SÜRÜŞMƏK

f.
1. Hamar, sürüşkən səth üzərində hərəkət etmək. Kirşə buzun üstündən sürüşüb keçdi.
2. Asanlıqla hamar səth üstü ilə hərəkət etmək, irəliləmək. [Qasım:] Dənizin üzü dələmə kimi idi.
Gəmi suyu yara-yara sürüşürdü. T.Ş.Simurq.

3. Sürüşüb düşmək, yerindən qaçmaq. Papaq başından sürüşüb düşdü.
[Sona anım:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə.
Ayaq altında dayanmayan narın isti qum sürüşüb aşağı getdikcə uşaqlar baxmır, tövşüyətövşüyə, ağır-ağır diklənirdilər. Mir Cəlal.
Qızın qara çadrası başından sürüşüb boynuna düşdü… Ə.Məmmədxanlı.

4. Sürüşə-sürüşə düşmək.
5. Çəkilmək.
İzzət Əhmədin yanına sürüşüb əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə. C.Məmmədquluzadə.
Pası bir qədər kənara sürüşərək əllərini dizinə vurub: – Bir qulaq kağıza yüz manat, – dedi. S.Rəhimov.
[Surxay:] Mehralı dayı, bir az o yana sürüş, qonağımız əyləşsin. S.Rəhman.

6. məc. Gözə görünmədən, heç kəsə hiss etdirmədən getmək, yox olmaq, çəkilmək; əkilmək.
[Molla] başmağını astanada qoyub, ətəyini ovcuna yığdı, oğru pişik kimi sürüşdü. Mir Cəlal.
Leytenant tezcə sürüşüb çıxdı. S.Vəliyev.

Синонимы

  • SÜRÜŞMƏK getmək — axmaq — düşmək — enmək
  • SÜRÜŞMƏK əkilmək

Этимология

  • SÜRÜŞMƏK Kökü sürmək (“maşını sür” deyirik) feili ilə bağlıdır. Qayıdış növü sürün və sürüş variantlarında mövcuddur
SÜRÜŞMƏ
SÜRVƏ

Значение слова в других словарях