Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günotu
Günotu (lat. Hemerocallis) – günotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Həmçinin bax == Günotu:The Plant List saytında takson barədə məlumat.
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. İtotu:The Plant List saytında takson barədə məlumat.
Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. == Həyatı == Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.
Albaniya kinosu
Albaniya kinosu — Albaniyanın kinematoqrafiya və film sənayesi. == Tarixi == Albaniyada kinematoqrafiya kommunist hakimiyyəti illərində yaranmışdır. Sovet və alban kino işçilərinin birgə yaratdığı "Yeni Albaniya", "Albaniya" sənədli filmləri və 1954-cü ildə rejissor Sergey Yutkeviçin çəkdiyi "Albaniyanın böyük sərkərdəsi İsgəndərbəy" rəngli bədii filmi Albaniya milli kinosunun ilk addımları hesab edilir. Rejissor Kristaç Damonun çəkdiyi "Tana" və "Fırtına" filmləri Albaniya kinosunun ən yaxşı filmlərindən hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Abdurrahim Myftiu, Albanian Cinema.Guide of Albanian History and Cultural Heritage. Tirana, 2000 Françoise Audé, article, Positif, numéro327, p.73. Anne-Marie Autissier, «Le Cinéma albanais : état des lieux et perspectives», Le Bulletin de l’IDATE numéro41, 1990, p.47-50. Collectif, Le Cinéma albanais, Paris, Groupe de travail de l’Université de Vincennes-Paris VIII, 1975, 58 p. Gérard Girard, «Le cinéma albanais», Écran, numéro48, p.73. Guy Hennebelle, «Les méfaits de l’angélisme socialiste», Écran, numéro58, p.5.
Almaniya kinosu
Almaniya kinematoqrafı — Almaniya mədəniyyətinin və dünya kinosunun vacib bir hissəsi. Almaniyada istehsal olunan filmlərdən ibarətdir. Dünyada kinematoqrafiyanın yaranmasının rəsmi tarixindən iki ay əvvəl, 1895-ci il noyabrın 1-də ixtiraçılar Emil və Maks Skladanovskilər Berlinin “Vinter qarten” müzik-hollunun binasında özlərinin hazırladığı proyeksiya aparatı (bioskop) vasitəsilə qısametrajlı filmlər nümayiş etdirdilər. 1896-cı ildə Oskar Messter Almaniyda qısametrajlı sənədli və bədii filmlər istehsal edən ilk studiya açdı. Sonradan “Messter Film” və “Deutsche Bioskop” (hər ikisi 1897), “Münxener Kunstfilm” (1907), “Union” (1910) və başqa kinofirmalar fəaliyyət göstərirdi. 1910-cu illərdə görkəmli dramaturqlar A.Şnitsler, Q. Hauptman, Q.Zuderman və başqa kinematoqrafiya işində yaxından iştirak etməklə bu sahənin çiçəklənmə dövrü başladı. Bir çox tanınmış teatr aktyorları P.Vegener, A.Basserman, M.Pallenberq və s. kinematoqrafa gəldi. “Mavi siçan” (1912, rej. M.Mak), “Praqalı tələbə” (1913, rejisorlar S.Rie və Vegener) və s.
Amblyseius cinctus
Amblyseius cinctus (lat. Amblyseius cinctus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius cinctus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amerika yenotu
Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər.
Hindistan kinosu
Hindistan yarımadasında istehsal olunan filmlərə hind kinosu deyilir. Amerika kino istehsalı ilə yanaşı, Hindistan kinosu rəqəmsal olaraq dünyada söz sahibidir. O, hətta 1980-ci illərdə gündə 3 film çəkməklə Amerika kinosunu da geridə qoymuşdur. == Yerli prodakşnlar == Hind kinosu müxtəlif yerli prodakşnlar üçün istifadə olunan bir anlayışdır. Bu prodakşnlarda adətən fərqli aktyorlar, mövzular və dillər olur. Bununla belə, fikir mübadiləsi həyata keçirilir. Bu prodakşnlardan ən önəmlisi və dünyada ən məşhuru Bollivuddur. Bundan əlavə, Kollywood, Tollywood və digər yerli prodakşnlar da mövcuddur.
Kiçik günotu
Kiçik günotu (lat. Hemerocallis minor) - günotu cinsinə aid bitki növü.
Kürən günotu
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. == Sinonim == Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.
Minoru Honda
Minoru Honda (本田 実, Honda Minoru, 26 fevral 1913, Tottori prefekturası – 26 avqust 1990, Kuraşiki, Okayama prefekturası) – Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir. Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır. Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir. Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir. O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır. 1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır. 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur. 1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir.
Minoru Kobata
Minoru Kobata (d. 24 noyabr 1946) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Moldova kinosu
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
Monqolustan kinosu
Monqolustan kinosu — Monqolustanın kinematoqrafiya və film sənayesi. 1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılmış, 1937-ci ildə "Dünyanın o başında" adlı ilk monqol bədii filmi çəkilmişdir. Milli kino sənətinin təşəkkülü və kino mütəxəssislərinin yetişməsində sovet kinematorqrafçılarının böyük rolu olmuşdur. "Monqolustanın oğlu" (1936, rejissor İ. Trauberq), "Onun adı Suxe-Batordur" (1942, rejissor A. Zarxi və İ. Xeyfits), "Səhra qəhrəmanları" (1945, rejissor Y. Tariç) və s. sovet filmlərində monqol aktyorları və operatorları iştirak etmişdir. "Bizə nə mane olur", "Ürəyin səsi ilə", "Şəffaf Tamir", "Uzaq Miraj" (1956, 1966, 1970, 1981, rejissor R. Dorjpalam), "Həyatın astanasında" (1952, rejissor S. Kenden), "Daşqın, "Kürəkən", "Həyat naminə", "Böyük ailə" (1966, 1971, 1976, 1980, rejissor D. Jizjid), "Nəticə" (1968, SSRİ ilə birgə; rejissor A. Bobrovski və J. Buntar), "Juvada" (1973), "Böyük yolun başlanğıcında" (1978), "Qobi və Xinqandan keçərək" (1981, SSRİ ilə birgə; hər üç filmin rejissoru B. Sumxuu) bədii filmləri monqol kinosunun nailiyyətləridir.
Riparia cincta
Riparia cincta (lat. Riparia cincta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü.
Rondeletia cincta
Rondeletia cincta (lat. Rondeletia cincta) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.
Rumıniya kinosu
Rumıniya tamaşaçıları Lümyer qardaşlarının filmilərini 1896-cı ildə izlədilər. Artıq 1897-ci ildə Rumın həvəskar operatorların sənədli filmləri ekrana çıxdı. "Daşqın", "Hərbi eskadranın gəlişi" və s. ilk Rumın filmlərindəndir. İlk bədii Rumın filmi isə 1912-ci ildə çəkilmişdir. Bu film Rumıniyanın türk işğalından azad olunmasına həsr edilmişdir. "Azadlıq müharibəsi" filminin təşəbbüskarı Buxarestdə "Lirik" teatrın sahibkarı Lion Popesku idi. Filmin rejissoru və operatoru fransız Done idi. Bu vətənpərvər ruhlu film şahzadə Karl və hərbi nazir Filipesku tərəfindən bəyənilmişdi. Nazirin əmri ilə çəkilişə lazım olan döyüşçü qüvvəsi cəlb olundu.
Test pilotu
Test pilotu — yeni yaradılmış olan təyyarələrdə meydana çıxması ehtimal edilə bilən hər cür qəza və yanğını bir sınaq uçuşu ilə araşdıran təhkim edilmiş şəxs. Test pilotlarının yaxşı uçuş mühəndisliyi təhsili alması vacibdir. 1950-ci illərdən sonra bir çox test pilotu kosmonavt olmuşdur. Test uçuşundan anlamalıdır; Təyyarənin xüsusiyyətlərini bütün tərəfləri ilə bilməlidir; Hər test uçuşunun nəticəsini çıxarmağı bacarmalıdır; Yaxşı ön müşahidə qabiliyyətinə sahib olmalıdır, problem yarandıqda müdaxilə etməyi bacarmalıdır. Neil Armstrong, X-15 pilotu və Ay səthində gəzmiş ilk insan.
Avstriya kinosu
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. == Tarixi == Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Türk kinosu
Türkiyə kinosu və ya Yeşilçam Türkiyə filmləri incəsənəti və sənayesinə aiddir. Bu, Türkiyə mədəniyyətinin mühüm tərkib hissəsidir və son illər ərzində çiçəklənmişdir. Son vaxtlar Ərəb dünyasında və nadir hallarda, Birləşmiş Ştatlarda maraqla qarşılanır. Osmanlı imperiyasında nümayiş etdirilən ilk film Lümyer qardaşlarının çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filmi idi. Türkiyə istehsalı olan ilk film rejissoru Fuat Uzkınay olan və çəkilişi 1914-cü ildə tamamlanmış Ayastefanosdakı rus abidəsinin yıxılması adlı sənədli filmdir. Türkiyədə ilk səsli film 1931-ci ildə nümayiş etdirilmişdir. Osmanlının kinoteatrla tanışlığı ilk dəfə 1895-ci ildə baş vermişdir. Lümyer qardaşların çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filminin, 29 dekabr 1895-ci ildə, Parisdəki ilk nümayişindən təxminən bir il sonra, bir alman yəhudisi olan Ziqmund Uenberq tərəfindən, İstanbulda Qalatasarayda bir barda göstərilməsi ilə Türk cəmiyyəti kinoteatrla tanış olmuşdur. Türkiyədə xalqa açıq ilk kinoteatr 19 mart 1910-cu ildə, İstanbulda Şahzadəbaşında "Milli Kino" adı altında fəaliyyətə başlamışdır. O zaman İstanbul liseyində film nümayişləri keçirən komanda maddi imkan taparaq ikinci Türk kinoteatrını Əli Əfəndi Filmlərini açmışdır.
Türkiyə kinosu
Türkiyə kinosu və ya Yeşilçam Türkiyə filmləri incəsənəti və sənayesinə aiddir. Bu, Türkiyə mədəniyyətinin mühüm tərkib hissəsidir və son illər ərzində çiçəklənmişdir. Son vaxtlar Ərəb dünyasında və nadir hallarda, Birləşmiş Ştatlarda maraqla qarşılanır. Osmanlı imperiyasında nümayiş etdirilən ilk film Lümyer qardaşlarının çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filmi idi. Türkiyə istehsalı olan ilk film rejissoru Fuat Uzkınay olan və çəkilişi 1914-cü ildə tamamlanmış Ayastefanosdakı rus abidəsinin yıxılması adlı sənədli filmdir. Türkiyədə ilk səsli film 1931-ci ildə nümayiş etdirilmişdir. Osmanlının kinoteatrla tanışlığı ilk dəfə 1895-ci ildə baş vermişdir. Lümyer qardaşların çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filminin, 29 dekabr 1895-ci ildə, Parisdəki ilk nümayişindən təxminən bir il sonra, bir alman yəhudisi olan Ziqmund Uenberq tərəfindən, İstanbulda Qalatasarayda bir barda göstərilməsi ilə Türk cəmiyyəti kinoteatrla tanış olmuşdur. Türkiyədə xalqa açıq ilk kinoteatr 19 mart 1910-cu ildə, İstanbulda Şahzadəbaşında "Milli Kino" adı altında fəaliyyətə başlamışdır. O zaman İstanbul liseyində film nümayişləri keçirən komanda maddi imkan taparaq ikinci Türk kinoteatrını Əli Əfəndi Filmlərini açmışdır.
Yanotu yarpaqyeyəni
Yanotu yarpaqyeyəni (lat. Galeruca tanaceti) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ. Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir. Böcəklər və sürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər. Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir.
Şinobu Ono
Şinobu Ono (d. 23 yanvar 1984) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 139 oyun keçirib, 40 qol vurub.
Şinobu Ota
Şinobu Ota (d. 28 dekabr 1993) — Yaponiyanı təmsil edən yunan-roma güləşçisi. Şinobu Ota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı. Şinobu Ota 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə İran güləşçisi, son Olimpiya çempionu Həmid Soriyanı 5:4, ikinci görüşdə Qazaxıstan güləşçisi Almat Kebispayevi 6:0, üçüncü görüşdə Norveç nümayəndəsi Stig-Andre Bergeni 4:0, dördüncü görüşdə isə Azərbaycanlı Rövşən Bayramovu 4:2 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Şinobu Ota Kuba güləşçisi, son Dünya çempionu İsmael Borreroya 0:8 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Şinobu İkeda
Şinobu İkeda (d. 5 yanvar 1962) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Qıfotu
Qıfotu (lat. Vinca) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin adının yaranma tarixi məlum deyildir. Cinsə 12 növ daxildir. İkisindən gülçülükdə istifadə olunur. Qıfotu üzvi maddələrlə zəngin, rütubətli torpaqda və kölgəli sahələrdə yaxşı inkişaf edir. Günəşin və suyun olmaması bitkinin məhvinə səbəb olur. Qələmlə çoxaldılır. Bunun üçün cavan, sürünən gövdənin hər hissəsindən 2-3 buğum kəsmək lazımdır. Gülçülükdə 2 növündən istifadə olunur.
Çiləotu
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Çindoqu
Çindoqu (珍道具) – Yaponiya mənşəli zarafat. Bu anlayışa görə şəxs gündəlik həyatda bəzi işləri asanlaşdıracaq şeylər ixtira etdiyi görünür, lakin bu, əslində işə yaramaz zarafatdan başqa şey deyil. "Çindoqu" sözü "yararsız" (珍, chin) və "alət" (道具, dōgu) sözlərinin birləşməsindən yaranmışdır. Termin ilk dəfə "Mail Order Life" jurnalının redaktoru və ixtiraçı Kenci Kavakami tərəfindən işlədilib. Çindoqunun atası olan Kavakami indiyə qədər 600-dən çox çindoquya imza atmışdır. O, "101 lazımsız yapon ixtirası" və "99 daha da lazımsız yapon ixtirası" kitablarının müəllifidir. Kitabları bir neçə dilə tərcümə olunmuşdur. Çindoqu fəsləsəfi haqqında bir çox kitab və məqalə yazılmışdır. Çindoqu fəlsəfəsinə görə ixtira bu xüsusiyyətləri daşımalıdır: Çindoqu real məqsədlər üçün istifadə oluna bilməz. Çindoqu işlək vəziyyətdə olmalıdır.
İnönü
İnönü bu mənaları ifadə edə bilər:
Kiçik qıfotu
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır. == Botaniki xarakteristikası == Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir.
Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır.
Əyri çiləotu
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.