Elmaz Elmar oğlu Hacıyev (9 may 1994; Şamaxı, Azərbaycan — 4 noyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elmaz Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İkinci Çaylı, Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Laçın, Azərbaycan |
Dəfn yeri | Binə qəsəbəsi |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Laçın döyüşləri |
Təltifləri | 2020 2021 |
Elmaz Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub.[1] Ailəli və iki övlad atası idi.
Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb.
Elmaz Hacıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Binə qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]