Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Carcaris
Carcaris — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdar. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»fidə Cərcəyis kəndi adında qeyd edilmişdir. 15 mart 1972-ci ildə yaradılan Alagöz (Araqadz) rayonunun tabeliyinə verilmişdir. Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində «vəl əvəzində xırmanda istifadə edilən dəmir dişli kənd təsərrüfatı aləti mənasında işlənən carcar sözünə -is topoformantının artırılması ilə düzəlmişdir. Bu döyüm aləti əsasən düzən yerlər üçün xarakterik olmuş və iş prosesində vəldən əvvəl işlədilmişdir. Toponim peşə, sənət mənasında işlənən carcaris sözü əsasında formalaşmışdır. == Əhalisi == İndi ermənilər yaşayır.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Curcas
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
HOREX Caucasus
Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (qısaca: HOREX Caucasus) — Hər il Azərbaycan Respublikasında keçirilən turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri. Bu sərgi Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sənayesinin mühüm tədbiridir. Sərgi mehmanxana və restoran biznesinin mütəxəssisləri üçün ideal işgüzar platforma təmin etməklə, öz məhsul və xidmətlərini nümayiş etdirmək, turizm sənayesinin aparıcı nümayəndələri ilə fikir və təcrübə mübadiləsi aparmaq, habelə yeni işgüzar əlaqələrin qurulmasına münasib şərait yaradır. Təşkilatçısı "Caspian Event Organisers" şirkətidir. == Tarixi və iştirakçıları == 2016-cı ildə X yubiley sərgisi keçirilmişdir. 200-dən artıq şirkət iştirak etmişdir. == Nüfuzu == Ölkədə mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi ilə əlaqədar bu sərginin keçirilməsi olduqca aktualdır.
Caucasus Ventures
Caucasus Ventures — Azərbaycanda vençur fondu. Ölkədə ilk belə bir fonddur. 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır. == Tarixi == "Caucasus Ventures" 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır. Azərbaycanda ilk belə bir fonddur. Fondun yaradılması ilə əlaqədar keçirilmiş təqdimat mərasimində dövlət və özəl sektoru təmsil edən şirkətlərin təmsilçiləri, investorlar, inkubasiya və akselerasiya mərkəzlərinin məsul əməkdaşları, xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və media nümayəndələri iştirak etmişdilər. Fondun fəaliyyətinin əsas istiqaməti toxum sonrası böyümə və "A" mərhələsində olan startaplara sərmayə yatırmaqdır. Fondun nizamnamə kapitalı 11,300,000 Azərbaycan manatı təşkil edir. "Paşa Holdinq" Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəlmişdilər. Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək "Caucasus Ventures"ə əlavə 5 milyon manat vəsait ayırmışdır.
Caucasus Online
Caucasus Online — Gürcüstanın ən böyük internet provayderlərindən biri. Gürcüstanın internet rabitə bazarının böyük hissəsinə nəzarət edir. Caucasus Online 2006-cı ildə Gürcüstanın bir neçə iri provayderinin: Caucasus Network, Georgia Online və SaNet-in birləşməsi nəticəsində yaranıb. 2008-ci ildən Gürcüstanda simsiz və fiber-optik internetin əsas provayderi Telenet Caucasus Online ilə birləşdi. 2008-ci ildən Caucasus Online Tyco Electronics (bu gün TE Subcom kimi tanınır) tərəfindən inşa edilmiş 1200 km uzunluğunda sualtı fiber-optik kabelin yeganə sahibidir və bu kabel vasitəsilə Avropadan Cənubi Qafqaza və Xəzər regionuna internet trafikini tranzit edir. FOC Avropadan Qafqaz regionuna və Yaxın Şərqə birbaşa, yüksək keyfiyyətli fiber-optik internet bağlantısı təmin etmək üçün Qara dənizin dibində çəkilib. Layihə 2008-ci ildə Tyco Electronics ilə əməkdaşlıqda Caucasus Online tərəfindən hazırlanıb. 2016-cı ilin sentyabrında Caucasus Online öz pərakəndə biznesini MagtiCom-a satdı və hazırda Caucasus Online regionda əsas topdansatış operatorudur. 2019-cu ildə Azərbaycan şirkəti NEQSOL Holding Caucasus Online-ın 49%-ni 61 milyon dollara satın alıb. 24 mart 2021-ci ildə isə şirkətin 100%-ni satın alıb.
Jatropha curcas
Jatropha curcas (lat. Jatropha curcas) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin yatrofa cinsinə aid bitki növü.
Caucasus İnternational (jurnal)
“Caucasus International” (CI) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən xarici siyasət məsələlərinin təhlilinə dair 2011-ci ildən etibarən nəşr olunan beynəlxalq jurnaldır. == Haqqında == CI Cənubi Qafqaz və Türkiyə ilə bağlı araşdırmalar aparan alim və tədqiqatçılar üçün keyfiyyətcə yeni bir müzakirə platforması təqdim edir. Jurnalda əsasən beynəlxalq münasibətlər və xarici siyasətin müxtəlif problemləri, Qafqaz regionunda cərəyan edən hadisələr, müxtəlif ölkələrin Qafqaz siyasəti, cəmiyyət və iqtisadiyyat məsələlərinə dair elmi məqalələr dərc edilir. Jurnal eyni zamanda nəinki Cənubi Qafqaz regionu, eləcə də ayrı-ayrı ölkələr üzrə (Türkiyə, Rusiya, ABŞ, Çin, Avropa ölkələri) geniş iqtisadi, siyasi və sosial məsələlərlə bağlı akademik müzakirələrə həm mahiyyət, həm də keyfiyyətcə kömək etmək və təşviq etmək məqsədli bir platforma təmin edir. Jurnalda bu vaxtadək Avropa, Amerika, Rusiya, Türkiyə, Çin və Azərbaycanın görkəmli alim və ekspertlərinin aidiyyəti mövzular üzrə məqalələri dərc edilmişdir. CI-nin əsas məqsədi akademik dialoqu təşviq etmək və mümkün qədər geniş ictimaiyyətin cəlb edilməsi üçün intellektual forum yaratmaqdır. Jurnalın hər bir sayı qlobal və ya regional mövzulara həsr olunur və müxtəlif ölkələrin müəlliflərinin görüşlərini əhatə edir. Jurnal əsasən Qafqaz regionunun qonşuluğunda baş verən hadisələrə qlobal kontekstdə diqqət yetirir. Jurnalda dərc edilən maqalələr aparıcı dövlətlərin - Türkiyə, İran, Rusiya və ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti, eləcə də Avropa, Asiya və Orta Asiyada baş verən hadisələrin Cənubi Qafqaz perspektivindən və siyasi baxımdan təhlilini oxuculara çatdırır. CI-nin bölgə və onun qonşuları ilə bağlı təhlilləri qlobal kontekstə əsaslanır.
Çacaşi
Çacaşi (gürc. ჩაჟაში) — Gürcüstanın Sameqrelo-Yuxarı Svaneti diyarının Mestiya bələdiyyəsində yerləşən kənd. Böyük Qafqaz dağ sisteminin cənubi ətəklərində, yuxarı İnquri çayı (gürc. ენგური) vadisində və dəniz səviyyəsindən 2,160 metr yüksəklikdə yerləşir. Kənd, tarixi Svaneti (gürc. სვანეთი) vilayətinin bir parçası və Uşquli (gürc. უშგული) icmasının mərkəzidir. Yuxarı Svaneti vilayətinin bir parçası olaraq YUNESKO-nun Ümümdünya İrsi siyahısına salınmışdır. == Coğrafiyası == Çacaşi, dörd kəndin bir araya yığındığı Uşquli icmasının əsas yaşayış məntəqəsidir. Gürcüstanın inzibati bölgüsünə müvafiq olaraq, Mestiya bələdiyyə mərkəzinin 45 km qərbində, İnquri və Şavtskala çaylarının birləşdiyi Mestiya qəsəbəsinin bir hissəsidir.
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. == Tarixçə == 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. == Özəllikləri == Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Şamaxı çariçası
Şamaxı çariçası (rus. Шамаханская царица) — rus yazıçısı Aleksandr Puşkinin "Qızıl xoruz nağılı"nda(ru) personaj. Personaj həmçinin Nikolay Rimski-Korsakovun 1908-ci ilə aid "Qızıl xoruz"(ru) opera-baletində, 1967-ci ilə aid eyniadlı cizgi filmində(ru), 1999-cu ilə aid musiqi tamaşasında və 2010-cu ilə aid "Üç bahadır və Şamaxı çariçası" cizgi filmində var.
Çardaş (dəqiqləşdirmə)
Çardaş - macar rəqsi. Çardaş (film, 1973) - film.
Düz xətt parçası
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Erato (Ermənistan çariçası)
Erato (bilinmir – bilinmir) (arm: Էրատո; böyük ehtimalla eramızın 12-ci ilindən sonra Böyük Ermənistanın Artashat və ya Tiqranakert şəhərində vəfat etmişdir) - Böyük Ermənistan çariçası, Artaşes sülaləsinin sonuncusu, III Tiqranın qızı, IV Tiqranın bacısı və həyat yoldaşıdır. == Bioqrafiyası == Eramızdan əvvəl 5-ci ildə Romalılar IV Tiqran və Eratonu taxtından məhrum edərək əsirlikdə olan III Artavazdeni Ermənistan kralı təyin etdilər, ancaq onu yalnız üç il müddətində taxtda saxlaya bilmişdirlər. Baş tutmuş çevrilişdən sonra IV Tiqran və Erato yenidən taxta çıxdılar. Lakin tezliklə IV Tiqran, şimaldan gəlib Ermənistana hücum edən alanlara qarşı baş vermiş olan bir döyüşdə öldürüldü və bundan sonra Erato taxtdan imtina etmişdir (Eramızın 1-ci ilində). Bəzi məlumatlara görə, Erato 6-11/12-ci illərdə yenidən Böyük Ermənistanın kraliçası olmuşdur. Eratonun getməsi ilə Ermənistanda Artaşsis sülaləsinin hakimiyyəti sona çatmışdır.
Rusudan (Gürcüstan çariçası)
Rusudan (gürc. რუსუდანი}) — Gürcüstan krallığının Baqrationilər sülaləsindən olan çariçası (1223–1245). Çariça Tamar və David-Soslanın qızı. Rusudanın hakimiyyəti illəri Abxaziya və Gürcüstan tarixinin qızıl dövrünün sonunu əhatə edir. == Həyatı == Monqollarla döyüşdə ağır yaralanan qardaşı IV Georqun ölümündən sonra 1223-cü il yanvarın 18 — də taxta çıxdı. Rusudanın hakimiyyətinin üçüncü ilində, 1225-ci ilin payızında, Xarəzmşah qoşunları Cəlaləddin Mənguberdinin başçılığı altında Gürcüstanı işğal etdilər. İoann Mxarqrdzelinin sərkərdəlik etdiyi gürcü qoşunları Qarnisi döyüşündə ağır məğlubiyyət uğradıldı. Bundan sonra Xarəzm qoşunlarının Tiflis, Qars və Gəncəyə yolu açıldı. Cəlaləddin Mənguberdinin Tiflisi mühasirəyə alması səbəbindən çariça və ailəsi Kutaisiyə çəkildi. 1224-cü ildə Rusudan Dmitri adı ilə xristianlığı qəbul edən Səlcuqlu şahzadəsi Məhəmməd Muğisəddin Türkan Şahla (sultan II Qılınc Arslanın nəvəsi) evləndi.
Zenobiya (Ermənistan çariçası)
Zenobiya (gürc. ზენობია, erm. Զենոբիա; I əsr, Mtsxeta – I əsr, Qəmərli) — İberiya çarı Radamistin həyat yoldaşı və Ermənistan çarı Mitridatın qızı. 55-ci ildə hamilə olan Zenobiya hakimiyyətdən devrilmiş Radamist ilə qaçmağa çalışmış, lakin qaçmağa davam edə bilməyən Zenobiya ərindən əsir düşməkdənsə həyatına son qoymasını istəmişdir. Radamist onu xəncərlə vuraraq cəsədini Araz çayına atmışdır, lakin Zenobiya ölümcül xəsarət almamış və yerli çobanlar tərəfindən Ermənistan çarı I Trdatın iqamətgahına aparılmışdır. Trdat onu mehribanlıqla qəbul etmiş və ona monarxiyanın üzvü kimi yanaşmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Dédéyan, Gérard. (fransız). Tuluza: Privat. 2007 [1982].
Üç bahadır və Şamaxı çariçası
Üç bahadır və Şamaxı çariçası (rus. Три богатыря и Шамаханская царица) − "Melnitsa" studiyasının tammetrajlı cizgi filmi. == Ədəbiyyat == Георгиев С.Г. Три богатыря и Шамаханская царица. М.: Эгмонт. 2011. ISBN 978-5-9539-5758-8 , 978-5-9539-5757-1. == İstinadlar == == Xarici keçidlər == Три богатыря и Шамаханская царица "Мельница" saytında (rus.) Filmin rəsmi saytı (rus.) Üç bahadır və Şamaxı çariçası — Internet Movie Database saytında. Filimdə İqor Raseryayev tərəfindən bəstələnmiş Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine "Bahadırlar" mahnısı.
İlıq Dənizdə Buz Parçası (1983)
== Məzmun == Bu psixoloji dram təqaüdə çıxmış qocaman neftçi (Həsənağa Turabov) haqqında danışır. O, ürəyinin hökmü ilə yenidən dəniz mədəninə qayıdır və burada ən çətin sahədə gənclərə dayaq olur. Pritça düzgünlük, təmənnasızlıq, cəsurluq, xeyirxahlıq və ədalət kimi keyfiyyətləri tərənnüm edir. == Film haqqında == Film yazıçı Cəmil Əlibəyovun "Qış macərası" povestinin motivləri əsasında yaradılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəmil Əlibəyov Ssenari müəllifi: Pavel Finn Quruluşçu rejissor: Yuli Qusman Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Xəyyam Mirzəzadə Geyim rəssamı: Abdulla Azəroğlu Səs operatoru: Tatyana Kərimova === Rollarda === Rasim Balayev — Məmməd Həsənağa Turabov — təqaüdçü Həsən Məmmədov — direktor Tanilə Əhmərova — gəlin Vəliəhd Vəliyev — Muradov Sədayə Mustafayeva — təqaüdçünün arvadı Kazım Abdullayev — sürücü == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
İlıq dənizdə buz parçası (film, 1983)
== Məzmun == Bu psixoloji dram təqaüdə çıxmış qocaman neftçi (Həsənağa Turabov) haqqında danışır. O, ürəyinin hökmü ilə yenidən dəniz mədəninə qayıdır və burada ən çətin sahədə gənclərə dayaq olur. Pritça düzgünlük, təmənnasızlıq, cəsurluq, xeyirxahlıq və ədalət kimi keyfiyyətləri tərənnüm edir. == Film haqqında == Film yazıçı Cəmil Əlibəyovun "Qış macərası" povestinin motivləri əsasında yaradılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəmil Əlibəyov Ssenari müəllifi: Pavel Finn Quruluşçu rejissor: Yuli Qusman Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Xəyyam Mirzəzadə Geyim rəssamı: Abdulla Azəroğlu Səs operatoru: Tatyana Kərimova === Rollarda === Rasim Balayev — Məmməd Həsənağa Turabov — təqaüdçü Həsən Məmmədov — direktor Tanilə Əhmərova — gəlin Vəliəhd Vəliyev — Muradov Sədayə Mustafayeva — təqaüdçünün arvadı Kazım Abdullayev — sürücü == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Üç bahadır və Şamaxı çariçası (cizgi filmi, 2010)
Üç bahadır və Şamaxı çariçası (rus. Три богатыря и Шамаханская царица) − "Melnitsa" studiyasının tammetrajlı cizgi filmi. == Ədəbiyyat == Георгиев С.Г. Три богатыря и Шамаханская царица. М.: Эгмонт. 2011. ISBN 978-5-9539-5758-8 , 978-5-9539-5757-1. == İstinadlar == == Xarici keçidlər == Три богатыря и Шамаханская царица "Мельница" saytında (rus.) Filmin rəsmi saytı (rus.) Üç bahadır və Şamaxı çariçası — Internet Movie Database saytında. Filimdə İqor Raseryayev tərəfindən bəstələnmiş Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine "Bahadırlar" mahnısı.