Elcan Ədalət oğlu Rəhimli (26 avqust 1992; Alpout, Bərdə, Azərbaycan — 16 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elcan Rəhimli | |
---|---|
Elcan Ədalət oğlu Rəhimli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Alpout, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Tapqaraqoyunlu, Goranboy, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2021 2021 |
Elcan Rəhimli 1992-ci ildə Bərdə rayonunda dünyaya gəlib. Məktəbi bitirdikdən sonra 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.[2][3][4] Daha sonra yenidən müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elcan Rəhimli Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Bərdədə dəfn olunub.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]