Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Araşdırma
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. == Tədqiqat metodu == Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. == Tədqiqat mövzusu == Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. == Tədqiqat obyekti == Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. == Tədqiqatçı == Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Yadlaşdırma effekti
Yadlaşdırma effekti — Bertolt Brextin birbaşa marksizm-leninizmin təsiri ilə yaratdığı və müraciət etdiyi tamaşaçı kütləsini də fəhlə sinfi kimi müəyyən edən teatr nəzəriyyəsinin (Epik teatr) ən mühüm elementlərindən biridir. Aristotelçi olmayan, yəni identifikasiyaya əsaslanmayan səhnə əsərlərində tamaşaçıların tamaşanın personajları ilə sırf təcrübə vəhdətində qalmasının qarşısını almaq məqsədi daşıyan nümayiş metodunun adıdır. Brext burjua üçün işlədiyinə inandığı dramatik teatra qarşı çıxmış və öz teatrında tamaşaçıları kor-koranə əyləndirməkdənsə, tamaşaçıda şüur yaratmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə onun nəzəriyyəsini hazırlamış olduğu epik teatr anlayışının ifa üsulu öz gücünü hədəf aldığı yadlaşdırma effektindən alır. Brextin yadlaşdırma effekti anlayışını öz teatrı üçün seçərkən ona əsasən Çin Teatrlarının aktyor anlayışının və rus formalist yazıçılarının təsir etdiyi qəbul edilir. Dördüncü divarın sökülməsi: Epik teatrda aktyorlar özlərini onları əhatə edən üç divardan əlavə dördüncü divar da mövcud imiş kimi aparmırlar. Başqa sözlə, aktyorlar tamaşaçıların varlığından xəbərdar olduqlarını açıq şəkildə bildirirlər. Aktyorlar tərəfindən ifa edilən bu fərqində olmaq və xəbəri olmaq vəziyyəti ​​teatrın illüziya effektini aradan qaldırır. Başqa bir sözlə, tamaşaçının katarsis yaşamasının qarşısını alır. Özünü Görünüşün İfa edilməsi: Bu aktyorun tamaşanın gedişi sırasında mimikasının oyunlaşdırılmasıdır.
Alışdırma şamları
Alışdırma şamları — Yanma şamları hava ilə yanacağın qarışığının alışdırılması üçün istifadə olunur. Şamların qığılcım, qızma, yarım keçiriçi, katalik və s. növləri var. Benzin ilə işləyən mühəriklərdə qığılcım şamlardan istifadə edilir. Yanma kamerasında hava ilə yanacağın qarışmasına minlərlə vəya on minlərlə voltun qığılcımı nəticəsində alışma baş verir. Şamlar hər silindirdə idarə etmə blokundan vəya "traplordan" gələn informasiya əsasında qığılcım verir. Bunlar mühərrikin t/o vəziyətinə uyğun hesablanılıb qoyulur. Raket mühərriklərində şamlar yalnız işə salma zamanı istifadə edilir və ikinci dəfə istifadə edilməsi mümkün olmur, amma avtomobil mühərriklərində yanacaqdan asılı olaraq şamlar bir neçə min km istifadə edilə bilir. Dizel mühərriklərində yanma şamları sadəcə mühərrik işə salan zaman ilk növbədə qızır və yanmanı verir. Bundan sonra növbəti partlayış üçün sönür və alışma özü özündən daxili baş verir.
Araşdırma mərkəzi
Araşdırma mərkəzi və ya siyasi tədqiqat institutu (ing. think tank; policy institute; research institute) — ölkələrin siyasi qərar qəbulu prosesində idarəçilərə doğru və həqiqi siyasətlər müəyyən etmək məqsədilə müxtəlif tövsiyələr və hesabatlar nəşr edən araşdırma mərkəzidir.
Araşdırma jurnalistikası
Araşdırmaçı jurnalistika — müxbirlərin ciddi cinayətlər, irqi ədalətsizlik, siyasi korrupsiya və ya korporativ qanun pozuntuları kimi maraq doğuran bir mövzunu dərindən araşdırdıqları jurnalistika forması. Araşdırmaçı jurnalist aylarla, illərlə araşdırma aparıb reportaj hazırlaya bilər. Təcrübəçilər bəzən "gözətçi hesabatı" kimi terminlərdən istifadə edirlər. Araşdırmaçı jurnalistika əsasən, ənənəvi olaraq qəzetlər, xəbər agentlikləri və frilans jurnalistlər tərəfindən aparılır. Reklam gəlirinin azalmasına görə bir çox ənənəvi xəbər xidmətləri bahalı olduğu və çox vaxt apardığı üçün araşdırma jurnalistikasını maliyyələşdirməkdə çətinlik çəkir. Jurnalist araşdırmaları zaman keçdikcə daha çox birgə işləyən xəbər təşkilatları, hətta beynəlxalq səviyyədə (Panama sənədləri və Paradise sənədlərində olduğu kimi) və ya öz işlərini maliyyələşdirmək üçün ictimaiyyət və xeyriyyəçilər tərəfindən dəstəklənən ProPublica kimi qeyri-kommersiya qurumları tərəfindən həyata keçirilir. == Tərifləri == Missuri Universitetinin jurnalistika professoru Stiv Veynberq araşdırmaçı jurnalistikanı belə izah edir: "birinin təşəbbüsü və iş məhsulu haqqında oxucular, izləyicilər və ya dinləyicilər üçün əhəmiyyət kəsb edən məsələlər barədə xəbər vermək". Bir çox hallarda xəbər subyektləri araşdırılan məsələlərin açıqlanmamasını istəyirlər. Hazırda universitetdə araşdırmaçı jurnalistikanı tədris edən kafedralar var. Konfranslar araşdırmaçı jurnalistikaya dair resenziyalı araşdırmaları təqdim etməklə keçirilir.
UFO araşdırma mərkəzləri
Dünyada UFO (NUO) ilə bağlı araşdırma və tədqiqatlar aparan və təhsil verən bəzi akademik qurumların siyahısını belədir: Staford Universiteti/ABŞ Alabama Universiteti/Montgomery - ABŞ Mississippi Universiteti, Oxford/Mississippi – ABŞ Edison Community College, Fort Myers/Philedelpdia – ABŞ Göttingen Universiteti/Almaniya Mains Universiteti/Almaniya Hamburq Universiteti/Almaniya Utrecht Universiteti/Hollandiya Glamorgan Universiteti/İngiltərə Bundan əlavə Rusiyada, Fransada və İngiltərədə, Çində, Meksikada, Çilidə, Peruda, Braziliyada, İtaliyada, Avstraliyada və daha bir çox yerdə NUO-lara aid tədqiqat mərkəzləri və qurumlar vardır. Stanford Universitetində Prof.Peter Sturrockun başçılığı ilə qurulan NUO Fenomeni Arştırma Təşkilatı, araşdırmaların sonunda yazdığı “UFO Enigma” adlı kitabında NUO məsələsin ən diqqətdə olan məsələ kimi qeyd etmiş və buna qarşı heç bir diqqətsizlik edilməməsini söyləmişdir.
İmarət Araşdırma Mərkəzi
İmarət Araşdırma Mərkəzi (ing. Research Centre Imarat; RCI) — Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına bağlı laboratoriya. Telanqana ştatının Heydərabad şəhərində yerləşir. Laboratoriya Hindistan Silahlı Qüvvələri üçün raket sistemlərinin, idarə olunan silahların və qabaqcıl avionikaların tədqiqi və inkişafı üzrə məsuliyyət daşıyır. 1988-ci ildə Abdul Kalam tərəfindən təsis edilmişdir. Şri U Raca Babu hazırda "RCI" laboratoriyasının direktorudur. İmarət Araşdırma Mərkəzi raketlər üçün avionika və naviqasiya sistemlərinin hazırlanmasında dünya lideri hesab edilir.
Şova Retro Qablaşdırma Muzeyi
Şova Retro Qablaşdırma Muzeyi (昭和レトロ商品博物館, Şova Retoro Şohin Hakubutsukan) – Yaponiyanın Ome şəhərində yerləşən muzey. Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzey 1999-cu ildə Ome şəhərində açılmışdır. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir və tarixi tikili hesab olunur. Muzey Yaponiyada 1926–1989-cu illərdə davam etmiş Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarının kolleksiyasına ev sahibliyi edir. Yerli şəxslərin də töhfə verdikləri muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir. Şova dövrünün retro məhsulları kolleksiyası ilə yanaşı muzeydə folklor haqqında sərgi yerləşir. Bu sərgi Lefkadio Hern tərəfindən populyarlaşdırılmış "Qar qadını" adlı hekayəyə həsr olunmuşdur. Belə ki, Lefkadio Hern bu hekayəni Omedə yaşayan bir fermerdən eşitmişdir.
Birləşmiş Nüvə Araşdırma İnstitutu
Birləşmiş Nüvə Araşdırma İnstitutu (rus. Объединённый институт ядерных исследований) və ya qısaca: BNAİ (rus. ОИЯИ) — Moskva şəhərinin 120 kilometr şimal-şərqində, Moskva vilayətində yerləşən Dubna şəhərində yerləşən nüvə elminin beynəlxalq tədqiqat mərkəzidir. Qurucuları BNAİ-nun 18 üzv dövlətidir. Tərkibini Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan da daxil olmaqla, 18 üzv ölkədən 5,500 nəfər heyət və 1000 doktorant təşkil edir. BNAİ-nun nəzəri və eksperimental tədqiqatlarının əsas istiqamətləri nüvə fizikası, elementar hissəcik fizikası və maddənin qatılaşdırılmış vəziyyətinin tədqiqidır. Sovet İttifaqı və Rusiyada aşkar edilmiş kimyəvi elementlərin dövri sisteminin bütün transuran elementləri BNAİ-da sintez edilmiş və digər ölkələrdə aşkar edilmiş transuran elementlərinin sintezi təkrar edilmişdir.1991-ci ilədək edilən yeni elementlərin sintezi üzrə nailiyyətlər elmi kəşflər kimi qəbul edilmiş və SSRİ-nin Kəşfiyyatlarının Dövlət Reyestrinə daxil olmuşdur. BNAİ-nun qurulduğu gündən bəri, bu institutda dünyadakı aşkarlanmış 18 elementdən- onu aşkar edilmişdir. == Tarix == Birləşmiş Nüvə Araşdırma İnstitutu maddənin əsas xüsusiyyətlərini öyrənmək üçün elmi və maddi potensialını birləşdirmək məqsədilə on bir qurucu dövlətin hökumət nümayəndələri tərəfindən 26 mart 1956-cı ildə Moskvada imzalanmış Sazişin əsasında yaradılmışdır. Eyni zamanda, Sovet İttifaqı 50 faiz, Çin Xalq Respublikasının 20 faizini təşkil etmişdir.
Türkiyə Kosmos Texnologiyaları Araşdırma İnstitutu
Kosmos Texnologiyaları Araşdırma İnstitutu (TÜBİTAK KOSMOS) — 1985-ci ildə, Orta Şərq Texniki Universiteti (ODTÜ) və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) arasında imzalanan bir protokolla, Ankara Elektron Araşdırma və İnkişaf İnstitutu adı altında Orta Şərq Texniki Universiteti ətrafında yaradılmışdır. İnstitut personalının böyük bir qisimini kompüter, elektron və sənaye mühəndislərin meydana çıxarılmasına kömək edir. Bir ictimai quruluşu olan TÜBİTAK KOSMOS, iş dünyası və ictimai sektorundan çox təşkilatla müqavilə araşdırmalar icra etməkdədir. İnstitut, bir çox fərqli araşdırma sahələrində artım göstərməkdə olan tələbləri qarşılaya məqsədiylə 1995-ci ildə, hələ daxilində olduğu qurumla günümüzə qədər gələn yenidən quruluşlanma müddətinə girmişdir. Bu gün 12 fərqli araşdırma qrupu, ən son texnoloji vasitə təchizatı və yüksək keyfiyyətli mühəndis heyətiylə NATO, EUREKA və Dünya Bankı kimi təşkilatlarla əlaqəli olaraq həyata keçirilən bir çox beynəlxalq ortaq araşdırma layihələrinin yanında, sənaye və ictimai sektorları tərəfindən icra edilməkdə olan saysız milli proyektdə vəzifə yerinə yetirir. 1984 TÜBİTAK — ODTÜ Protokol imzalanıb. 1985 Ankara Elektron Araşdırma İnkişaf İnstitutu (TAEAGE) 1995 Məlumat Texnologiyaları və Elektron Araşdırma İnstitutu (KOSMOS) 1998 ODTÜ yerleşkesindeki yeni bina.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi
Gülhanə Təhsil və Araşdırma Xəstəxanası
Gülhanə Təhsil və Araşdırma Xəstəxanası və ya əvvəlki adı Gülhanə Hərbi Tibb Akademiyası — 30 dekabr 1898-ci ildə II Əbdülhəmid tərəfindən İstanbulda Gülhane Seririyat Xəstəxanası olaraq qurulub. 1941-ci ildə xəstəxana Ankaraya köçürülüb. Türkiyə respublikası qurulduqdan sonra uzun müddət Türkiyə Silahlı Qüvvələri nəzdində Gülhanə Hərbi Tibb Akademiyası kimi fəaliyyət göstərib. Hazırda Keçiören Etlikte Təhsil və Araşdırma Xəstəxanası olaraq fəaliyyətini davam etdirir. == Tarixi == Xəstəxana ilk dəfə Sultan II Əbdülhəmidin doğum günü olan 30 dekabr 1898-ci ildə şəxsən onun iştirkı ilə təntənəli təşkil edilən mərasimlə açıldı. Xəstəxana onun tərəfindən “Gülhanə Səririyyət Xəstəxanası” adlandırılıb. "Gülhanə" adı ilə qurulduqdan dərhal sonra "Tıbbiye-i Şahane"dən məzun olan hərbi həkimlər bir illik praktiki təhsilə burada başladılar. Əvvəllər hərbi həkimlər vəzifə başına keçməzdən qabaq Haydarpaşa Əsgəri Xəstəxanasında təcrübə keçirdilər. === İlk dövrlər fəaliyyəti === 1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsindən sonra tibb sahəsində islahatlar cəhdləri nəticəsində hərbi və mülki tibb fakültələri birləşdirildi. 1909-cu ildə təcrübəli on bir professor-müəllim heyəti İstanbul Universiteti Tibb Fakültəsinə köçürüldü.
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) — 1963-cü ildə, Türkiyədə planlı iqtisadiyyat dövrünün başlanğıcında qurulmuşdur. Quruluş mərhələsində ən fundamental vəzifələri, xüsusilə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları dəstəkləmək və gənc araşdırmaçıları təşviq etmək, etina etdirmək idi. Bu vəzifələri yerinə gətirə bilmək məqsədiylə, təməl elmlər, mühəndislik, tibb, əkinçilik və heyvandarlıq sahələrində dörd araşdırma qrupu (indi on araşdırma qrupunu ehtiva edən Araşdırma Dəstək Proqramları Başçılığı) ilə Elm Adamı Yetişdirmə Qrupu (indi Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı) yaradılmışdır. Təşkilat, Türkiyədə müsbət elmlərdə araşdırma və inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı prioritetlərə görə inkişaf etdirmək, etina etdirmək, təşkil etmək və koordinasiya etmək; mövcud elmi və texniki məlumatlara çatmaq və çatılmasını təmin etmək məqsədi güdməkdədir. 2007 etibarilə təşkilatın bünyəsində saxladığı vahidlər: Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı (BİDEB) Araşdırma Dəstək Proqramları Başçılığı (ARDEB) Elm və Cəmiyyət Dairə Başçılığı Elm, Texnologiya və Yenilikçilik Siyasətləri Dairə Başçılığı (BTYPD) Texnologiya və Yenilik Dəstək Proqramları Başçılığı (TEYDEB) Beynəlxalq Əlaqələr Dairə Başçılığı (UİDB) Təşkilati İnkişaf Vahidi (KGB) Marmara Tədqiqat Mərkəzi (MAM) Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu (ÇİTTAGE) – Adana Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu (SAGE) – Ankara Türkiyə Sənaye İdarəetmə İnstitutu (TÜSSİDE) – Gebze TEKSEB və Texnopark – Gebze Fundamental Elmlər Tədqiqat İnstitutu (Fəza Gürsey İnstitutu) (TBAE) – İstanbul Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu (UEKAE) – Gebze, Ankara Milli Metrologiya İnstitutu (UME) – Gebze Kosmik Texnologiyalar Tədqiqat İnstitutu (UZAY) – Ankara Təşkilat, Türkiyədə elmi məşhurlaşdırmaq və insanları şüurlandırmaq məqsədilə üç ədəd aylıq məşhur elm jurnalı (Elm və texniki jurnalı, Elm uşaq jurnalı, Maraqlı kiçik jurnalı) və illik təxminən 20 ədəd məşhur elm kitabı nəşr etməkdədir. (Tübitak Məşhur Elm Kitabları) Təşkilat gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün T. C. yurddaşlarına maddi qaynaq təmin etməkdədir. 2005 ÖSSdə ilk 5000ə girən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosioloji, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq 250 YTL qarşılıqsız təqaüd verilmişdir. 50i aşan növü olan TÜBİTAK təqaüdləriylə əlaqədar (miqdarlar və müraciət şərtləri kimi) detallar təşkilatın şəbəkə səhifəsindən öyrənilə bilər. Ayrıca, doğrudan Türkiyədəki elm ictimaiyyətinə xitab edən 12 ədəd hakimli (Elmi Jurnal) çıxartmaqdadır.
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. == Tarixi == DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu. DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası (rus. Российская ассоциация научно-исследовательских институтов общественных наук; РАНИОН) — RSFSR-nin elmi araşdırma institutları birliyi. Assosiasiya 1924-cü ildən 1930-cu ilədək fərqli formda mövcud olmuşdur. 1929–1930-cu illərdə RİEEAİA-nın institutlarının çoxu Kommunist Akademiyanın tərkibinə daxil olmuşlar. Xalq Maarif Komissariatı Dövlət Elm Sovetinin 15 may 1924-cü il tarixli qərarıyla Moskva Dövlət Universiteti İctimai Elmlər Fakültəsi nəzdində sosial-iqtisadi profil — iqtisadiyyat, sovet hüquqları, ədəbiyyat tarixi və dilşünaslıq, arxeologiya və incəsənətşünaslıq, fəlsəfə, eksperimental psixologiya, müqayisəli ədəbiyyat tarixi və Şərq-Qərb dilləri üzrə fəaliyyət göstərən 7 ilkin elmi araşdırma institutlarını birləşdirən İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası yaradılıb. Daha sonralar isə assosiasiyanın tərkibinə SSRİ Xalq Yazıları və Dilləri İnstitutu, torpaq inzibatı, köçürmə və kənd təsərrüfatı iqtisadiyyatı institutları daxil edilmişdir.