Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir. Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir. Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır. Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Pennzoil Place
Pennzoil Place - iki 36 mərtəbəli göydələndən təşkil olan kompleks. Binalar Hyuston şəhərində yerləşirlər. Onların tikintisi 1975-ci ildə bitmişdi. Tikintilərin hündürlüyü 151 metrdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
BG Group Place
BG Group Place hündürlüyü 192 m olan Texasın Hyuston şəhərindən yerləşən 46 mərtəbəli binadır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt BG Group Place на Hines Green is the new tall in Houston skylines.
Borial bitkilər
Borial bitkilər — rütubətli şimal mənşəli bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Buta Palace
Buta Palace — 2006-cı ildə Heydər Əliyev prospektində tikilmiş Buta Palace binası Beynəlxalq Bakı aeroportu yaxınlıqda yerləşir, kiçik və böyük zallardan ibarətdir və 800 avtomobillik avtodayanacağa malikdir. Karvansara üslubunda stilləşdirilmiş böyük zal 1572 kvadrat metr ərazidən ibarətdir və 2000 qonağa qədər yerləşdirmə imkanına malikdir. == Konsertlər == 50 Cent, Pitbull, Akon, Devid Vendetta kimi dünya məşhurlarının konsertləri və beynəlxalq Avroviziya müsabiqəsinin milli seçiminin yarımfinal və final gecələri məhz burada keçirilib.
Mardan Palace
Mardan Palace — Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otel. Açılışı 23 may 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Belluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. iştirak etmişdir. Hotelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Building Our Peace
Building Our Peace – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın dördüncü studiya albomu.
Emil Frantişek Burian
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq. == Həyatı == Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir. == Fəaliyyəti == Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.
Emil Frantişek Buriel
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq. == Həyatı == Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir. == Fəaliyyəti == Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.
Ştefan Burian fon Rayej
Ştefan (İştvan) Burian fon Rayej (mac. Rajeci gróf Burián István; alm. Stephan Baron Burián von Rajecz‎; 16 yanvar 1851 – 20 oktyabr 1922, Vyana) — Avstriya-Macarıstan diplomatı və dövlət xadimi. Stampfendə (indiki Slovakiya) aristokrat Macar ailəsində anadan olmuşdur. Diplomatik Akademiyanı bitirdikdən sonra konsulluq xidmətində olmuş, həmçinin Avstriyanın Moskvadakı Baş Konsulluğunda işləmiş, sonra diplomatik xidmətə başlamışdır. 1887—1895-ci illərdə Sofiya, 1896—1897-ci ildə Vürtemberq və 1897—1903-cü ildə Afinada səfir idi. Balkanlar üzrə mütəxəssis hesab olunurdu. 1900-cü ildə baron, 1918-ci ildə qraf adına layiq görüldü. 1903-cü ildə imperator I Frans İosif tərəfindən Maliyyə Naziri təyin edildi və 1912-ci ilə qədər bu vəzifədə qaldı. 1913—1915-ci illərdə Macarıstan kralı (Franz İosifin titullarından biri) yanında səlahiyyətli nazir idi, faktiki olaraq Vyanadakı mərkəzi hökumət ilə Budapeştdəki Macarıstan hökuməti arasında əlaqə yaradırdı.
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır. 43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.
Plоçe
Ploçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dybrovniçko-Neretvanskaya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Ploçe
Ploçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dybrovniçko-Neretvanskaya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Yosef Plaçi
Yosef Plaçi (1 aprel 1971) — Çexiyanı təmsil edən stolüstü tennisçi. Yosef Plaçi Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Yosef Plaçi Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Flame
Flame — Kompüter virusu, hansı ki, Microsoft, Windows 7, XP, Vista əməliyyat sistemlərində fəaliyyət göstərir. Bu virusu Roel Şuvenberg Wiper virusunu, hansıki İranın dövlət kompüterlərinə hücum etdi, izləyəndə aşkarladı. Roel Şuvenberg Kasperski laboratoryiasında kompüter təhlükəsizliyi departamentində işləyir. Virus 2010-cu ilin mart ayından işləyir. Əsas təhlükəli funksiyalari: Sistemin fayllarını yığmaq Kompüterin göstəricilərini dəyişmək Səs yazma Danışıqlıqlara qoşulma Ekranın şəklini (skrinşotu) yadda saxlamaq Flame virusunun proqram kodu Stuxnet virusunun kodundan 20 qat artıqdı (20МВ). Flame sıxılış üçün zlib, libbz2, ppmd kitabxanalarını, sqlite3 informasiya bazasını , Lua virtual maşınını istifadə edir.
Phaca
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Placebo
[[Kateqoriya:Əlifba sırasına görə musiqi qrupları|Placebo]] Placebo ("Plasibo" kimi tələffüz olunur) – Böyük Britaniyanın alternativ rok qrupu. Qrup Brayan Molko (vokal, gitara) və Stefan Olsdal (bas-gitara, fortepiano, dəstək vokal) tərəfindən yaradılıb. Qrupda 10 ilə yaxın təbilçi olan Stiv Hyuit bəzi problemlərə görə Placebo-nu tərk edib. İndi Stiv "Love Amongst Ruin" adlı qrupun solistidir. Ona görə də 1 oktyabr 2007-ci ildə Stiv Forest "Placebo" qrupuna təbilçi kimi qatılır. Yeni təbilçiləri olan Stiv Forest ilə birlikdə ilk albomu olan "Battle for the Sun" 2009-cu ilin iyununda işıq üzü görür. Albomdan "For What It 's Worth" mahnıya çəkilən video klip ilk olaraq qrupun MySpace səhifəsində nəşr olunmuşdur.
Placus
Blumea (lat. Blumea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bileveillea Vaniot Blumeopsis Gagnep. Cyathocline Cass. Doellia Sch.Bip. Leveillea Vaniot Nanothamnus Thomson Placus Lour.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Planer
Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.
Planet
Planet (yun. πλανήτες α') — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan göy cismidir. 15-ci əsrədək 7 planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafında fırlanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yerin ətrafında fırlanır. Yer planet, Günəş isə özü şüalandığı üçün ulduzdur. 1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi. Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983-cü il etibarilə). 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarıldı və kiçik planetlər adlı yeni qrupa aid edilməyə başladı. Planetlər daxili və xarici planetlərə bölünür.
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Alaca
Alaca (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Alaca (cins) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi.
Grace
Grace — ABŞ müğənnisi Ceff Baklinin yeganə studiya albomu. 23 avqust 1994-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Evrial
Evrial (lat. Euryale) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Sarayevo–Ploçe dəmiryolu xətti
Sarayevo—Ploçe dəmiryolu xətti — Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçən dəmiryolu xətti. Elektrikləşdirilmiş bir yol xətti Ploçe-Sarayevo və Osijek vasitəsilə Budapeştə qədər uzanır. Yolun ümumi uzunluğu 194,6 km, stansiyaların sayı isə 27-dir. Yol üzərində ümumilikdə 71 körpü vardır ki, onlarında ümumi uzunluğu 3,7 km-dir. 106 tunel 36,6 km uzunluğa sahibdir. 46 tunel və 21 körpü Bradin və Konis arasında yerləşir. Ən uzun tunelin uzunluğu 3,23 km-dir. Ən enişli sahə 25 dərəcə bucaq altındadır və Brabina-Konis xətti üzərində yerləşir. Xəttin böyük hissəsi Neretva çayı sahili boyunca keçir. Bosniya və Herseqovina ərazisində maksimal sürət sərnişinlər üçün 70 km/s, yük qatarları üçün isə 50 km/s təşkil edir..
Sarayevo—Ploçe dəmiryolu xətti
Sarayevo—Ploçe dəmiryolu xətti — Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçən dəmiryolu xətti. Elektrikləşdirilmiş bir yol xətti Ploçe-Sarayevo və Osijek vasitəsilə Budapeştə qədər uzanır. Yolun ümumi uzunluğu 194,6 km, stansiyaların sayı isə 27-dir. Yol üzərində ümumilikdə 71 körpü vardır ki, onlarında ümumi uzunluğu 3,7 km-dir. 106 tunel 36,6 km uzunluğa sahibdir. 46 tunel və 21 körpü Bradin və Konis arasında yerləşir. Ən uzun tunelin uzunluğu 3,23 km-dir. Ən enişli sahə 25 dərəcə bucaq altındadır və Brabina-Konis xətti üzərində yerləşir. Xəttin böyük hissəsi Neretva çayı sahili boyunca keçir. Bosniya və Herseqovina ərazisində maksimal sürət sərnişinlər üçün 70 km/s, yük qatarları üçün isə 50 km/s təşkil edir..
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Plavt
Tit Maksi Plavt (lat. Titus Maccius Plautus, çox vaxt sadəcə — Plavt; e.ə. 250 – e.ə. 184, Roma) — görkəmli qədim Roma komediyaçısı, “palliatalar” ustası. O, 130-a yaxın komediya yazmış, onlardan 20-si dövrümüzə qədər gəlib çatmışdır.
Baribal
Baribal (lat. Ursus americanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Qara ayı yaxud Baribal Şimali Amerikada yaşayır. Onların həyat tərzi Himalay ayısının həyat tərzlərini xatırladır. Orta ölçülü ayının çəkisi 150 kiloqrama çatır. Digər ayılar kimi Baribal da qış yuxusuna gedir. Bu zaman onların 2–3 balaca (təsadüfü hallarda 1–4 ədəd) 250–300 qram ağırlığında balaları dünyaya gəlir. Balalar sürətlə inkişaf edir, növbəti yaya kimi anaları ilə birlikdə yaşayırlar. Baribal həşaratlar, balıqlar, meyvələr, giləmeyvələr və bitkilərlə qidalanır. Şimalda Kanada və Alyaskadan cənubda Meksikaya və şərqdə Atlantik okeanından qərbdə Sakit okeana qədər olmaq üzrə, qitənin böyük əksəriyyətində rast gəlinir.
Serial
Serial — bir neçə bir biri ilə bağlı və ya bağlı olmayan hissədən ibarət olan sənət əsəri.
Apaçe
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
İlahə
İlahə və ya daha az mənbələrdə tanrıça — qadın cinsində təsvir edilən ilah. Bir çox məlum mədəniyyətlərdə ilahələr adətən hərfi və ya metaforik hamiləlik, ya da qadın və qızların necə qəbul edildiyi və ya necə davranması gözlənilən qadınlıq rolları ilə əlaqələndirilir. Buraya toxuculuq, gözəllik, sevgi, seksuallıq, analıq, yaradıcılıq və məhsuldarlıq (qədim ilahə ana kultu ilə nümunə verilmişdir) daxildir. Bir çox böyük ilahələr həmçinin sehr, müharibə, strategiya, ovçuluq, əkinçilik, müdriklik, tale, Yer, səma, güc, qanunlar, ədalət və s. ilə əlaqələndirilir. Mədəni kontekstlərində mənfi hesab edilən diskordianizm və ya xəstəlik kimi bəzi mövzular da bəzi ilahələrlə əlaqələndirilir. Beavis, Mary Ann and Helen Hye-Sook Hwang (eds). Goddesses in Myth, History and Culture, Mago Books, 2018. ISBN 1976331021ISBN 1976331021 Dexter, Miriam Robbins, and Victor Mair (2010). Sacred Display: Divine and Magical Female Figures of Eurasia.