Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Karolina Boyar
Karolina Boyar – polşalı qadın futbol hakimi, hüquqşünas. 15 sentyabr 1997-ci ildə Polşanın Krakov şəhərində anadan olub. == Təhsili == 2019-cu ilin iyulunda Yagellon Universitetinin Hüquq və İdaerəetmə fakültəsinin Əqli Mülkiyyət və Yeni Texnologiyalar proqramının məzunu olub . == Karyerası == 2015-ci ildən FİFA referisidir.
Boyar arvadı Morozova
Boyar arvadı Morozova (rus. Боярыня Морозова) — rus rəssamı Vasili Surikov (1848–1916) tərəfindən 1887-ci ildə tamamlanmış, XVII əsrdə Rus kilsəsinin parçalanmasını təsvir edə tablo. == Tarixçə == Vasili Surikovun köhnə təriqətçilər mövzusuna olan maraqları onun Sibirdəki uşaqlığı ilə bağlıdır. Köhnə təriqətçilərin olduğu Sibirdə, "Boyar arvadı Morozova haqqında povest" də daxil olmaqla dini rəvayətlər geniş yayılmışdı. Surikovun "Boyar arvadı Morozova" tablosu da buradan qaynaqlanır. == Rəsmin etüdləri == == Ədəbiyyat == Жуковский В. И., Пивоваров Д. В. Зримая сущность: (визуальное мышление в изобразительном искусстве). — Свердловск: Изд. Урал, ун-та, 1991. — 284 с. — 1000 экз.
Boyar qadını Morozova
Boyar arvadı Morozova (rus. Боярыня Морозова) — rus rəssamı Vasili Surikov (1848–1916) tərəfindən 1887-ci ildə tamamlanmış, XVII əsrdə Rus kilsəsinin parçalanmasını təsvir edə tablo. == Tarixçə == Vasili Surikovun köhnə təriqətçilər mövzusuna olan maraqları onun Sibirdəki uşaqlığı ilə bağlıdır. Köhnə təriqətçilərin olduğu Sibirdə, "Boyar arvadı Morozova haqqında povest" də daxil olmaqla dini rəvayətlər geniş yayılmışdı. Surikovun "Boyar arvadı Morozova" tablosu da buradan qaynaqlanır. == Rəsmin etüdləri == == Ədəbiyyat == Жуковский В. И., Пивоваров Д. В. Зримая сущность: (визуальное мышление в изобразительном искусстве). — Свердловск: Изд. Урал, ун-та, 1991. — 284 с. — 1000 экз.
Boyard qalası
Boyard qalası — Atlantik okeanı sahillərində yerləşən, Fransaya məxsus daşlı qala. == Tarixi == Boyard fransızcadan boyar, boyard, bəzən isə, Bayyard, boyyard kimi də tələffüz olunur). Bu “Daş fort(qala) – Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında inşa edilmişdir. Bu möhtəşəm tikilinin inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. 1801-ci ildə qalanın tikintisinə başlayarkən ustalar problemlərlə üzləşmişlər. Belə ki, özül üçün dənizin dibinə qoyulmuş iri daş bloklar, az bir müddətdən sonra ağırlığından dənizin dibinə, quma batırdı. Bu səbəbdən qalanın inşası 1809-cu ildə dayandırılır.
Elizaveta Boyarskaya
Elizaveta Mixailovna Boyarskaya (rus. Елизаве́та Миха́йловна Боя́рская; 20 dekabr 1985, Leninqrad) — Rusiya teatr və film aktrisası.
Leonard Boyarski
Leonard Boyarski (ing. Leonard Boyarsky; XX əsr) — ABŞ geymdizayneri və rəssamı. O, daha çox "Interplay Entertainment" şirkətinin "Black Isle Studios" studiyasındakı işləri, xüsusilə də "Fallout" (1997) və "Fallout 2" (1998) videooyunlarının istehsalındakı rolu ilə tanınır. Boyarski həmçinin, "Troika Games" studiyasının həmtəsisçidir. O, burada "Arcanum: Of Steamworks and Magick Obscura" (2001) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir. Leonard Boyarski eyni zamanda "Blizzard Entertainment" tərəfindən yayımlanan "Diablo III" (2012) videooyununda aparıcı dünya dizayneri kimi çalışmışdır. == Ludoqrafiya == == İstinadlar == == Xarici keçidlər == leonardboyarsky.com — Leonard Boyarskinin rəsmi saytı Leonard Boyarski — MobyGames saytında. (ing.) Leonard Boyarski — "No Mutants Allowed" saytında.
Matteo Boyardo
Matteo Boyardo (ən tezi 21 may 1441 və ən geci 21 iyun 1441[…], Skandiano[d], Recco Emiliya əyaləti[d] – 19 dekabr 1494, 28 dekabr 1494 və ya 1494, Recco nel Emiliya) — italiya intibah ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı. == Həyatı == Skandino qrafı Matteo Boyardo Reco yaxınlığında qədim bir qəsrdə dünyaya gəlmişdir. Boyardo ailəsinin məlum mülkədar xasiyyəti var idi ki, bu da Boyardo elə ədəbiyyat sahəsində formalaşmasına kömək etmişdir. Bütün uşaqlıq illərini keçirtdiyi Ferrara şəhərində, Boyardo əmisi, humanist, görkəmli Neapolitan şairi Tito Vespasiano Strotsinin nəzarəti altında yaşayır. Tito qardaşı oğluna tarix və antik poeziya sahələrində məşğələlərinə yardım edir. Boyardo hersoqluğun həyatında fəal şəkildə iştirak edir-təmtəraqlı bayramlara qatılır, diplomatik tapşırıqları yerinə yetirir. Ferrara hakimiyyəti Boyardoya inanırdı, ancaq şair onlardan asılı da qalmaq istəmirdi. O, 1494-cü ildə dünyasını dəyişir və yazmağa başladığı "Aşiq olmuş Orlando"poeması yarımçıq qalır. == Yaradıcılığı == Ferrarada cəngavərlik poemaları yaranmışdır. Bu ədəbi janrın görkəmli nümayəndələrindən biri də Matteo Boyardo olmuşdur.
Mixail Boyarski
Mixail Boyarski (rus. Михаи́л Серге́евич Боя́рский; 26 dekabr 1949, Leninqrad) — Rusiyanın Xalq artisti, tanınmış aktyor və müğənni. == Həyatı == 1949-cu il dekabrın 26-da Leninqradda anadan olmuşdur.Atası Sergey Boyarski və anası Yekaterina Melenteva teatr aktyorları olublar, lakin valideynləri Mixailin aktyor olmasını istəməyiblər və övladlarını musiqi məktəbinin fortepiano sinfinə qoyublar.Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra "Lensovet" teatrında işləməyə başlayır. İlk dəfə Q. Qladkovun "Trubadur və onun dostları" musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcəkdə həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir. == Karyerası == === Kinoda === Mixail Boyarskinin kinoda debütü rejissor Vasili Paskarunun 1973-cü ildə çəkdiyi "Körpülər" filmində Qitsu rolu ilə başlayır. 1974-cü ildə rejissor Leonid Kvinixidzenin "Saman papaq" komediya filmində (Ninardi) rol alır.
Sergey Boyarski
Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri. == Həyatı == Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır."Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Boyur
Boyur — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Boyur kəndi dağətəyi ərazidədir. Toponim qədim türk sözü olan və "dağ döŞü", "dağ yamacı" mənalarını bildirən bair sözünun yerli tələffüz formasıdır. Ərazini relyef cəhətdən təsvir edir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Bozar
Bozar (fr. beaux-art - “təsviri sənət”) - XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Byar
Byar (isp. Biar) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 98,17 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3703 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Alto-Vinalopa Saks (Alikante) Salinas == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Biar Índice Estadístico Municipal de Biar.
Boyan Tokiç
Boyan Tokiç (13 yanvar 1981) — Sloveniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Boyan Tokiç Sloveniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Boyan Tokiç Sloveniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Boyan Tokiç Sloveniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Boyan mədəniyyəti
Boyan(ing. Boian) — Rumıniya və Bolqarıstan ərazilərində yayılmış Neolit mədəniyyəti (e.ə. 4-cü minillik). Boyan gölündəki (Rumıniya) məskənin adı ilə adlandırılmışdır. Boyan üçün üzəri qara boz rəngli və oyma xətlərlə bəzədilmiş gil qablar xarakterikdir. Qablar üzərindəki oyma xətlər çox zaman ağ maddə ilə doldurulurdu. Boyanda daş baltalar da tapılmışdır. Əhali əkinçilik , maldarlıq, ovçuluq və balıq tutmaqla məşğul idi. Qumelnisa mədəniyyətinin (Enolit dövrü) formalaşmasında Boyan mədəniyyətinin mühüm rolu olmuşdur.
Boyaq alkannası
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq bitkilər
Boyaq bitkilər - kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M.Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in təşkil edir. Boyaçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazıotu, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Boyaq dazı
Boyaq dazı (lat. Hypericum androsaemum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. == Yarpaq == Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. == Çiçək == Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. == Meyvə == Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. == Çiçəkləməsi == May == Meyvə verməsi == İyun-İyul (Avqust) == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.
Boyaq fibraureyası
Boyaq fibraureyası (lat. Fibraurea tinctoria) - fibraurea cinsinə aid bitki növü.
Boyaq indiqoferası
Boyaq indiqoferası (lat. Indigofera tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
Boyaq koreopsisi
Boyaq koreopsisi (lat. Coreopsis tinctoria) - koreopsis cinsinə aid bitki növü.
Boyaq nazı
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Boyaq sarıçiçəyi
Boyaq sümürgəni
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Boyaq ulaxqanqalı
Boyaq ulaxqanqalı (lat. Carthamus tinctorius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü.
Boyaq çüyütotu
Boyat (Ağcabədi)
Boyat — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Keçmiş Bayat nahiyəsinin mərkəzi. == Tarixi == Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə — Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran – Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX–X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.