Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eye Cue (qrup)
Eye Cue — Broyan Traykovski və Mariya İvanovskadan təşkil olunan Makedoniyalı musiqi dueti. Onları bəzən səhnədə təbilçi İvo Mitkovski müşayiət edir. 2008 və 2010-cu illərdə qrupun "Magija" və "Not This Time" mahnıları Balkan ölkələrində hit olmuşdur. Eye Cue dueti "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == 13 fevral 2018-ci il tarixində Makedoniya Respublikasının MRT telekanalı Eye Cue musiqili duetinin "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnı duetin üzvü Broyan Traykovski tərəfindən bəstələnmiş və Makedoniya telekanalına daxil olan 382 mahnı arasından seçilmişdir. Eye Cue 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 11-ci səhnə almışdır. Nəticədə qrup 24 xalla yarımfinalda 18-ci yeri tutaraq, final mərhələsinə yüksələ bilməmişdir. == Heyət == Broyan Traykovski (mak. Боjaн Траjковски) — vokalist Mariya İvanovska (mak.
Lost and Found (Eye Cue mahnısı)
Lost and Found (azərb. İtmiş və tapılmış‎) — Makedoniya Respublikasının 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eye Cue qrupu "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Eye Cue qrupunun solisti Boyan Traykovski ilə makedoniyalı bəstəkar Darko Dimitrovun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Ageratina cuencana
Ageratina cuencana (lat. Ageratina cuencana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Mikania cuencana
Mikania cuencana (lat. Mikania cuencana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
CEU
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Cut
Cut (lat. Corchorus) - əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Cut:The Plant List saytında takson barədə məlumat.
CPE
Customer-premises equipment (CPE; hərf. müştəri tərəfindən təchiz edilmiş avadanlıq) — telekommunikasiyada abunəçinin ərazisində yerləşən və demarkasiya nöqtəsində daşıyıcının telekommunikasiya kommutasiyasında qoşulmuş istənilən terminal və əlaqəli avadanlıq. Demarkasiya nöqtəsi müştərinin avadanlığını rabitə xidməti provayderinin paylayıcı infrastrukturunda və ya mərkəzi ofisində yerləşən avadanlıqdan ayırmaq üçün bina yaxud kompleksdə qurulmuş nöqtədir. CPE ümumiyyətlə telefonlar, ruterlər, şəbəkə svişləri, yaşayış şlüzləri (RG), "set-top box"lara, sabit mobil konvergensiya məhsullarına, ev şəbəkəsi adapterlərinə, eləcə də istehlakçılara lokal şəbəkə (LAN) olan yaşayış yeri və ya müəssisələrdə provayderlərin rabitə xidmətlərinə daxil olmaq və onları yaymaq imkanı verən internetə çıxış şəbəkə keçidləri kimi cihazlara aiddir. CPE yuxarıda qeyd edildiyi kimi aktiv avadanlıq, analoq telefon adapterləri (ATA) və ya xDSL bölücüləri kimi passiv avadanlıq ola bilər. Bura əsas telefon sistemləri və özəl filialların əksəriyyəti daxildir. CPE kateqoriyasına ifrat voltaj üçün mühafizə avadanlıqları və "payphone" daxil deyil. Telekommunikasiya xidmətinin çatdırılması üçün zəruri olan, lakin avadanlıq kimi müəyyən edilməyən digər növ materiallar, məsələn, təlimatlar, kabel paketləri və kabel adapterləri əvəzinə CPE-periferik qurğular adlandırılır. CPE abunəçi tərəfindən satın alınmış cihazlara, ya da operator və ya xidmət təminatçısı tərəfindən təmin edilən avadanlıqlara aid ola bilər. == Tarixi == "Customer-premises equipment" və "customer-provided equipment" ifadələri bu avadanlığın tarixini əks etdirir. ABŞ-də "Bell System" inhisarına əsasən həmin şirkət telefonların mülkiyyətçisi idi və bir şəxs onları ya özəl mülkiyyətdə olan, ya təchiz edilmiş cihazları şəbəkəyə və ya stansiya aparatına qoşa bilməzdi.
Baku Cup
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
Benz & Cie.
Benz & Cie. Rheinische Gasmotorenfabrik in Mannheim, 1883-cü ildə Karl Benz tərəfindən təsis edilmiş bir şirkətdir. 1885-ci ildə dünyada satış məqsədi ilə istehsal edilmiş və benzinli mühərrik ilə işləyən ilk avtomobili olan Motorwageni buraxmışdır. 1926-cı ildə bu şirkətin Qotlib Daymlerin Daimler Motoren Gesellschaft şirkəti ilə birləşməsi nəticəsində Daimler-Benz şirkəti yaradıldı.
Coe Kinq
Coi Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Cud Bellingem
Cud Viktor Vilyam Bellinqem (29 iyun 2003) — İspaniya La Liqasında çıxış edən "Real Madrid"in yarımmüdafiəçisi. == Karyerası == === Birminhem Siti === "Birminhem Siti" heyətində ilk matçına 25 avqust 2019-cu ildə keçirilən Suonsi Siti-Birminhem Siti matçının 76-cı dəqiqəsində çıxıb. Eyni zamanda matçın 90+4-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Suonsi Sitinin 3–0 hesablı qələbəsi ilə başa çatıb. Birminhem Sitinin heyətində ilk dəfə 31 avqust 2019-cu ildə keçirilən "Birminhem Siti" – "Stoke Siti" matçında fərqlənib. Matça 30-cu dəqiqəsində daxil olmasına baxmayaraq 76-cı dəqiqədə fərqlənməyi bacarıb. Matç "Birminhem Siti"nin 2–1 hesablı qələbəsi ilə başa çatıb. 23 iyul 2020-ci ildə "Birminhem Siti"dən ayrıldı. === Borussiya Dortmund === "Borussiya Dortmund"da ilk matçına 12 avqust 2020-ci ildə keçirilən "Rheindorf Altach" – "Borussiya Dortmund" matçında çıxıb. Matç "Borussiya Dortmund"un 0–6 hesablı qələbəsi ilə bitib.
Cud Lou
Devid Cud Lou Heyvort (ing. David Jude Heyworth Law — Cud Lou; 29.12.1972) — Britaniya film və teatr aktyoru. Ən məşhur uğurları "İstedadlı cənab Ripley" filmində (Ən Yaxşı ikinci dərəcəli kişi rolu üçün 1999-cu ildə, BAFTA mükafatı), "Soyuq Dağ" filmindəki baş roluna görə ("Oskar" və "Qızıl Qlobus"a namizəd, 2003-cü il) , "Yaxınlıq" filminə görə (2004), və "Şerlok Holms" filmində ikinci dərəcəli kişi aktyoru roluna görə (2009) "Saturn" mükafatına namizəd olmuşdur. == Həyatı == Cud Lou 1972-ci il dekabrın 29-u Lewisham, cənubi Londonda anadan olmuşdur. O, ailənin ikinci uşağıdır. Anası Margaret Anne və atası Peter Robert Law məktəbdə müəllim işləmişlər. Nataşa adlı bir bacısı var. Jude adı ona "The Beatles" qrupunun "Hey, Jude" mahnısındakı qəhrəmanın şərəfinə verilib. Cud 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçiriblər.
Cum shot
Kam şot (ingiliscə ekvivalenti olan cum shot termini Azərbaycan dilinə tam tərcümədə "sperma atışı" və ya "sperma səhnəsi" kimi tərcümə olunur) pornoqrafiyada kişi porno aktyorun spermasını adətən cinsi partnyorunun və ya hər hansısa digər bir obyektin üzərinə buraxdığı anı təsvir etmək üçün istifadə olunan termindir. Bu hərəkət əsasən qadınların cinsiyyət nahiyələrinə, ombalarına, sinələrinə, dilinə və ya üzünə edilən sperma fışqırdılmasına verilən addır. Cinsi partnyorun üstünə eyakulyasiya cinsi fetişizmin müxtəlif növlərində, xüsusən də bukkakedə olduqca geniş yayılmışdır. Pornoqrafik xarakterli filmlərin və serialların çəkilişində pornoqrafik filmi çəkən rejissor üçün boşalma səhnəsini çəkməkdə məqsəd bundan ibarətdir ki, pornoqrafik filmdə nümayiş etdirilən seksual hərəkətlərin real olduğunu və pornoqrafik filmdə iştirak edən kişi porno aktyor üçün seksin bitmiş olduğunu izləyiciyə sübut etməkdir. Kamşotun bir növü olan sifətə eyakulyasiya aktı müasir zamanın pornoqrafik filmlərində, seriallarında, videolarında müntəzəm olaraq səhnəni bitirmək üçün bir yol kimi istifadə olunur.Bəzi feminist tənqidçilər, qadın partnyorun üzərinə edilən eyakulyasiya səhnələrinin qadını obyektivləşdirdiyini və qadın mizoginiyasını yaratdığını iddia etmişdirlər. Digər tərəfdən, feminist yazıçı Susan Faludi kişilər üçün oral seks edən qadın səhnələrinin kişiləri obyektivləşdirdiyini iddia etmiş və iddiasını belə əsaslandırmışdır ki, bu səhnələrdə kişinin cinsiyyət orqanı istisna olmaqla, onun bədəninin yerdə qalan bütün hissələri kameradan kənarda qalır. Digər tərəfdən, seksoloq Peter Sándor Gardos bu cür səhnələrə baxmağı sevən kişilərin qadınlar haqqında müsbət fikirləri olduğunu iddia etmişdir.
Cun Amano
Cun Amano (19 iyul 1991, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Cun Aşida
Cun Aşida (芦田 淳, Aşida Cun, 21 avqust 1930, Concu, Yaponiya imperiyası – 20 oktyabr 2018) – Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir. == Həyatı == Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur. O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur. Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur. 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır. 1963-cü ildə öz brendini yaratmışdır.Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir. Şahzadə Tsuqu üçün dizayn etdiyi kostyum bəyənildiyinə görə 1966-cı ildə Şahzadə Miçikonun eksklüsiv dizayneri təyin edilmiş və on il bu vəzifədə qalmışdır.
Cun Haseqava
Cun Haseqava (長谷川 潤, Haseqava Cun, 5 iyun 1986, Nyu-Hempşir) – Yaponiya-ABŞ modeli. Isle Management ilə əməkdaşlıq edir. Boyu 164 santimetrdir.Haseqava 2005-ci ildə "Vivi" dəb jurnalının ekslüsiv modeli olduqdan sonra populyar modelə çevrilmişdir.O, səkkiz il boyunca jurnal üçün modellik etmişdir. Bundan əlavə, "Glamorous" jurnalının da modeli olmuşdur. Tarento sənayesində aktiv fəaliyyət göstərir.
Cun Mizutani
Cun Mizutani (水谷 隼, Mizutani Cun, 9 iyun 1989, İvata, Şizuoka prefekturası) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Cun Mizutani Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Daha sonra Cun Mizutani Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Cun Mizutani Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın sahibi olub.
Cun Yucin
Jung Yoo-jin (19 fevral 1989, Cənubi Koreya), həmçinin Eugene Jung kimi tanınan Cənubi Koreyalı model və aktrisadır. O, karyerasına YG Entertainment-də model kimi başlamışdır. O, "Heard It Through the Grapevine (2015)", "Moorim School" və "W" kimi Koreya dramlarındakı rolları ilə tanınır. 2018-ci ilin fevralında Cun FNC Entertainment idarə agentliyi ilə müqavilə imzaladı.
Due (rayon)
Due (fr. Douai) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nor. Suprefektura — Due. Rayonun əhalisi 2012-ci ildə 248 077 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 520 nəf./km². Sahəsi — 477 km².
Due diligence
Due Diligence, dyu-dilicens (ing. due diligence "insafı (vicdanı) borc bilmək") — investisiya risklərinin qiymətləndirilməsini, investisiya obyektinin müstəqil qiymətləndirilməsini, şirkətin fəaliyyətinin hərtərəfli öyrənilməsini, maliyyə vəziyyətinin və bazar vəziyyətinin hərtərəfli yoxlanılmasını əhatə edən investisiya obyektinə obyektiv baxış tərtib etmə qaydası. Ümumiyyətlə bir müəssisənin satın alınmasına, birləşmə (satın alma) əməliyyatının həyata keçirilməsinə, müqavilə imzalanmasına və ya bu şirkətlə iş birliyinə başlamazdan əvvəl həyata keçirilir. Bu termin ən çox maliyyə və hüquqda istifadə olunur. Metod, məlumat toplamaq və təhlil etməkdən, qarşı tərəflərlə müəyyən əlaqələrə girməyin məqsədəuyğunluğu ilə bağlı qərar vermək və təqdimetmə formasından ibarətdir. Təmkinli Due diligence köməyi ilə mümkün risklər qiymətləndirilir (məsələn, maliyyə, hüquqi və s.) Məlumat toplayarkən mənbələrindən asılı olmayaraq hər hansı bir məlumat nəzərə alınır. Alınan məlumatların öyrənilməsi müxtəlif mütəxəssislər tərəfindən ayrıca aparılır, sonra xülasə təhlili aparılır. Qərar müştərilərdən ayrı Due diligence mütəxəssislər tərəfindən verilir. Təqdimetmə forması genişləndirilə bilər (mütəxəssislərin fərdi aralıq rəyləri, məlumat mənbələri əlavə olunmaqla) və ya sonrakı fəaliyyətlərə dair qısa tövsiyə şəklində. Daha geniş mənada, ingilis dilində lazımi araşdırma anlayışı istifadə olunur.
Girdəmeyvə cut
Girdəmeyvə cut (lat. Corchorus capsularis) - cut cinsinə aid bitki növü.
Han Lue
Han Lue və ya Han Seoul-Oh — Forsaj franşizasından Sunq Kanqın canlandırdığı uydurma personaj. Han Lue, Cənubi Koreya əsilli amerikalı küçə yarışçısıdır. Han ilk dəfə 2002-ci il istehsalı "Bəxtin bəlkə sabah gətirər" filmində çıxış etmiş və son olaraq Forsaj 10-da görünmüşdür. Yaxın dostu Dominik Toretto ilə iş birliyi yaratmış və öz aralarında bir qrup qurmuşdular. Forsaj 4-də Dominik Toretto ilə birlikdə yanacaq tankerini oğurlamışdılar. Han Lue seriyanın növbəti filmlərində iştirak etsə də, hadisələrdən daha sonra baş vermiş, lakin digər filmlərdən daha əvvəl yayımlanmış Forsaj 3: Tokio drifti filmində ABŞ-dən küçə yarışlarına görə uzaqlaşdırılmış Şon Bosvell adlı şəxsə yardım etmişdi. Forsaj 3: Tokio drifti filmində köhnə dostu Takaşi ilə Tokio küçələrində avtomobil qaçdı-tutdusundan sonra Han Dekard Şovun maşını ilə toqquşub. Maşından düşən Dekard Hanın avtomobilini alova verərək partladır. Hanın öldüyünü düşünən Dominik Dekardan qisas almaq üçün onu təqib edir və həbsxanaya göndərir. Forsaj 9 filmində məlum olur ki, Han həmin qəzada ölməyib.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır.Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
Tai Xue
Taixue (Tai-shueh; sadələşdirilmiş Çin dili: 太 学; ənənəvi Çin dili: 太 學; lit. 'Greatest Study or Learning') və ya bəzən "İmperator Akademiyası", "İmperator Məktəbi", "İmperator Universiteti" adlandırılır və ya "İmperator Mərkəzi Universiteti", Han sülaləsi ilə Sui sülaləsi arasındakı Qədim Çində ən yüksək təhsil müəssisəsidir. Universitet 2. əsrdə 30.000 tələbə və akademik tutdu. Bu, Han sülaləsinə imperiya hökumətində dövlət qulluğu vəzifələrini tutmaq üçün savadlı bürokratlarla təmin etdi. Çində ilk ümummilli dövlət məktəb sistemi, CE 3'te Han İmparatoru Pinqin rəhbərliyi altında, Taixue Chang'an'ın paytaxtında və prefekturalarda və daha kiçik bölgələrin əsas şəhərlərində qurulmuş yerli məktəblərlə quruldu. Sui sülaləsi, imperatorluq akademiyasına daha böyük inzibati rol verən və adını Guozijian (國子監) olaraq dəyişdirən böyük islahatlar başlatdı. Guozijian olaraq, təşkilat 1905-ci ildə Qing sülaləsinin sonlarına yaxın ləğv edilənə qədər ardıcıl sülalələr tərəfindən davam etdirildi. Taixue, yüksək səviyyəli dövlət qulluğu vəzifələri üçün Konfutsiçilik və Çin ədəbiyyatını digər şeylər arasında öyrətdi, baxmayaraq ki, tövsiyə əvəzinə rəqabət imtahanına əsaslanan bir dövlət xidməti sistemi Sui'ye qədər tətbiq olunmadı və Song sülaləsinə qədər yetkin bir sistem halına gəlmədi (960–1279) .
UEFA Cup
UEFA Avropa Liqası, əvvəlki adı: UEFA Kuboku (ing. UEFA Cup) - UEFA-nın təşkil etdiyi klub turniri. UEFA Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir. 2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionat, turnirin USL standartlarına çatması üçün köklü bir sıra status dəyişikliklərinə gedilmiş, bununla da 2009-10 mövsümündən etibarən indiki adıyla təşkil başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası, UEFA Kubokunun davamı olaraq qəbul edilmişdir. 1955-ci ildə başladılan Şəhərlər Kuboku, UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 1999-ci ildə isə UEFA Kubok Qalibləri Kuboku qaldırılaraq UEFA Kuboku ilə birləşdirilmişdir. 2004-05 mövsümü əvvəli qrup mərhələlərində bəzi status dəyişiklikləri edilən kubok 2009-ci ildəki son tənzimləmə ilə indiki halını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsinin yanında kubok UEFA Intertoto Kuboku ilə də birləşdirilmişdir.
Uzunmeyvəli cut
Uzunmeyvəli cut (lat. Corchorus olitorius) — cut cinsinə aid bitki növü. == Sinonim == Corchorus catharticus Blanco Corchorus decemangularis Roxb. ex G.Don Corchorus longicarpus G.Don Corchorus malchairii De Wild. Corchorus olitorius var. australiensis Domin Corchorus olitorius f. grandifolius De Wild. Corchorus olitorius var. incisifolius Asch. & Schweinf.
Vue.js
Vue.js (ing. vjuː, bu təxminən view sözünün tələffüzünə bənzəyir) — istifadəçi interfeyslərinin yaradılmasına yönələn proqressiv JavaScript kitabxanası. Monolit kitabxanalardan fərqli olaraq, Vue tədricən tətbiq edilərək, sıfırdan hazırlanmışdır. Kitabxananın nüvəsi yalnız icra təbəqəsinə yönəldilib və onu asanlıqla başqa kitabxanalarla və ya mövcud layihələrlə birləşdirmək olar. Digər tərəfdən, Vue həmçinin birsəhifəli proqramların (Single-Page Applications) yaradılması üçün də optimal vasitədir. == Tarixi == 2013-cü ildə Google şirkətinin əməkdaşı olan Evan Yu (Evan You), layihələrdən birinin üzərində işləyərkən, belə bir nəticəyə gəldi ki, veb-proqramlarda mürəkkəb istifadəçi interfeyslərinin sürətli prototipləşməsi üçün hazır həll mövcud deyil: o dövrdə, React hazırlanmanın erkən mərhələsində idi və əsas alət hesab edilən AngularJS və ya MVC arxitekturasına yönələn Backbone.js kimi mürəkkəb kitabxanalardan istifadə edərək nəhəng proqramların hazırlanması o qədər də sadə deyildi. Evan Yu bu çətinliyi aradan qaldırmaq üçün Vue.js kitabxanasının hazırlanmasına başladı. Sözügedən kitabxana nəinki prototipləşməyə, həm də tam hazırlama üçün optimal alətə çevirildi. İlk versiya hesab edilən 1.0 versiyası 2015-ci ilin oktyabrında, 2.0 versiyası isə 2016-cı ilin sentyabrında dərc olundu.
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar.ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır. Cümə ayrıca kişi şəxs adı da vardır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmek üçün mushafların kənarlarına cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olnmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar.. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Çübə
Çübə (fars. چوبه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 195 nəfər yaşayır (63 ailə).
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.