Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Breyk-dans (film)
Breyk-dans: Film (ing. Breakdance: The Movie; qısa forması: Breakin') — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. == Məzmun == Kelli, Orlando və Toni adlı üç rəqqas birləşirlər ki, müsabiqədə qalib gəlsinlər...
Breyk-dans: Film (film, 1984)
Breyk-dans: Film (ing. Breakdance: The Movie; qısa forması: Breakin') — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. == Məzmun == Kelli, Orlando və Toni adlı üç rəqqas birləşirlər ki, müsabiqədə qalib gəlsinlər...
Artur Bleyk
Artur Bleyk (d. 26 yanvar 1872; Boston, Birləşmiş Ştatlar - ö. 22 oktyabr 1944) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Artur Bleyk 1872-ci ilin 26 yanvar günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1944-cü ilin 22 oktyabr tarixində isə ömrünün 72-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Artur Bleyk 1896-cı ildə Yunanıstanın Afina şəhərində baş tutan I Yay Olimpiya Oyunlarına qatıldı. 1500 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Artur Bleyk 4 saat 33.8 saniyə nəticə ilə 2-ci yeri tutdu və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Artur Bleyk Afina Olimpiadasında həm də marafon yarışlarında qüvvəsini sınadı. Amma Bleyk məsafəni sona qədər qət edə bilmədi.
Bleyk Blossom
Bleyk Blossom (ing. Blake Blossom; 14 fevral 2000[…], Kaliforniya) — amerikalı pornoaktrisa. == Karyerası == Blossom 20 yaşından sonra porno sektoru ilə maraqlanmağa başladı. Bleyk ilk öncə 2020-ci ilin yazında dostunun vasitəsi ilə Hussie Models rezervasiya agentliyindən Ryan ilə əlaqəyə keçdi. Porno aktrisası olaraq ilk filmi 17 aprel 2020-ci ildə yayımlanan Exploited Collage Girls adlı səhnə idi. Bang Bross, Brazzers, Naughty America, SeeHimFuck, TeamSkeet, Vixen Media Group (Deeper, Blacked, Tushy) kimi şirkətlərdə masturbasiya, ənənəvi və lezbiyən seks səhnələrində çəkildi. 2020 dekabr ayında Penthouse jurnalı tərəfindən "Ayın Ulduzu" adlandırıldı. 2021 oktyabr ayında NightMoves jurnalının editorları tərəfindən "Ən Yaxşı Yeni Starlet" adı altında NightMoves Mükafatı qazandı. IAFD veb saytına görə Bleyk, 2021-ci il oktyabr ayına qədər 100-dən çox film və səhnədə rol almışdır.
Bleyk Bləkbörn
Bleyk Bləkbörn (3 avqust 1992) — Avstraliyalı atıcı. Bleyk Bləkbörn Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bleyk Bləkbörn birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 570 xal toplayaraq 36-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Bleyk Klark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Bleyk Qriffin
Bleyk Austin Qriffin (ing. Blake Austin Griffin) — Amerika Milli Basketbol Assosiasiyasında Los-Anceles Klippers, Detroyt Pistons, Bruklin Nets, Boston Seltiks komandalarında forma geymiş və hal-hazırda azad agent olan amerikalı peşəkar basketbol oyunçusu.
Breyn-rinq
Breyn rinq (ing. Brain ring — "beyin rinqi") — İlk dəfə 18 may 1990-cı ildə SSRİ Mərkəzi Televiziyasının 1-ci proqramında efirə getmiş intellektual teleoyun. 7 aprel 2013-cü ildən 24 iyun 2018-ci ilədək lisenziya əsasında Azərbaycan Televiziyasında yayımlandı. 16 sentyabr 2018-ci ildən etibarən lisenziya əsasında İctimai Televiziyada yayımlanır. == Tarixi == Hələ 1980-ci ildə Vladimir Voroşilov "Breyn Rinq" in televiziya formatında həyata keçirtməyi reallaşdırmaq istəsə də, yalnız 10 il sonra buna nail ola bilmişdir. Versiyaların birinə görə, 1987-ci ildə Dnepropetrovskdə Nə? Harada? Nə Zaman? üzrə birinci beynəlxalq turnirdən sonra Boris Borodin, Oksana Bolozanova, Marina Beloçerkovskaya və Aleksandr Rubin oyunun adının müəllifləri hesab olunur. Onlar 1988-ci ildə oyunun ilk qaydalarının əsasını qoymuşdur.
Breyn Rinq
Breyn rinq (ing. Brain ring — "beyin rinqi") — İlk dəfə 18 may 1990-cı ildə SSRİ Mərkəzi Televiziyasının 1-ci proqramında efirə getmiş intellektual teleoyun. 7 aprel 2013-cü ildən 24 iyun 2018-ci ilədək lisenziya əsasında Azərbaycan Televiziyasında yayımlandı. 16 sentyabr 2018-ci ildən etibarən lisenziya əsasında İctimai Televiziyada yayımlanır. == Tarixi == Hələ 1980-ci ildə Vladimir Voroşilov "Breyn Rinq" in televiziya formatında həyata keçirtməyi reallaşdırmaq istəsə də, yalnız 10 il sonra buna nail ola bilmişdir. Versiyaların birinə görə, 1987-ci ildə Dnepropetrovskdə Nə? Harada? Nə Zaman? üzrə birinci beynəlxalq turnirdən sonra Boris Borodin, Oksana Bolozanova, Marina Beloçerkovskaya və Aleksandr Rubin oyunun adının müəllifləri hesab olunur. Onlar 1988-ci ildə oyunun ilk qaydalarının əsasını qoymuşdur.
Breyv Lifa
Breyv Lifa (5 sentyabr 1995) — Malavili üzgüçü. Breyv Lifa Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Breyv Lifa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.54 saniyəlik nəticəsi ilə 83-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Corc Bleyk
Corc Bleyk (ing. George Blake) anadan olanda George Blake (George Behar) 1966-cı ildən Georgi İvanoviç Bexter (11 noyabr 1922, Rotterdam, Cənubi Hollandiya – 26 dekabr 2020, Moskva) — Böyük Britaniyalı kəşfiyyatçı, MI6 zabiti, 1951-ci ildə şəxsi mülahizələri əsasında ikili agent kimi sovet kəşfiyyatçısı. 1961-ci ildə Sovet kəşfiyyatının xeyrinə fəaliyyəti, ifşa olunduqdan sonra Britaniya tarixində görünməmiş 42 illik həbs cəzasına məhkum edilmişdir. Bu o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi). 1966-cı il oktyabrın 22-də həbsdən qaçmışdı. Sonradan Moskvada məskunlaşmış və ömrünün sonuna qədər orada yaşamışdır. Rusiya Xarici Kəşfiyyat xidmətinin polkovnikidir. "Sovet İttifaqının tərəfinə keçən ən məşhur Britaniya kəşfiyyat zabitlərindən biridir" — deyə BBC qeyd edirdi. "Əfsanəvi Sovet kəşfiyyatçısı" — Rusiyada Corc Bleyki belə adlandırırlar. "Lenin" ordeni kavaleri, Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı nişanı, "Kəşfiyyatda xidmətə" görə (sıra nömrəsi № 1) və Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatına layiq görülmüşdür.
Dreyk (müğənni)
Dreyk (əsl adı: Obri Dreyk Qrem; 24 oktyabr 1986[…], Toronto, Kanada) — Kanadalı repçi, müğənni. O, populyar musiqi sənayesində nüfuzlu bir şəxs kimi öz adını təsdiqləyib. Çoxları onu müasir hip-hop musiqisinin səsini formalaşdırdığına görə təqdir edir. Dreyk 2001–2008-ci illərdə CTV telekanalının efirində yayımlanan "Degrassi: The Next Generation" serialında oynadığı roluna görə məşhurluq qazanıb. 2006-cı ildə o, "Room for Improvement" adlanan debüt miksteypini buraxaraq musiqi karyerasına başlayıb. "Comeback Season" və "So Far Gone" adlı iki miksteypini təqdim etdikdən sonra 2009-cu ildə Young Money Entertainment şirkəti ilə səsyazma müqaviləsi bağlayıb. Dreykin ilk üç studiya albomu: "Thank Me Later" (2010), "Take Care" (2011) və "Nothing Was the Same" (2013) böyük müvəffəqiyyət əldə etmişdir. Albomlara daxil olan sinqllar: "Find Your Love", "Take Care", "Started from the Bottom" və "Hold On, We're Going Home" ABŞ-də musiqi cərgələrinin zirvəsinə yüksəlmişdir. Dreyk "Views" adlanan dördüncü albomunu 2016-cı ildə təqdim etmişdir. Bu albom 13 həftə ərzində Billboard 200 hit-paradına başçılıq edərək onun uğurunu növbəti səviyyəyə qaldırıb.
Dreyk adası
Dreyk adası (ing. Drake's Island) — İngiltərənin Plimut şəhərinin cənub sularında yerləşən ada. Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır. Altı hektarlıq adada XVI əsrdən qalma qala, həbsxana, körpü və yeraltı tunellər şəbəkəsi var. 1989-cu ildən bəri ictimaiyyət üçün bağlanan[niyə?] ada 2019-cu ildə Morqan Filips tərəfindən alınıb.
Dreyk boğazı
Dreyk boğazı (ing. Drake Strait, isp. Pasaje de Drake) — Atlantik okean və Sakit okeanı birləşdirir (əgər Cənub okeanının sərhədləri dəqiq müəyyənləşsə onda boğazın bir hissəsi məhz bu okeanın ərazisinə düşər.) Şimalda Odlu torpaq, cənubda isə Cənubi Setland adaları arasında yerləşir. O, dünyanın ən enli boğazıdır. Belə ki, onun eni 820 km təşkil edir. Burada güclü qərb passat küləkləri əsir. Həmçinin dünyada ən güclü fırtınalar da burada baş verir. Küləyin sürəti 35 m/s, dalğanın hündürlüyü isə 15 m təşkil edir. Cənubi Amerikanın ən ucqar yeri Dieqo-Ramires adası məhs burada yerləşir. Ən ucqar nötqə isə Horn burnudur.
Dreyk formulu
Dreyk tənliyi — qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formul. Formul aşağıdakı kimidir: N = R ⋅ f p ⋅ n e ⋅ f l ⋅ f i ⋅ f c ⋅ L {\displaystyle N=R\cdot f_{p}\cdot n_{e}\cdot f_{l}\cdot f_{i}\cdot f_{c}\cdot L} burada, N {\displaystyle ~N} — əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı; R {\displaystyle ~R} — il ərzində bizim qalaktikada yaranan ulduzların sayı; f p {\displaystyle ~f_{p}} — planetləri olan ulduzların xüsusi çəkisi; n e {\displaystyle ~n_{e}} — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı; f l {\displaystyle ~f_{l}} — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı; f i {\displaystyle ~f_{i}} — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı; f c {\displaystyle ~f_{c}} — əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti; L {\displaystyle ~L} — bu sivilizasiyaların ömür müddəti. Formul Kaliforniyanın Santa-Kruz Universitetinin astronomiya və astrofizika professoru Frenk Donald Dreyk tərəfindən 1960-cı ildə təklif olunmuşdur. Onun 1961-ci ildə ehtimal olunan rəqəmlər əsasında apardığı hesablama aşağıdakı kimi olmuşdur. R = 10/il (ildə 10 ulduz yaranır) fp = 0.5 (ulduzların yarısının planetləri var) ne = 2 (sitemdə orta hesabla 2 planet həyat üçün yararlıdır) fl = 1 (əgər həyatın yaranma ehtimalı varsa, o mütləq yaranır) fi = 0.01 (həyatın şüurlu formayadək inkişaf etməsi ehtimalı – 1 %) fc = 0.01 (sivilizasiyaların 1 %-i əlaqə yaratmaq imkanına malik olacaq və əlaqə qurmaq istəyəcək) L = 10 000 il (texniki cəhətdən inkişaf etmiş sivilizasiya 10000 il mövcud olur) Bu təxmini hesablamaya əsasən N = 10 × 0,5 × 2 × 1 × 0,01 × 0,01 × 10000 = 10. Tənlikdəki göstəricilərdən yalnız R {\displaystyle ~R} və f p {\displaystyle ~f_{p}} astronomiyanın indiki inkişaf səviyyəsində müəyyən qədər dəqiq müəyyənləşdirilə bilər. Digər göstəricilərin müəyyənləşdirilməsi mümkün olmadığından Dreyk tənliyi kəskin tənqidlərlə qarşılaşmışdır.
Frank Dreyk
Frank Donald Dreyk (ing. Frank Donald Drake; 28 may 1930[…], Çikaqo, İllinoys – 2 sentyabr 2022, Aptos[d], Kaliforniya)- amerikalı astronom. == Həyatı == Çikaqoda anadan olub, Kornel Universitetinin elektronika fakültəsində təhsil alıb. Məşhur astronom Otto Struverin planet sistemlərinin yaranması haqqında olan mühazirələrini dinlədikdən sonra, onda digər planetlərdə həyat və sivilizasiyalara maraq oyandı. ABŞ hərbi dəniz donanmasında vəzifəsini yerinə yetirdikdən sonra o, ardıcıl olaraq Milli Radio Astronomiya Rəsədxanasında, Kornell və Kaliforniya universtetlərinde işləməyə başladı. Struve Dreykin dəstəyi ilə NRAO əsasında ("Ozma" layihəsi) 28 metrlik radio teleskop tikintisini təşkil etdi — dünyanın ilk, digər planetlərdə həyatın olub-olmamasını müəyyən etmək üçün qurulan, ölçü və qeyd cihazı. "Dreyk tənliyinin" yaradıcısıdır.
Frensis Dreyk
Frensis Dreyk (Sir Francis Drake; təq. 1540 – 28 yanvar 1596[…]) — Elizabet dövründə yaşamış, məşhur İngilis dənizçisi, dəniz qulduru, səyyah, mühəndis və siyasətçidir. Yer kürəsinin ətrafına dolanan ikinci dənizçidir. Məşhur dəniz qulduru Frensis Dreykin gəmiləri İspaniyanın Amerikadakı müstəmləkələrini və oradakı qızıl-gümüş, brilyant və s. gətirən ispan gəmilərini qarət edirdilər. Kraliça Yelizavetanın tacını bəzəyən brilyantların birini kraliçanın gələcək admirallarınnan biri Fransis Dreyk hədiyyə vermişdi. 1577-1580-ci illər arasında tək bir ekspedisiyada dünyanı dövrə vurması ilə məşhurdur. Bu, ilk ingilis dövrəsi, ümumilikdə isə üçüncü dövriyyə idi. O, həm də əmisi oğlu ser John Hawkins və John Lovell ilə bərabər erkən İngilis köləlik səyahətlərində iştirak etməklə tanınır.
Herbert Kreyk
Herbert Kreyk (ing. Herbert Craik; d. 1880, Qrinok, Şotlandiya – ö. məlum deyil) — şotland futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Herbert Kreyk 1880-ci ildə Şotlandiyanın Qrinok şəhərində anadan olmuşdur. == Karyerası == 1903-cü ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
Kristina Brenk
Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d] – 20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor. == Bioqrafiyası == Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur.
Quantum Break
Quantum Break — 2016-cı ilin döyüş-macəra oyunu. Remedy Entertainment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanıb. Oyun 21 may 2013 Xbox One tədbirində elan olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Uilyam Bleyk
Vilyam Bleyk (ing. William Blake; 28 noyabr 1757-ci il, London — 12 avqust 1827-ci il, London) — ingilis şairi və rəssamı, mistik.
Vilyam Bleyk
Vilyam Bleyk (ing. William Blake; 28 noyabr 1757-ci il, London — 12 avqust 1827-ci il, London) — ingilis şairi və rəssamı, mistik.
Yohan Bleyk
Yohan Bleyk (26 dekabr 1989[…]) — Yamaykalı 100 metr və 200 metr qaçan atlet. 2012 Yay Olimpiya Oyunlarında 100 metr yarışında 9.75 dərəcəsi ilə şəxsi rekordunu vurmaqla Useyn Boltun ardından ikinci yer tutmuşdur. Sonraki "Diamond League" yarışında 9.69 dərəcəsi ilə Tayson Geyi geridə qoymuşdur.
Cessika Dreyk
Cessika Dreyk (14 oktyabr 1974, San Antonio) — amerikalı pornoqrafik film aktrisası. Cessika 2000-ci ilə qədər erotik rəqqasə kimi çalışıb və 2000-ci ildə porno sənayesinə daxil olub. Sektora girdiyi il "Ən yaxşı gənc pornoqraf" nominasiyasında AVN-ə namizəd olan Cessika bu mükafatı Bridgette Kerkove-yə itirdi. Sərt porno filmlərlə yanaşı, erotik filmlər də çəkdi. 2003-cü ildə "Wicked Pictures" ilə müqavilə bağladı. Bir evlilikdə edən pornoqraf sonradan bu evliliyə son qoyub.
Breyn Kerniqan
Breyn Vilson Kerniqan (ing. Brian Wilson Kernighan; 1 yanvar 1942, Toronto) — Kanadalı kompüter alimidir. O, Bell Labs -da işləmiş və Unix yaradıcıları Ken Tompson və Dennis Ritçi ilə birlikdə Unix -in inkişafına töhfə vermişdir. Kerniqan, Dennis Ritçi ilə birlikdə C proqramlaşdırma dili (The C Programming Language) aid ilk kitabın həmmüəllifliyi sayəsində məşhurlaşdı. Kerniqan C dilinin hazırlanmasında heç bir rolunun olmadığını bildirmişdir ("bu, tamamilə Dennis Ritçinin işidir").
Prison Break
"Prison Break" — ABŞ dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 aprel 2007 tarixində sona çatmışdır. 3.