Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cehiz
Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur. Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır. == Hekayəsi == Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir.
Cəlilli
Cəlilli — Azərbaycan Respublikasının Tovuz rayonunun Cəlilli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Cəlilli kəndi Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cəlilli kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Haqverdibəyli olmuşdur. Cəlil Məmmədquluzadənin şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Tanınmışları === Zeynallı İlqar Ayaz oğlu (1995-2020) — Tovuz döyüşləri şəhidi. Hökümə Xəlilova == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Cəlilli kənd kitabxana filialı, Cəlilli kənd klubu fəaliyyət göstərir. 2000-ci ildə Aşıq Abbas Tufarqanlıdan bəhs edən "Abbas və Gülgəz" filmi bu kənddə çəkilmişdir.
Cəmilli
Cəmilli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəmil Cəmilli — Səməd bəy Cəmillinski — Kəndlər Cəmilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Cəmilli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Cəmilli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Cəyirli
Kəndlər Cəyirli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cəyirli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Cəyirli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Cəyirli (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Dənizli
Dənizli — Türkiyənin cənub-qərbində yerləşən sənaye şəhəri. Şəhərin əhalisi təxminən 577,000 (2013 siyahıyaalınması) nəfərdir. Dənizli ilinin inzibati mərkəzidir. Dənizli son bir neçə onillikdə, əsasən tekstil istehsal və ixracı ilə iqtisadi olaraq inkişaf etdi.
Kəhrizli
Kəhrizli (Goranboy)
Rəhimli
Rəhimli — Azərbaycanda daha çox işlədilən soyad. Rəhim Rəhimli — Azərbaycan musiqiçisi İlham Rəhimli — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kəndlər Rəhimli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Rəhimli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Rəhimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Rəhimli (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Rəhimli (Germi) Rəhimli-i Muran (Germi) Rəhimli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd Dağlar Rəhimli — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2085 m.
Tomas və sehirli dəmiryolu
Tomas və sehirli dəmiryolu (ing. "Thomas and the Magic Railroad") — 2000-ci ildə istehsal olunmuş filmidir. Tomas və dostları Tomas və dostları: Dünya səyahəti Tomas və sehirli dəmiryolu — Internet Movie Database saytında.
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Red Hot Chili Peppers
Red Hot Chili Peppers — alternativ rok, fank-rok, rap-rok stillərində oxuyan ABŞ rok qrupu. Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hər biri Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Entoni Kidis, Fli və Cek Ayrons birlikdə yığışaraq Rhythm Lounge-da olacaq çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız "Out in L.A." adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Cek Ayrons qrupu tərk edir. Sonradan o, Pearl Jam qrupuna üzv olur. Entoni və Fli qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist Con Fruşante və təcrübəli zərbçi Çad Smit qoşulurlar.
Dənizli ili
Dənizli - Türkiyədə il. Dənizli ili balıqçılıq sektorunda birincidir. Əhalisinin çoxu da balıqçılıqla məşğuldur. Bura Türkiyənin kurort bölgələrindən biridir. == Adının mənası == Adından bəlli olduğu kimi burada dənizçilik çox inkişaf etmişdir. Adı da məhz buradan götürülmüşdür. == Tarixi == Dənizli bizim eranın 150-ci ilində xanlar, şahlar, varlı insanlar tərəfindən qoyulmuşdur. Bunun sübutu da, Dənizlidəki yüzlərə arxeoloji qazıntılardır. Bura vaxtilə şahların iqamətgahı olub və onların sarayları indi də qalmışdır. Bura vaxtilə bir çox dövlətlərin paytaxt və yaxud mərkəz şəhəri olmuşdur.
Elcan Rəhimli
Hüseyn Rəhimli
Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Hüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub. == Karyerası == Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu. Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu. 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu. Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Kamil Rəhimli
Kəhrizli (Goranboy)
Kəhrizli (əvvəlki adları: — Böyük Dəliməmmədli; Əzizbəyov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılmış, Əzizbəyov kənd inzibati ərazi dairəsi Kəhrizli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == == Toponimikası == Gəncə-Qazax düzənliyindədir. Keçmiş adları Böyük Dəliməmmədli və inqilabçı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov (rusca Azizbekovo / Азизбеково) olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 760 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Hüseyn Cavan — Aşıq.
Mikayıl Rəhimli
Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur. Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı il tarixində keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir. O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir. Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur.
Murad Rəhimli
Mustafa Dənizli
Mustafa Dənizli (10 noyabr 1949, Alaçatı, İzmir ili) — keçmiş türkiyəli futbolçu. İranın "Traktor Sazi" klunun baş məşqçisi. Türkiyənin "Altay" və "Qalatasaray" klublarının, həmçinin Türkiyə milli futbol komandasının futbolçusu olub. Mustafa Dənizli 10 noyabr 1949-cu ildə Alaçatıda anadan olmuşdur. Mustafa Dənizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi. Futbolçu kimi İzmirin "Altay" klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub. 1983-cü ildə "Qalatasaray"a transfer olunan Dənizli burada bir mövsüm keçirir. Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur. 1987-ci ildə Qalatasaraya baş məşqçi təyin olunur və ilk mövsümdəcə çempionluq qazanır. Mustafa Dənizlinin növbəti dayanacağı Almaniya 2-ci liqası olur.
Məmmədəli Rəhimli
Rəhimli Məmmədəli Paşasadıq oğlu (10.4.1899, Tiflis -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Tiflis gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini maşınqayırma sahəsində davam etdirmək üçün Darmştadt İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Orxan Rəhimli
Rafiq Rəhimli
Rafiq Rəhimli — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019) Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvü Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvar ayının 3-də Lənkəran şəhərində dünyaya göz açıb. Hələ ali təhsil almadan 1978-ci ildə "Leninçi" rayon qəzetinə işə dəvət edilib. 1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə "Müstəqil. Rs" nəzdində fəaliyyət göstərən ali rejissorluq kursunu bitirib. Hələ şagird ikən yerli radio və yerli qəzetlə əməkdaşlıq edən Rafiq Rəhimli ilk müxbir vəsiqəsini 1974-cü ildə almışdır. İlk qələm təcrübələri orta məktəb illərindən başlayıb. Tələbəlik illərində müxtəlif müsabiqələrin qalibi kimi bir sıra mükafatlara layiq görülüb. 1976–1978-ci illərdə balıq konservi zavodunda fəhlə, 1978–1984-cü illərdə "Leninçi" qəzetində korrektor, 1984–1993-cü illərdə Azərbaycan radiosunda, 1994–2000-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor, 2000–2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin müdiri vəzifəsini icra edir. "Rəfiq" ədəbi məcmuəsinin təsisçisi və baş redaktorudur.
Rəhim Rəhimli
Rəhim Rəhimli (28 dekabr 1976, Bakı – 30 sentyabr 2022, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktyor. Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdamda dünyaya gəlib. 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib. Bülbülə qəbiristanlığında dəfn olunub. Ekstravaqant tərzi ilə daima diqqət çəkmişdir. Çoxsaylı klipləri və mahnıları ilə tanınırdı. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib. Daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. Sevərsənmi (albom) Azərbaycanı tərk etdi, insanlardan gizləndi, heç vaxt ailə qurmadı – O, hansı müğənnimizlə sevgi yaşadı?
Rəhimli (Ağsu)
Rəhimli — Azərbaycan Respublikasının Ağsu rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd.
Rəhimli (Germi)
Rəhimli (fars. رحيملو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (21 ailə).
Rəhimli (Goranboy)
Rəhimli — Azərbaycan Respublikasının Goranboy rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd. Rəhimli kəndi Goran çayı dərəsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qazax qəzasından köçüb gəlmiş Ağqoca oğlu Rəhim saldığı üçün kənd onun adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1107 nəfər əhali yaşayır.
Rəhimli (Gədəbəy)
Rəhimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Rəhimli kəndini Sərdarlı nəslindən olan Qara Rəhim salmışdır. Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində Rəhimli kəndi statusu verilmişdir. Gədəbəy rayonunun Düz Rəsullu i.ə.v.-də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini vaxtilə Qazax mahalının Qıraq Kəsəmən kəndindən köçüb gəlmiş Qara Rəhim adlı şəxs saldığı üçün kənd onun adı ilə adlandırılmışdır; 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Rəhimli (Kəlbəcər)
Rəhimli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Bu kəndin bünövrəsini bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Onlar dağın dibində yerləşən Aşağıxaç adlanan ərazidə yaşayırmışlar. Buradan da Aşağı arxac sözü yaranmışdır. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb-seçilən adamlardan olub.Kənd əhalisi Qumuq türklərindən ibarətdir. Behbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıqulu ağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu.
Red Hot Chili Peppers (albom)
Red Hot Chili Peppers — Red Hot Chili Peppersnın ilk studiya albomudur. Onların musiqisi alternativ rok, funk, punk rock və psychedelic rock elementlərini özündə cəmləşdirir. 10 avqust 1984 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.