Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CAESAR
CAESAR (CAmion Équipé d'un Système d'ARtillerie) Fransa istehsalı olan zirehli haubitsadır.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Alectoris chukar
Xınalı kəklik (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü. Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir. Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür.
Phytoseius phenax
Phytoseius phenax (lat. Phytoseius phenax) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius phenax Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cezar mükafatı
"Sezar" (fr. César) — 3 aprel 1976-ci ildə təsis edilmiş Fransanın film mükafatlarıdır. Namizədlər "Académie des Arts et Techniques du Cinéma" üzvləri tərəfindən təyin olunar. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı Fransız heykəltaraş Sezar Baldaççinidən (1921-1998) götürülmüşdür.
China Telecom
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299). Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub. "China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır. 2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır. Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır .
China Unicom
China Unicom — Çin telekomnukasiya şirkəti. China Mobile və China Telecom ilə birlikdə ölkədəki ən böyük üç şirkətdən biridir. Şirkət mobil rabitə və genişzolaqlı İnternet xidmətləri təqdim edir. Paytaxt Pekin şəhəri də daxil olmaqla ÇXR-nin şimal hissəsində işləyir. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 251-ci yeri tutub (gəlir baxımından 215-ci, xalis mənfəət baxımından 546-cı, aktivlər baxımından 394-cü və bazar kapitallaşmasına görə 346-cı yer). Bu siyahıda olan Çin şirkətləri arasında 37-ci yeri tutub. China Unicom, 19 iyul 1994-cü ildə "Çin Xalq Respublikası Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi" tərəfindən dövlət şirkəti olaraq qurulmuş və "Çin Xalq Respublikası Dövlət Şurası" tərəfindən təsdiq edilmişdir. 2000-ci ilin fevralında "China Unicom" Honkonqda şirkət olaraq qeydiyyata alınır və 22 iyun 2000-ci ildə Honkonq birjasında səhmləri qeydə alınır. 18 oktyabr 2006-cı ildən başlayaraq Makaoda "CDMA" şəbəkəsinin fəaliyyətində iştirak edir. 2008-ci ilin aprel ayının sonunda şirkətin xidmətlərindən 125 milyon GSM istifadəçisi və 43 milyon "CDMA" istifadəcisi istifadə edirdi.
Clear (Unix)
clear — Unix əməliyyat sistemlərində ekranı (terminalı) təmizləmək üçün istifadə olunan komandadır.
Smilax china
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Penar-valli
Zanonia (lat. Zanonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Penar-valli Adans. Juppia Merr. Zanonia angulata Wall.
Çezar
Çezar — 18 fevral 1980-ci ildə anadan olan Rumıniyalı müğənni. Çezar 2013 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "It's My Life" mahnısı ilə təmsil edib və öz ölkəsinə 14-cü yeri qazandırıb.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
China Anne McClain
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Flora of China
Çinin florası müxtəlifdir. Yer üzündə başqa heç bir yerdə tapılmayan minlərlə insan da daxil olmaqla, dünyanın ümumi bitki növlərinin təqribən səkkizdə birini təmsil edən 30.000-dən çox bitki növü yerli Çindir. Çində bir çox meşə növü var. Həm şimal-qərbdə həm də şimal-qərbdə dağlar və soyuq iynəyarpaqlı meşələr var, heyvan növlərini dəstəkləyən heyvan növləri və Asiya qara ayısı ilə yanaşı 120 növ quş var. Nəmli iynəyarpaq meşələrində, ardıç və yevin daha yüksək dağlıq dayaqlarında rhododendrons ilə əvəzlənmiş, alt qat kimi bambuk cəngəllikləri ola bilər. Mərkəzi və Cənubi Çinə hakim olan subtropik meşələr heyrətləndirici 146.000 flora növünü dəstəkləyir. Tropik yağış meşələri və mövsümi yağış meşələri, Yunnan və Hainan Adası ilə məhdudlaşsa da, Çində olan bütün bitki və heyvan növlərinin dörddə birini əhatə edir. Çin florasında həm taksonun təsvirini, həm də taksonomisini verən bir onlayn məlumat bazası var. Cənubi Çin, şiddətli yağış və uzun yaş fəsillərini yaşayır, bu da iqlimi bambuk və düyü böyüməsi üçün ideal edir. Şimali Çin əksinə, məhdud yağış və cənubdan sonra daha az növ şaxələndirilməsini yaşayır (Kressey, George, 1930).
Lui-Jak Tenar
Lui-Jak Tenar (fr. Louis Jacques Thénard; 4 may 1777[…] – 21 iyun 1857[…], Paris) fransız kimyaçısı, Paris Elmlər Akademiyasının prezidenti Lui-Jak Tenar 1777-ci il mayın 4-də La Luptyeredə (Nojan-sür-Sen yaxınlığında) anadan olmuşdu. 1798-ci ildə Parisdəki Politexnik Məktəbini bitirərək elə orada işləməyə başlamışdı. 1804–1840-cı illərdə Kollej de Fransın, eyni zamanda 1810-cu ildən Paris Universiteti və Politexnik Məktəbinin professoru kimi fəaliyyət göstərmişdi. 1810-cu ildən Paris Elmlər Akademiyasının üzvü və 1823-cü ildə onun prezidenti olmuşdu. Tenarın elmi maraq sahəsi, əsasən, qeyri-üzvi kimya idi. O, tədqiqatlarını, əsasən, Gey-Lyüssakla birgə aparırdı. Onlar kalium və natrium hidroksidlərinin istiliyin təsiri ilə dəmirlə reduksiyası vasitəsilə bu metalların alınma üsulunu işləmişlər. 1808-ci ildə o, kaliumun bor oksidinə təsiri nəticəsində bor almış, 1809-cu idə xlorun hidrogenlə reaksiyasına işığın təsirini aşkar etmiş, 1810-cu ildə üzvi birləşmələrin analizi üsullarını təklif etmişdi. O, natrium, kalium, yod və xlorun kimyəvi element olduğunu, xlorid və yodid turşularının tərkibində oksigenin olmadığını sübut etmişdi.
China Electronics Corporation
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.
Valve Anti-Cheat
Valve Anti-Cheat — ilk dəfə 2002-ci ildə Counter-Strike ilə buraxılan Steam platformasının komponenti kimi Valve tərəfindən hazırlanmış anti-hiylə sistemi. Proqram oyunçunun sistemində hiylə aşkar etdikdə orijinal aşkarlamadan günlər və ya həftələr sonra oyunçunu qadağan edir. Sistem yaddaşda və ya cihazda səhvlər aşkar edərsə, oyunçuları oyundan kənarlaşdıra bilər. Aşkarlanma tarixi və ya aşkar edilən hiylə növü kimi heç bir məlumat oyunçuya açıqlanmır. Oyunçuya məlumat verildikdən sonra, oyunçunun hiylə istifadə etdiyi oyunun onlayn "VAC ilə qorunan" serverlərinə giriş həmişəlik qadağan edilir və oyunçunun Steam hesabına əlavə məhdudiyyətlər tətbiq edilir. Sistem 2006-cı ilin noyabr ayının bir həftəsi ərzində 10.000-dən çox hiylə cəhdini aşkar edib. 2018-ci ilin dekabr ayı ərzində 600.000-dən çox hesaba qadağa qoyulub. 2001-ci ildə, "Counter-Strike" və "Half-Life" modları üçün nəzərdə tutulmuş anti-hiylə proqramı olan "PunkBuster"in tərtibatçıları "Even Balance", "Valve"dən heç bir dəstək almadıqları üçün oyunları dəstəkləməyi dayandırdılar. Valve, texnologiyanı birbaşa oyunlarına inteqrasiya etmək üçün edilən iş təkliflərini də rədd etdi. Valve 2001-ci ildə hiylələr üçün "uzunmüddətli həll" üzərində işləməyə başladı.
Chen canagica
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Cher (müğənni)
Cher (ing. Cher; 20 may 1946[…], El-Sentro[d], Kaliforniya) — erməni əsilli ABŞ müğənnisi, prodüseri və aktrisası. Əsl adı "Şerilin Sarkisyan Lapyer Bono Ollmen (ing. Cherilyn Sarkisian LaPiere Bono Allman) kimi səslənir. Şerilin Sarkisyan 20 may 1946-cı ildə Kaliforniya ştatında anadan olmuşdur. Anası ABŞ aktrisası, müğənnisi və modeli Corciniya Holt, atası isə erməni əsilli Con (Karapet) Sarkisyan sürücü idi. İlk dəfə Şerilin musiqi karyerasına 17 yaşdan başlamışdır. 1965-ci ildə ifaçı Sonni Bono lə tanış olur və «I Got You Babe» adlı mahnısı ilə populyarlıq qazanır. Həmin illərdən başlayaraq filmlərə çəkilmiş və Qızı Qlobus, Oskar kimi mükafatlara layiq görülmüşdür. Şerilin Sonnidən ayrıldıqdan sonra Qreq Ollmenlə ailə həyatı qurmuş və ondan 1976-cı ildə Ellayc Blu Ollmen adlı övladı dünyaya gəlmişdi.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Cucumis sativus var. chiar
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Cənab 420
Cənab 420 (hind. श्री ४२०) —1955-ci ildə Bollivud tərəfindən istehsal olunmuş film. Filmin prodüseri və baş rolun ifaçısı Rac Kapurdur.
Cənab Leytenant
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
Cənab Qəddar
1980–90-cı illər ərzində Avstraliyanın Melburn şəhəri Viktoriya əyalətində xüsusi ilə seçilmiş evlərə girib qız uşaqlarını oğurlayıb, sonradan ya əvəzində pul almaqla və yaxud da zorlamaqla istismar edən, bir qəzetçinin adlandırdığı kimi təxəllüs qazanan Cənab Qəddar(ing. Mr. Cruel), Viktoriya polisinin və təhlükəsizlik orqanlarının səyinə və ələ keçirilməyi müqabilində 300.000 dollar mükafat veriləcəyinə baxmayaraq hal-hazırdada azadlıqdadır.
Cənab kraliça
Cənab kraliça (kor. 철인왕후; Cheorinwanghu) — Shin Hye-sun və Kim Jung-hyun rol aldığı Cənubi Koreya serialıdır. 12 dekabr 2020-ci ildən 14 fevral 2021-ci ilə qədər tvN-də yayımlandı. Müasir dövrdə Jang Bong-hwan (Choi Jin-hyuk) Mavi Evdə çalışan bir aşbazdır. Sərbəst bir ruhu var, amma bir gün özünü Joseon dövründə Kraliça Cheorin (Shin Hye-sun) bədənində tapır. Kral Cheoljong (Kim Jung-hyun), hökmranlıq edən kral, mülayim və asan bir insandır. Ancaq o, adı ilə yalnız Kraldır, əsl güc isə Cheoljongu bir fiqurlu şəxsə salan mərhum Kral Sunjonun həyat yoldaşı Kraliça Sunwon (Bae Jong-ok) tərəfindən idarə olunur. Kraliça Cheorin tezliklə Kralın göründüyü kimi olmadığını və onun qaranlıq və şübhəli tərəfinin olduğunu öyrənir.
Həjar Şamiloğlu
Həjar Şamil oğlu Süleymanov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti. Həjar Şamil oğlu Süleymanov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycan və türk dillərində çoxlu kitablar yazmışdır.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Pazşəkilli çinar
Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. Bir çox rayonlarda mədəni şəraitdə becərilir. Dekorativ bağçılıqda geniş istifadə olunur.
Çinar (Cəlilabad)
Çinar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Oykonim çinar ağacının adı ilə bağlıdır. Kəndin ərazisində çinar ağaclarının zəngin olduğunu bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 505 nəfər əhali yaşayır.
Çinar (Dərbənd)
Çinar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati-ərazi vahidində kənd. Rəvayətə görə, Nadir şahın Çinar ərazisi yaxınlığında işğalı zamanı farslarla dağıstanlılar arasında sonuncu döyüş baş verir. Burada farslar son dəfə məğlubiyyətə uğradılır. Bu hadisələrin episentrində yerləşən çuxura “Kannudərə” (Sadovaya küçəsinin yerləşdiyi yer) adı verilib, yəni “qanlı dərə”. Rəvayətə görə, adından da göründüyü kimi, qanla dolu idi. Kəndin əhalisinin çox hissəsi azərbaycanlılardan ibarətdir. Rüstəm Muradov — rusiyalı hərbi xadim. Дербентский район на сайте Президента Республики Дагестан Топографические карты K-39-XIII — 1 : 200 000 Топографические карты K-39-61 — 1 : 100 000 В ЧИНАРЕ ШЕЛЕСТЯТ ЧИНАРЫ Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine НА ПОРОГЕ К ТАБАСАРАНУ Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine Чинарская средняя школа № 1 — Чинар — Республика Дагестан Чинарская средняя школа № 2 — Чинар — Республика Дагестан Администрация Дербентского района СШ № 1 с. Чинар (Дербентский район) " любимая школа Магомедсалам Магомедов: «Для эффективности сельского хозяйства в Дагестане будут созданы агрохолдинги» Arxivləşdirilib 2010-07-27 at the Wayback Machine Сегодня президент Дагестана Магомедсалам Магомедов посетил Дербентский район Московско-дагестанская медицинская ассоциация Arxivləşdirilib 2017-06-04 at the Wayback Machine Президент РД вручил Государственные награды Учреждения дополнительного образования (ШВСМ, СДЮШОР, ДЮСШ и др.) Жители Чинара Дербентского района Дагестана отметили 50-летие со дня основания села Почтовые индексы и коды ОКАТО — Чинар село Дербентский район … Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населенных пунктов — райцентров и сельских населенных пунктов с населением 3 тысячи и более человекArxivləşdirilib 2011-09-17 at the Wayback Machine Народная энциклопедия «Мой город». Республика Дагестан.
Çinar (Germi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (39 ailə).
Çinar (Miyanə)
Çinar (fars. چنار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (19 ailə).
Çinar (Tarım)
Çinar (az-əbcəd. چینار‎, fars. چنار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə yaşayış yoxdur.
Çinar (Xalxal)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Çinar (dəqiqləşdirmə)
Çinar — ağac. Çinar (kafe) — Bakı şəhərində kafe. "Çinar" rəqs ansamblı — qızlardan ibarət xalq rəqs ansamblı. Kəndlər Çinar (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Çinar (Dərbənd) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati ərazi vahidində kənd. Çinar (Əcəbşir) — İranda kənd.
Çinar (kafe)
"Çinar" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe. Kafe Azneft meydanında yerləşirdi. 2010-cu ildə kafenin binası sökülərək, kafenin yerində Paşa Holding-ə məxsus "Chinar" adlı restoran tikilib.
Hear Them Calling
Hear Them Calling (azərb. Onların çağırışlarını eşidirəm‎) — İslandiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Qreta Saloume "Hear Them Calling" mahnısı ilə İslandiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Hear What I Say (albom)
Hear What I Say (azərb. Eşidin mən nə deyirəm‎) – C. C. Catch-in 1989-cu ildə çıxardığı albomudur. Diter Bolen bu alboma prodüserlik etməmişdir.
What We Saw from the Cheap Seats
What We Saw from the Cheap Seats — ABŞ müğənnisi Regina Spektorun altıncı studiya albomu. 29 may 2012-ci ildə Sire Records tərəfindən buraxılıb.