Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken — ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Hemsted
Hemsted - Hollandiyada şəhəridir. Şimali Hollandiyanın niderland əyalətində yerləşir. Amsterdamın qərbindədir. Sahəsi 9,64 kv.km, 9,2 kv.km. quru torpaqdır. Əhalinin sayı 2007-ci ildə 25 555 nəfərdir. Əhalinin sıxlığı isə 2650,9 nəfərdir. == Nəqliyyat == Şəhərdə Halem-Leyden dəmir yolu stansiyası var. Şəhərin mərkəzində Qrunendal parkı var. Burada çoxlu sayda qədim evlər var.
Quicken Loans Arena
Quicken Loans Arena və ya digər adı ilə "The Q" ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşir. Bu arena NBA üzvü Klivlend Kavalers, Amerika Hokkey Liqasında çıxış edən Klivlend Monsters və Arena Futbol Liqasının üzvü Klivlend Qladitors komandalarının oyunlarına ev sahibliyi edir. Bundan əlavə arena Klivlend Steyt Vikinqs kişi və qadın basketbol komandalarının ikinci arenasıdır.
Heart
Heart — L'Arc~en~Ciel qrupunun albomudur.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
Frederik Ferdinand Helsted
Frederik Ferdinand Helsted (18 mart 1809[…], Kopenhagen – 11 dekabr 1875, Kopenhagen) — Danimarka rəssamı və rəsm müəllimi. == Həyatı == Frederik Ferdinand Helsted 18 mart 1809-cu ildə Danimarkanın paytaxtı olan Kopenhagen şəhərində anadan olmuşdur. O, Yohann Helsted və An Mari Salatinin oğludur. Helsted erkən illərində atasının emalatxanasında çəkməçi kimi işləmişdir. O, 1834-cü ildən 1837-ci ilə qədər Danimarka Kral İncəsənət Akademiyasında təhsil almışdır. Burada o, əsərlərinə görə 2 gümüş medal və bir nağd mükafat qazanmışdır. Helsted Düsseldorf, Nitsa, Florensiya və Roma şəhərlərinə etüd səyahətinə çıxmışdır. O, 1845-ci ildə Kopenhagen şəhərində bir rəssamlıq məktəbi təsis etmişdir. Helsted bu məktəbə 30 il rəhbərlik etmişdir. O, 1849-cu ildən sonra rəssamlıq karyerasını sona çatdırmış və rəssamlıq dərsləri verməyə diqqət mərkəzinə çevirmişdir.
Rebel Heart
Rebel Heart — Madonnanın 13-cü studiya albomu. Albom 6 mart 2015 tarixində satışa çıxarıldı və alboma dəstək məqsədi ilə Madonna 9 sentyabr 2015 tarixindən eyni adlı konsert turnesinə start verdi..
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Electra Heart
Electra Heart — uelsli müğənni Marina Diamandisin, Marina and the Diamonds adı altında buraxdığı ikinci studiya albomu. 27 aprel 2012-ci ildə 679 Artists və Atlantic Records tərəfindən yayımlanıb. Marina Diamandis Amerika pop mədəniyyətində tez-tez rast gəlinən müxtəlif qadın stereotiplərini təmsil etmək və tənqid etmək üçün "Elektra Heart" personajını yaratmışdır. Bu personaj dörd fərqli arxetipi təcəssüm etdirir: Evdar qadın (ing. House Wife), Gözəllik Kraliçası (ing. Beauty Queen), Ailə dağıdan (ing. Homewrecker) və işsiz yeniyetmə (ing. Idle Teen). Diamandis cəmiyyətin qadınlara müəyyən rollara uyğunlaşmaq üçün necə təzyiq etdiyini vurğulamaq üçün bu personajdan istifadə edir. O, bu stereotiplərə meydan oxumaq və qadınların çox vaxt cəmiyyətin gözləntiləri ilə necə məhdudlaşdığını göstərməyə çalışır.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Heart Attack (dəqiqləşdirmə)
Heart Attack — One Directionun mahnısı. Heart Attack (Demi Lovato) — Demi Lovatonun mahnısı.
X My Heart
X My Heart (azərb. Qəlbimdən keçdim‎) — Azərbaycanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Aysel Məmmədova "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Pop üslubunda olan mahnı daha öncə Belarusun 2007, Ukraynanın 2008, Yunanıstanın 2009 və 2017, Rusiyanın 2014 və 2016, Azərbaycanın 2013 Avroviziya mahnılarını bəstələyən yunan bəstəkar Dimitris Kantopulos ilə Azərbaycanın 2010, 2011, 2012, 2015 və 2017 Avroviziya mahnılarını bəstələyən isveçli bəstəkar Sandra Byurmanın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnı Belçikanın 2017 Avroviziya mahnısı üzərində çalışan ingilis bəstəkar Tim Bran tərəfindən aranjman olunmuşdur.
Moonlight Densetsu / Heart Moving
"Moonlight Densetsu" (ムーンライト伝説/HEART MOVING, azərb. Ay işığı əfsanəsi‎) — Dali və Misae Takamatsunun sinqlı. 1992-ci ilin 21 martında Yaponiyada yayımlanmışdır. Sinqlın Dali tərəfindən hazırlanmış versiyası "Seylor Mun" animesinin ilk iki mövsümünün açılış mahnısı, Moon Lips tərəfindən hazırlanmış versiyası isə növbəti iki mövsümünün açılış mahnısı kimi istifadə olunmuşdur. == Qəbul == "Moonlight Densetsu" mahnısı Yaponiyada böyük uğur qazanmışdır. 1995-ci ildə Yaponiya Səsyazma Assosasiya Kompaniyası tərəfindən qızıl sertifikasiya almışdır. 2008-ci ildə Yaponiyanın Goo axtarış sistemi tərəfindən mahnı 1991-2000-ci illərin ən məşhur anime mahnısı seçilmişdir. 4-5 iyul 2016-cı ildə Kadokawa və Enterbrain nəşriyyatlarının "CD & DL Data" musiqi jurnalı tərəfindən 6.956 nəfər (3.819 kişi, 3.137 qadın) arasında keçirdiyi araşdırmada "Moonlight Densetsu" ən populyar 3-cü mahnı seçilmişdir. == Mahnı siyahısı == == İstinadlar == == Xarici keçidlər == Seylor Mun diskoqrafiyası > Sinqllar Sailormusic.net-də Discogs-da.
New York Heart Association
NYHA təsnifatı Nyu York Ürək Assosiasiyasının ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib. Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib. Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
Total Eclipse of the Heart
Total Eclipse of the Heart – Bonnie Tylerin 1982-ci ildə Faster Than the Speed of Night albomundan çıxardığı sinql. Mahnının müəllifi Jim Steinmandır. Mahnı Tylerin ən uğurli mahnısı olmuşdur.
Sgt. Pepper's Lonely Hearts Club Band
Sgt. Pepper's Lonely Hearts Club Band — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Epizod 1 === "Sgt. Pepper's Lonely Hearts Club Band" – 2:04 "With a Little Help from My Friends" – 2:46 "Lucy In the Sky with Diamonds" – 3:07 "Getting Better" – 2:49 "Fixing a Hole" – 2:38 "She's Leaving Home" – 3:37 "Being for the Benefit of Mr. Kite!" – 2:39 === Epizod 2 === "Within You Without You" – 5:07 "When I'm Sixty-Four" – 2:37 "Lovely Rita" – 2:44 "Good Morning Good Morning" – 2:43 "Sgt. Pepper's Lonely Hearts Club Band (Reprise)" – 1:20 "A Day in the Life" – 5:33 == İstinadlar == == Xarici keçidlər == Sgt.
I Can Lose My Heart Tonight
I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm‎, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.. == Klip == "I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir.
Çiken burnu
Çiken burnu (ukr. Чікенин) — Krım yarımadasının cənub-şərqində yerləşən burun. Novı Svet və Morskoye qəsəbələri arasında yerləşir. "Novı Svet" botanik yasaqlığı ərazisinə daxildir. Burun Karaul Oba dağının Qara dənizə olan bir çıxıntısıdır. Dağ Dəliliman və Kutlak buxtalarını ayırır. Burun Karaul-Oba dağları kimi qədim mərcan rifidir. Əsasən əhəng daşından təşkil olunmuşdur. Bəzi mənbələrdə Çiken burnunu Koba Kaya dağının bir cənub-şərq çıxıntısı hesab edirlər.
Çiçen-İtsa
Çiçen-İtsa — mayyalılar tərəfindən ən son klassik mədəniyyət dövründə tikilmiş Kolumb əvvəli şəhərdir. O, arxeoloji cəhətdən Meksinanın Yukatan ştatındakı Tinum bələdiyyəsində yerləşir. Çiçen-İtsa son klassik dövrdən (600-900) başlayaraq ən son klassik dövrdə (800-900) bütövlükdə və hətta post-klassik dövrün (900-1200) erkən illərində şimali mayya ovalıqlarının əsas fokus nöqtəsi olmuşdur. Ərazidə Şimali Mayya ovalıqlardakı Puuk və Çenes və həmçinin mərkəzi Meksikada rast gəlinən digər arxeoloji üslubların qalıqları cəmləşmişdir. Burada mərkəzi Meksika üslublarına rast gəlinməsi ilk öncə birbaşa miqrasiya və ya Meksika tərəfindən işğalın nəticəsi kimi başa düşülürdü, lakin ən müasir araşdırmalar bunun mədəni diffuziya nəticəsində baş verdiyini qeyd edir. Çiçen-İtsa mayya sivilizasiyasına aid ən böyük şəhərlərdən biri idi. == Ad və orfoqrafiya == Mayalılara məxsus “Chichen İtsa” adı “İtsa quyusunun ağzında” mənasını verir. Yəni, chi' sözü ağız və ya kənar, chʼen və ya chʼeʼen sözləri isə quyu kimi tərcümə olunur. Itzá isə şimali yarımadada iqtisadi və siyasi üstünlük əldə etmiş etnik qrupun adıdır. Bu sözün tərcüməsi ilə bağlı ehtimallardan biri “suyun sehrbazı (və ya sehri)” dir.
I Can Lose My Heart Tonight '99
I Can Lose My Heart Tonight '99 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır. == Tarixi == 1999-cu ilin 11 yanvar ayında C. C. Catch Diter Bolenin müraciəti ilə yenidən musiqi səhnəsinə qayıdaraq, ilk ifa etdiyi "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Demək olar ki, yeni versiya rep janrında idi. Klipdə rep sözlərini Kreyzi adlı repçi ifa edir. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda yer tutmuşdu. Mahnı 1999-ci ilin Yanvar ayında yazılmışdır.
Don't Take Away My Heart (Modern Talking)
Don't Take Away My Heart (azərb. Götürmə mənim ürəyimi uzağa‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
You're My Heart, You're My Soul
You're My Heart, You're My Soul (azərb. Sən mənim ürəyim, sən mənim ruhum‎) – Modern Talking qrupunun ikinci albomu The 1st Album albomunun ilk sinqlıdır.Bu mahnı Almaniya hit-paradında 1-ci yeri tutmuşdur. == Komplizasiyaların siyahısı == 7" Single Hansa You're My Heart, You're My Soul 3:48 You're My Heart, You're My Soul (Instrumental) 4:01 12" Maxi Hansa You're My Heart, You're My Soul 5:35 You're My Heart, You're My Soul (Instrumental) 4:01 == Hit-paradlarda tutduğu yerlər == == İstinadlar == == Xarici keçidlər == Kaver veersiyalar Modern Talking Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine Modern Talking (ing.) Modern Talking — You’re My Heart, you’re My Soul Arxivləşdirilib 2009-08-02 at the Wayback Machine History of System in blue. The true story about Modern Talking Arxivləşdirilib 2009-10-28 at the Wayback Machine .
You're My Heart, You're My Soul (Modern Talking)
You're My Heart, You're My Soul (azərb. Sən mənim ürəyim, sən mənim ruhum‎) – Modern Talking qrupunun ikinci albomu The 1st Album albomunun ilk sinqlıdır.Bu mahnı Almaniya hit-paradında 1-ci yeri tutmuşdur. == Komplizasiyaların siyahısı == 7" Single Hansa You're My Heart, You're My Soul 3:48 You're My Heart, You're My Soul (Instrumental) 4:01 12" Maxi Hansa You're My Heart, You're My Soul 5:35 You're My Heart, You're My Soul (Instrumental) 4:01 == Hit-paradlarda tutduğu yerlər == == İstinadlar == == Xarici keçidlər == Kaver veersiyalar Modern Talking Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine Modern Talking (ing.) Modern Talking — You’re My Heart, you’re My Soul Arxivləşdirilib 2009-08-02 at the Wayback Machine History of System in blue. The true story about Modern Talking Arxivləşdirilib 2009-10-28 at the Wayback Machine .
You're My Heart, You're My Soul '98 (Modern Talking)
You're My Heart, You're My Soul '98 (azərb. Sən mənim ürəyim, sən mənim ruhum‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.