Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buldaci
Buldaci — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Buldaci bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,905 nəfər və 2,598 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhər öz gəzi ilə seçilir.
Bakı bulvarı
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Banqabandhu Bulvarı
Berenberq vulkanı
Berenberq (norv. Beerenberg) — Yan Mayen adasında yerləşən, dünyanın şimal qütbünə ən yaxın fəaliyyətdə olan vulkanı. Vulkan adamnın şimal-şərq qurtaracağında yerləşir. Strato vulkan buzlaqla örtülüdür. Hündürlüyü 2277 metrsir. Vulkan kraterinin eni 1 kilomterə yaxındır. Vulkan uzun illər yatmış olaraq bilinsə də XX əsrin 70-ci illərində aktivləşmişdir. Son püskürmə 1985-ci ilə təsadüf etmişdir. Berenberq norveç dilindən tərcümədə "Ayı adası" mənasını verir.
Berutarube vulkanı
Berutarube (rus. Берутарубе) — Böyük Kuril cərgəsinə daxil olan İturup adasında yerləşən aktiv vulkan. Strato vulkanın hündürlüyü 1223 metrdir. Adanın cənubunda yerləşir və Çasovoy yarımadasını əmələ gətirir. Hazırda qərb ətələklərində termal aktivlik müşahidə edilir. Активные вулканы Курильских островов.
Böyükşor bulvarı
Böyükşor bulvarı və ya Böyükşor parkı – Azərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park. Açılışı 22 may 2015-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib. Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb. Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur. Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub. Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb.
Erebus vulkanı
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Eyyafyatlayokudl vulkanı
Eyyafyatlayokudl vulkanı — İslandiyada vulkan. Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir. Buzlaqın adı "ada dağların buzlaqı" kimi tərcümə olunur. Eyja [ɛɪja] — ada, Fjall [fjatll] — dağ, Jökull [jœːkʏtl] — buzlaq. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunmuşdur. 14 aprel 2010-cu ildə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələri hava nəqliyyatını dayandırmışdı.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür. Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Gəncə bulvarı
Gəncə bulvarı — Gəncə şəhərində yerləşən park-bulvar kompleksi. Bulvarın inşasına 2014-cü ildə başlanılmış və 2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir. Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır.
Hekla vulkanı
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir. Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır.
Hollivud bulvarı
Hollivud Bulvarı — Kaliforniyanın Los Anceles şəhərinin şərqindən qərbinə qədər uzanan bulvardır. Bulvarının başlanğıcı Hollivud Təpələrinin qərbindən başlayır. Lorel Kanyon Bulvarını keçdikdən sonra Hollivud, Kiçik Ermənistan və Tayland qəsəbəsinin Vermont prospektinə gedən böyük bir magistral yol olaraq şərqə doğru davam edir. Daha sonra Los Feliz məhəlləsindən Sanset Bulvarının şərq terminalına qədər cənub-şərqə doğru uzanır. Bulvarın bəzi yerləri məşhur turistik yerlərdir. Bunlardan bəziləri La Brea prospektinin şərqində yerləşən Hollivud Şöhrət Yolu və Gover küçəsidir. H.J. Whitley tərəfindən əsası qoyulan Hollivud qəsəbəsinin, Los Ancelesə birləşdirildiyi 1910-cu ilə qədər Hollivud Bulvarı, Prospekt Bulvar olaraq adlanırdı. Birləşdirildikdən sonra küçə nömrələri Vermont Bulvarında yerləşən 100 Prospekt Bulvarı, 4600 Hollivud Bulvarı olaraq dəyişdirildi. 1920-ci illərin əvvəllərində dünya tarixində daşınmaz əmlakın ən böyük inkişaf etdiricisi hesab edilən Çarlz Toberman (Hollivudun Atası) Hollivudu inkişaf etmiş bir teatr bölgəsi olaraq təsəvvür etdi . Toberman, Max Factor Binasını, Hollivud Ruzvelt hotelini və Hollivud Mason Məbədini tikərkən 36 layihədə iştirak etmişdir.
Kelud vulkanı
Alimlər Kelud vulkanının püskürmə təhlükəsinin real olduğunu bildirirlər. İndoneziya dakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər. Ən dağıdıcı püskürmə isə 1919-cü ildə qeydə alınıb. O zaman baş verən güclü partlayış yüzlərlə yaşayış məntəqəsini dağıtmış və 5160 insanın həyatına son qoymuşdu. Xatırladaq ki, dünyanın ən fəal vulkanlarından olan Kelud vulkanı 1990-cı ildə püskürmüşdü və həmin vaxt onlarla insan tələf olmuşdu. İndoneziyadakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər.
Klivlend vulkanı
Klivlend vulkanı (ing. Cleveland Volcano) — Şimali Amerikada, Alyaska ştatı, Çuqinadak adasında yerləşən aktiv vulkan. Vulkan 1730 m yüksəklikdə yerləşir. Aleut adalarının ən aktiv vulkanıdır. Bu vulkanın 19-cu və 20-ci əsrlərdə bir çox qeydə alınmış püskürmələri, həmçinin 18-ci əsrdə ərazidə vulkanik fəaliyyətin bir neçə hesabatı vardır. Son püskürmə 2011-ci ildə baş vermişdir. Vulkan 2011-ci il dekabrın 30-da 4,5 kilometr məsafəyə kül püskürmüşdür.
Krakatau vulkanı
Krakatau (ind. Krakatau) — İndoneziya ərazisində fəaliyyətdə olan vulkan, Malay arxipelaqına daxil olan Yava və Sumatra adaları arasında Zond boğazında yerləşir. Adanın sahəsi 10,5 km² təşkil edir. Hazır ki vulkanın hündürlüyü 813 metrdir. 1883-cü il püskürməsinə qədər vulkanın hündürlüyü daha böyük idi. Böyük ada yerləşən vulkan patlayışdan sonra tamamən dağılır və suya gömülmüşdür. Krakatau stratovulkan olduğundan hər zaman püskürkələr və küll dumanları müşahidə edilir. Vulkonoloqların fikircə 535-ci ildə baş vermiş ən güçlü püskürmədir. Alimlər belə düşünür ki, bu püskürmə nəticəsində Zond boğazı yaranıb. Belə ki, Sumatra və Yava adaları bir birindən ayrılaraq iki müstəqil adalara çevrilmişlər.
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Marumukutru vulkanı
Marumukutru vulkanı (malaq. Maromokotro) — Adanın ən hündür nöqtəsi sönmüş vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana dağ massivində yerləşir. Tərcümədə "meyvə ağacları barı" anlamını verir.
Nurjol bulvarı
Nurjol bulvarı (keçmiş Su-Yaşıl Bulvar) — İşim çayının sol sahilində yerləşən Astana şəhərinin (Qazaxıstanın paytaxtı) yeni inzibati və iş mərkəzində piyada zonası olan bina. Bulvar inkişaf etdikdən sonra şəhərin və ölkənin əsas görməli yerlərindən birinə çevrildi. Ətrafında yarımçıq qalmış bir neçə layihə inşa olunur . Bulvar, şəhərin yeni hissəsinin baş planı kimi, memar Kisyo Kurokava tərəfindən dizayn edilmişdir. Bulvar böyük bir hissədə üç səviyyəli bir quruluşdur. Aşağı səviyyədə 400 avtomobil üçün bir dayanacaq var. Orta ikinci səviyyədə mağazalar, xidmət və iaşə mərkəzləri, salonlar, ofislər və digər ictimai təşkilatlar var. Üst səviyyə, xiyabanlar, çiçək yataqları, çəmənliklər, ağaclar, skamyalar, fəvvarələr və kiçik memarlıq formaları ilə uyğun bir piyada zonası var. Altı yerdə (“yaşıl ev” zonaları), yuxarı səviyyə konusvari atriumlar təbii işıqlandırmanın yüngül “quyularını” əmələ gətirir, onların ətrafında səthlərarası pilləkənlər və konservatoriyalar düzülmüşdür. Bir sıra yerlərdə, ikinci səviyyədən örtülü qalereyalar və keçidlər ətrafdakı binalara aparır.
Tanaqa vulkanı
Tanaqa vulkanı (ing. Tanaga Volcano) — Aleut adaları sistemindəki Tanaqa adasının şimal ucunda yerləşən stratovolkan. Əsas zirvənin şərqində başqa bir konusda vardır. Onun bir neçə püskürməsi 1763-cü ildən bəri məlumdur: 1763-1770, 1791, 1829, 1914-cü illərdə.
Torağay vulkanı
Torağay palçıq vulkanı — Azərbaycan Respublikasının ən böyük palçıq vulkanlarından biridir. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Bu vulkan daha çox Çeyildağ qəsəbəsinə yaxındır və buradan da 12 km məsafədə yerləşir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkan hələ də faliyyətdədir. Vulkan 402 metr hündürlüyə malikdir. Torağay palçıq vulkanı Azərbaycanın nəhəng və relyef baxımından yaraşıqlı və kəskin ifadə olunmuş vulkanlarından biridir. Mütləq hündürlüyü olan bu vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir, ən intensiv fəaliyyət dövrü isə dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür. Vulkan plio­sen-eopleystosen süxurlarından təşkil olunmuş eyniadlı antiklinalın şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir. Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir.
Vezuvi vulkanı
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Santorini vulkanı
Santorini (yun. Σαντορίνη) — Egey dənizində yerləşən Tira adasında olan vulkan şəbəkəsinə aid kaldera. Bu kalderanın əmələ gəlməsi zamanı güçlü vulkan püskürməsi baş vermiş və nəticədə Egey sivilizasiyası, Krit, Tira adaları və Egey dənizi sahillərində olan yaşayış məntəqələrti məhv olmuşdur. Pürkürmənin b.e.ə 1645—1600 illərdə olması qeyd olunur. Partlayışın güçü 7 ball olaraq qiymətləndirilir. Bu isə Tambora və Krakatau vulkanlarının püskürməsindən 3 dəfə güçlü olması anlamına gəlir. Sunaminin hündürlüyü 100 metrə çatmnası ehtimal edilir. Nəticədə isə Krit adasında mövcud olan Minoy sivilizasiyası məhv olmuşdur. Vulkandan 200–1000 km aralıda yerləşən ərazilər küllə örtülmüşdür Minoy sivilizasiyasında yaşayan insanlar yaxşı dənizçilər və tacirlər idilər. Onların donanması bir zamanlar Egey dənizində hakimlik edirdi.
Solfatara vulkanı
Solfatara (it. Solfatara di Pozzuoli) — İtaliyanın Possuoli şəhəri yaxınlığında yerləşən vulkan. Bu vulkan roma mifalogiyasına görə Vulkan adlı dəmirçılık tanrısının evi olmuşdur. Bir deyimə görə vulkanın adı italyanca «solfo» yəni «azot» sözündən əmələ gəlmişdir. Digər versiyada isə latınca «Sulpha terra» sözündən əmələ gəlmiş mənası «Kükürdlü torpaq» mənasını verir.
Sumqayıt bulvarı
Sumqayıt bulvarı — Sumqayıt şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 2016-cı ildə yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin iyulunda Sumqayıta səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır". Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da bulvarın əsas hissələrindən birini təşkil edir. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur. Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Vulkano vulkanı
Vulkano (it. Vulcano) — İtaliyanın Siciliya adasından şimalda yerləşən Lipar adaları prupuna daxil olan Vulkano adasında yerləşən vulkanlar qrupu. Vulkan 130 000 il öncə formalaşmağa başlamışdır. Onun formalaşmasını 6 etapa bölmək olar. Aktivlik cənubdan şimala döğru uzanırdı. del Pryano kalderası adanın cənub-şərqində, del Rossa isə şimal-qərbdə yerləşir. La Rossa hazırda 391 [metr hündürlüyə malikdir. B.e.ə 183-cü ildə Vulkanello krateri formalaşmağa başlamışdır. Onun zirvəsi üç konusdan ibarətdir. Vulkanellnun aktivliyi XVI əsrdə bitmişdir.
Bulamacı
Bulamacı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Bulamacı (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd.
Buzaçi
Buzaçi - Xəzər dənizinin şimal-şərqində, Qazaxıstan Respublikasının cənub-qərbində yarımada. Maksimal hündürlüyı 61 metrdir. Səthi barxanlar və qum təpələri olan düzənlikdir. Yarımadanın şimalında geniş şoranlıqlar var. Bitkisi yarımsəhra tiplidir. Xəzər dənizinin səviyyə tərəddüdü ilə əlaqədar sahəsi dəyişkəndir. Buzaçi yarımadasında neft yatağı var. Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2017, səh,137.
Baltacı Araz
Baltacı Araz və ya Məhəmməd Məhəmmədəli oğlu (23 oktyabr 1953, Mərənd, Cənubi Azərbaycan - 25 iyun 2012, Münster, Almaniya) — azərbaycanlı şair. Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Cənubi Azərbaycanın, Mərənd bülgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-1979-cu illərdə İstanbulun Memar Sinan Gözəl Sənətlər Universitetində ali təhsil almışdır. 1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan "Yoldaş" dərgisində işıq üzü görmüşdür. 1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir. Baltaçı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini, tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ... əsaslarının nəzəri təhlilini vermişdir. Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır. Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur.
Gülbacı İmanova
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005.