Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firdovsinin dəfni
"Firdovsinin dəfni" — azərbaycanlı rəssam Qəzənfər Xalıqovun 1934-ci ildə çəkdiyi rəsm əsəri.
Qraf Orqasın dəfni
Qraf Orqasın dəfni (isp. El Entierro del Conde de Orgaz) əsəri 1586-1588-ci illərdə Yunan mənşəli İspaniya rəssamı El Qreko tərəfindən çəkilmiş XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.
Səma dəfni ayini
Səma dəfni ayini — mərhumun cəsədini havada asmaqla həyata keçirildiyi dəfn edilmənin ən qədim dini ayinlərindən biri. Ayinin dini motivasiyası müxtəlif xalqlar üçün fərqli olmuşdur. == Ümumi məlumat == Səma dəfn mərasimi qədim dövrlərin bir çox xalqı arasında mövcud olmuşdur. Bu gün Cənubi Amerikanın bəzi tayfaları arasında da müşahidə edilir. Bəzi xalqlar üçün ayin bütün ölülərlə əlaqəli, bəzilərində isə yalnız bu və ya digər səbəbdən "seçilmişlər" lə əlaqəli şəkildə yerinə yetirilmişdir. Bu ayin haqqında ən qədim istinadlardan biri Nimfodorun mesajıdır (e.ə. III əsr). O, özünün "Barbar qanunları" əsərində yazırdı: == Zərdüştlük == Qədim zərdüştlər ölü cəsədini yırtıcı quşlar tərəfindən ziyafət üçün Dahma adlanan bir tikiliyə qoyulmalı olduğuna inanırdılar, çünki cəsədlərin basdırılması və ya yandırılması qədim dində qadağan edilmişdir. Səbəb isə suyun və torpağın çirklənməsinə səbəb olacağını düşünmələridir. == Gürcülər üçün səma dəfni ayini == 1814-cü ildə David Baqrationi "Gürcüstan tarixi" kitabında məlumat verdi: == Şimali Amerikalılar arasında səma dəfni == Hava dəfn mərasiminin Şimali Amerikadakı hinduların bəzi qəbilələri arasında mövcud olduğu da bilinir.
Cəfər Cabbarlının dəfni (film, 1935)
== Məzmun == Film Azərbaycan dramaturqu Cəfər Cabbarlının dəfn mərasiminə və ümumxalq matəminə həsr edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Mikayıl Mikayılov Operatorlar: Camal İsmixanov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 95.
Heydər Əliyevin ölümü və dəfni
Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir.13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib.Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib. == Dəfn prosesinin təşkili == Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib. İlham Əliyev - Respublika Prezidenti, Dövlət Komissiyasının sədri Murtuz Ələsgərov - Azərbaycan Milli Məclisinin sədri Artur Rasizadə - Azərbaycanın baş naziri Ramiz Mehdiyev - Prezident Administrasiyasının rəhbəri Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri Vilayət Quliyev - Xarici İşlər Naziri Səfər Əbiyev - müdafiə naziri Namiq Abbasov - milli təhlükəsizlik naziri Ramil Usubov - daxili işlər naziri Zakir Qaralov - Baş prokuror Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Hacıbala Abutalıbov - Bakı meri Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri == Dəfni == Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib. Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib. Dəfndə 250,000 nəfər iştirak edib. Yerli vaxtla saat 9.00-da tabutun önündə Azərbaycan Milli Qvardiyasının fəxri qarovul dəstəsinin düzülməsi ilə vida mərasimi başlayıb. Yerli məsciddə də eyni vaxtda cənazə namazı qılınırdı.
Nəriman Nərimanovun dəfni (film, 1925)
== Məzmun == Filmdə 1925-ci ildə Nəriman Nərimanovun dəfn mərasimi öz əksini tapmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyən === Operator: Arkadi Yalovoy == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
26 Bakı komissarı cənazələrinin dəfni (film, 1920)
26 Bakı komissarı cənazələrinin dəfni filmi 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Məzmun == Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Filmin üzərində işləyən == Operator: Kosiçkin == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
İsmayıl Aliyev (nefçi)
İsmayıl Əliyev — azərbaycanlı neftçi-geoloq. 12 avqust 1953-cü ildə Azərbaycan Respublikasının Daşkəsən şəhərində anadan olmuşdur. == Həyatı == İsmayıl Əliyev neft sahəsində tanınmış neftçi-geoloqdur. İsmayıl Əliyev hələ orta məktəbdə oxuyarkən neftçi geoloq olacagını bilirdi .Bu da təsadüfi deyildi. O, qədimdən faydalı qazıntı yataqları ilə tanınan, Azərbaycanın sənaye cəhətdən inkişaf etmiş bölgələrindən biri olan Daşkəsəndə dünyaya göz açmışdı. Valideynləri də filizsaflaşdırma mədənlərində çalışmışdılar. 1970- ci ildə orta məktəbi bitirdikdən sonra neftçi-geoloq olmaq arzususu ilə sənədlərini o vaxtkı Azerbaycan Neft Kimya instituna vermişdi. İmtahanlarını uğurla başa vuran İ.Əliyev təhsil aldıgı beş il ərzində neftçi peşəsinə marağı, məhəbbəti ilbəil artır. İnstitutu müvəffəqiyyətlə bitirib təyinatla Sahil DKQİ-ye üz tutur ve qazmaçı köməkçisi kimi əmək fealiyyətinə başlayır. == Ailəsi == Həyat yoldaşı Məmmədova Marta Namaz qızı -jurnalistdir.
Difai
Difai partiyası, Difai firqəsi (az.-əbcəd دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əbcəd دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi. Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
Dilçi
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs. == Dilçi alimlər == 8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı. Mahmud Qaşqarlı "Divanü Luğat-it-Türk" əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073-1077-ci illər arasında yazıldığı güman edilir). Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030-1146) xüsusi yeri var. 13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275-1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır. Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802-1870) "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var. Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Dəfnə
Dəfnə ağacı (lat. Laurus) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və qərbi Zaqafqaziyada rast gəlinir. == Növləri == Laurus azorica (Seub.) Franco Laurus chinensis Blume Nəcib dəfnə ağacı (Laurus nobilis L.) == İstinadlar == Dəfnə:The Plant List saytında takson barədə məlumat.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
Nifçi
Nifçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Otuzikilər kənd Sovetindən Nifçi kəndi Çələbilər kənd Sovetinin tərkibinə verilmişdir.
Dəfn
Dəfn (ing. Funeral) — Vəfat etmiş şəxsin torpağa basdırılma prosesi. Dəfn adətləri, xalqlara, mədəniyyətlərə və dövrlərə əsasən müxtəlif olmuşdur. Hər bir dövrün, xalqın özünə məxsus müxtəlif dəfn adətləri vardır.
Dəli
Dəli
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Nəfi
Rəfi
Rəfi — Kişi adı. Rəfi ibn Leys — 806-810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. Sərdar Rəfi Yanehsari — Astrabadın, Qorqanın valisi.DigərRəfi (İran) — İranın Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi.
Brayan Daffi
Brayan Daffi — (15 iyun 1933[…], London – 31 may 2010[…], Birləşmiş Krallıq) — ingilis fotoqraf. 1960–70-ci illər karyerasının ən parlaq illəri hesab olunur. == Uşaqlıq və gənclik illəri == Brayan Daffi 1933-cü ildə Londonda irlandiyalı bir ailədə dünyada gəlmişdir. II Dünya müharibəsində iki qardaş və bir bacısı ilə birlikdə ailəsində uzaq qalmaq məcburiyyətində qalsa da, bu ayrılıq uzun sürmür. Londonda vəziyyət pisləşdikcə bir neçə dəfə evdən ayrılmalı olmuşdur. Müharibədən sonra liberal məktəbinə getmiş, uşaqların mövcud vəziyyətlərini yaxşılaşdırmağı qarşısına məqsəd qoymuşdur. Daha sonralar Kentiş qəsəbəsindəki məktəbdə təhsil almış, burada opera, balet, məktəb ekskursiyaları kimi bir çox sosial fəaliyyət ilə məşğul olmuşdur. Bu fəaliyyətlərə digər uşaqları da cəlb etməklə onların problemlərini həll etməyə çalışmışdır. Müəllimləri Brayanın yaradıcılıq qabiliyyətini gürüb onu "Saint Martini incəsənət məktəbi"nə (Saint Martin's School of Art) yönləndirdilər. Növbəti illlərdə paltar dizaynı kursunaa getmişdir.
Daffi Dak
Daffi Dak və ya Ördək Daffi (ing. Daffy Duck) — antromorfik qara rəngli ördək, cigi film personajı. Bədəni qara, ayaq və dimdiyi narıncı rəngdədir. Boynunda ağ halqa şəkilli lələklər var. Pəltək danışığı var, danışanda tüpürcək saçır. Baqz Banni və donuz Porkidən sonra ekranda ən çox görülən üçüncü personaj hesab olunur. Cizgi filmlərdə əksər hallarda donuk Porki və Baqz Banni ilə birlikdə çəkilmişdir. İnsanlar Daffini ilk dəfə 17 aprel 1937-ci ildə yayımlanan "Donuzun ördək ovu " cizgi filmi ilə tanıdılar. Cizgi filmin rejissoru Teks Everi idi. Daffi obrazını tam 52 il boyunca Mel Blank səsləndirmişdir.
Dafni Kin
Dafni Mariya Kin Fernendez (isp. Dafne María Keen Fernández; 4 yanvar 2005, Madrid) — Britaniya-İspaniya aktrisası. Debüt işi "The Refugees" teleserialında Ana "Ani" Kruz Oliver rolu olmuşdur.
Dafni Rouzen
Dafni Rouzen (ing. Daphne Rosen; 9 iyun 1982, Tel-Əviv) — İsrail pornoaktrisasıdır. Təl-Əvivdə anadan olan Dafni uşaqlığını ABŞ-də Massamusetdə keçirmişdir. 2005-ci ildə "Venom Digital Media" ilə müqavilə bağlayaraq porqnoqrafik janrlı filmlərdə çəkilməyə başlayır.
Difai (təşkilat)
Difai partiyası, Difai firqəsi (az.-əbcəd دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əbcəd دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi. Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
Difai Firqəsi
Difai partiyası, Difai firqəsi (az.-əbcəd دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əbcəd دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi. Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
Difai Partiyası
Difai partiyası, Difai firqəsi (az.-əbcəd دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əbcəd دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi. Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Damcı
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərəksoyuması.
Defis
Defis ( – ) Yazıda istifadə olunan ən qısa üfüqi simvol. Azərbaycan dili qrammatika qaydalarına görə defis işarəsi aşağıdakı hallarda qoyulur: Mürəkkəbləşmiş sözlərin və ifadələrin arasında: /ala-bəzək/, /ad-san/ və s.; Söz hissələri arasmda: a) sətirdən sətirə keçirmədə: /işlə-yir/, /dola-yır/ və s.; b) ayrıcà yazılan şəkilçidən əvvəl: /-dan, -çi/ və s.; c) miqdar saylarını bildirən rəqəmlə şəkilçi arasmda: /9-cu/, /2-ci/ və s. Bundan əlavə dilimizdə defisin işlənməsinin 35 qaydası məlumdur.
Dehli
Dehli (hind दिल्ली, pənc. ਦਿੱਲੀ, urdu دِلّی‎, ing. Delhi, köhnə adı Şahcahanabad) — Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri (Mumbaydan sonra), Hindistanın ittifaq ərazisi statusuna malikdir (Dehli milli paytaxt dairəsi). Hindistanın şimaında Yamuna çayının sahilində yerləşir.
Delfi
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Derbi
Derbi (ing. Derby [ˈdɑrbi]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Deçin
Deçin— Çexiya Respublikasının şimalında Usti nad Labem əyalətində olan bir kiçik şəhər. Deçin əyalətin vilayətdə ən böyük şəhəri olub, əyalətin mərkəzi şəhəri sayılır. == Coğrafiyası == Deçin Bohemiyanda Elba çayı (Çex: Labe) ilə Ploučnice çayının birləşdiyi ərzidə salınmışdır. Şəhər Elba çayı bölgədə olan yumşaq qumdaşından ibarət alçaq dağlıq bölgədən keçdikdən sonra Bohemiya İsveçrəsi və şimalda Luşatınya Dağları, cənubda Bohemiya Yüksək Sahələri kimi tanınan təpəlik ərazilərinə keçid bölgəsində yerləşir. Ərazi Elba çayının iki sahilində olub, tarixən iki dəyişik məskən meydana gəlmişdir: Elba çayının sağ sahilində olan ərazi köhnə Deçin şəhəridir və sol sahildəki ərazinin adı 1842-ci ildə bələdiyyəsi qurulan Podmokly (Alman dilində "Bodenbach") qəsəbəsidir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 135 m olub, beləcə Çex Respublikasında ən aşağı hündürlüyə malik şəhərlərdən biridir. Şəhərin yaxınlığından Almaniyanın Drezden şəhəri ilə Praqanı birləşdirən çox əhəmiyyətli dəmiyolu olan "Elba Vadisi Dəmiryolu" keçir. Deçin stansiyası ilə Praqanın şimalı arasında qatarla təxminən 83 dəqiqəlik yol var. Bu dəmiryoluna paralel olaraq Elba çayı sahili boyu avtomobil yolu uzanır və bu yol üzərindəki "Bad Schandau" sərhəd qapısı 1938-ci ildə genişləndirilib qurulmuşdur. Bütün bu nəqliyyat yolları (dəmiryolu xətti, avtomobil yolu və şəhərdən keçən su yolu) Deçin şəhərini əhəmiyyətli coğrafi strateji mövqeyə çevirmişdir.
Kefli
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, Qızılqoç rayonunda kənd. Kefli — Basarkeçər rayonunda ləğv olunmuş kənd.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 Kioto – 30 iyul 1912 Tokio) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Mərci
Mərcimək (cins)
"Meyci" ordeni
"Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri. Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur. == Tarixi == "Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur. Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir. Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur. 2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır. == Dizayn == Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir. Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Aleks Denni
Aleksander Ceyms Denni (ing. Alexander James Denny; 12 aprel 2000) — yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == === Everton === Denni 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. O, öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 91-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Denni İngiltərə U-17 millisi ilə debütünü 2016-cı ilin sentyabr ayında Xorvatiya U-17 millisinə qarşı oyunda etmişdir.
Artur Cefri
Artur Cefri (ing. Arthur Jeffery; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas. == Həyatı == Melburn Universitetində təhsil almış, Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir. == Fəaliyyəti == 1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi. == Kitabları == Artur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.