Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulimiya nervoza
Bulimiya nervoza və ya sadəcə bulimiya insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunan xəstəlikdir. Simptomlar adətən erkən yeniyetməlik dövründə müşahidə olunur və əsasən uzun müddətli dietadan sonra başlayır. Yemək prosesi onlarda çox zaman iki saata yaxın bir müddətə davam edir. Bəzi insanlarda isə bu proses qısa fasilələrlə bir neçə gün belə davam edə bilər. Bulimiklər ac olmadığı zaman yeməyə başlayır və proses mədənin tam dolu olmasını hiss edənə qədər davam edir. == Simptomları == Bədənin görüntüsü ilə məşğul olmaq. Qısa müddət ərzində yüksək miqdarda yüksək kalorili qidalar yeyin. Həddindən artıq hadisələrdə nəzarətin tam olmaması hiss olunur. Kökləndikdən sonra özünü qusmağa məcbur etmək. Bulimiya olan bəzi insanlar, həddindən artıq kökəldikdən sonra laksatiflər, lavman dərmanları və ya diüretik istifadə edirlər.
Boliviya
Boliviya (tam adı: Boliviya Çoxmillətli Dövləti; isp. Estado Plurinacional de Bolívia) — Cənubi Amerikada dövlət. Paytaxtı Sukre şəhəridir, La Pas, Koçabamba, Santa Cruz, Potosi kimi digər böyük şəhərləri də var. Ölkə Boliviya idarəçiliyi dövründə Yuxarı Peru adlandırılırdı. Sonradan ölkəyə Cənubi Amerikanı ispan əsarətindən qurtaran Simon Bolivarın şərəfinə Boliviya (Bolivarın ölkəsi) adı verilmişdir. Boliviyanın şimal və şimal-şərqdə Braziliya, cənub-şərqdə Paraqvay, cənubda Arqentina, cənub-qərb və qərbdə Çili və Peru ilə sərhədləri var. Cənubi Amerika ölkələr arasında dənizə çıxışı olmayan ən böyük ölkədir. Lakin 2010-cu ildə Peru ilə imzalanmış sazişə əsasən Boliviyaya 99 illik icarəyə liman tikmək üçün dənizkanarı sahə verilib. == Tarix == Boliviya 1809-cu ildə İspaniyayadan müstəqilliyini elan etməsinə baxmayaraq, 1825-ci ildə Boliviya İstiqlal müharibəsi nəticəsində ispan əsgərlərinin ölkədən çıxarılması ilə mümkün oldu. Müstəqillik əldə etdikdən sonra Boliviyadakı siyasi hakimiyyət çox tez-tez dəyişilmişdir.
Polimiya
Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir. == Hakimiyyəti == Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi." Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər. == Paralel hekayələr == Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.
Boliviya bayrağı
Boliviya bayrağı — Boliviyanın Dövlət bayrağı
Boliviya bolivianosu
Boliviya bolivianosu - (İspanca: boliviano; ISO 4217: BON) - Boliviyada istifadə edilən rəsmi pul vahididir. 1 Boliviya bolivianosu təqribən 100 centavoya bərabərdir. Boliviya bolivianosu Boliviya Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkənin 2009-cu ildəki inflyasiya səviyyəsi 4,3%-dir. 13 aprel 2019 tarixinə aid məzənnəyə görə, 1 Boliviya bolivianosu = 0.1429 ABŞ dolları.
Boliviya kinosu
Boliviya kinosu — ölkə daxilində və xaricdə boliviya kinomatoqrafçıları tərəfindən çəkilmiş kinolar nəzərdə tutulur. Boliviya kinosunun yaranması 1913-cü ildə sənədli filmlər çəkmiş, 1918-ci ildə isə ölkədə ilk "Andes films" kinostudiyasını yaratmış L. Kastilyonun adı ilə bağlıdır. Hindilərın həyatı ilk bədii filmlərin aparıcı mövzusu idi. (P. Sambarinonun "Aymara ürəyi", Kastilyo və A. Poznanskinin "İrqin şöhrəti"). İnk əfsanəsi əsasında çəkilmiş "Vara-vara" (1930, rejisor X.M. Velasko Maydana) səssiz filmlər dövrünün ən seçilən əsəridir. L. Basoberrinin "Çako müharibəsi" (1936) sənədli filmi səsli kinonun ilk təcrübəsi idi; 1940-cı illərdə vəsaitin olmaması səbəbindən onun inkişafı ləngidi. Bu dövrdə A. Roko ilə birgə 1941-ci ildə "Boliviya films" studiyasının əsasını qoymuş rejisor X. Ruisin rəhbərliyi altında sənədli filmlərin çəkilişi fəallaşdı. 1952–67 illərdə Boliviyada, əsasən, qısametrajlı filmlər çəkən Milli kino institutu fəaliyyət göstərirdi. Burada X. Ruis (1956 ildən direktor) "Qayıt, Sebastyana" (1953) rəngli etnoqrafik, tammetrajlı bədii "Bulaq" (1958) və s. filmləri çəkmişdir.
Gözəl bilimbiya
Gözəl bilimbiya (Elmi adı - Bilimbia pulchra) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun nazik, dənəvər quruluşda olub, qəhvəyi-boz rəngdədir. Apotesiləri tallom səthində səpələnmiş vəziyyətdə 2-3 yerləşmişdir. Diametri 0,4-0,8 mm, oturaqdır. Apotesi diski dəirmi, qara, tutqun, çılpaqdır. Diskin qıraqları nisbətən açıqdır. Tallom KOH təsirindən bənövşəyi rəng alır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Qazmaqvari həyatı formaya malikdir. Cinsi çoxalması sporlar vasitəsilədir.
Oruro (Boliviya)
Oruro və ya Uru Uru — Boliviyada 264.683 əhalisi olan bir şəhərdir (2012), Altiplanoda La Pas və Sukrenin təxminən ortasında , dəniz səviyyəsindənn təqribən 3.709 metrə (12.169 ft) yüksəklikdə yerləşir. Santa Kruz de la Sierra, El Alto, La Pazls ve Koçabambadan sonra Boliviyanın əhalisinə görə ən böyük beşinci şəhəridir. Oruro Departmanının paytaxtı və Oruro Roma Katolik Yepiskopluğunun mərkəzidir . Oruro, başta qalay , volfram , gümüş olmaqla mədən sənayesinə olan asılılığı səbəbiylə iqtisadiyyatında eniş və çıxışlar olmuşdur == Tarix == Şəhə, 1 noyabr 1606-da Don Manuel Castro de Padilla tərəfindən Urus bölgəsində bir gümüş mədəni mərkəzi olaraq quruldu.Bu əsnəda İspaniya hökümdarı III. Philip-dən sonra Real Villa de San Felipe de Austria adını aldı . Bir müddət başarılı oldu, ancaq sonunda gümüş mədənləri tükənəndə tərk edildi. Oruro, on doqquzuncu əsrin sonlarında Avropalı ​​Boliviyalılar tərəfindən bir qalay mədənçiliyi mərkəzi olaraq yenidən quruldu. Adını yerli qəbilə Uru-Urudan almışdır . Bir müddət üçün, La Salvadora qalay mədəni dünyadakı ən önəmli qalay qaynağıydı. Yavaş-yavaş, bu qaynaq daha az bol hala gəldikcə, Oruro yenidən düşüşə keçdi. İqtisadiyyatı hələ də mədən sənayesinə dayanmaqdadır.
Azərbaycan–Boliviya münasibətləri
Azərbaycan–Boliviya münasibətləri — Azərbaycan Respublikası ilə Boliviya Çoxmillətli Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin iyul ayının 8-də qurulmuşdur.
Boliviya-Peru Konfederasiyası
Boliviya-Peru Konfederasiya Peru və Boliviya arasında 1836–1839 cu illərdə Cənubi Amerikada yaradılmış konfederasiya. Həmin vaxt Peru iki dövlətə Şimali və Cənubi Peruya bölünmüşdü. Bu dövlətin əsas fiquru Boliviya prezidenti Andres Santa Krus idi. Dövlətin paytaxtı Perunun şəhəri olan Takna idi. == Yaradılmadan öncə == Konfederasiyanın yaradılması fikri Peru dövlət başçılarının təşəbüsü olsa da , Boliviya liderləri bu fikri dəstəkləmirdilər. Peruda qeyri-sabitlik höküm sürürdü. Boliviyada isə Santa Krusun diktatorluğu altında daha da güclənmişdi. Bu vəziyyətdə Konfederasiyanın yaradılması Boliviyanın bu birlikdə dominantlığına gətirib cıxarırdı. == Konfederasiyanın yaradılması == Məqsədinə catmaq üçün Santa Krus Peruda olan qeyri-sabitlikdən istifadə edərək orada bir necə üsyan təşkil edir. Ən əlverişli vaxt Peru prezidenti Luis Xose de Orberosonun ona müraciyyəti olur.
Boliviya inqilabı (1952)
Boliviya inqilabı — Boliviyada xalq demokratik inqilabı. == Tarixi == 1952-ci il aprelin 9-da polis tərəfindən dəstəklənən Millətçi İnqilabi Hərəkat (MİH) partiyasının dövlət çevrilişi etməsi ilə başlamışdır. Həmin gün La-Pasda başlamış xalq üsyanında 3 günlük döyüşlərdən sonra ordu darmadağın edildi, onun funksiyalarını fəhlələrdən ibarət könüllü dəstələr öz üzərinə götürdü. Millətçi İnqilabi Hərəkatın lideri V.Pas Estensoro ölkənin prezidenti oldu. Aprelin 17-də X.Leçin Okendonun başçılığı ilə hakimiyyəti Millətçi İnqilabi Hərəkat ilə bölüşən Boliviya Fəhlə Mərkəzi yaradıldı (fəhlə həmkarlar ittifaqlarının nümayəndələrinə 4 nazir vəzifəsi verilmişdir). 1952-ci il iyulun 21-də ümumi seçki hüququ tətbiq olundu; oktyabrın 31-də mədən-filiz sənayesi milliləşdirildi; yeni yaradılan mədən-filiz dövlət şirkətində veto hüququna malik fəhlə nəzarəti qoyuldu. 1952-ci ilin noyabrında başlamış ümumkəndli üsyanı mülkədar torpaq sahibliyinin ləğvi və torpaqların kəndlilər arasında bölüşdürülməsi ilə nəticələndi; bunu 2 avqust 1953-cü il aqrar islahatı qanuniləşdirdi. 1953-cü ilin yanvarında əks-inqilabi çevriliş cəhdi fəhlə və kəndlilərdən ibarət könüllü dəstələr tərəfindən yatırıldı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild.
Boliviya Çoxmillətli Dövləti
Boliviya (tam adı: Boliviya Çoxmillətli Dövləti; isp. Estado Plurinacional de Bolívia) — Cənubi Amerikada dövlət. Paytaxtı Sukre şəhəridir, La Pas, Koçabamba, Santa Cruz, Potosi kimi digər böyük şəhərləri də var. Ölkə Boliviya idarəçiliyi dövründə Yuxarı Peru adlandırılırdı. Sonradan ölkəyə Cənubi Amerikanı ispan əsarətindən qurtaran Simon Bolivarın şərəfinə Boliviya (Bolivarın ölkəsi) adı verilmişdir. Boliviyanın şimal və şimal-şərqdə Braziliya, cənub-şərqdə Paraqvay, cənubda Arqentina, cənub-qərb və qərbdə Çili və Peru ilə sərhədləri var. Cənubi Amerika ölkələr arasında dənizə çıxışı olmayan ən böyük ölkədir. Lakin 2010-cu ildə Peru ilə imzalanmış sazişə əsasən Boliviyaya 99 illik icarəyə liman tikmək üçün dənizkanarı sahə verilib. == Tarix == Boliviya 1809-cu ildə İspaniyayadan müstəqilliyini elan etməsinə baxmayaraq, 1825-ci ildə Boliviya İstiqlal müharibəsi nəticəsində ispan əsgərlərinin ölkədən çıxarılması ilə mümkün oldu. Müstəqillik əldə etdikdən sonra Boliviyadakı siyasi hakimiyyət çox tez-tez dəyişilmişdir.
Boliviya İstiqlal müharibəsi
Boliviya İstiqlal müharibəsi Bu müharibə Boliviyanın yerli(hindu) və boliviyalılarla ispan koloniya rejiminə qarşı baş verir.Müharibə 1809-1825 ci illəri əhatə edir.Boliviyanın müstəqiliyi ilə nəticələnir(isp. República de Bolivia).Bu müharibə Amerikada İspan ağalığına qarşı istiqlal müharibələrini bir parcasıdır. == Səbəbi == Müharibəyə səbəb Latın Amerikasının yerli əhalisinin İspaniyadan azad olma və quldarlığın ləğvi məsələsi idi.Üstəlik burjuaziya ispan krallığına əlavə vergi ödəmək istəmirdi.Bu ərəfədə Bolivar Latın Amerikasında uğurlu müharibələr apararaq yerli üsyançılara yardım edirdi. == Müharibənin gedişi == 1809-cu illin 25 mayda Curkisako şəhərində üsyan baş verir.Şəhərdə hakimiyyət inqilabi xuntanın əlinə keçir və İspaniyadan ayrılaraq müstəqil olduqlarını bildirirlər.16 iyulda isə La Pasda üsyançılar hakimiyyəti ələ keçirilir və hərbi xunta yaradılır.Ona Murilo rəhbərlik edirdi.Həmçinin Kosabambe,Potosi,Oruro və Yuxarı Perunun bir necə başqa şəhərlərində də baş verir.Rio de La Plata krallığının əksinqilabçıları baş verən hadisələrə çevik hərəkət edərək üsyanları yatırmağa başlayırlar.Əvvəl La Pas sonra isə Cukisako şəhərləri ələ keçirilir.Bu hadisələr üsyançıların iradəsi qırılmır.Hərbi təşkilat olan <<Respublika Hərəkatı>> yaradılır.Bu hərəkat yerli hindu qəbilələrindən təşkil edilmişdi.Bu hərəkat 15 il mücadilə aparmalı olur.Hərəkat əsasən partizan müharibəsi aparırdı.1824-ci il Antonio Xose Fransisko de Sukrenin ordusu Yuxarı Peruya daxil olur.9 dekabrda Ayakucoda ispanlar üzərində mühüm qələbə əldə edilir.O Simon Bolivarın silahdaşı olur.1825-ci ildə ölkə ispanlardan tamamən təmizlənir.6 avqust 1826-ci ildə Cukisaka səhərində kongres çağrılır.Yeni müstəqil dövlətin yaranması haqqında qərar qəbul edilir. == Nəticəsi == Nıticədə Yuxarı Peruda müstəqil dövlət yaradılır.Cənubi Amerikada böyük bir ərazi İspaniyanın əlindən cıxır.Yeni dövlətin başçısı Simon Bolivar olur.Onun şərəfinə dövlət Boliviya adlandırılır.
Boliviya–Gürcüstan münasibətləri
Gürcüstan–Boliviya münasibətləri — Gürcüstan Respublikası və Boliviya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki dövlət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Gürcüstanın Argentinadakı səfirliyi həm də Çili, Paraqvay, Uruqvay, Ekvador və Boliviyada akreditə olunmuşdur. == Tarix == Boliviya ilə Gürcüstan arasındakı diplomatik münasibətlər 20 noyabr 1998-ci ildən başlayır. Halbuki ilk Boliviya səfiri etimadnaməsini yalnız 2002-ci ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə təqdim etmişdir. Boliviya Gürcüstan Prezidenti Saakaşvilinin viza liberallaşdırma siyasətinin bir hissəsi olaraq Gürcüstan ilə vizasız rejimdən erkən istifadə edirdi. Lakin 2014-cü ildə Gürcüstan hökuməti təhlükəsizlik səbəblərini əsas gətirərək Boliviyaya vizasız rejimi ləğv edir. Tiflis ilə Sukre arasındakı gərginliyə baxmayaraq, zamanla bir neçə yüksək səviyyəli görüşlər keçirilmişdir. Prezident Saakaşvili 2011-ci ildə Nyu-Yorkda Evo Morales ilə görüşmüşdür. Gürcüstan və Boliviya parlamentlərinin nümayəndələei isə 2018-ci ilin mart ayında Cenevrədə Parlamentlərarası Birliyin 138-ci Assambleyası zamanı iş iclasında görüş keçirmişlər.
La-Pas (Boliviya)
La Pas, tam adı Nuestra Senyora de la Pas (isp. La Paz, Nuestra Señora de La Paz, aym. Chuqi Yapu) — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi. Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir. Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir. == Coğrafiya == La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C). == Tarixi == Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız").
La Pas (Boliviya)
La Pas, tam adı Nuestra Senyora de la Pas (isp. La Paz, Nuestra Señora de La Paz, aym. Chuqi Yapu) — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi. Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir. Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir. == Coğrafiya == La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C). == Tarixi == Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız").
Deputatlar Palatası (Boliviya)
Deputatlar Palatası (isp. Cámara de Diputados) — Boliviyanın ikipalatalı parlamentinin, Çoxmillətli Qanunvericilik Assambleyasının aşağı palatası. Görüş otağı La-Pas şəhərində yerləşən Murilyo meydanındakı Qanunvericilik Sarayının binasında yerləşir. == Tarixi == 1831-ci il Konstitusiyasının qəbulundan sonra Milli Konqres Senat və Nümayəndələr Palatasından ibarət idi. 1861-ci ildə aşağı palata Deputatlar Palatası olmuşdur. 1868-ci ildə "Böyük xartiya" islahatından sonra Deputatlar Palatası yenidən Nümayəndələr Palatası kimi tanınmışdı, lakin 1871-ci ildə aşağı palata yenidən Deputatlar Palatası olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Палата депутатов Боливии.
Rio-Qrande çayı (Boliviya)
Rio-Qrande (isp. Río Iténez) və ya (isp. Rio Guapay) — Boliviya ərazisindən axan, Mamore çayının sol qolunu təkil edən çay. Uzunluğu 1438 km, hövzəsinin sahəsi 102 600 km² təşkil edir. Rio-Keyn və Rio-San-Pedro çaylarının 3693 hündürlükdə birləşməsindən əmələ gəlir. mənsəbi isə 174 metrdir və Mamore çayına tökülür. Boliviyanın ən iri çaylarından biri olmaqla yanaşı dünyanın ən uzun 100 çayı siyahısına daxildir.
Sosializmə doğru hərəkat (Boliviya)
Sosializmə doğru hərəkat – Xalqların suverenliyi üçün siyasi alət (isp. Movimiento al Socialismo—Instrumento Político por la Soberanía de los Pueblos; akronimi MAS (isp. Más, hərf. es – hərf. "Böyük") — Boliviyada solçu sosialist partiyası. 23 iyul 1997-ci ildə qurulmuşdur. Keçmiş prezident Evo Moralesin rəhbərlik edir. == İdeologiya və mövqelər == MAS koka istehsalçılarını dəstəkləyən ictimai hərəkat olaraq başlamışdı. Onun ilkin bazası həmkarlar ittifaqları və yerli xalqlar üçün hərəkatlar idi. Hərəkat bir ideologiya olaraq bolivarizm, antikapitalizm və antiimperializmi təbliğ edir. Bu gün MAS bərabərlik, yerli azlıqların hüquqları, torpaq və konstitusiya islahatları, əsas sənaye sahələrinin milliləşdirilməsini müdafiə edir. == İstinadlar == == Xarici keçidlər == MAS Arxiv surəti 3 noyabr 2012 tarixindən Wayback Machine saytında Джеффрі Веббер.
Boliviya-Peru Konfederasiyasına qarşı müharibə
Boliviya-Peru Konfederasiyasına qarşı müharibə (isp. Guerra contra la Cofederación Peru-Boliviana).Bu münaqişə 1836–1839 cu illərdə Boliviya-Peru Konfederasiyası ilə Çili və Argentina arasında baş vermişdir. Münaqişənin özəlliyi onda idi ki, Çili və Argentina bu konfederasiya qarşı eyni vaxtda müharibə aparsa da, dövlət başçıları Portales (Çili) və Rosas (Argentina) arasında barışmaz münasibət səbəbindən müştərək mübarizə aparmırdılar. == Münaqişədən əvvəlki vəziyyət == 1836-cı ildə Andres de Santo Krus başçılığı ilə Boliviya-Peru Konfederasiyası yaradılır. Konfederasiya qonşu dövlətlərdə təşviş yaradır. Çili prezidenti Xose Xoakina Prietonun yaxın silahdaşı Dieqo Portales birliyin bölgədə balansı pozacağını və gələcəkdə hətta Çilinin ərazisinə təcavüz edə biləcəyini bildirirdi. Çili elə ilk günlərdən birliyə qarşı çıxır. Ölkələr arasında iqtisadi mübarizə başlayır. Belə ki, Sakit okeanda ticarət uğrunda Çilinin Varparasio limanı və Konfederasiyanın Kolyao limanları mübarizə aparırdı. 1835-ci ilin yanvar ayında Perunun gələcək prezidenti ölkəni təmsil edərək Çili ilə 'Dostluq,ticarət və dənizçilik haqqında' müqaviləni imzalayır.
Boliviya 2018 Qış Olimpiya Oyunlarında
Boliviya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Boliviya 1992-ci ildən heç bir qış olimpiya oyunlaeında iştirak etməmişdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Boliviya «A» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Simon Baytfus Kamerlanderə məxsusdur. Kişilər ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.