Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
The White Guard
Ağ Qvardiya (rus. Белая гвардия) 20-ci əsr rus yazıçısı Mixail Bulqakovun sonralar "The Master and Margarita" adlı tənqidçilər tərəfindən bəyənilən bir romanıdır. Ağ Qvardiya ilk dəfə 1925-ci ildə Sovet İttifaqı dövründə nəşr olunan "Rossiya" lakin serial tamamlanmadan jurnal bağlandı. 1966-cı ilə qədər Rusiyada yenidən çap olunmadı. White Guard ilk iki hissələri Rossiya dərc edilmişdir sonra, Bulgakov mərhələ üçün bir versiyası yazmaq üçün dəvət olunub. O deyilən Başla <i id="mwGg">Turbins günləri</i> . Bu, Moskva İncəsənət Teatrında böyük bəyənmə ilə hazırlandı: "Turbinlər Günü … bir teatr əfsanəsinə çevrildi. . . Prodüser 1926-cı ildən 1941-ci ilə qədər davam etdi, 987 tamaşa var idi. . . Stalin … 20 dəfədən az olmayaraq gördü ". Əslində tamaşa kitabı tamamilə kölgədə qoydu, hər halda istənilən formada praktik olaraq əlçatmaz idi.
Florida Gulf Coast Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
Half-Life 2: Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
La-Qard
La-Qard (Yuxarı Provans Alpları)
Qurd (dəqiqləşdirmə)
Qurd — canavar. Qurd — böcək. Qurd — Adi canavar. Qurd (repçi) — Azərbaycanlı repçi.
Qurd (repçi)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992–2003-cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007–2008-ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Qurd adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar “skinwalker”lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Qurd qırmız
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Yaşar Qurd
Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir. Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır.. 2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Coult.
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Covas
Gilermo Kovas (ing. Guillermo Covas; 1 fevral 1915, La Plata – 30 avqust 1995) — Argentina botaniki. Gilermo Kovas Sumaqkimilər üzrə ixtisaslaşmışdır.
Crest
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
JOWST
Yoakim Uid Stin (norv. Joakim With Steen; d. 26 iyun 1989, Tronheym, Norveç) və ya səhnə adı ilə JOWST — Norveç musiqiçisi, prodüseri və bəstəkarı. O, 2017 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdır. Yoakim Uid Stin 26 iyun 1989-cu ildə Norveçin Tronheym şəhərində anadan olmuş və Tiller şəhərində böyümüşdür. Stin 14 yaşında ikən o ailəsi ilə birlikdə Steynxyer şəhərinə köçmüşdür. On beş yaşında o əsasən gitara, rok, mahnı yazmaq və qrup yaratmaq barədə düşünürdü. Stin ölkənin paytaxtı Osloda yerləşən Noroff institutunda səs və musiqi prodüserliyi ixtisası üzrə təhsil almışdır. O daha sonra həmin institutda təhsil aldığı ixtisas üzrə müəllimlik etmiş və mühazirələr oxumuşdur. O həmin zamanlarda həm də Fornebu şəhərində Earport Studiosda prodüser olaraq çalışırdı.
Xovst
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Xost şəhəridir. Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali daricə danışır.
Eduard
Eduard — kişi adı. Eduard — İngiltərə kralı. I Eduard — İngiltərə kralı. II Eduard — İngiltərə kralı. III Eduard — İngiltərə kralı. IV Eduard — İngiltərə kralı. V Eduard — İngiltərə kralı. VI Eduard — İngiltərə kralı. VII Eduard — İngiltərə kralı. VIII Eduard — İngiltərə kralı.
Gepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Geqard
Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.. Dini tikilinin tam adı Geğardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır. Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.
Guarea
Guarea (lat. Guarea) — meliekimilər fəsiləsinə aid bitki cinsi. Guarea:The Plant List saytında takson barədə məlumat.
Gugəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
"Qurd qapısı" qəbiristanlığı
La-Qard (İzer)
La-Qard (fr. La Garde) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38177. Kommunanın 1999-cu il üçün əhalisi 66 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 715 ilə 1859 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Lyambliyoz qurd xəstəliyi
Qurd (Fərid Eminov)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992–2003-cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007–2008-ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Mehmed Paşa
Qurd Mehmed Paşa (ö. 1605) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilini tamamlamasının ardından öncə qapıçıbaşı, sonra miraxur və 1590-cı ildə mirialəm oldu. 1595-ci ildə Misir bəylərbəyi oldu və 1596-cı ilin aprelinə qədər bu vəzifədə qaldı. 1597-ci ildə Hələb bəylərbəyi, ardından divan vəziri oldu. 1605-ci ildə İstanbulda vəfat etdi. Sicill-i Osmani III, səh.
Qurd Təpə (Urmiya)
Qurt Təpə (fars. قورت تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 316 nəfər yaşayır (85 ailə).
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir. Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur.
Qırmızı qurd eşənəyi
Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur. Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib. Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər: İrsi / Genetik Ətraf mühit: infeksiya, günəş şüası Dərmanlar Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur: sistematik - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir. dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur .
Ümid Qurd (tarixçi)
Ümid Qurd (türk. Ümit Kurt) — Türkiyə tarixçisi. O, müasir Yaxın Şərqi araşdırır. Onun bir çox nəşrləri erməni soyqırımından bəhs edir. 2016-cı ildə Klark Universitetində erməni soyqırımı üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Qurd etnik olaraq kürd və ərəb mənşəlidir. O, Qaziantepdə doğulub boya-başa çatmışdır. Kurt, Ümit. "Türk'ün Büyük, Biçare Irkı" Türk Yurdu'nda Milliyetçiliğin Esasları (1911-1916) [The Great, Hopeless Turkish Race: Fundamentals of Turkish Nationalism in the Turkish Homeland, 1911-1916] (türk). Iletişim.
Qurd qapısı qəbiristanlığı
Ümumşəhər qəbiristanlığı — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq. Yasamal qəbiristanlığı — Bakının Yasamal rayonunda yerləşən məzarlıq.
Gvarda
Gvarda (gürc. გვანდრა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 60 m hündürlüktə, Qara dənizdən 15 km və Suxumidən 2 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 603.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
VCard
vCard — elektron biznes kartlarının ötürülməsi üçün fayllar formatıdır. vCard-fayl hərəsinin özündə bir biznes kartı saxlayan müxtəlif vCard-yazılardan ibarətdir. vCard-yazı özündə ad, ünvan, telefon nömrələri, URL, loqo, video və audio parçalar birləşdirə bilər. Формат vCard və ya Versitcard formatı 1995-ci ildə Apple Computer, AT&T (sonradan Lucent), IBM və Siemens-in daxil olduğu Versit konsorsium tərəfindən hazırlanılıb. 1996-cı ilin dekabr ayında formata olan bütün haqlar Internet Mail Consortium-a keçib. 2.1 versiyası çoxlu sayda poçt kliyentləri tərəfindən dəstək alıb. 3.0 versiyası RFC 2425 və RFC 2426-da izah olunub. Adətən vCard faylı .vcf genişlənməsinə malik olur. BEGIN:VCARD VERSION:3.0 N:Oder;Orxan FN:Orxan Oder ORG:AzViki URL:http://az.wikipedia.org/ EMAIL;TYPE=INTERNET:[email protected] END:VCARD vCard özündə bu xüsusiyyətləri birləşdirir: *FN, *N, NICKNAME, *PHOTO, *BDAY, *ADR, *LABEL, *TEL, *EMAIL, *MAILER, *TZ, *GEO, *TITLE, *ROLE, *LOGO, *AGENT, *ORG, CATEGORIES, *NOTE, PRODID, *REV, SORT-STRING, *SOUND, *URL, *UID, *VERSION, CLASS, *KEY bax. vCard RFC 2425 genişlənməsində olduğu üçün o həm də bu uyğunluqları dəstəkləyir: SOURCE, NAME, PROFILE, BEGIN, END. vCard "X-" prefiksli şəxsi genişlənmələri dəstəkləyir.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
HOST
H. O. S. T (Hava Od Su Torpaq) — Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Cas9
Cas9 (CRISPR ilə əlaqəli protein 9) - antiviral xüsusiyyətlərə malik bakterial mənşəli bir proteindir . DNT-ni xüsusi ardıcıllıqla kəsmək qabiliyyəti onu geniş istifadə perspektivləri olan molekulyar biologiya vasitəsinə çevirmişdir . Elmi qurucularımızdan biri olan Dr. Emmanuel Charpentier CRISPR/Cas9 gen redaktəsini icad etmişdir. O vaxta qədər insanlar “CRISPR” sözünü yalnız bəzi bakteriya növlərinin antiviral mexanizmin bir hissəsi kimi istifadə etdiyi genetik məlumatın "Clustered Regularly Interspaced Short Palindromic Repeats" üçün qısaldılmış adı kimi bilirdilər. İndi, bir gen redaktə vasitəsi olaraq, CRISPR/Cas9 biotibbi tədqiqatlarda inqilab etdi və tezliklə bir neçə bioloji yeniliyin əvvəllər olduğu şəkildə tibbi sıçrayışlara imkan verə bilər. CRISPR/Cas9 DNT-ni dəqiq şəkildə kəsərək və sonra təbii DNT təmiri proseslərini öz üzərinə götürməklə genləri redaktə edir. Sistem iki hissədən ibarətdir: Cas9 fermenti və bələdçi RNT. CRISPR metodunun tibb və sağlamlıqda yeni dərman inkişaf işlərində, xəstə genlərin müəyyən edilməsində və müalicədə istifadə oluna biləcəyi düşünülür. Məsələn, tədqiqatçılar oraq hüceyrəli anemiya və hemofiliya kimi xəstəliklərə səbəb olan genetik pozğunluqlar üçün məqsədyönlü, effektiv müalicələr hazırlamaq üçün CRISPR-dən istifadə edirlər . 2019 - cu ildə aparılan bir araşdırma, genetik korluğu olan yetkin siçovulların CRISPR gen terapiyasından istifadə edərək müalicə oluna biləcəyini göstərdi.
Corat bələdiyyəsi
Sumqayıt bələdiyyələri — Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.