Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borucuqlu kassiya
Borucuqlu kassiya (lat. Cassia fistula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kassiya cinsinə aid bitki növü. == Sinonimlər == Bactyrilobium fistula' Willd. Cassia bonplandiana DC. Cassia excelsa Kunth Cassia excelsa Schrad. is a synonym of Senna spectabilis var. excelsa Cassia fistuloides Collad. Cassia rhombifolia Roxb. Cathartocarpus excelsus G. Don Cathartocarpus fistula Pers.
Qozlu borucuq
Asəf Orucoğlu
Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; 21 oktyabr 1967, Daşkəsən – 2018, Bakı) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü. == Həyatı == Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir. == Təhsili == 1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib. 2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. == Ədəbi yaradıcılığı == Asəf Qaya imzası ilə şeirlər yazırdı.
Vahid Orucoğlu
Vahid Orucoğlu — aktyor, mətn oxuyan, film səsləndirən. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru. Vahid Orucoğlu 1986-cı il sentyabr ayının 2-də Bakı şəhərində doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Teatr səhnəsində rolları . Mim - ("İmperator", Elçin) . Savalan - ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev) . Vasif - ("İblis", H.Cavid) . Tülkü - ("Tülkü Həccə gedir", A.Şaiq) . Şir - ("Cəsur qurbağa balası", L.Ustinov) . Dəvəçi - ("Şeyx Sənan", H.Cavid) . Həbəş - ("Ezop", G.Fiqeyredo) . Banda üzvü - ("Oliver Tvistin macəraları", Ç.Dikkens) . Şagird - ("Mənim ağ öyərçinim", T.Vəliyeva) . Müəllim - ("Əcəl atı", V.Əlixanlı) . Döyüşçü - ("Romeo və Cülyetta", U.Şekspir) . Ağagül - ("Buzovna kəndinin əhvalatları", Elçin) . Qara div - ("Şahzadə Xəzərin nağılı", K.Ağabalayev, N.Kazımov) . Həsən - ("Əlincə qalası", Dilsuz) . Qaraçı - ("Qaraca qız", S.S.Axundov, A.Şaiq) . Nağılçı - ("Şəngülüm. Şüngülüm, Məngülüm", M.Müşfiq) . II Arlekin - ("Buratinonun macəraları", A.Tolstoy) . Rulle - ("Balaca və damda yaşayan Karlson", A.Lindqren) . Uşaq və kukla - ("Danışan gəlincik", A.Şaiq) . Aşbaz - ("Yatmış gözəl", B.Marvin) . I qatil - ("III Riçard", U.Şekspir) . Alabaş - ("Dəcəl keçi", P.Nurəliyeva) . Şirməmməd - ("Məlikməmməd və sehrli almalar", Azərbaycan xalq nağılı) . I çöl ördəyi - ("Çirkin ördək balası", H.X.Andersen) . Bosxomci - ("Qohumlar", V.Şuqrayeva, Ə.Əmirli) . Mələk; şagird; dost - ("Xortdanın cəhənnəm məktubları", Ə.B.Haqverdiyev) . Mixaylo - ("Ünvansız qatar", Əli Əmirli) . Alik - ("Yarımcıq qalmış", Y.Abramov, L.Bəyim) . Balqabaq - ("Çippolino", C.Rodari) . Tənbəl Əhməd - ("Tənbəl Əhməd", Azərbaycan xalq nağılı. Səhn.: Ə.Qurbanov) . Qldurbaşı - ("Sindbad", Ərəb xalq nağılı) . Səlim - ("Ana", H.Cavid) . Peggi Blunun atası - ("Tanrıya 14 məktub", E.E.Şmidt) . Mazandaranski - ("Oqtay Eloğlu", C.Cabbarlı) . Rasim - ("Şəhərin qış gecələri", Anar) . Toğrul – (“Balaca yaramaz məxluq” İsmayıl İman) . Stansiya rəisi– (“Kod adı VXA” Mehriban Ələkbərzadə) Sirat körpüsü (film, 2007) Məhkumlar (film, 2007) Tamahkar (film, 2007) Yaşananlar Tərsinə çevrilə dünya (film, 2011) Həyat varsa...
Əhməd Orucoğlu
Əliyev Əhmədağa Orucəli oğlu (Əhməd Orucoğlu) — Azərbaycan yazıçı-dramaturqu. Əhməd Orucoğlu 1951-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bakının Binə kəndindəki 121 saylı otra məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 1966-cı ildə 3 saylı Bakı tibb məktəbinə daxil olub. 1970-ci ildə İncəsənət Dövlət İnstitutunun mədəni-maarif fakultəsinə daxil olub. 1974-cü ildə hərbi xidmətə gedib. Hərbi xidmətdən qayıtdıqdan sonra Artyom və Suraxani Mədəniyyət saraylarında və Tibb işçiləri evində bədii rəhbər vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Dövlət Televiziyasının buraxılış şöbəsində redaktor vəzifəsində çalışıb. Sonradan ədəbi-dram verilişlərində "Səhər görüşləri" proqramına redaktor vəzifəsinə keçirilib. Əhməd Orucoğlu ondan çox yeni il "Mavi işıq" proqramının, həmçinin novruz şənliklərinin ssenari müəllifidir.