Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Curong Quş Parkı
Curong Quş Parkı (çin. 裕廊飞禽公园; malay Taman Burung Jurong; tam. ஜுரோங் பறவை பூங்கா) — dünyada olan ən böyük quş parklardan biri, Asiyanın isə ən böyüyü. Curong təpəsinin qərb yamacında yerləşir. Sinqapurun mərkəzindən yarım saatlıq yoldur. Parkın yaradılması təklifi maliyyə naziri Goh Keng Sviyə məxsusdur. O istəyirdi ki, şəhər əhalisi təbiət qoynunda istirahət etsinlər. Plana görə bu parkda bütün quşlara : pinqvinlərdən tutmuş tropik quşlara ideal şərait yaradılmalı. Parkda quşlar sərbəst dolaşıb uçmalı idi. Ərazinin qiymətini çıxmaq şərti ilə park 3,5 milyon dollara başa gəldi.
Cirinq
Alan Turinq
Alan Metison Türinq (ing. Alan Mathison Turing [ˈtjʊərɪŋ]; 23 iyun 1912[…], Meyda-Veyl[d], Böyük London – 7 iyun 1954[…], Uimslou[d], Çeşir[d]) — informatika elminin inkişafına mühüm təsir göstərmiş ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Britaniya İmperiyasının Ordeni kavaleri (1945) və London kral cəmiyyətinin üzvü (1951). Alimin 1936-cı ildə təklif etdiyi və hal-hazırda bütün ümumi təyinatlı kompüterlərin modeli sayılan mücərrəd "Türinq hesablama maşını", alqoritm anlayışı formallaşdırmağa imkan vermiş və indiyə qədər keçirilən çoxlu nəzəri və təcrübi tədqiqatlar zamanı istifadə olunmuşdur. A. Türinqin elmi əsərləri – informatikanın əsaslarına (və xüsusilə süni intellekt nəzəriyyəsinə) verilən həqiqi töhfədir. İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli parkda yerləşən və kod və şifrləri tədqiq edən Hökumət məktəbində işləyirdi; həmin bu mərkəzdə Berlin-Roma-Tokio oxu tərəfindən yaradılan çoxsaylı kod və şifrlər sındırılırdı (bunu elmi dildə kriptoanaliz adlandırırlar). Bundan başqa o, Almaniya hərbi dəniz donanması tərəfindən göndərilən məlumatların kriptoanalizinə cavabdehlik daşıyan xüsusi Hut 8 qrupuna rəhbərlik edirdi. Türinq müdaxilə və deşifrə üçün bir sıra metodları işləyib hazırlamışdır, o cümlədən, Bombe alətinin nəzəri bazası üçün (Bombe – Eniqma kodunun oxunması məqsədilə yaradılmış elektron-mexaniki maşındır). Müharibədən sonra Türinq Milli fizika laboratoriyasında çalışmışdır; burada onun layihəsi üzrə ACE proqramını yaddaşında saxlayan dünyanın ilk kompüterinin yaradılması həyata keçirilmişdir. 1948-ci ildə alim Mançester Universitetinin hesablama laboratoriyasında çalışan Maks Robert Nyumanın yanına işə düzələrək, məşhur "Mançester kompüterlərinin" yaradılmasında ona köməklik göstərmiş, bir müddət sonra isə riyazi biologiya nəzəriyyəsi ilə maraqlanmışdır.
Turinq testi
Türinq testi — 1950-ci ildə “Mind” jurnalında Alan Türinq tərəfindən ortaya atılmışdır. Kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib edə bilməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, maşın insanlar qədər zehni bacarığa sahib deməkdir. Bu testdə təcrübəni edən adam kompüter və insanı görmür. Təcrübəni edən hansıyla əlaqədə olduğunu bilmədən bunların ikisinə də sual verir. Təcrübəni edən adamın soruşduğu suallar və təcrübədə iştirak edən maşın və insanın verdiyi cavablar bir ekranda yazılı olaraq verilir. Məqsəd, təcrübəni aparanın uyğun suallar ilə bunlardan hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Əgər təcrübəni edən adam etibarlı bir şəkildə bunu söyləyə bilməzsə, o zaman kompüter Türinq testini keçər və insanlar qədər qabiliyyətli olduğu fərz edilər. Bu testin çatışmayan cəhətlərini tənqid edən Con Sörl Çin otağı adlandırılan xəyali eksperiment təklif etmişdir.
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Türinq mükafatı
Türinq mükafatı (ing. Turing Award) — kompüter sahəsindəki görkəmli elmi və texniki töhfələrə görə Hesablama Texnikası Assosiasiyası tərəfindən verilən ən prestijli mükafat. Mükafat Hesablama Texnikası Assosiasiyası tərəfindən ilk elektron kompüterlərin meydana çıxmasından çox əvvəl hesablama qabiliyyətinə dair ilk dərin nəticələri alan görkəmli ingilis alimi Alan Türinqin şərəfinə təsis edilmişdir. Mükafat hər il bu sahəyə verdiyi töhfələr hesablama cəmiyyətinə güclü və davamlı təsir göstərən bir və ya daha çox kompüter aliminə verilir. Mükafat bir adama bir dəfədən çox olmayaraq verilə bilər. İnformasiya texnologiyaları sahəsində Turing mükafatı akademik elmlərdə Nobel mükafatına bənzər bir statusa sahibdir. İlk dəfə Türinq mükafatı 1966-cı ildə kompilyator texnologiyasının inkişafına görə Alan Perlisə verildi. 2000-ci illərdə mükafat fondu Intel və Google tərəfindən maliyyələşdirildi, illik mükafat 250.000 dollar idi, 2014-cü ildən bu yana illik mükafat fondu 1 milyon dollara qaldırıldı və Google mükafatın tək sponsoru oldu.
Türinq maşını
Curium
Kürium (Cm, Curium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 96-cı element. Element 1944-cü ildə Siborqun rəhbərlik etdiyi amerika fizikləri qrupu tərəfindən plutoniumu helium nüvələri ilə bombardman edərkən alınmışdır. Onu Per və Mariya Kürinin şərəfinə Kürium adlandırdılar. Alimlər yeni elementə ad fikirləşərkən güman ki, bu analogiyanı da nəzərdə tutublar. Elementin simvolunda (Cm) birinci hərf Kürinin soy adını, ikinci Mariyanın adını ifadə edir (və elementin latınca adının Curium son hərfini).
Kering
Kering — (Əvvəlki adların adları Pinault və Pinault-Printemps-Redemps-Redoute (PPR) Fransız lüks qrupu, o cümlədən Gucci, Yves Saint Laurent, Bottega, Balenconta və Alexander McQueen də daxil olmaqla bir neçə marka sahibi var. Kering gözlükləri (30) var. Richemont əmlakının% -i) qrup və digər şirkətlərə aid markalar üçün eynək istehsal edir. Qrup 1988-ci ildə Paris Birjasında 1962-ci ildə François Pinault-da qurulmuşdur.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Curdina Yauqoviç
Curdina Yauqoviç (24 fevral 1997, Nikşiç, Monteneqro Respublikası (1992-2006)) — Monteneqronu təmsil edən həndbolçu. Curdina Yauqoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Hermione cerina
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Turin
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Carine noctua
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Listera caurina
Neottia banksiana (lat. Neottia banksiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü. Listera banksiana Lindl. Listera caurina Piper Neottia caurina (Piper) Szlach. Ophrys caurina (Piper) Rydb.
Ourang Medan
Ourang Medan – Malakka boğazında məlum olmayan səbəbdən bütün heyəti həlak olan və sonradan əfsənəyə çevrilmiş, Niderlanda məxsus kabus gəmi. 1947-ci ilin iyun ayında Malakka boğazında üzən ABŞ-yə məxsus 2 gəmi Ourang Medan gəmisinin radio operatoru tərəfindən göndərilən "SOS" siqnalını, ardınca isə "Kapitan daxil olmaqla bütün heyətimiz öldü" məzmununda radio siqnalı qəbul edir. Radio dalğalarını qəbul edən, çaşıb qalmış digər 2 gəminin radio operatorlarının son siqnalı açıq-aydın eşidilir: "Ölürəm" mesajı alan gəmilərdən biri olan Silver Star dərhal koordinatları müəyyən edib Ourang Medan gəmisini xilas etmək üçün yollanır. Lakin hadisə yerinə yerinə çatan Silver Star gəmisinin heyəti Ourang Medan gəmisinin yaxşı vəziyyətdə olduğu, ancaq məlum olmayan səbəbdən bütün heyətin cansız cəsədləri ilə qarşılaşırlar (cəsədlərin içində hətta itə məxsus cəsəd də var idi). Ourang Medan hadisəsini qeyri-adi edən digər amil də bütün cəsədlərin əlləri ilə işarə edərək günəşə baxdıqlarının bildirilməsidir. Ağızları axıra kimi açılmışdı, sifətlərində qorxu ifadəsi var idi və dişləri bərk sıxılmışdı. Digər bir qəribəlik isə ölənlərin bədənlərində zərbə və ya zorakılıq əlamətlərin olmamasıdır. Bundan bir müddət sonra tryumların birində bilinməyən səbəbdən tüstünün peyda olması gəmidə axtarış aparan Silver Star gəmisinin heyətinin Ourang Medan gəmisini dərhal tərk etməyə məcbur etdi və bir müddət sonra gəmidə hadisənin baş verməsi səbəbini aydınlaşdırmağa maneə yaradan partlayış baş verdi. Bir neçə saniyə sonra isə Ourang Medan gəmisi sulara qərq oldu. Fərziyyələrin birinə görə hadisəyə səbəb Ourang Medan gəmisinin qaçaqmalçılıq yolu ilə nitroqliserin, zarin və digər təhlükəli maddələrin daşınması zamanı həmin maddələrin dəniz suyu ilə qarışması səbəbindən heyətin zəhərlənməsi və gəminin partlaması ilə nəticələnib.
Neottia caurina
Neottia banksiana (lat. Neottia banksiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü. Listera banksiana Lindl. Listera caurina Piper Neottia caurina (Piper) Szlach. Ophrys caurina (Piper) Rydb.
Ophrys caurina
Neottia banksiana (lat. Neottia banksiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü. Listera banksiana Lindl. Listera caurina Piper Neottia caurina (Piper) Szlach. Ophrys caurina (Piper) Rydb.
Carin (Xudabəndə)
Carin (fars. جرين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,110 nəfər yaşayır (248 ailə).
Cuqin (İcrud)
Cuqin (fars. جوقين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,557 nəfər yaşayır (568 ailə).
Cərin (Zəncan)
Cərin — İranın Zəncan ostanında kənd. Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, Qiydar qəsəbəsindən 27 km cənub-şərqdədir.
Nurin (Əbhər)
Nurin (fars. نورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,088 nəfər yaşayır (550 ailə).
Turin atı
Turin atı — 2011-ci il istehsalı olan Bela Tarr və Ágnes Hranitzkynin rejissorluq etdiyi macar filmidir. Filmdə János Derzsi, Erika Bók və Mihály Kormos çəkilmişlər. Film Bela Tarr və László Krasznahorkai tərəfindən yazılmışdır. İtaliyanın Turin şəhərində sahibi tərəfindən döyülən atın Nitşe tərəfindən qucaqlanması, Nitşenin sonrakı həyatının məlum olması, filmin isə atın sonrakı həyatından bəhs ilə başlayır. Film 61-ci Berlin Beynəlxalq Film Festivalında Jeri Gran Pri-si almışdır. Filmin ideyası 1980-ci illərin ortalarında Krasznahorkai tərəfindən Nitşenin Turindəki at macərasının danışılması və atın sonrakı taleyi barədə soruşulan sualla Tarrın ağlına gəlmişdir. Film Macarıstanda bir vadidə baş verir. Film 35 gün ərzində çəkilib.
Turin kəfəni
Turin kəfəni — İsa çarmıxdan endirildikdən sonra sarıldığı iddia edilən saqqallı adamın ön və arxa siluetləri olan kətan parça. 4-cü əsrə aid bir mənbə bildirir ki, Thaddaeus və ya Addai İsanın şəklini Edessada (Urfa) “seçimli boyalarla” çəkiblər. 6-cı əsrə aid başqa bir mənbə bildirir ki, İsa üzünü dəsmalla siləndə şəklini onun üzərində qoyub. İsa bu dəsmalı padşah V Abqarın elçisinə verdi. İsanın Edessada təsvir edilməsi hekayələri 944-cü ilə, Bizans ordusunun şəkli Konstantinopola (İstanbul) apardığı vaxta qədər davam etdi. Rəsm burada 1204-cü ilə qədər qaldı, həmin il Dördüncü Səlib yürüşünün cəngavərləri şəhəri talan etdilər və bu vaxt rəsm əsərini götürdülər. Kəfənin 14-cü əsrdə Fransada nümayiş etdirilməsinin izahı bu ola bilər. İlk dəfə 1350-ci illərdə Fransada sərgilənib. 1578-ci ildə İtaliyaya gətirildi və Turində San Giovanni Battista Katedralində saxlanmağa başladı. Çoxları bunun möcüzə olduğuna inansa da, skeptiklər bunun saxta olduğunu düşünürdülər.
Turin əyaləti
Turin (it. Città metropolitana di Torino, pyem. Sità metropolitan-a 'd Turin, oks. Ciutat metropolitana de Turin) — İtaliyanın Pyemont regionunda tarixi əyalət. 2014-cü il 31 dekabra qədər mövcud olmuşdur. Həmin tarixdən etibarən Turin metropolu ilə dəyişdirilmişdir.
İlya Qurin
9 iyul, 1922-ci ildə Ukraynanın Xarkov şəhərində dünyaya göz açmışdır. Rusiyanın əməkdar incəsənət xadimidir(1974). ÜDKİ-nin "Rejissorluq" fakültəsini bitirmişdir.(1952). Mixail Rommun yaradıcılıq emalatxanasında təhsil almışdır. Böyük Vətən Müharibəsini iştirakçısı olan Qurin 1952-ci ildən Maksim Qorki Adın Kinostudiyada fəaliyyətə başlamışdır. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. 8 sentyabr 1994-cü ildə Moskvada vəfat etmişdir. Bir məhəllədən iki nəfər (film, 1957) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Purin analoqları
Purin analoqları — metabolik purinlərin quruluşunu təqlid edən antimetabolitlər. Purin analoqlarının təsir mexanizmi purin nukleotidlərinin metabolizminə müdaxilə nəticəsində yeni DNT-nin biosintezinin inhibə edilməsinə əsaslanır.. Nuklein turşusu analoqları Tioguanin kimi tiopurinlər — kəskin leykemiyanı və kəskin qranulositik leykoz remissiyalarını müalicə etmək üçün istifadə olunur. Azatioprin — əsas immunosupressiv sitotoksik maddədir. Ön dərman, rədd reaksiyalarını idarə etmək üçün transplantologiyada geniş istifadə olunur. DNT sintezini maneə törədən purin analoqu olan merkaptopurinə fermentsiz şəkildə parçalanır. İmmun cavabın induksiya mərhələsində limfositlərin klonal genişlənməsinin qarşısını alaraq həm hüceyrə immunitetinə, həm də humoral immunitetə ​​təsir göstərir. O, həmçinin autoimmuniteti zəiflədir. Merkaptopurin Tioquanin Nukleozid analoqu Klofarabin Pentostatin və kladribin — əsasən tüklü hüceyrə leykozunun müalicəsi üçün istifadə edilən adenozin analoqları. Nukleotid analoqları Fludarabin — bir neçə DNT polimerazını, DNT primazanı və DNT liqaza I-i inhibə edir və S-fazaya xasdır (çünki bu fermentlər DNT replikasiyası zamanı çox aktivdir).
Curio cuneifolius
Othonna arborescens (lat. Othonna arborescens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü.
Berinq
== Şəxslər ==
Kuçinq
Kuçinq (ing. Kuching) — Malayziyanın şərqində, Kalimantan adasının şimal-qərbində şəhər. Saravak ştatının inzibati mərkəzidir. Kuçinq çayının Cənubi Çin dənizinə töküldüyü yerdə limandır. Ticarət mərkəzidir. Kauçuk, istiot, kopra emal olunur. Gəmi tərsanəsi, doklar var.
Mürine
Mürine (fr. Murinais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38272. Kommunanın 2012-ci il üçün əhalisi 379 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 667 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Pudinq
Pudinq (ing. pudding) — yumurta, şəkər, süd və undan ibarət qaynar suda hazırlanan ingilis deserti. Pudinqə meyvələr və ədviyyatlar əlavə olunur.Pudinqin soyudulması xüsusi formada edilir. İngiltərədə pudinq milad süfrəsinin ənənəvi yeməyi hesab olunurdu.Uzun yüzilliklər ərzində Britaniya adalarının əhalisinin süfrəsində Milad bayramı zamanı ət bulyonunda bişirilmiş xüsusi sıyıq - "plam poric" (plum - gavalı + porridge - sıyıq) olurdu.Bu sıyığa çörək qırıntıları, kişmiş, badam, qara gavalı, bal əlavə edərək onu süfrəyə çox isti şəkildə verirdilər. XIII əsrin əvvəllərində bu ad milad süfrəsinin ənənəvi yeməklərindən biri olan plam-puddinq adına şəklini dəyişmişdir. Süfrəyə verilməmişdən əvvəl onun üzərinə konyak axıdır və yandırdıqlarından bu sıyığı "alovda olan pudinq" adlandırırdılar. Luis Kerrolun "Alisa Güzgülər arxasında" əsərinin doqquzuncu başlığında Alisa ilk dəfə pudinqlə tanış olur. Aqata Kristi "Milad pudinqinin macəraları" adlı hekayələr toplusu yazmışdır. Çarlz Dikkensin "Böyük ümidlər" əsərinin ikinci başlığında qəhrəmanı pudinq üçün xəmir yoğurmağa məcbur edirlər.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Çurzəq
Çəvərzəq- İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,343 nəfər və 377 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Bulinq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Frans Merinq
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Georq Gerinq
Georq Gerinq (alm. Georg Gehring‎; 14 noyabr 1903, Frankental[d], Bavariya – 31 oktyabr 1943, Şetsin, Prussiya[d] və ya Lüdviqshafen) — almaniyalı Yunan-Roma güləşçisi, Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı. 1903-cü ildə Frankental şəhərində anadan olmuşdur. 1926-cı ildə Avropa çempionatında qızıl medal qazandı. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarının bürünc medalını qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930 və 1931-ci illərdə Avropa Çempionatlarında bürünc mükafatları qazandı. 1932-ci ildə Los-Anceles Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 4-cü yeri tuta bildi. 1936-cı ildə Berlin Olimpiya Oyunlarında sərbəst güləş növündə çıxış etdi, amma orada yalnız 7-ci oldu.
Harvi Kuşinq
Harvi Villiams Kuşinq (8 aprel 1869[…], Klivlend, Ohayo – 7 oktyabr 1939[…] və ya 8 oktyabr 1939, Nyu-Heyven[d], Konnektikut) — Amerikalı neyrocərrah, patoloq, yazıçı və rəssam idi. Beyin cərrahiyyəsinin qabaqcıllarından biri, ilk müstəsna neyrocərrah və Kuşinq xəstəliyini təsvir edən ilk insan idi. Üç cilddə olan Uilyam Oslerin tərcümeyi-halını yazmışdır. Harvi Kuşinq Ohayo ştatının Klivlend şəhərində anadan olub. Valideynləri Elizabet Maria "Betsey M." Uilliams və Henri Kirke Kuşinqdir, Əcdadları 17-ci əsrdə Puritanlar kimi Massaçusets ştatının Hingham şəhərinə gəlmişlər. Harvi on uşağın ən kiçiyi idi. Uşaq ikən Kuşinq Klivlend Manual Təlim Məktəbində oxudu və bu, onun elmə və tibbə marağını genişləndirdi. Məktəbin eksperimental təlimə xüsusi diqqət yetirməsi və təhsilə "fizika yönümlü" yanaşması Kuşinqin tibbi cərrahiyyə sahəsində karyerasına doğru irəliləməsində mühüm rol oynadı. Məktəbin əl çevikliyi təlimi proqramı da Kuşinqin cərrah kimi gələcək uğuruna öz töhfəsini verdi. O, 1891-ci ildə Yale Universitetini AB dərəcəsi ilə bitirib, burada Scroll and Key və Delta Kappa Epsilon (Phi fəsil) üzvü olub.
Herman Görinq
Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[…], Rozenxaym, Bavariya – 15 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d], Nürnberq) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri. Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur. Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub. Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib.
Kuşinq sindromu
Cushing sindromu kortizol kimi qlükokortikoidlərə uzun müddət məruz qalma nəticəsində yaranan əlamətlər və simptomlar toplusudur. Simptomlar və əlamətlər arasında yüksək qan təzyiqi, qarın piylənməsi, lakin nazik qollar və ayaqlar, qırmızımtıl uzanma izləri, yuvarlaq qırmızı üz, çiyinlər arasında piy kütləsi, zəif əzələlər, zəif sümüklər, sızanaqlar və zəif sağalmış kövrək dəri ola bilər. Qadınlarda daha çox saç və nizamsız menstruasiya ola bilər. Bəzən əhval dəyişikliyi, baş ağrıları və xroniki yorğunluq hissi oluna bilər. Cushing sindromu ya həddindən artıq kortizol kimi dərmanlar, məsələn, prednizon, ya da böyrəküstü vəzilər tərəfindən həddindən artıq kortizol istehsal edən və ya onun istehsalı ilə nəticələnən bir şişdən qaynaqlanır. Hipofiz adenoması ilə əlaqəli hallar Cushing xəstəliyi kimi tanınır və bu, Cushing sindromunun dərman qəbulundan sonra ikinci ən çox yayılmış səbəbidir. Hipofizdən kənarda yerləşdiyinə görə tez-tez ektopik adlandırılan bir sıra digər şişlər də Cushing xəstəliyinə səbəb ola bilər. Bunlardan bəziləri çoxlu endokrin neoplaziya tip 1 və Carney kompleksi kimi irsi xəstəliklərlə əlaqələndirilir. Diaqnoz bir sıra addımlar tələb edir. İlk mərhələ bir insanın qəbul etdiyi dərmanları yoxlamaqdır.