CƏLİLƏ
CƏMALƏ
OBASTAN VİKİ
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Cəmali Təbrizi
Cəmali Təbrizi — XV əsr azərbaycan şairi == Həyatı == == Yaradıcılığı == Kitabxananın kataloq tərtibatçısı Q.Ete göstərir ki, burada olan nəzirə nüsxələrindən biri heç bir kitabxanada yoxdur. Bu Cəmalinin “Xəmsə”si kimi qeyd olunur. İndiyə qədər Nizaminin “Xəmsə”sinə ilk tam həcmli nəzirəni Əşrəf Marağayinin yazdığı məlum idi. Lakin tədqiqat göstərir ki, Ə.Marağayinin ilk poeması “Mənhəc əl–əbrar” 1428-ci ildə, Cəmali Təbrizinin II, III, IV poemaları isə bu tarixdən daha əvvəl, 1402-1427-ci illərdə qələmə alınmışdır. Buradakı nəzirələr aşağıdakı kimi qruplaşır: “Sirlər xəzinəsi”nə, “Töhvətül – əbrar”; “Xosrov və Şirin”ə – “Mehr – o Nigar”; “Leyli və Məcnun”a – “Məhzun – o Məhbub”; “Yeddi gözəl”ə – “Həft – o urəng”; “İsgəndərnamə” – yə isə eyni adlı “İsgəndərnamə” uyğun gəlir.
Cəmaləddin Arqun Ay Aba
[mənbə göstərin] Cəmaləddin Ay Aba əs-Sumayrami - səlcuqlu əmiri, vali == Həyatı == Cəmaləddin Ay Aba əs-Sumayrami Səlcuqlu sultanlarına xidmət etmişdi. Eldənizli hakimi Əbubəkrin yaxın adamlarından sayılırdı. Sonra Özbəyin qulluğunda idi. Bir müddət Həmədan əyalətinin valisi olmuşdu.
Cəmaləddin Barbəy Ay Aba
Cəmaləddin Uluq Barbəy Ay Aba əl-Fərrazi - səlcuqlu əmirəlümarası, vali. == Həyatı == Cəmaləddin Uluq Barbəy Arqun oğlu Cahan Pəhləvanin əmirəlümarası olmuşdu. Cahan Pəhləvanın vəfatından sonra onun arvadı İnanc xatun siyasətə atıldığından onu öz tərəfinə çəkmək istədi. Ay aba III Toğrula meyl etdi. Əmir Seyfəddin Rusla aralarında ixtilaf baş verdi. Ay Aba onu sultanın qarşısında ləkələdi. Rəqib aradan götürüldü. Cəmaləddin Ay Aba məlik əl-üməra ünvünı almışdı. Həmədanın valisi, Özbəyin müdəbbiri olmuşdu.
Cəmaləddin Həsən Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — şiə ilahiyyatçı-alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. == Həyatı == Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir.
Cəmaləddin Maqomayev
Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977). == Həyatı == Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur. Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir. Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur.
Cəmaləddin Mehdiyev
Cəmaləddin Mehdiyev (Mehdiyev Cəmaləddin İsa oğlu; d. 1956. Səfikürd, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor. Başqırdıstan Dövlət Tibb İnstitutunun professoru. Başqırdıstan Respublikasının Əməkdar həkimidir. Rusiya Cərrahlar Cəmiyyətinin həqiqi üzvü. == Həyatı == Mehdiyev Cəmaləddin İsa oğlu 1956-cı il noyabrın 23-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Tibb Universitetini bitirib və 1988-ci ilədək Başqırdıstanın Kumertau şəhərində mərkəzi rayon xəstəxanasında işləyib. 1989-cu ildən Ufada 21 nömrəli xəstəxanada çalışıb. C.Mehdiyev 1991-ci ildən Təcili Tibbi Yardım Xəstəxanasında bölmə müdiri, eyni vaxtda 1994-cü ildən Başqırdıstan Dövlət Tibb Universitetinin müəllimi, sonralar isə professoru olub.
Cəmaləddin Məmmədov
Cəmaləddin Yandiyev
Cəmaləddin Hamirzəyeviç Yandiyev (inquş Янднаькъан Хамарзий Джамалда; 15 oktyabr 1916, Terek vilayəti – 1979) — İnquşetiyanın ilk xalq şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, Çeçen-İnquş MSSR Yazıçılar İttifaqının sədri. Sağlığında İnquş ədəbiyyatının klassiki kimi tanınan ən istedadlı inquş şairlərindən biri. == Həyatı == Cəmaləddin Yandiyev 1916-cı il oktyabrın 15-də Terek vilayətinin (indiki Şimali Osetiya) Balta kəndində dağlı-kəndli ailəsində anadan olub. Anası 1920-ci ildə, atası 1950-ci ildə Qazaxıstanda çeçenlərin və inquşların deportasiyası zamanı vəfat etmişdir. Yandiyev 1925-ci ildə kənd məktəbini bitirib. 1929-cu ildə Vladiqafqaz sənaye politexnik məktəbinin hazırlıq qrupuna daxil olmuş və 1936-cı ildə istilik mexaniki ixtisası üzrə diplom almışdır. Elə həmin il o, "Lenian Nek" qəzetində ədəbi yazar kimi fəaliyyətə başlayıb. O, 1934–1937-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb. 1936-cı il dekabrın 20-dən "Lenian Nek" qəzetində müxbir, "Çeçİnqosizdat"da tərcüməçi işləyib. Cəmaləddin Yandiyev 1938–1944-cü illərdə — Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da tam adı ilə Seyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqani əl-Hüseyni Əsədabadi — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini tədqiq edib. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. == Həyatı == Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Mehmed Cəmaləddin Əfəndi
Mehmet Cəmaləddin Əfəndi (1848, Konstantinopol, Osmanlı imperiyası – 1917, İsgəndəriyyə, Misir sultanlığı[d]) — Osmanlı ruhanisi, şeyxülislam və hüquqşünas. == Həyatı == Cemalledin Əfəndi 1848-ci ildə İstanbulda anadan olmuşdur . Atası Şeyx Əhməd Xalid Əfəndi də hüquqşünas idi, həm qazi, həm də nazir vəzifəsini icra edirdi. Anası Kəvabibiyə ailəsindən idi və Mehmed Səid Əfəndinin qızı idi. Cəmallədin Əfəndi Osmanlı və İslam hüququ ixtisasına yiyələnmiş və 1884-cü ildə İstanbulun qazisi olaraq Osmanlı dövlətinə xidmət etmişdir. Bundan dərhal sonra, 1888-ci ildə, Anadoluya, 1890-cı ildə isə Rumelinə Qazi təyin edilmişdir. 4 sentyabr 1891-ci ildə 43 yaşında Şeyxülislam olmuşdur. 16 il 11 ay bu vəzifəni icra etmiş və sonra növbəti dəfə qısa müddətə bu vəzifəyə təyin edlməsi səbəbindən ümumilikdə 18 ilə yaxın bir müddət bu vəzifədə qalaraq Zənbilli Əli Əfəndidən sonra tarixdə, bu vəzifəni ən uzun müddətə tutan üçüncü adam olmuşdur . Məşhur həkim və bələdiyyə başçısı Cəmil Topuzlu onun kürəkənidir. C. Əfəndi Birlik və Tərəqqi Partiyasının almanlara və müharibə tərəfdarları siyasətinə qarşı çıxdığına görə 1913-cü ildə Misirə sürgün edilmiş, 5 aprel 1917-ci ildə İskəndəriyyə yaxınlığındakı Ramleh şəhərində 79 yaşında vəfat etmişdir.
Mehmed Cəmaləddin Əfəndi (Şahzadə)
Mehmed Cəmaləddin Əfəndi (28 oktyabr 1890, Yıldız Sarayı, İstanbul ili – 18 noyabr 1946, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin oğlu Şövkət Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Şəcərəsi == Mahmud Hüsaməddin Əfəndi (d. 1 sentyabr 1916 - ö. 7 avqust 1966, Beyrut) Süleyman Sadəddin Əfəndi (d. 20 noyabr 1917 - ö. 8 may 1985, Səudiyyə Ərəbistanı) — 1 aprel 1956-cı ildə Lamiyə Baba ilə evləndi. 3 övladı oldu. Orxan Süleyman Sadəddin (d. 16 iyul 1959, Beyrut) Pərixan Süleyman Sadəddin (d.
Seyid Cəmaləddin Vaiz İsfahani
Seyid Cəmaləddin Vaiz İsfahani (1862–1908) — ruhani, inqilab xadimi. 1862-ci ildə İranın İsfahan şəhərində doğulmuş, 1908-ci ildə Tehranda vəfat etmişdir. O, İsfahanın qədim seyid nəsli olan Sədrlər ailəsindən çıxmışdı. Sədrəlmühəqqiqin ləqəbini daşıyırdı. Dini – dünyəvi təhsilini valideynlərindən, üləmalardan və məktəbdarlardan almış, ərəb, fars, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı olmuşdur. Seyid Cəmaləddin Vaiz İsfahani 1906-cı ilin 9 iyulunda Tehranda digər natiqlər -Şeyx Məhəmməd Vaiz və Mirzə Nəsrullah Məlikülmütəkəlliminlə tutulmuşdu. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Seyid Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Seyid Cəmaləddin Əsədabadi
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Xacə Cəmaləddin
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur. Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Xacə Cəmaləddin (memar)
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur. Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Əziz Cəmaləddin Yusif
Əziz Cəmaləddin Yusif (ərəb. العزيز جمال الدين أبو المحاسن يوسف بن برسباي‎) — Sultan Barsbayın oğlu, 7 iyun — 9 sentyabr 1438-ci il tarixlərində Misirdə Məmlük sultanı.
Cəmaləddin Rzayev
Cəmaləddin Səməd oğlu Rzayev (5 mart 1924, Bakı – 17 may 1973, Bakı) — Azərbaycan dövlət və partiya xadimi, Şaumyan Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1973), Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan Kommunist Partiyasının Oktyabr (1959–1962) və Dzerjinski (1956–1959) rayon komitələrinin birinci katibi. == Həyatı == Cəmaləddin Səməd oğlu Rzayev 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. 17 yaşı olarkən Böyük Vətən müharibəsində iştirak etmiş, 1944-cü ildə yaralanaraq ordudan tərxis olunmuşdur. 1944–1947-ci illərdə Azərbaycan LKGİ Sumqayıt Rayon Komitəsinin katibi, 1947-ci ildən Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1948–1949-cu illərdə ÜİLKGİ MK yanında Mərkəzi Komsomol Məktəbinin dinləyicisi olmuş, 1950-ci ildən Azərbaycan LKGİ MK-da şöbə müdiri, Kür–Araz Su Qurğuları Tikintisi İdarəsində siyasi şöbə rəisinin komsomol işi üzrə köməkçisi vəzifələrində çalışmışdır. 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, birinci katibin köməkçisi olmuşdur. Sov.İKP MK yanında Qiyabi Ali Partiya Məktəbini bitirmişdir. Cəmaləddin Rzayev 1956-cı ildə Azərbaycan KP Dzerjinski Rayon Komitəsinin birinci katibi seçilmiş, 1959–1962-ci illərdə Azərbaycan KP Oktyabr Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1962-ci ilin may ayında Azərbaycan Daxili İşlər Nazirliyində rəhbər işə keçirilmiş, burada idarə rəisi olmuş, Azərbaycan SSR daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 1971-ci ildən sovet işində fəaliyyətini davam etdirmişdir.

Значение слова в других словарях