Gəncə bulvarı

Gəncə bulvarıGəncə şəhərində yerləşən park-bulvar kompleksi.

Gəncə bulvarı
Gəncəçay park-bulvar kompleksi
Məlumatlar
Parkın tipi Park-bulvar
Yerləşməsi Gəncə, Azərbaycan
Sahəsi 34 hektar
Yaradılıb 2017
Statusu ilboyu açıq

Bulvar haqqında

[redaktə | mənbəni redaktə et]

Bulvarın inşasına 2014-cü ildə başlanılmış[1]2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir.[2][3]

Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır.[4]

  1. ganjanews.az. ""Gəncəçay" park-bulvar kompleksi" (az.). 09/01/2017. 2019-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
  2. ganja.mctgov.az. "Gəncə şəhər "Gəncəçay" park-bulvar kompleksi" (az.). 2019-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
  3. azertag.az. "Gəncə bulvarı sakinlərin sevimli istirahət məkanına çevrilib" (az.). 12.03.2016. 2019-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
  4. etmtv.news. "Gəncə şəhər "Gəncəçay" park-bulvar kompleksi" (az.). 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]