Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dinboz döyüşü
Dinboz və ya Dimbos döyüşü – Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında 1303-cü ildə baş vermis döyüş. Döyüş Osmanlı bəyliyinin qələbəsi ilə nəticələnmişdir. == Arxa plan == 1302-ci ildəki Bafeus döyüşündən sonra Anadoludakı döyüşçü-qazilərdən Bizasn imperiyasının tabeliyində olan torpaqlara doğru axınlar çoxalmışdı. O dövrki Bizans imperatoru II Andronikos isə Elxanilər ilə Osmanlı bəyliyi təhlükəsinə qarşı ittifaq qurmağa çalışırdı. İmperator II Andronikos bu ittifaq təşəbbüsünün reallaşmamasından sonra Osmanlı bəyliyinə təkcə öz qüvvələri ilə hücum etmək qrarını verir. == Döyüş == Döyüş haqqında yazılı mənbələrdə məlumatlar o qədər də çox deyildir. Bu döyüş barədə məlumatlar daha çox şifahı formada, ağızdan-ağıza keçərək dövrümüzə gəlib çatmışdır. Buna görə də, bu məlumatlar içində xeyli əfsanəvi ünsürlər vardır. Teodor Spandounesə görə, Dimbos və ya Dinboz (bu sözün din pozmaqdan törədiyi ehtimal edilir) bölgəsi Osmanlı bəyliyi tərəfindən ələ keçirilən ilk Bizans yaşayış məntəqəsidir. XV əsrin tarixi qaynağı olan AŞıkpaşazadə Qoyunhisar bölgəsində yaşanan Bafeus döyüşünə dair qaynaqlardan olan çıxarışları Dimbos bölgəsində baş veribmiş kimi dəyişdirərək Dinboz döyüşü anlayışını formalaşdırmışdır.
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
I Diniz
I Diniz (port. Dinis I de Portugal; 9 oktyabr 1261[…], Lissabon – 7 yanvar 1325[…], Santaren[d]) — Portuqaliya krallığının VI kralı.
Dınqıl, sazım, dınqıl (film, 1976)
== Məzmun == Burada özündən çox razı, tüfeyli sərçənin macəralarından bəhs olunur. Eyni zamanda kinolent xatırladır ki, fırıldaqla, yalanla xeyir görmək olmaz. == Film haqqında == Applikasiya filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissorlar: Məsud Pənahi, Hafiz Əkbərov Quruluşçu rəssamlar: Məsud Pənahi, Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamları: Anatoli Abarenov, Rauf Dadaşov, Sergey Dyojkin, Vahid Talıbov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova Rəssam: N.Ağayeva Montaj edən: A.Vəliyeva Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Rəssam assistenti: Y.Uznadze Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Fazaçı-rəssam: Hüseyn Cavid İsmayılov (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dəniz dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Dilboz
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Dingir
Dingir, Diĝir (şumercə: 𒀭; deyilişi [ tiŋiɾ ]) — mixi yazılı qaynaqlarda "Tanrı" anlayışını ifadə edir. "Tinqir" sözü "İlah" və ya "İlahə" olaraq tərcümə edilə bilər. Şumer mixi yazılarında 𒀭 işarəsi adətən ilahiliyi, bəzən də müqəddəsliyi müəyyənləşdirmək üçün dini adların qarşısında istifadə edilir (məs.: 𒀭𒈹 = dingirİnanna; "İnanna tanrı"). İşarə əvvələr şumercə "göy", "ulu", "ən" (yüksək, uc, son) məna yükünü daşıyan an sözünün ideoqramı kimi istifadə olunub; sonralar isə işarə həm də dingir (tanrı) sözünün loqoqramına çevrilib və şumer panteonunun ən ulu tanrısı, bütün digər ilahların əcdadı hesab edilən An tanrının adını daşıyır; bundan əlavə, sözlərdə /an/ hecasını ifadə edən fonoqram kimi tətbiq edilir. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin El (və ya ilu) İlahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur. Şumer ilahiyyat anlayışı göylərlə sıx bağlıdır, faktlardan bu aşkar olunur ki, "göy" ideoqramının işarəsini iki dəfə yazdıqda ulduzun gerçək şəkli formalaşır. İlahiyyatın gerçək bağlılığı səmadakı parlaq hierofaniya ( yunan dilində "müqəddəs işığı gətirmək" anlamına gəlir) ilə bağlıdır. Bu da mümkündür ki, Şumercə olan Dingir sözü tədricən dəyişilib, Türk dilində olan Tenqri (səma, Göy Tanrısı) sözünə çevrilmişdir. Güman ki, türk panteonunun baş ilahı (T2NQR2İ /teŋri/ = göy; Tanrı) şumer panteonundakı Dingir ilə bağlıdır. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin il (yaxud ilu) ilahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur.
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz Əliyev Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı. Çingiz Axundov Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi. Yaşayış məntəqələri Çingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.
Dəniz
Dəniz — Sualtı dağlar, okean cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
Çingiz (Baymak)
Çingiz (başq. Сыңғыҙ, rus. Чингизово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Tatlıbay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km. Kənd Samkara çayının sağ sahilində yerləşir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.|0 Xusain Faizulloviç Akhmetov (1914-1993) — XX əsrin başqırd bəstəkarı. Rəşidə Qilmutdinovna Tuysina (10 may 1942) — rəqqasə, Rusiyanın əməkdar artisti. Ənvər Zakiroviç Asfəndiyarov (15 may 1934) Sovet və rus tarixçisi, tarix elmləri namizədi, professor, Salavat Yulayev ordenli.
Çingiz Abbasov
Çingiz Abbasov — Azərbaycanın neftçi alimi, Bakı Neft texnikumunun direktoru (1973–1981), 80 texnikum üzrə direktorlar şurasının sədri (1974–1980). Çingiz İsgəndər oğlu Abbasov 27 noyabr 1926-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 2–3 yaşında atasını itirmiş və anası 3 uşağını zəhmətkeşlik ruhunda tərbiyə etmişdir. Sus kəndində məktəb olmadığından kənddən 3–4&;km məsafədə yerləşən Qızılca kənd məktəbinə 1936–1938-ci illərdə təhsil almışdır. 1939-cu ilin yayında ailə Laçın şəhərinə köçmüş və təhsilini orada davam etmişdir. 1946-cı ildə Laçın şəhərindəki orta məktəbi "Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün" Gümüş medalla bitirmişdir və imtahansız M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə bitirmiş və "Dağ mühəndisi" adını almışdır. 1942–1946-cı illərdə — Laçın şəhər orta məktəbində Baş pioner dəstə rəhbəri (eyni zamanda kitabxanaçı) axşamlar isə kinomexanik köməkçisi işləyib. 1951–1952-ci illər — Dövlət elmi-tədqiqat layihə institutunda (indiki Az. NQS. DETLİ) mühəndis. 1952–1958-ci illər — "Lenin Neft" tresti (hazırkı "Balaxanı Neft" NQÇİ) 8-ci mədəndə neftçıxarma ustası (sahə rəisi), 14 və 12-ci mədənlərdə baş mühəndis və 14-cü mədəndə müdir.
Çingiz Abdullayev
Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991). Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981) 2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır.
Çingiz Alqazax
Çingiz Alqazax (1938, İğdır – 1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu. 1938-ci ildə Türkiyənin İqdır şəhərində dünyaya gəlmişdir. 1931-ci ildə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Şıxlinskinin oğludur. Türkiyədə Hərbi Aviasiya Məktəbini bitirmişdir. Paraşüt-desant idmanı üzrə Avropa çempionu olmuşdur. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, aviasiya hərbi eskadrilyasının komandiri olmuşdur, albay (polkovnik) rütbəsinədək yüksəlmişdir. 1992-ci ildə Ankarada vəfat etmiş, dövlət və ordu rəsmilərinin iştirakı ilə dəfn olunmuşdur .
Çingiz Aslanov
Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavinidir. Telejurnalistdir. 30 ildən çoxdur televiziya sahəsində çalışır. "Qızıl Qələm" və "Araz" mükafatları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalistidir.
Çingiz Axundov
Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi.
Çingiz Aytmatov
Çınğız (Shyngýz, Shyngýs) Töröquloviç Aytmatov (12 dekabr 1928[…], Şəkər[d], SSRİ – 10 iyun 2008[…], Nürnberq, Bavariya) — görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim. Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdırAytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur. O, dəfələrlə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biridir. Böyük söz ustadı Çingiz Aytmatov ümumən dünya ədəbiyyatını, o cümlədən qırğız ədəbiyyatını tam orijinal olan bənzərsiz obrazlarla zənginləşdirmişdir. Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub . Atası — Torequl Aytmatov (1903–1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi, Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olmuşdur. Torequl Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Anası — milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904–1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olmuşdur. O, 1904-cü ildə İssık-göl yaxınlığındakı Karakol şəhərində anadan olmuşdur.
Çingiz Babayev
Çingiz Babayev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olub. Çingiz Babayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Çingiz Balayev
Çingiz Biriya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb. Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur.
Çingiz Briya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb. Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur.
Çingiz Çiçək
Çingiz Çiçək (1978, Tuncəli) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çingiz Çiçək 1978-ci ildə Tunceli ilində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. HDP İstanbul il şöbəsinin həmsədri, HDP İdarə Heyətinin üzvü və HDP həmsədrinin müavini olub. 2009-cu ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın hüquqlarını müdafiə edib. 2011-ci ildə Abdullah Öcalanı təmsil edən 45 digər hüquq müdafiəçisi ilə birgə həbs edilib. 2014-cü ilin martında Kürdüstan İcmalar İttifaqı (KCK) ilə əlaqəli fəaliyyətlərdə ittiham olunaraq istintaqa cəlb edilən digər doqquz hüquq müdafiəçisi ilə birgə sərbəst buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çingiz Əsgərov
Çingiz İsgəndər oğlu Əsgərov ( ) — azərbaycanlı hüquqşünas; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi (2013—h/h), Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi (2020—h/h). Çingiz İsgəndər oğlu Əsgərov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. 1989-1991-ci illərdə “NORD” Elmi-İstehsalat Birliyinin hüquq bürosunda çalışıb. 1994-1998-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. 1998-2000-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunda referent vəzifəsində çalışıb. 2000-ci ilin yanvar-mart aylarında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) QHT ilə iş şöbəsində ezam olunmuş mütəxəssis olaraq çalışıb. 2000-2003-cü illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində 1-ci Katib vəzifəsində çalışıb. 2003-2020-ci illərdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri olub. 08.12.2003-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Çingiz Əlləzov
Çingiz Ayaz oğlu Əlləzov (belar. Чынгіз Аязавіч Аллазаў; 10 iyun 1993, Minsk) — Azərbaycanlı-Belaruslu kikboksçudur. Hal-hazırda ONE Championship ilə müqaviləsi var. O, hazırkı ONE Featherweight Kikboks Dünyası Çempionudur və 2021 ONE Kikboks Featherweight Dünya Grand Prix Qalibidir. 2009-cu ildən peşəkar döyüşçü olan Əlləzov, keçmiş K-1 Super Welterweight Çempionu, keçmiş iki çəki üzrə WAKO-Pro K-1 qaydaları çempionu, keçmiş Nuit des Champions Super Welterweight çempionu və iki dəfə A1 yüngül çəkili turnir qalibidir. 2023-cü ilin martından etibarən, Combat Press və Beyond Kickboxing tərəfindən dünyanın ən yaxşı yüngül çəkili və pound-for-pound kikboksçusu kimi sıralanır. == Həyatı == Çingiz Əlləzov 1993-cü il iyunun 10-da Gürcüstanla Azərbaycan sərhədində yerləşən Qardabaninin Jandar kəndində doğulub. Ailəsi 1994-cü ildə Minskə, Belarus köçüb. Biznes üzrə diplomu var. == Kikboks karyerası == === Erkən karyera === Çingiz 10 yaşında özünü müdafiə bacarıqları qazanmaq üçün Tay boksu ilə məşğul olmağa başladı.