Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qrunt
Brent Soukroft
Brent Soukroft (19 mart 1925, Oqden[d], Yuta – 6 avqust 2020, Folls-Çörç[d], Virciniya) — zabit, siyasətçi. ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı. ABŞ prezidenti Cerald Ford (1975-1977) və Corc Buşun (1989-1993) milli təhlükəsizlik üzrə müşaviri.
Brent borosu
Brent borosu (ing. London Borough of Brent) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-qərbində yerləşir və sahəsi 43,24 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. 2011-ci ilin məlumatına görə əhalisi 312 200 nəfər olmuşdur. Adını boronun ərazisindən keçən Brent çayından almışdır. Tarixi Middlseks qraflığının ərazisi olmuşdur. Brent şimal-qərbdə Harrou, şimal-şərqdə Barnet, Hammersmit və Fulhem, cənubda Kensinqton və Çelsi, həmçinin Vestminster borosu ilə həmsərhəddir. Barnet borosunun ərazisində məşhur Uembli stadionu yerləşir. == Tarixi == Boro 1965-ci ildə Uembli və Uillesden rayonlarının birləşdiriməsi hesabına yaradılmışdır.
Brent çayı
Brent — İngiltərənin paytaxtı Londonda uzunluğu 29 km olan çay. == Tarixi == Temza çayının əsas qollarından biridir. Bu çay haqqında məlumatlara ilk dəfə 705-ci ildə Londonlu yepiskopun məktubunda rast gəlinirdi. Adının mənşəyi isə Briqant qəbilələrinin adından götürülmüşdür.
Bruno Alves
Bruno Alves (27 noyabr 1981) — Fənərbaxça PFK-da forma geyinən müdafiəçi.
Bruno Bozzetto
Bruno Bozetto (3 mart 1938[…], Milan) — İtaliya animasiya rejissoru və ssenarist.
Bruno Cakometti
Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat. == Həyatı == Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb. Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı. 1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır.
Bruno Cordano
Bruno Cordano (it. Bruno Giordano; 13 avqust 1956, Roma) — İtalyalı keçmiş futbolçu. Mərkəz hücumçusu mövqeyində oynayıb. 1978/79 mövsümündə İtaliya çempionatının bombardiri olub. 2013-cü ildən — Askoli klubunun baş məşqçisidir. == Karyera == === Klub === Cordano peşəkar karyerasına karyerasının çox hissəsini keçirdiyi "Latsio" klubunda başlayıb. "Latsio"nun heyətində 1978/79 mövsümündə A Seriyasının bombardiri olub. 1985-ci ildə "Napoli"yə keçir. Cordano burada Maradona və Kareko ilə birlikdə məşhur Ma-Gi-Ka hücum triosunu yaradır. Futbolçu Napoli ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.
Bruno Giacometti
Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat. == Həyatı == Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb. Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı. 1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır.
Bruno Hildebrandt
Bruno Hildebrandt (alm. Bruno Hildebrand‎; 6 mart 1812[…] – 29 yanvar 1878[…], Yena, Saksen-Veymar-Eyzenax hersoqluğu[d]) — Almaniya iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru.. == Həyatı == == Fəaliyyəti == Bruno Hildebrandt(1812–1898-ci illər)-alman iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru. Əsas əsəri iqtisadi təzahürlərin tarixi tədqiqat metodunu irəli sürdüyü "İndinin və gələcəyin siyasi iqtisadı" əsəridir ki, bu kitab 1848-ci ildə nəşr olunub. 1864-cü ildə Hildebrandtın "Natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrufatı" əsəri işıq üzü görür, burada o, millətin tarixinin aşağıdakı dövrlərə ayrılmasını göstərir: 1) orta əsrlərin təbii təsərrüfatı (natural təsərrüfat nəzərdə tutulur) 2) pul təsərrüfatı 3) kredit təsərrüfatını o, təsərrüfatın ali tipi hesab edirdi, belə ki, kredit kapitalı olmayan işgüzar adamlara sahibkar olmağa imkan verir. Hildebrandt krediti pulların və kapitalın hökmranlığına son qoymağa və müasir kapitalist dünyasını ədalət əsasında dəyişdirməyə qabil olan qüvvə hesab edirdi. Onun fikrincə, kredit təsərrüfatı pul təsərrüfatının antiporu deyil, yalnız gələcək inkişafıdır. Ona görə Hildebrandtın krediti pulların və kapitalın hökmranlığına son qoymağa, onun müasiri olan kapitalist dünyasını ədalət əsasında dəyişəcəyinə qadir olan hər hansı yaradıcı qüvvə kimi təqdim etməsi əsassızdır.
Bruno Körbi
Bruno Körbi (ing. Bruno Kirby; 28 aprel 1949) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Bruno Latur
Bruno Latur (fr. Bruno Latour; 22 iyun 1947[…], Bon[d], Kot-d’Or, Burqundiya—Franş—Konte, Fransa – 8 oktyabr 2022, XIII arondisman, Paris, İl de Frans, Fransa) — fransız elm sosioloqu və filosofu, Yeni Zaman Yoxdu kimi kitabların müəllifi. Simmetrik antropologiyaya dair esselər, "Laboratoriya həyatı" və "Fəaliyyətdə olan elm". Mişel Kallon və Con Lo ilə birlikdə o, aktor-şəbəkə nəzəriyyəsinin yaradıcılarından biridir. == Bioqrafiyası == Şərabçı ailəsində anadan olub. Fəlsəfi və antropoloji təhsil almışdır. O, London İqtisadiyyat Məktəbində və Harvard Universitetinin Elm Tarixi Departamentində mühazirələr oxuyub. Bruno Latour — Təşkilati Sosiologiya Mərkəzi ilə əlaqəli, onun tədqiqat fəaliyyəti üzrə vitse-prezidenti. O, "Laboratoriya həyatı" (ing., 1979), "Fransanın pasterizasiyası" (1984), "Aramis və ya texnologiya eşqi" kitablarının və simmetrik antropologiyaya dair "Modern ola bilməyəcəyik" ing. essesinin müəllifidir.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Borneo) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Bruno Mars
Piter Cin Ernandes (d. 8 oktyabr 1985, Honolulu) — Bruno Mars adı ilə məşhur ABŞ müğənnisi, bəstəkar və prodüser. Peter Amerikanın Honolulu şəhərində anadan olmuşdur. Just The Way You Are və Grenade mahnılar ilə tanınan Bruno Mars Vokal, gitara, bateri alətlərində mükəmməl ifa bacarığına malikdir.
Bruno Qanz
Bruno Qanz (22 mart 1941[…], Sürix – 16 fevral 2019[…]) — İsveçrə aktyoru.
Bruno Rodriqes
Bruno Rodriqes — Argentinalı iqlim fəalıdır. Argentinada "Gələcək üçün cümə günləri" hərəkatının lideridir. O, 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Gənclər İqlim Sammitində nümayəndə olub. O, İşçi Partiyası və Amnesty International ilə əməkdaşlıq etmişdir. 2021-ci ildə IPCC Altıncı Qiymətləndirmə Hesabatı əsasında namizədlərə açıq məktub kampaniyası təşkil edir.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Leonardo Bruni
Leonardo Bruni (və ya Leonardo Aretino ; 1369 və ya 1370, Arezzo, Toskana – 1444, Florensiya) — italyan humanist, tarixçi və dövlət xadimi, tez-tez erkən İntibah dövrünün ən mühüm humanist tarixçisi kimi tanınırdı. Onu ilk müasir tarixçi adlandırırlar. O, tarixə üç dövr baxışından istifadə edərək yazan ən erkən insan idi: Antik, Orta əsrlər və Müasir dövr. Bruninin dövrləri müəyyən etmək üçün istifadə etdiyi tarixlər müasir tarixçilərin bu gün istifadə etdikləri tam olaraq deyil, lakin o, tarixin üçtərəfli bölünməsi üçün konseptual zəmin qoyub. == Həyatı == Leonardo Bruni təxminən 1370-ci ildə Toskana əyalətinin Arezzo şəhərində anadan olub. Bruni siyasi və mədəni lider Coluccio Salutatinin şagirdi idi, o , Florensiyanın kansleri vəzifəsini yerinə yetirdi və onun himayəsi altında vətəndaş humanizmi ideyasını inkişaf etdirdi. O, həmçinin dörd papanın (1405–1414) apostol katibi vəzifəsində çalışmışdır. Bruninin kansler olduğu illər, 1410–1411 və yenidən 1427-ci ildən 1444-cü ildə ölümünə qədər müharibə ilə üzləşdi. Ən yüksək siyasi vəzifələrdən birini tutmasına baxmayaraq, Bruni Albizzi və Mediçi ailələri ilə müqayisədə nisbətən gücsüz idi. Tarixçi Artur Field, Brunini 1437-ci ildə Kosimo de' Mediciyə qarşı açıq-aşkar bir sui-qəsdçi kimi müəyyən etdi.
Qrunt suları
Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir. Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir. Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s.
Sebastyan Brant
Sebestian Brant (1458[…] və ya 1458, Strasburq, Fransa metropoliyası – 10 may 1521, Strasburq, Fransa metropoliyası) — fransız alim, hüquqşünas, yazıçı-humanist. Sebestian Brant (1457-1521) 1457-ci ildə və yaxud da 1458-ci ildə zəngin bir dükançı ailəsində doğulmuşdur. O, 1475-ci ildə ali təhsil almaq üçün o dövrdə Almaniya imperiyasına daxil olan, «azad şəhər» adlanan Bazelə getmişdir. Bazel ilk növbədə 1460-cı ildə yaradılan öz universiteti və nəşr işi ilə məşhur idi və ilk alman humanizminin ən mühüm mərkəzlərindən biri sayılırdı. Gənc Sebestian böyük uğurla burada hüquq elminin və bir sıra digər elm sahələrinin incəliklərini öyrənmiş, sonralar bu universitetin dini-kilsə və hüquq sahələri üzrə nüfuzlu professoru və hüquq fakültəsinin dekanı olmuşdur. O, həm də vəkil kimi də fəaliyyət göstərmişdir və bu peşə onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Sebestian eyni zamanda Bazel kitab naşirlərinin işində də yaxından iştirak etmişdir. Burada yaşadığı dövrdə Sebestian bir sıra hüquqi və dini ədəbiyyat mətnlərinin nümunələrini, o cümlədən də İtaliya humanizminin banisi Petrarkanın və Orta əsrlər alman azadfikirli şairi Freydankın əsərlərini çap etmişdir. 1499-cu ildə Brant uşaqlıq və yeniyetməlik illərini keçitdiyi Strasburq şəhərinə qayıtmışdır. Bu şəhərdə o, çox yüksək xidməti və ictimai fəaliyyəti sahəsində yüksək nüfuz qazanmış və 1521-ci ildə elə burada da dünyasını dəyişmişdir.
Brent Şou
Brent Donald Şou (ing. Brent Donald Shaw; 27 may 1947 və ya 1947, Edmonton) — Kanada və ABŞ tarixçisi. Fəlsəfə doktoru (1978), 2004-cü ildən Prinston Universitetinin professoru, ondan əvvəl Letbric və Pensilvaniya universitetlərində professor, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2012). 1976–1977-ci illərdə Birminhem Universitetində qədim tarix üzrə müəllim olmuşdur. 1977–1996-cı illərdə Letbric Universitetində dərs demiş, 1981-ci ildən professordur. 1994-cü ildə Təkmilləşdirilmiş Tədqiqat İnstitutunda professordur. 1989–1995-ci illərdə Prinston Universitetində qonaq professor olmuşdur. 1996-cı ildən Pensilvaniya Universitetində professor olmuşdur. 2004-cü ildən Prinston Universitetində klassiklər üzrə professor olmuşdur. Pensilvaniya Universitetinin fəxri magistr dərəcəsinə layiq görülmüşdür (1996).
Bruno Qadiol
Bruno Qadiol Antonias (ing. Bruno Gadiol Antoniassi; 6 iyun 1998, San Paulo) — braziliyalı aktyor və müğənnidir.
San-Bruno
San-Bruno (ing. San Bruno) — ABŞ-nin Kaliforniya ştatının San-Mateo qraflığında yerləşən şəhər.
San Bruno
San-Bruno (ing. San Bruno) — ABŞ-nin Kaliforniya ştatının San-Mateo qraflığında yerləşən şəhər.
Bruno Durdov
Bruno Durdov (xorv. Bruno Durdov; 11 dekabr 2007, Split, Xorvatiya) — Xorvatiya Futbol Liqası təmsilçilərindən olan "Hayduk Split" klubunda hücumçu kimi çıxış edən peşəkar Xorvatiya futbolçusu. == Klub karyerası == Durdov futbolçu karyerasına 6 yaşı olarkən Kaştel Qomlitsa klubunda başlamışdır. 2015-ci ildə isə "Hayduk Split" klubuna məxsus Luka Kaliterna akademiyasına qəbul olmuşdur. 2023-cü ilin payızında oyunçu klub ilə 2026-cı ilə qədər yeni müqavilə imzalamışdır. Müqavilə imzaladıqdan sonra Durdov əsas komanda ilə məşq etməyə başlamışdır. O, peşəkar karyerasında debütünü 5 may 2024-cü ildə "Varazdin" klubuna qarşı oyunda etmiş və 82-ci dəqiqədə Yassin Benraunun əvəzinə meydana daxil olmuşdur. Durdov peşəkar karyerasında ilk qolunu 21 sentyabr 2024-cü ildə "Qoritsa" klubuna qarşı liqa görüşündə vurmuşdur. Həmin görüşdə dublla yadda qalan Durdov komandasına 4-1 hesabı ilə qələbə qazandırmışdır. 16 yaş 9 ay 10 günlüyündə fərqlənməyi bacaran Bruno "Hayduk Split" klubunda qol vuran ən gənc, Xorvatiya Liqasında isə dubl edən ən gənc futbolçu kimi tarixə düşmüşdür.