PLATE

plate1

n 1. boşqab, nimçə; a dinner ~ dayaz boşqab; a soup ~ dərin boşqab; 2. d.d. xörək; fish ~ balıq xörəyi; 3. sal, pilətə; təbəqə; 4. lövhə, lövhəcik; a brass ~ bürünc lövhə; a name ~ üstünə ad yazılmış lövhəcik

plate2

v üz çəkmək / vurmaq (taxtadan, dəmirdən və ya başqa metaldan); The ring was only plated with gold Üzüyə ancaq qızıldan üz çəkilmişdi

PLASTICITY
PLATE-BONE
OBASTAN VİKİ
Plateilema
Plateilema (lat. Plateilema) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plateilema palmeri (A.Gray) Cockerell Sinonim Actinea palmeri (A.Gray) B.L.Rob.
Plateilema palmeri
Plateilema (lat. Plateilema) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plateilema palmeri (A.Gray) Cockerell Sinonim Actinea palmeri (A.Gray) B.L.Rob.
Plateinae
Platelyay gölü
Platelyay gölü (lit. Platelių ežeras: Plateliu ežers) — Jemaytiya regionunun ən böyük, Litvanın isə ən böyük 9-cu gölü. Göl Jemaytiya Milli Parkında yerləşir. Sahədi 12 km², ən dərin yeri isə 47 metr təşkil edir. Göldə 7 ada yerləşir, bu adalarında birində qəsr tikildiyindən həmin ada Qəsr adası adı ilə tanınır. Arxeoloqlar burada iki qəsrin qalıqlarını tapmışdırlar və onların Bona Sforsa qəsrinə aid olduğunu güman edirlər. Göldə dalğıclıq və yaxta klubları fəaliyyət göstərir. Gölün qərb sahilində Platelyay qəsəbəsi yerləşir. Platelyay gölü bir neçə tədbir ilə məşhurdur. Burada 2002-ci ildə Roko naktys (azərb.
Plateresko
Plateresko (isp. Plateresco) — XV əsrin sonlarından başlayaraq 2 əsr davam edən, İspaniya və onun müstəmləkələri üçün ənənəvi olan və ispan mədəniyyətində əsas yer tutan memarlıq üslubu. Bu, qotik məkan anlayışının mudexar, qotik flamboyant və Lombardiya memarlığının dekorativ ünsürlərinin və Toskana mənşəli İntibah elementlərinin eklektik qarışığıdır. Bəzən bu terminin adını "yastı" (plato — yayla) sözü ilə əlaqələndirsələr də, onun adı ispan dilində gümüş mənasını verən "plata" sözündən yaranmışdır və binaların incə, zərgər işinə bənzər şəkildə bəzənməsi nəzərdə tutulur. Bu termini ilk dəfə XVII əsrdə Dieqo Ortiz de Zunyiqa Sevilya kafedral kilsəsinin kral kapellası barədə işlətmişdir. Bu üslub öz inkişaf tarixində 2 mərhələdən keçib və İntibahın ispan variantı hesab edilir. İlkin mərhələ XV əsrin sonuna təsadüf edir və kral Ferdinandın həyat yoldaşı kraliça İzabellanın şərəfinə isabelino adlandırılır, lakin XIX əsrdə yaranmış və kraliça II İzabellanın şərəfinə adlandırılan isabelino üslubu ilə səhv salınmamalıdır. Bu dövrdə qotik ənənələr güclü idi, mavritan elementləri də vardı və ümumilikdə bu dövr müxtəlif üslubların qarışığından ibarət idi. Həmin dövrdə Pireney yarımadasında hələ də ərəblər və ispanlar arasımda siyasi və dini qarşıdurmalar mövcud idi. Sonradan İtaliya incəsənətinin klassik formalarının İspaniyaya təsiri hiss olunmağa başladı.
Plateya
Plateya (yun. Πλαταιαί) — Beotiyada qədim şəhər, Asop çayının mənbəyində Kiteron dağının şimal yamacındadır. Boeotiyanın digər şəhərlərindən fərqli olaraq, afinalıların sadiq müttəfiqi idi. Marafon döyüşü zamanı Plateya Afinaya dəstək verən yeganə yunan şəhəri idi və onlara yardım etmək üçün qoşun göndərmişdi. Pavsaniyə görə, Plateya Asopun qızının adı ilə adlandırılmışdır. Strabon yazır: E.ə. 479-cu ildə bu ərazidə Plateya döyüşü baş vermişdir. Müasir Plateya kəndi Plateya xarabalıqlarının bir kilometr cənubundadır.
Plateya döyüşü
Plateya döyüşü (q.yun. Μάχη των Πλαταιών) — e.ə. 479-cu ildə baş verən Yunan-İran müharibələrinin ən böyük quru döyüşlərindən biri. Döyüş Beotiya ərazisindəki Plateya adlı kiçik şəhərdə, Kiteron dağının ətəklərində baş vermişdir. Plateya döyüşündə fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı Pavsaninin rəhbərlik etdiyi Yunan ittifaqının ordusu düşmən qüvvələrinin demək olar ki, hamısını praktik olaraq məhv etdi. Plateya döyüşü Ellada ərazisində işğalçıların — Kserksın rəhbərlik etdiyi Əhəməni imperiyasının quru qüvvələrinin tam məğlubiyyətinə gətirib çıxardı. Müxtəlif antik mənbələrə görə yunanların itkiləri nisbətən az idi, onların itkisi bir neçə yüzdən on min əsgərə qədər təxmin edilir. Plateya döyüşünü təsvir edən və bu günə qədər gəlib çatan əsas mənbə, Herodotun "Tarix"inin IX kitabdır. "Tarixin atası" öz əsərinə "mənim vəzifəm bütün olanları söyləməkdir, amma əlbəttə ki, hər şeyə inanmaq lazım deyil və bu qayda mənim bütün tarixi əsərlərimi izləyəcək." kimi yanaşması bəzi tənqidlərə səbəb olur.
Pleuronectes platessa
Senecio platensis
Senecio platensis (lat. Senecio platensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Vangelis Platellas
Vangelis Platellas (14 aprel 1988 və ya 1 dekabr 1988, Afina) — Neftçi PFK-da çıxış edən Yunanıstan futbolçusu.
Vanqlis Platellas
Vangelis Platellas (14 aprel 1988 və ya 1 dekabr 1988, Afina) — Neftçi PFK-da çıxış edən Yunanıstan futbolçusu.