Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cemma Skulme
Cemma Skulme (latış. Džemma Lija Skulme‎; d. 20 sentyabr 1925, Riqa, Latviya — ö. 9 noyabr 2019, Riqa, Latviya) — Sovet və Latviya rəssamı. Latviya SSR xalq artisti (1976). SSRİ dövlət mükafatı laureatı (1984). == Bioqrafiyası == Latviya Rəssamlıq Akademiyasının Rəssamlıq şöbəsini, İ. E. Repin rəssamlıq, heykəltaraşlıq və arxitektura İnstitutunun aspiranturasını bitirmişdir. 1956-cı ildən Latviya Rəssamlar İttifaqının üzvü, 1977-1982-ci illərdə sədr vəzifəsini icra edən, 1982-1992-ci illlərdə isə sədri olmuşdur. Cemma Skulmenin fərdi sərgiləri Rusiya, Avstriya, Almaniya, Kanada və ABŞ-da keçirilmişdir. Latviya SSR Ali sovetinin üzvü olmuşdur.
Cemma Çan
Cemma Çan (ing. Gemma Chan; 29 noyabr 1982, Sautark[d]) — İngiltərə aktrisası.
Təmmuz
Təmmuz Xan - türk, şumer və altay mifologiyasında bərəkət ilahı. Tamız (Tamus, Tammus, Tamıs, Dumuz, Dumıs) Xan kimi də deyilir. Şumer mənşəlidir. Türk coğrafiyasının böyük qisimində adı yaz aylarından birinə verilir (iyul); Temmuz, Tamız, Tamıs kimi... Çox vaxt Ahır heyvanlarının və ya çobanların ya da çöl həyatın, əkinlərin və hasadın qoruyucusu olaraq görülər. Damazlıq (Anadoluda "Damızlık") sözü, "Damaz" (Anadoluda "Damız"; ahır) sözü ilə olduğu qədər bu adla də əlaqəlidir və Tamız Xan üçün ayrılan heyvan deməkdir. Şumer mifologiyasında çoban görünüşlü olaraq təsvir edilər. Şumerce adı Dumuzi, 12 Hayvanlı təqvimdə də iştirak edən Donuz (Türkcə "Domuz") ilə əlaqəli ola bilər. Ünü bütün orta şərqə yayılmışdır. (Təm/Tam/Dam) kökündən törəmişdir.
Şəmmar
Şəmmar (ərəb. شمر‎) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur. Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı. Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi.
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Meysəm Təmmar
Meysəm Təmmar (ərəb. ميثم التمار‎) Bənu Əsəd bir qadın aid bir qul idi. Əli ibn Əbi Talib (birinci Şiə İmami və dördüncü sünni Xəlifə) qadın bu qul alınmış və Allah yolunda pulsuz onu seçir. O, yüksək xarakter daşıyır və Allah, İslam Peyğəmbər və onun Atom al-Bayt gerçek bir lover bir adam idi. Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli onu həmin qadından alıb, azad etdi.
Əbu Təmmam
Əbu Təmmam, tam adı ilə Əbu Təmmam Həbib ibn Aus ət-Tain (ərəb. أبو تمام حبيب بن أوس‎; 804, 807 və ya 805, Jasim[d], Dəra mühafəzəsi[…] – ən tezi 845 və ən geci 846, Mosul[…]) — ərəb şairi və qədim poeziya kolleksiyaçısı. Yunan əsilli xristian ailəsində anadan olmuş, lakin islamı qəbul etmişdir. Gəncliyində bir çox peşələri sınamışdır, usta, su daşıyıcısı və s. olmuşdur. O, bu proses zamanı müxtəlif yerlərə köçmüş, Suriyanın, Misirin, İraqın ən böyük şəhərlərini gəzmişdir. Əbu Təmmamın ilk poetik təcrübələri uğurlu alınmamışdır, lakin sonradan o, diqqət çəkmiş və əl-Mütədidin sarayına dəvət olunmuşdur. Onun poeziyasının ümumi istiqaməti yüksək rütbəli saray əyanlarının zövqünə uyğun idi və onlardan birinin himayəsi ilə şairin Mosulda məxfi məlumatların toplanması ilə bağlı vəzifəyə təyin olunmuşdur. Абу-Темам // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Əmmar Hassan
Əmmar Nəqşəvani
Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani (ərəb. عمار النقشواني‎) Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq. Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir. Nəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub. Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir. Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir.
Çeşman
Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Əhalisi 276 nəfərdir. Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.
Həmmad ibn Buluqqin
Həmmad ibn Buluqqin Ziri əs-Sanhaci əl-Bərbəri (?-1028) — Həmmadilər sülaləsi və dövlətinin qurucusu. == Həyatı == Fatimi xəlifəsi Muiz-Lidinillaha tabi olaraq Mərkəzi Məğribdə Zirilər dövlətini quran Bərbəri Sanhacə qəbiləsinə mənsub Buluqqin b. Zirinin oğludur. Bir müddət Kayrəvanda fiqh təhsili gördü və cədəl kitablarını incələdi; ancaq cəsur və atılgan şəxsiylə daha çox əsgəri sahədə təmayüz etdi. Buluqqinin yerinə keçən Mənsurun dönəmində (984-996), Əbül-Bahar b. Zirinin Cəzayirdə istiqlalini elan etmə təşəbbüsünü əngəllədi; əsl şöhrətini isə Mənsurdan idarəni alan Badis b. Muiz dönəmində (996-1016) Sanhacə torpaqlarını təhdid edən Zənatəlilər qarşısındakı başarılarıyla qazandı. Badis tərəfindən “naibül-əmir” ünvanıyla ölkənin qərb kəsimində əmin-amanlığı qorumaqla vəzifələndirildi və ona Əşir bölgəsiylə zəbt edəcəyi yeni torpaqlar iqta olaraq verildi. Həmmad, xanədan mənsubu Maksin və Zavi qardaşların üsyanlarını yatıraraq (1000) və Zənatəlilər qarşısında üst-üstə uğur qazanaraq Zab, Məsilə və civarını itaət altına aldı (1005). Ayrıca Badisin izniylə, ələ keçirdiyi torpaqlarda qurulub valiliyinə gətirildiyi yeni vilayətin idari mərkəzi olmaq üzrə Məsilə yaxınında torpağı əkin-biçinə əlverişli bir yerdə Kalatü-Bəni Həmmad deyilən müstahkəm və mükəmməl müdafiə və xəbərləşmə imkanlarına sahib şəhəri inşa etdi.
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.
Şəmmas ibn Osman
Şəmmas ibn Osman (591, Məkkə – 625, ərəb. شمّاس بن عثمان‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. O, Məkkənin Beni Məhzum qəbiləsindəndir. 591-ci ildə bu şəhərdə anadan olmuşdur. Onun atası qəbiləsinin böyüklərindən olan Osman bin Şəriddir. İslamın ilk illərində müsəlman olmuşdur. İkinci Həbəş köçündə iştirak edir. Oradan Məkkəyə qayıtsa da, Məkkədə davam edən zülmə görə bu dəfə Mədinəyə hicrət edir. O, Bədrdən sonra Uhud döyüşündə iştirak etmiş və bu döyüşdə həlak olmuşdur. Bu döyüşdə ordu məkkəlilərin cəbhəsindən geri çəkildikdə geri çəkilməyən və Məhəmmədi qoruyan azsaylı əsgərlərdən biri olmuşdur.
Cəbəl-Şəmmar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Meysəm Təmmar türbəsi
Meysəm Təmmar türbəsi (ərəb. مرقد ميثم التمار‎) — İraqın Nəcəf mühafəzəsinin Nəcəf şəhərində yerləşən türbə və məscid. == Tarix == Həzrət Əlinin səhabəsi olan Meysəm Təmmarın türbəsi məşhur Kufə məscidinin qərbində və ondan 500 metr aralı Həzrət Əliyə nisbət verilən evin qarşısında yerləşir. Meysəm Təmmar türbəsinin ilkin tikilmə tarixi haqqında heç bir məlumat yoxdur. Lakin Hacı Məhəmməd Rəşad ibni Nasir-i Mərz-i Nəcəfi hazırkı türbəni 20ci əsrin ikinci yarısında 40 min İraq dinarı sərf etmək ilə tikmişdir. 2012-ci ildə isə Nəcəf mühafəzəsinin yenidən qurma şurası ziyarətgahın inkişaf etdirmək qərarına gəldi. Bu məqsədlə İraq rəsmilərinin iştirakı və təxminən dörd milyard İraq dinarı sərfi ilə Meysəm Təmmar ziyarətgahının inkişaf layihəsinin təməlqoyma mərasiminə start verildi.
Lemma
Lemma (yun. λημμα — ehtimal) — başqa hökmlərə kömək edən isbat olunmuş hökmdür. Lemma köməkçi teoremdir.
Əmmar bin Yasir
Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Əmmar ibn Yasir
Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Əmmar: Cin təriqəti
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır.
Hyu Cekman
Hyu Maykl Cekman (ing. Hugh Michael Jackman; 12 oktyabr 1968 Sidney) — Avstraliyalı televiziya, kino aktyoru və prodüseri. Cekman böyük filmlərdə oynadığı rolları ilə bütün dünyada məşhurlaşdı. O, oynadığı macəra, superqəhrəman və romantik filmlərdə müxtəlif səpgili rolları canlandırıb. Aktyor ən çox "İks-adamlar" film silsiləsində rol aldığı Volverin obrazı ilə tanınır. == Həyatı == Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlara sahibdir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər” ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus” mükafatına namizəddir. O, Jan Valjan roluna görə artıq ilk – Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb. Chris Jackman dərin dindar adamdır və uşaqlarına dini təhsil verib.
Lona Çemtai
Lona Korlima Çemtai (12 dekabr 1988, Keniya) — Keniya əsilli İsraili təmsil edən marafonçu. Lona Çemtai İsraili 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lona Çemtai birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyrp şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da məsafəni sona qədər qət edə bilmədi.
Çimnaz Aslanova
Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüəli qızı Aslanova; 1904 – 10 mart 1970) — Azərbaycan dövlət və ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin I–IV çağırış deputatı. Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur. 1938–39-cu illər — Bakı xalq maarifi şöbəsinin müdiri 1939–43-cü illər — Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri 1943–48-ci illər — AK(b)P MK-da məktəblər şöbəsinin müdiri 1951–52-ci illər — Azərbaycan SSR maarif nazirinin müavini 1952–56-cı illər — AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri 1956–58-ci illər — Partiya orqanları şöbəsi müdirinin müavini 1958-ci ildə — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri 1946–58-ci illər — SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.
Çimnaz Babayeva
Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır. Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir. Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır. Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir. Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar: "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (21 may 1970) — Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə "Azərbaycan SSR xalq artisti" fəxri adı (10 yanvar 1978) — Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı (1974) — M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin sevgilisi partiyasına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002) — Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə Балет: энциклопедия. Москва: Советская энциклопедия.
Çimnaz Mirzəzadə
Çimnaz Hadi qızı Mirzəzadə (24 aprel 1945, Bakı) — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çimnaz Mirzəzadə 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinə baş laborant vəzifəsinə işə götürülmüşdür. İnstitutda çalışdığı müddət ərzində Ç. H. Mirzəzadə baş laborant vəzifəsindən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Ç. H. Mirzəzadə 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olmuş, 1981-ci ildə "Azərbaycan toponimləri orta əsr ərəb coğrafi mənbələrində" adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Mirzəzadə Çimnaz Hadı qızı 1992-ci ildən 2007-ci ilə kimi BDU İlahiyyat fakültəsində müəllim, baş müəllim kimi ərəb dilindən dərs demişdir. 2007-ci ildə İlahiyyat fakültəsinin "Dillər" kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2009-2018-ci illərdə həmin kafedranın müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Çalışdığı müddətdə ərəb dilindən mühazirə və məşğələ dərslərini aparmış, kurs və buraxılış işlərinə rəhbərlik etmişdir. Eyni zamanda BDU-nun İlahiyyat fakültəsinin Elmi Şurasının katibi, Fakültə Tədris-Metodik Şurasının sədri, İlahiyyat fakültəsinin "Elmi Məcmuəsi"nin redaksiya heyətinin üzvü olmuşdur.
Çimnaz Mədətova
Çimnaz Mədətova (tam adı: Mədətova Çimnaz Yaqub qızı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. Naxçıvan Muxtar Respublikası Dövlət Ədəbiyyat Muzeyinin baş elmi işçisi vəzifəsində işləmişdir.
Çimnaz Salmanova
Çimnaz Qafar qızı Salmanova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Spektroskopik analizi" laboratoriyasının baş elmi işçisi, kimya üzrə elmlər doktoru. Salmanova Çimnaz Qafar qızı, 1948-ci il fevral ayının 20-də Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Göyçay şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1966-cı ildə həmin məktəbi medalla bitirmişdir. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildən 1975-ci ilə qədər Göyçay şəhərindəki 7 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmışdır. 1975-ci ildən hal-hazırkı dövrə qədər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1985-ci ildə Azərbaycan MEA-nın NKPİ-in nəzdində aspiranturaya qəbul olmuş, 1990-cı ildə "Neft kimyası" ixtisası üzrə "Katalitik krekinqin ağır qazoylu fraksiyasından alınmış lüminoforların fotooksidləşmə çevrilmələri və stabilləşməsi" mövzusunda namizədlik dissertasiyasınını müdafiə etmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə böyük elmi işçi adını almışdır. 2011-ci ildə "Ağır neft qalıqları komponentlərinin fotooksidləşməsi və onların antioksidləşdirici xassələri" mövzusunda "Neft kimyası" və "Fiziki kimya"ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Çimnaz Əliyeva
Çimnaz Rizvan qızı Əliyeva (4 dekabr 1949, Ağdam) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Çimnaz Əliyeva 1949-cu il 4 dekabr tarixində Ağdam şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Çimnaz Əliyeva ailəlidir, üç övladı var. Respublikanın Əməkdar Mədəniyyət işçisidir. 1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 47 nömrəli Ağdam şəhər dairəsindən bitərəf namizəd olan Çimnaz Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Çimnaz Əliyeva Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.
Elmaz Hacıyev
Jemma Brovnlov
Jemma Brovnlov (d. 14 noyabr 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Jemma Brovnlov, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Jemma Brovnlov, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Qemma Beadsvort
Qemma Beadsvort (17 iyul 1987, Pert) — Avstraliyanı təmsil edən su poloçusu. Qemma Beadsvort, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. Qemma Beadsvort, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Qemma Beadsvort, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Cemal Kütahya
Cemal Kütahya (12 iyun 1990, Konya – fevral 2023, Antakya) – Türkiyə həndbolçusu. Türkiyənin həm milli həndbol komandasının, həm də milli çimərlik həndbolu komandasının kapitanı idi. == Karyerası == Həndbol karyerasına Akdeniz Universitetinin komandasında başlamışdır. Türkiyədə "Ankara İl Özəl İdarə", "İstanbul Yeditəpəspor", "Ankaraspor", "Antalyaspor", "Beykoz Bələdiyyəsi" klublarında, Qətərdə "Əl-Şəmal" klubunda, Rumıniyada isə "Suçava" klubunda çıxış etmişdir. "Əl-Şəmal" klubu ilə 2020-ci ildə Ərəb Çempionlar Liqasının qalibi olmuşdur. Sonuncu klubu Türkiyənin "Hatay Böyüşəhər Bələdiyyəspor" idi və komandası Türkiyə çempionatında məğlubiyyətsiz irəliləyirdi. Cemal Kütahya Türkiyə milli həndbol komandasının kapitanı kimi 2022-ci ildə baş tutmuş İslam Həmrəylik Oyunlarında çıxış etmiş və gümüş medalın sahibi olmuşdur. Türkiyə millisinin heyətində 150-dən çox oyuna çıxmışdır. === Çimərlik həndbolu === O, Türkiyə milli çimərlik həndbol komandasının da kapitanı olmuşdur. 2019-cu ildə 172 qolla, 2021-ci ildə isə 151 qolla çimərlik həndbolu üzrə keçirilmiş Avropa çempionatlarının bombardiri olmuşdur.
Qemma Makkou
Gemma McCaw— (2 may 1990, Tauranqa (Yeni Zellandiya)) Yeni Zelandiyayın otüstü hokkeyçisi Gemma McCaw Tauranqa'da doğulub. Mişel Flinnin ən kiçik övladı və yeganə qızıdır. Tauranqa Orta Məktəbində və Tauranqa Qızlar Kollecində oxuyub. Massey Universitetində idman elmini öyrənib. Gemma McCaw 2008 Yay Olimpiya Oyunları və 2012 Yay Olimpiya Oyunları, 2010 və 2014-cü il Birlik Oyunları da daxil olmaqla, 2008-ci ildən Yeni Zelandiya Qadınlardan İbarət Otüstü Hokkey üzrə Milli komanda da mübarizə aparıb. 2009-cu ildə Qadınlararsı "İlin Gənc Oyunçusu" adına layiq görülüb. Həm 2012, həm də 2016-cı il Olimpiadalarında onun komandası Bürünc medal oyununda uduzub və dördüncü olub. 2016 Yay Olimpiya Oyunlarından sonra o, hokkeyə uzun müddət fasilə verib və daha sonra təqaüdə çıxmaq qərarına gəlib. 2019-cu ilin noyabrında təqaüdə çıxıb. Gemma McCaw 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yenidən yarışmaq niyyətində olub.
Cemal Hünal
Cəmal Hünal (2 oktyabr 1976, İstanbul) – Türk aktyor. == Həyatı == Cəmal Hünal 2 oktyabr 1976-cı ildə İstanbulda anadan olub. İki il Saint Benoit Fransız Liseyində təhsil aldıqdan sonra, yaşadığı disiplin problemlərinə görə ailəsi tərəfindən Şotlandiyadakı Gordonstoun İnternational Summer School a göndərildi. Orta məktəbi bitirdikdən sonra Londonda dizayn təhsili almağa qərar verdi və bir müddət burada yaşadıqdan sonra aktyorluq təhsili üçün Los-Angeles a getdi. O, UCLA Extension, Santa Monica College və London Film School-da teatr və kino üzrə təhsil alıb. O, ABŞ-də müxtəlif qısametrajlı filmlərdə rol alıb. Bir Zamanlar serialındakı Murat roluna görə o, polşalı müəllimlərdən Osmanlı texnikası əsasında döyüşmək üçün təlim alıb. == Filmoqrafiyası == === Televiziya serialı === Asi (2007–2009) — Kərim Kış Masalı (2009) — Ali Murat Adanalı (2010) — Alex Bana Yazmışlar (2011) — Yalçın Bir Zamanlar Osmanlı: Kıyam (2012) — Murat Osmanlı Tokadı (2013) — Moğol Tatar Ramazan (2013) — Rüstem Sinan Paramparça (2014) — Alper Diriliş: Ertuğrul (2017) — Tekfur Ares / Ahmet Alp Tozkoparan (2019) — Celal Hoca Sadakatsiz (2021) — Sinan Bozkır Arslanı Celaleddin (2021) Maske Kimsin Sen?
Əmmar: Cin təriqəti (film, 2014)
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır.