərdə tutur. intitle:admbook intitle:Fversion filetype:php kimi axtarış sorğuları başlıqlarında "admbook" və "Fversion" sətirləri olan PHP veb səhifələrini tapacaq ki, bu da o səhifələrdə kod inyeksiyası boşluğu olan PHP əsaslı guestbook olan Admbook-dan istifadə edildiyini göstərir. Tətbiqlərin defolt quraşdırmalarının yaratdığı hər bir səhifədə versiya nömrəsini göstərməsi normaldır, məsələn, həssas versiyaları işləyən veb-saytları axtarmaq üçün "Powered by XOOPS 2.2.3 Final" sözü istifadə edilə bilər. İnternetə qoşulmuş cihazları da tapmaq mümkündür. Məsələn inurl:"ViewerFrame?Mode=" axtarmaq açıq olan veb-kamera interfeyslərini tapacaq. == Tarixi == "Google Hacking" anlayışı 2002-ci ilin avqustunda Kris Sullonun Nikto boşluq skanerinin 1.20 buraxılışına "nikto_google.plugin" əlavə etdiyi vaxta təsadüf edir. 2002-ci ilin dekabrında Coni Lonq həssas sistemləri və/yaxud həssas məlumatların açıqlanmasını aşkar edən Google axtarış sorğularını toplamağa başladı və onları googleDorks adlandırmağa başladı. Google Dorks siyahısı 2004-cü ildə orijinal Google Hacking Database (GHDB) şəklində təşkil edilmiş böyük sorğu lüğətinə çevrildi. Google hacking-də aşkar olunmuş bu anlayışlar Bing və Shodan kimi digər axtarış sistemlərinə də şamil edilib.
Boeing 767
Boeing 767 — iki mühərrikli enli füzelyajlı sərnişin təyyarəsi. Atlantik okean üzərindən müntəzəm olaraq sərnişin reysləri həyata keçirmək hüququ əldə edən ilk iki mühərrikli təyyarədir. 1981-ci ildən "Boeing" şirkəti tərəfindən istehsal olunur. == Tarixi == İki mühərrikli ekonom reaktiv təyyarələrin layihələndirilməsi hələ 1978-ci ildən başlayıb. United Airlines aviaşirkəti bu cür təyyarələrə maraq göstərirdi və 30 ədəd təyyarənin alınması üçün sifariş edib. İlk Boeing 767 14 avqust 1981-ci ildə istehsal olunub (zavod Everettdə, Vaşinqton ştatı, yerləşir) və 26 sentyabrda ilk uçuşunu etdi. Boeing 767-300 modelinin istehsalı sentyabr ayı 1983-cü ildə başlayıb. Bu modelin füzelyajı Boeing 767-200 modelindən 6,5 m uzun oldu. Bu da, öz növbəsində sərnişin yerlərinin 22% artırılmasına gətirdi (təhminən 40 sərnişin yeri). Həmçinin daşına bilən yükün həcmi 31% artdı.
Boeing 787
Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir. Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır. Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur. == Xüsusiyyətləri == == Bənzər təyyarələr == Boeing 767 Airbus A330 Airbus A350 == Xarici keçidlər == 787 Dreamliner - İnglis dilində.
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Cek Blek
Tomas Ceykob "Cek" Blek (ing. Jack Black; 28 avqust 1969, Santa-Monika, Kaliforniya) — amerikalı aktyor, komediyaçı, və musiqiçi. Tenacious D rok qrupunun üzvü. İki dəfə "Qızıl Qlobus" nominantı (2004, 2013). == Həyatı == Blek səhnəyə ilk peşəkar addımını 1989-cu ildə Edinburq festivalında Tim Robbinsin "Carnage" filmində göründüyü zaman atmışdır. Kino debütünü 1992-ci ildə Bob Roberts adlı siyasi satirada etdi. 90-cı illər boyunca Cek Blek müxtəlif filmlərdə köməkçi və baş rollarda oynamağa davam etdi. 1994-cü ildə, 5-ci mövsümün 5-ci hissəsində o, Şimal tərəfi teleserialında Maggie-ni baloya dəvət edən bir məktəb məzunu rolunu oynadı. 2000-ci ildə aktyor Fanatik filmində ən yaxşı rollarından birini aldı. Bu filmdə Cek Blek böyük ekranda musiqiçi kimi istedadını nümayiş etdirdi.
Boulinq
Boulinq (ing. Bowling) — oyun xəttinin sonundakı kukaları, bu oyun üçün xüsusi olaraq hazırlanmış boulinq topları ilə aşırtma məqsədi daşıyan salon idmanı. == Tarixçə == Misirdə edilən qazıntılarda boulinq idmanının köklərinin e.ə 5000-ci illərə qədər uzandığına dair tapıntılar çıxarılmışdır. Mənşələri eramızdan əvvələ qədər uzanan bu idmana, idman olmanın xaricində mənalar da yükləndiyi görülür; məsələn III və IV əsrlərdə, bu idmanda yaxşı olmaq kilsə tərəfindən "günahlarından daha çox təmizlənmiş olmaq" mənasını verirdi. Təşkil edilən oyunlarda kuklalar işlənmiş günahları təmsil edir və aşan hər kukla ilə günahlardan təmizlənilmə inancı daşınırdı. == İndiki vaxtda == Boulinq idmanının Dünya Boulinq Federasiyasının (WTBA), Beynəlxalq Boulinq Federasiyası (FIQ), Avropa Boulinq Federasiyası (ETBF) tərəfindən təyin olunmuş oyun tipləri vardır. 9 pin və 10 pin şəklində 2 növə ayrılır. Məqsədi uzunluğu 18,288 m (faul xəttindən 1-ci pinə qədər olan məsafə) olan "lane" adı verilən xətlərin irəlisinə qoyulmuş pinləri aşırtmaqdır. == Bal vermə == Boulinq oyununda, hər oyun üçün 10 freym olur. Oyunçu ilk 9 freymdə strayk etmədiyi vəziyyətlər üçün 2 atış istifadə edir, sonuncu freymdə strayk ya da spare etməsi vəziyyətində artıqdan bir atış haqqı daha qazanır.
Working Title Films
Working Title Films — mərkəzi Londonda olan və Universal Studios-a aid olan bir ingilis film şirkəti. 1983-cü ildə Tim Bevan və Sara Redkliff tərəfindən yaradılmışdır. Şirkət bədii filmlər və müxtəlif növdə çəkilişlər edir. Hal-hazırda Erik Fellner və Tim Bevan şirkətin həmsədrləridir. == Şirkət == 1992-ci ildə PolyGram şirkətin korporativ dəstəkçisi oldu. Sara Redkliff Working Title-dan ayrıldı və müstəqil film prodüseri olan Erik Fellner şirkətə qatıldı. Şirkət PolyGram-ın Londra mərkəzli istehsal şirkəti PolyGram Filmed Entertainment üçün müxtəlif filmlər istehsal etdi. İngilis-holland film studiosu olan PolyGram Films böyük bir Hollywood rəqibi oldu. 1999-cu ildə PolyGram Films və Working Title Universal Studios-a satıldı.
Boing (telekanal)
Boing — uşaqlar və yeniyetmələr üçün Warner Bros.-a məxsus ödənişli ABŞ televiziya kanalıdır. ABŞ, Fransa, İtaliya, İspaniya, Afrika və Çilidə yayımlanır. Boing 2019-cu ildə İtaliya, İspaniya, Fransa və Afrikada veriliş bloku olaraq yayıma başladı. == Animadz == Animadz kimi tanınan bir qrup personaj Boing-in rəsmi maskotu kimi xidmət edir. Buraya mavi insan kimi bir köpək olan Bo, Bobo saçsız yaşıl humanoiddir, Otto bir robotdur; Maissasarı bir labirentdir, Katrinaağ toyuqdur, və yaşıl bir dinozavr olan Dino cizgi filmin personajlarıdır.
Boeing 747-400
Boeing 747–400 təyyarəsi — Boeing ailəsinin ən çox satılan layneri. 747–400 daha effektiv korpusu istehsal etmək üçün çoxlu texniki və struktur dəyişikliklərini özündə təcəssüm etdirib. Təyyarə ilk uçuşunu 29 aprel 1988-ci ildə həyata keçirib. İlk istifadəçi aviaşirkətlər "British Airways", "Lufthansa", "China Airlines", "United Airlines" olub.
Boeing X-32
Boeing X-32 — ABŞ Dövlət Departamentinin tenderi - Ortaq Hücum Döyüşçüsü proqramının finalistidir. Həmin tenderdə Lockheed Martinin sonradan F-35 Lightning II təyyarəsinə təkmilləşdiriləcək olan X-35 təyyarəsinə uduzmuşdur. == Yaradılması == 1993-cü ildə Təkmil Müdafiə Araşdırmaları Layihələri Agentliyi (DARPA) Ümumi Münasib Yüngül Döyüşçü (CALF) proqramına start verdi. Bu proqramın məqsədi Amerika Müdafiə Departamentinin sərəncamında olan bütün müxtəlif növ yüngül təyyarələri – F-16, F/A-18 Hornet, AV-8B Harrier-i bir növ təyyarə ilə yeniləmək idi. Elə eyni dövrdə də ABŞ HHQ və ABŞ Donanması birlikdə Ortaq Təkmil Hücum Texnologiyası (JAST) proqramına start verilmişdi. 1994-cü ildə ABŞ Konqresi hər iki proqramı birləşdirərək Ortaq Hücum Döyüşçüsü proqramına start verdi. OHD proqramının ilkin fazalarında, konsept mərhələlərində bir çox kompaniyalar iştirak edirdi. 1996-cı il 16 Noyabrda Müdafiə Departamenti Boeing və Lockheed Martin kompaniyasına öz təyyarələrini yaratmaq göstərişi verdi. Müqaviləyə əsasən yeni təyyarə normal şəkildə enib qalxma, gəmidən qalxma və enmə, qısa qalxma və şaquli enməyi bacarmalı idilər. Bundan əlavə onlar təyyarənin silah sistemlərinin yerüstü təqdimatını da etməli idilər.
The Boring Company
The Boring Company 2016-cı ilin sonunda İlon Mask tərəfindən qurulan tunel inşaat şirkətidir. Mask şirkəti Los-Ancelesdəki tıxac probleminin azaldılması məqsədi ilə qurmuşdur. == Tarixi == Şirkət 2016-cı ildə İlon Maskın Twitter hesabında açıqladığı tunel istehsal etmək fikrindən sonra quruldu.
Boinq
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Google dorkinq
Google dorkinq — veb-saytların istifadə etdiyi konfiqurasiya və kompüter kodunda təhlükəsizlik boşluqlarını tapmaq üçün Google Axtarış və digər Google proqramlarından istifadə edən haker texnikası. == Əsaslar == Google dorkinq, boşluqları olan veb-saytlarda mətnin xüsusi bölmələrinin, məsələn, həssas Veb proqramlarının xüsusi versiyalarının tapılması üçün Google axtarış sistemindəki operatorlardan istifadə etməyi nəzərdə tutur. intitle:admbook intitle:Fversion filetype:php kimi axtarış sorğuları başlıqlarında "admbook" və "Fversion" sətirləri olan PHP veb səhifələrini tapacaq ki, bu da o səhifələrdə kod inyeksiyası boşluğu olan PHP əsaslı guestbook olan Admbook-dan istifadə edildiyini göstərir. Tətbiqlərin defolt quraşdırmalarının yaratdığı hər bir səhifədə versiya nömrəsini göstərməsi normaldır, məsələn, həssas versiyaları işləyən veb-saytları axtarmaq üçün "Powered by XOOPS 2.2.3 Final" sözü istifadə edilə bilər. İnternetə qoşulmuş cihazları da tapmaq mümkündür. Məsələn inurl:"ViewerFrame?Mode=" axtarmaq açıq olan veb-kamera interfeyslərini tapacaq. == Tarixi == "Google Hacking" anlayışı 2002-ci ilin avqustunda Kris Sullonun Nikto boşluq skanerinin 1.20 buraxılışına "nikto_google.plugin" əlavə etdiyi vaxta təsadüf edir. 2002-ci ilin dekabrında Coni Lonq həssas sistemləri və/yaxud həssas məlumatların açıqlanmasını aşkar edən Google axtarış sorğularını toplamağa başladı və onları googleDorks adlandırmağa başladı. Google Dorks siyahısı 2004-cü ildə orijinal Google Hacking Database (GHDB) şəklində təşkil edilmiş böyük sorğu lüğətinə çevrildi. Google hacking-də aşkar olunmuş bu anlayışlar Bing və Shodan kimi digər axtarış sistemlərinə də şamil edilib.
Hokinq radiasiyası
Hokinq radiasiya və ya Hokinq işıqlanması, ingilis fizik Stiven Hokinqin 1975-ci ildə nəşr etdiyi məqaləsində qara dəliklər tərəfindən yayıldığını təklif etdiyi nəzəri bir radiasiyadır. Məqalədə qara dəliklərin hissəciklər yaydığını və beləliklə də kütlə itirdiyini bildirmişdir. Kvant sahə nəzəriyyəsinin ümumi nisbilik ilə birlikdə tətbiqi nəticəsində təklif edilmişdir. Ümumi nisbilik nəzəriyyəsinə görə, qara dəliklər daralmayacaqlar, yəni hadisə üfüqünün sahəsi azala bilməz. Hokinqin tapdığı nəticə buna görə çox təəccüblü olmuşdur. Məsələn, M kütləsi olan Schwarzschild qara dəliyindən yayılan Hokinq radiasiyasının temperaturu aşağıdakı kimi hesablanır: T = 1 8 π M ( ℏ c 3 G k ) . {\displaystyle T={\frac {1}{8\pi M}}\left({\frac {\hbar c^{3}}{Gk}}\right).} Bu ifadənin maraqlı bir nəticəsi, enerji (kütlə) qazanan Schwarzschild qara dəliyinin temperaturunun azalmasıdır. Buna görə də, belə qara dəliklərin istilik tutumu mənfi olur.
Klint Hokinq
Klint Hokinq (ing. Clint Hocking) — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir. Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir.
Stiven Hokinq
Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942[…], Oksford – 14 mart 2018[…], Kembric) — müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir. == Həyatı == Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir. Həmin dövrdən ölümünə qədər fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlamışdır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı vasitəsi ilə verir.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.