Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Marna sahilindəki vuruşma
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. == Yaş == 10-16. == Oyunçuların sayı == Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. == Oyun qaydası == Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.
Soyuq burulma imitatoru aparatı (CCS)
Soyuq burulma imitatoru aparatı (Cold-Cranking Simulator CCS)- rusca “Симулятор холодного проворачивания” – motor yağlarının mənfi temperaturlarda (mənfi 35- mənfi 50C –dək) özlülüklərini təyin edir. Bu üsul soyuq şəraitdə yağların işə salınmasında özlülüklərin imitasiyası üçündür və istifadə olunan üsul- ASTM D5293 beynəlxalq standartlara uyğundur. == CCS aparatının istifadəsinin məqsədi == Dirsəkli valın aşağıtemperatur özlülüyü SAE J300 təsnifatına əsasən dörd əsas özlülük gösrəcilərindən biri olub və motor yağının özlülüyünü düzgün qiymətləndirilməsi üçün istifadə edilir. Odur ki, hazır motor yağının hansı özlülük sınfinə uyğunluğunu müəyyənləşdirmək üçün bu yağ üçün CCS göstəricisini təyin etmək lazımdır. == İş prinsipi == CCS aparatı temperaturu nəzarətdə saxlayan kamera ilə təchiz olunub.(Qlikol ilə) . Mühərriklə idarə olunan stator kameranın içində yerləşir Sınanan nümunəni sınaq kamerasına daxil edilməsi üçün vacuum nasosundan istifadə edilir. Burada nümunə tələb olunan temperatura qədər soyudulur. Mühərriyin statoru daimi cərəyanla işə salınır. Sınaq temperaturunda nümunənin içində statorun müqaviməti özlülüyə çevrilir. Bu özlülük meqaPaskal vahidi ilə (мПа) ölçülür.
Burustan
Burustan (fars. بوروستان‎) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Burustan Kövsər şəhristanının Firuz bəxşinin Zərəcua kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 486 nəfər (kişilər: 221 nəfər - qadınlar: 265 nəfər) olmuşdur. Kənddə 101 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən ? km cənub-qərbdə, Givi şəhərindən ? km cənub-qərbdə, 37° 35' 26.43" şimal enində və 48° 07' 52.22" şərq uzunluğunda, dəniz səviyyəsindən 1665 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.