Böyükşor bulvarı

Böyükşor bulvarı və ya Böyükşor parkıAzərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park.[1] Açılışı 22 may 2015-ci ildə baş tutub.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib.[1]

Böyükşor bulvarı
Bulvarın yuxarıdan görünüşü.
Bulvarın yuxarıdan görünüşü.
Məlumatlar
Parkın tipi bulvar
Ölkə
Yerləşməsi Nərimanov rayonu, Bakı, Azərbaycan Azərbaycan
Koordinatları 40°25′57″ şm. e. 49°54′51″ ş. u.
Sahəsi 15 ha
Yaradılıb 22 may 2015
Statusu açılıb

Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb.[1] Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur.[1] Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb.[1] Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub.[1]

Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir.[1] Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb.[1] Gölün içində quraşdırılmış fəvvarələr kompleksi gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir.[1] Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.[1]

Bulvarın qazon sahəsi 76 191 m², ağaclarının sayı 3550, kolluqlarının sayı 33287, skamyalarının sayı isə 287-dir.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib". President.az (az.). 22 may 2015. 23 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2021.
  2. "Böyükşor bulvarı". Bakı Abadlıq Xidməti (az.). 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2021.