Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyaqlar
Boyaqlar (azobayaqlar) — kimyəvi tərkib etibarilə azoboyaqlar, azobenzolun hidroksilli və ya aminli törəmələridir. Onların ən sadələri oksiazobenzol C6H5—N=N—C6H4OH və aminazobenzol C6H5—N=N—C6H4NH2-dir == Alınması == Azoboyaq almaq üçün əvvəlcə amini dnazolaşdırır, sonra onu ikinci komponent — amin və ya fenol ilə bitişdirirlər. Duazolaşdırmaq üçün amin duzu ilə turşu qarışığını yaxşı soyutmaqla qarışdıraraq, üzərinə natrium-nitrit əlavə edirlər. Dbazobirləşməni amin və ya fenolla kondensləşdirdikdə azoboyaq alınır. Müxtəlif aminlər, fenollar və onların müxtəlif törəmələrini götürməklə, müxtəlif tərkibli, müxtəlif rəngli boyaqlar almaq olar. azoboyaq alınması reaksiyanın sürəti, həmin reaksiyada iştirak edən diazobirləşmənin və ikinci komponentin quruluşundan asılıdır. == Azobirləşmələr == Azobirləşmələr intensiv boyadıcı kimi istifadə olunan üzvi maddələrdir. Molekulun strukturundan asılı olaraq, onlar intensiv sarı, çıhrayı, qırmızı, yaşıl və ya göy rəngdə ola bilərlər. Buna görə onlardan boyaqlar kimi istifadə olunur. Müasir sənayedə alınan boyaqların yarısı demək olar ki, azoboyaqlardır.
Bavarlar
Bavarlar(bav. Bajuwarn, Baiuwarn) (lat. Baiovari, Baiovarii) — German kökənli bir qəbilə. Dunayın yuxarı axınında, Nori və Reti Alp dağlarının ətəyində, indiki Yuxarı Avstriya, Zalsburq, Yuxarı və Aşağı Bavariya, qismən Tirol və bəzi digər ərazilərdə məskunlaşmış german tayfası. == Ümumi məlumat == Bu qəbilənin adı VI əsrdən məlumdur. Franklar onların üzərinə hücum edib, məğlubiyyətə uğratmışdılar.Sonralar bavarlar Aqilolfinq (alm. Agilulfinger, Agilolfinger‎) sülaləsinin başçılığı altında öz hersoqluqlarını yaratmışdılar.VII—VIII əsrlərdə merovinqlərin basqınına uğradılar. VI əs­rin I yarısında lanqobardlar hələ də Morava ərazisində qalmaqda idilər. Bununla belə Bohemiya ərazisində məskunlaşmış markomanların qalıqları digər german tayfaları ilə birgə Dunaya doğru çəkilərək Bavarların yaranmasında iştirak etdilər. Bavarların adı markomanların və kvadların yaşadığı qədim Bohemiya (indiki Çexiya) ilə əlaqədardır.
Bolqarlar
Bolqarlar (bolq. българи) — Avropada xalq. Cənubi Slavyan xalqlarından və Bolqarıstanın əsas əhalisi.
Boratlar
Boratlar — minerallar, ortobor turşusu H3BO3 və hipotetik polibor turşuları H2B4O7, H3B5O9 və başqa duzları. == Haqqında == Boratlar təbiətdə 85 borat məlumdur. Susuz boratlar. Sərtliyi adətən 5–6, suluların 2–4. Rəngsiz, ağ, boz, bəzən sarı və başqa rənglərdə. Boratlar bir neçə növ genetik yataqları rast gəlir; əsasən kontakt-metasomatik, vulkanogen-çökmə və halogen mənşəli yataqlardır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Moyralar
Moyralar (yun. Μοϊραι, μοῖρα, lat. Moera pay, hissə) — Qədim Yunan mifologiyasında tale ilahələri. Hesiodun teoqoniyasına görə moyralar ilahə Niktanın qızları, digər bir yerdə isə Zevs və Temisin qızları və Orların bacıları kimi göstərilir. Kloto (yun. Κλωθώ) Laxesis (yun. Λάχεσις "taleh") Atropa, Atropos (yun. Ἄτροπος "qaçılmaz ölüm") Hesiodun teoqoniyasına əsasən tanrı Zevs moyralara lazımınca səlahiyyətlər vermişdir. Kloto insanların həyat ipini əyirir. Laxesis onların sevinc və kədərlərinə məhəl qoymadan ömür müddətini təyin edərmiş.
Soyadlar
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Toxarlar
Toxarlar (yun. Τοχάριοι)-Mərkəzi Asiyanın qədim xalqlarından biri. Erkən orta çağda oğuzlara qarşı çıxmış, lakin məğlub olmuşlar. Bir müddət uyğurlarla da döyüş meydanlarında qarşılaşmışlar. Hind-Avropa dillərinə mənsub idilər. Taciklərin babası hesab olunur. The Western Regions according to the Hou Hanshu, trans.
Bayatlar (monqollar)
Bayatlar (monq. Баяд) — Monqolların bir qolu. == Tarixi == "Camiüt-Təvarix" adlı ünlü əsərin müəllifi Fəzlullah Rəşidəddin, adı çəkilən əsərində zikr etdiyi bir çox tayfanın adları X əsrdən öncəki Monqolustana aid tarixi sənədlərdə görüldüyü ifadə edilməkdədir. Əhməd Zəki Vəlidi Toğan isə bu mövzuda belə deyir: “Şimaldan və şimali-şərqdən qalxıb gəlmiş və cənuba yerləşmiş olan “Uyrat-Uyğurlar”, “Kayat-Kayılar”, “Kanıklıyut-Bayaut-Bayatlar” adlarını daşıyan qəbilələr əslən Türk olub Çingiz xanın ortaya çıxışına qədər Monqollaşmış ancaq buna baxmayaraq Türk ənənələrini də tamamilə unutmamış olduqları məlum olur... Şərqi Oğuzlardan olan Bayatlar, Monqollar arasında Moğol, Oğuz və Kiməklər arasında Türk qəbiləsi sayılmışdılar. Türk və Monqol qaynaşmasının bu dövrdə sürətləndiyi, aralarındakı əlaqələrin artdığı asanlıqla görünür. Bayatların Çingiz xan ilə əlaqələri haqqında mənbələr müxtəlif məlumatlar verməktədir. Bunlardan bəziləri Çingiz xanın Bayatları qul olmağa məcbur etdiyini iddia edərkən, digərləri da əksini irəli sürərək Bayatların qul deyil; Çingiz xan tərəfindən xətiri sayılı bir müamələ gördüklərini ifadə etməkdədir. Şərqşünas Y. Vlamidirtsov “Monqolların ictimai təşkilatı” adlı əsərində bu bilgiyə yer verməkdədir: “Çingiz xan orduda bəzi kimsələrə mükafat dağıtmaq istəməkdədir. Bu mövzuda, yaxın adamı Bayatlı Vangurdan fikrini sorar.
Boğazlar məsələsi
Boğazlar məsələsi - XVIII əsrin sonlarında Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından xarici gəmilərin keçməsi qaydaları ilə bağlı Osmanlı dövləti ilə Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransa arasında münaqişəyə səbəb olmuş və sonralar davam etmiş beynəlxalq siyasi məsələ . Qara dənizlə Aralıq dənizi arasında ticarət və hərbi gəmilərin hərəkəti üçün boğazların mühüm əhəmiyyəti var idi. XVIII əsrin son rübünədək boğazlara Osmanlı imperiyası nəzarət edirdi. 1774-cü ildə Rusiya-Türkiyə arasında bağlanmış Kiçik Qaynarca sülhünə görə, Rusiya Qara dəniz boğazlarından ticarət gəmilərini, 1779-cu ildə isə hərbi gəmilərini keçirmək hüququnu aldı. 1805-ci ildə imzalanan müqavilə Rusiyanın bu hüquqlarını təsdiqlədi. Lakin 1806-cı ildə başlanan Rusiya-Türkiyə müharibəsi nəticəsində Osmanlı dövləti bu müqavilələri ləğv etdi. Boğazlar məsələsini həll etmək üçün 1841-ci ildə Londonda beynəlxalq saziş imzalandı. Osmanlı dövləti Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransanın imzaladığı bu razılaşmaya görə, bütün ölkələrin yalnız ticarət gəmiləri boğazlardan keçə bilərdi. Boğazlar məsələsini sonralar beynəlxalq konvensiya həll etməli idi. Beləliklə, Osmanlı dövləti boğazlara təkbaşına nəzarət hüququnu itirdi.
Nikosiyada bazarlar
Nikosiyada bazarlar — Kiprin paytaxtı Nikosiya şəhərində bazarlar. Şəhər XX əsrə qədər ilk növbədə ticarət şəhəri olaraq qalmışdır. Beləliklə, Nikosiyada tarix boyu iqtisadi fəaliyyət mərkəzlərini təşkil edən müxtəlif bazarlar var idi. Osmanlı dövründə Nikosiya bazarları dar küçələr şəbəkəsini tuturdu. 1873-cü ildə Lüis Salvator divarlı şəhərdə səpələnmiş, 18-i Famaqusta darvazası və Pafos darvazası arasındakı küçələr şəbəkəsində yerləşən 23 bazarı qeydə almışdır. Osmanlı imperiyasının digər şəhərlərində olduğu kimi, Nikosiya bazarları şəhərin ictimai həyatına hakim kəsilmiş və sənaye istehsalının mərkəzi olmuşdur.
Qida boyaları
Qida boyaları — fərdi üzvi maddələr və onların qarışığı və ya qeyri – üzvi piqmentlər və onların qarışığıdır. Qida boyaları təbii, sintetik və qeyri – üzvi olurlar. Məhsulun xarici görüşünü müəyyənləşdirən maddələr qrupudur. Qida rəngləndiriciləri kosmetika, əczaçılıq məhsulları, ev sənətkarlığı layihələri və tibbi cihazlar da daxil olmaqla müxtəlif qeyri-ərzaq sahələrində də istifadə olunur. İnsanlar müəyyən rəngləri müəyyən ləzzətlərlə əlaqələndirirlər və yeməyin rəngi konfetdən şəraba qədər hər şeydə qəbul edilən ləzzətə təsir edə bilər.
Rozanilin boyaqları
Rozanilin boyaqları – trifenilmetan boyaqlarıdır. Onlar amin qrupları olan əsas xassəli boyaqlardır. Onların ən sadələri ikiaminli malaxit yaşılı və üçaminli parafuksindir. Malaxit yaşılı, diamintrifenilmetanın dördmetilli homoloqudur. Malaxit yaşılı almaq üçün əvvəlcə iki molekul dimetilanilin və bir molekul benzoy aldehidini sinkxlorid və ya sulfat turşusu vasitəsi ilə kondensləşdirir və leykəsası alırlar. Alınan leykəsası-tetrametildi amintrifenilmetanı PbO2 ilə oksidləşdirərək, tetrametil diamintrifenilkarbinola çevirirlər, sonra ona xlorod turşusu ilə təsir etməklə malaxit yaşılı boyağı əldə edirlər. Malaxityaşılı, məhlulda göyümtül-yaşıl rəngli olur. O, əsasən pambıq və ipək parçaları boyamaq üçün işlədilən qəşəng yaşıl boyaqdır. Pambıq parçaları trifenilmetan boyaqları ilə boyamaq üçün rəngab olaraq tannin işlədirlər. Dietalanilini benzoy aldehidi ilə kondensləşdirməklə malaxit yaşılının homoloqu (dörd metil qrupu əvəzinə dörd etil qrupu olan) brilyant yaşılı alınır.
Serbiyada bolqarlar
Serbiyada bolqarlar — rəsmi olaraq tanınan milli azlıq statusuna malikdirlər. 2011-ci ildə ölkədəki bolqarların sayı 18 543 nəfərə çatırdı. Əksəriyyəti Bosileqrad və Dimitrovqrad şəhərlərində yaşayır. Bolqarlar 1948-ci ildən bəri Yuqoslaviyada və Serbiyada siyahıyaalmada qeyd olunur. 1948: 59 472 1953: 60 146 (bolqar dilini ana dili hesab edənlər: 59 166) 1961: 58 494 1971: 53 800 (bolqar dilini ana dili hesab edənlər: 49 942) 1981: 33,455 (bolqar dilini ana dili hesab edənlər: 35,269) 1991: 26,698 (bolqar dilini ana dili hesab edənlər: 25 408) 2002: 20,497 (bolqar dilini ana dili hesab edənlər: 16 459) 2011: 18 543 (bolqar dilini ana dili hesab edənlər: 13 337) 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada bolqarlar ölkənin cənub-şərqindəki Bosileqrad və Dimitrovqrad şəhərlərində məskunlaşmışlar. Burada 18.543 etnik bolqar yaşayırdı: 5.839 Bosileqradda (ümumi əhalinin 71,9%), 5 413 bolqar isə Dimitrovqradda yaşayır (əhalinin 53,5%). Bolqarlar pravoslavlığı məzhəbində ediqad edir. Bosileqrad və Dimitrovqradın yerləşdiyi dağlıq bölgələrdə demək olar ki, müsəlman yoxdur. Bolqar keşişlərinin sayının az olması səbəbindən bolqarların bəziləri Serb Pravoslav Kilsəsinə gedir. Həm Bosileqrad və Dimitrovqrad şəhərlərində kilsələr var.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
İkitərəfli bazarlar
İkitərəfli bazarlar (ikitərəfli şəbəkələr) — aralarında şəbəkə effektləri olan iki istifadəçi qrupu olan şəbəkə bazarları. İkitərəfli bir şəbəkədə, istifadəçilərinin iki kateqoriyası vardır ki, bunlar üçün şəbəkədən istifadə məqsədləri və şəbəkədəki rolları açıq şəkildə fərqlənir. Müxtəlif qrupların ikitərəfli şəbəkənin funksionallığı üçün fərqli tələbləri var. Ancaq eyni zamanda, bir-birlərindən asılıdırlar və ümumi şəbəkədən istifadələrinin dəyərini təyin edən qarşılıqlı təsirlərdir. İqtisadiyyatdakı şəbəkə effekti artıq yaxşı öyrənilib və nəzəriyyədə və işdə müxtəlif sahələrdə praktik olaraq fəal şəkildə istifadə olunur. Bununla birlikdə, şəbəkə effekti ümumiyyətlə bir tərəfli olaraq qəbul edilir və bu, şəbəkə istifadəçiləri homojen olduqda qəbul edilir. 2001-ci ildən bəri, şəbəkə effektlərini daha geniş şəkildə nəzərdən keçirən elmi ədəbiyyatda, bir neçə istifadəçi kateqoriyasının qarşılıqlı əlaqəsində və praktiki tətbiq üçün bir sıra maraqlı və faydalı nəticələr verən terminlər ortaya çıxmağa başladı. Bir çox şəbəkədə istifadəçilər homojendir, yəni eyni funksiyaları yerinə yetirirlər. Məsələn, telefon şəbəkələrində istifadəçilərdən biri göndərir, digəri zəng qəbul edir, bununla belə, abunəçilərdən hər biri həm alıcı rolunu oynayır, həm də müxtəlif vaxtlarda səsli mesaj ötürmə rolunu oynaya bilər. Tək yönlü şəbəkələrə nümunə olaraq mesajlaşma, faks göndərmə, e-poçt da verilə bilər.
Boyakar (bürc)
Boyakar (lat. Pictor) — göyün cənub yarımkürəsində bürc. Azərbaycanda Boyakar bürcü heç vaxt bütövlükdə görünmür, yalnız şimal hissəsi yaz-yay vaxtları görünür.
Montrö Boğazlar Konfransı
Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyası — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür. Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur. 1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir. Konvensiya XIX və XX əsrlərdə Qara və Aralıq dənizləri arasındakı strateji cəhətdən vacib olan keçidə kimin nəzarət etməsi ilə bağlı uzun müddətdir davam edən "Boğazlar Sualına" aydınlıq gətirən bir sıra razılaşmalardan biri idi. 1923-cü ildə Lozanna Müqaviləsi Dardanel boğazını silahsız bölgəyə çevirdi.
Montrö boğazlar konvensiyası
Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyası — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür. Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur. 1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir. Konvensiya XIX və XX əsrlərdə Qara və Aralıq dənizləri arasındakı strateji cəhətdən vacib olan keçidə kimin nəzarət etməsi ilə bağlı uzun müddətdir davam edən "Boğazlar Sualına" aydınlıq gətirən bir sıra razılaşmalardan biri idi. 1923-cü ildə Lozanna Müqaviləsi Dardanel boğazını silahsız bölgəyə çevirdi.
Sintetik qida boyaları
Sintetik qida boyaları Sintetik qida boyalar – elə üzvi birləşmələrdir ki, süni şəkildə sintez olunurlar. Təbii qida boyalarından fərqli olaraq sintetik qida boyaları bioloji aktiv deyillər, dadsız və vitaminsiz birləşmələrdirlər. Sintetik qida boyaları geniş miqyasda qida sənayesində və dərman kimyası sənayesində istifadə olunur. Sintetik qida boyalarının 20-yə qədər növü məlumdur. Sintetik qida boyaları suda yaxşı həll olan, toz halında və ya hissəcik halında, rəngli üzvi birləşmələrdir. Sintetik qida boyaları 80–85%-i qayda üzrə əsasən üzvi boyalardan ibarətdir. Əsas üstünlük təşkil edən boyalar: Azoboyalar (E102, E 110, E122, E124, E 129) Indiqo boyaları (E132) Azoboyalardan ən çox tərkibində naftalin halqası digər naftalin həlqəsi ilə azoəlaqəylə birləşən boyalar geniş istifadə olunur. Müəyyən edilmişdir ki, azoəlaqə bağırsaq mikroflorasında reduksiya olunaraq aminlər əmələ gəlir və insanın böyrək, q araciyərinə mənfi təsir edir. Sintetik qida boyaları azo, nitro, triarilmetan, ksantonit və xinolen birləşmələrdən ibarətdir. Bəzi E102, E 104 boyaları bir çox həssas insanlarda allergiya yaradır.
Boğazlar haqqında London konvensiyası
Boğazlar haqqında London konvensiyası (1841) — Avstriya imperiyası, Fransa krallığı, İngiltərə, Prussiya, Rus imperiyası və Osmanlı imperiyası tərəfindən 13 iyul 1841-ci ildə Londonda imzalanan beynəlxalq konvensiya Misir üsyanının sonunda Osmanlı imperiyasının çökməyə başlaması Boğazlar məsələsini əhəmiyyətli bir məsələ olaraq ön plana çıxardı. Çünkü, Aralıq dənizinin şərq qapıları olan Bosfor və Dardanel boğazları, dövlətlərarası münasibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı. Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəkinərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd göstərmədilər. == 1841-ci ilə qədər Boğazların statusu == 1535-ci il kapitulyasiyaları ilə Fransa bayrağını daşıyan ticarət gəmilərinin bütün Türk limanlarına giriş-çıxmasına icazə verildi. Bu icazələr vaxtaşırı digər dövlətlərə də verilmişdir. 1774-cü il Kiçik Qaynarca müqaviləsi, Rus ticarət gəmilərinə boğazları sərbəst keçmək hüququ verdi. 1798 və 1805-ci illərdə Rusiya ilə bağlanan müttəfiqlik müqavilələrində, Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsinə dair hökmlər verildi. 1806-cı il iki dövlət arasında baş verən müharibə bu müqavilənin müddəalarını qüvvədən saldı. 1809-cu ildə İngiltərə ilə imzalanan Qaleyi Sultaniyyə müqaviləsində Boğazların bütün dövlətlərin döyüş gəmilərinə bağlı qalması prinsipi qəbul edildi.
Boğazlar üzrə Beynəlxalq Komissiya
Boğazlar üzrə Beynəlxalq Komissiya — 1923–1936-cı illərdə Millətlər Liqasının himayəsi altında Çanaqqala və Bosfor boğazlarını idarə edən beynəlxalq qurum. Birinci Dünya Müharibəsindən və 1920-ci ildəki Sevr müqaviləsindən sonra boğazlar silahsızlandırıldı və beynəlmiləlləşdirildi. 1923-cü ildə Lozanna müqaviləsi sənədin şərtlərini dəyişdirdi və Türkiyənin boğazlar üzərində suverenliyini bərpa etdi, lakin boğazlar Beynəlxalq Boğazlar Komissiyasının himayəsi altında qeyri-məhdud mülki və hərbi nəqliyyata açıq qaldı. Bu status 1936-cı ildə boğazların statusu haqqında Montrö konvensiyası imzalanana qədər davam etdi, bu, Komissiyanı ləğv etdi və tam nəzarəti Türkiyəyə verdi, ona boğazları yenidən hərbiləşdirməyə icazə verildi və müharibə aparan ölkələrin hərbi gəmilərinin hərəkətinə məhdudiyyət tətbiq edildi.
Boğazlar haqqında London konvensiyası (1841)
Boğazlar haqqında London konvensiyası (1841) — Avstriya imperiyası, Fransa krallığı, İngiltərə, Prussiya, Rus imperiyası və Osmanlı imperiyası tərəfindən 13 iyul 1841-ci ildə Londonda imzalanan beynəlxalq konvensiya Misir üsyanının sonunda Osmanlı imperiyasının çökməyə başlaması Boğazlar məsələsini əhəmiyyətli bir məsələ olaraq ön plana çıxardı. Çünkü, Aralıq dənizinin şərq qapıları olan Bosfor və Dardanel boğazları, dövlətlərarası münasibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı. Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəkinərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd göstərmədilər. == 1841-ci ilə qədər Boğazların statusu == 1535-ci il kapitulyasiyaları ilə Fransa bayrağını daşıyan ticarət gəmilərinin bütün Türk limanlarına giriş-çıxmasına icazə verildi. Bu icazələr vaxtaşırı digər dövlətlərə də verilmişdir. 1774-cü il Kiçik Qaynarca müqaviləsi, Rus ticarət gəmilərinə boğazları sərbəst keçmək hüququ verdi. 1798 və 1805-ci illərdə Rusiya ilə bağlanan müttəfiqlik müqavilələrində, Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsinə dair hökmlər verildi. 1806-cı il iki dövlət arasında baş verən müharibə bu müqavilənin müddəalarını qüvvədən saldı. 1809-cu ildə İngiltərə ilə imzalanan Qaleyi Sultaniyyə müqaviləsində Boğazların bütün dövlətlərin döyüş gəmilərinə bağlı qalması prinsipi qəbul edildi.