Murad İlqar oğlu Rəhimli (azərb. Rəhimli Murad İlqar oğlu; 31 oktyabr 1991, Sumqayıt – 7 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Murad Rəhimli | |
---|---|
Murad İlqar oğlu Rəhimli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Tərtər- Agdərə istiqamətində |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Dəfn tarixi | 8.10.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | İki |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013-2014,2020 |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Rəhimli Murad İlqar oğlu 1991-ci ilin 31 oktyabrında Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə ADPU-nun ekologiya fakültəsinə daxil olub. SOCARda atıcı işləyib. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında Millət vəkili olmaq üçün Sumqayıt şəhəri 41 sayli seçki məntəqəsinə namizədliyini verib.
Ailəli idi, 2 oğul övladı var.
2013-2014-cü illərdə Naxçıvanın Quru Qoşunlarında xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Murad Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində 1 oktyabr 2020-ci ildə Tərtər, Ağdərə istiqamətlərində döyüşmüşdür. 7 oktyabrda Suqovuşanda şəhid olub.
8 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
25 iyul 2021-ci ildə Sumqayıt şəhəri, 16-cı mikrorayon "Difai" küçəsində xatirəsinə həsr olunan bulağın açılışı olub.[4]