Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərələyəz
Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsi. Dərələyəz (Xocalı) — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Dərələyəz (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dərələyəz (qəzet) — Azərbaycanda nəşr olunan qəzet.
Almalı (Dərələyəz)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14–16 km qərbdə, Elpin kəndinin şimalında yerləşir. Toponim almalı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904 - cü ildə 313 nəfər, 1914- cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar kəndlərinə dönə bilmişdir. Burada 1922- ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır . 1938-39-cu illərdə azərbaycanlılar kənddən köçürülərək 1939-cu ildə kənd ləğv edilmişdir.
Dərələyəz (Göygöl)
Dərələyəz — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dərələyəz oyk. Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. Bu adda Xocalı rayonunda da kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 24 nəfər əhali yaşayır.
Dərələyəz (Xocalı)
Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir.
Dərələyəz mahalı
Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. == Tarixi == Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.km-dir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi. Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibndə yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.
Dərələyəz nahiyəsi
Dərələyəz nahiyəsİ —XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin tərkibinə daxil olan nahiyələrdən biri. Naxçıvanın tərkibində inzibati ərazi vahidi kimi bu dövrdən başlayaraq adı tez-tez mənbələrdə çəkilən Dərələyəz nahiyəsi şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdu. Bu sərhədlər daxilində hesablanan zaman məlum olur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan ölkəsinin Dərələyəz nahiyəsinin ərazisi, təqribən, 1607 kvadratkilometr olmuşdur. == Toponimin mənası == Bu dövrdən sonra mənbələrdə adı tez-tez çəkilən “Dərələyəz” və ya “Dərə-alagöz” toponimin mənası ilə bağlı məsələni aydınlaşdırmaqda fikrimizcə fayda vardır. K.N.Smirnov topladığı müxtəlif yerli materiallar və tarixi əsərlərə əsaslanmaqla toponimin mənasını izah edərkən onun “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığını qeyd etmiş və mənasının “ələyəz adlanan bitkinin bitdiyi dərə” mənasında olduğunu yazmışdır Lakin ərazinin adını sadəcə bir bitkidən alması o qədər də inandırıcı fakt deyildir. AMEA-nın müxbir üzvü A.Bağırov sözün sadəcə iki komponentdən ibarət olduğunu qeyd etmiş, lakin “ələyəz” və yaxud “alagöz” kimi qeyd olunan ikinci komponent barədə məlumat verməmişdir. Professor H.Mirzəyev “Ələyəz” sözünün oğuzlarla bağlı etnonim olduğunu qeyd etmişdir . Tədqiqatçı İ.Bayramov da bu sözün alagöz türk tayfası ilə bağlı etnonim olduğu qənaətinə gəlmişdir. Alagöz tayfasının türkmənşəli tayfalardan biri olması barədə qeydlər türk tədqiqatçısı Necdet Sevinçin əsərlərində də qeyd edilmişdir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin fikrincə də Dərələyəz sözünün tarixən bu ərazidə məskunlaşmış türk tayfalarından biri olan alagözlərlə bağlı olması ehtimalı daha güclüdür.
Dərələyəz rayonu
Dərələyəz rayonu — Ermənistan SSR–də, 1930–1931–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Keşişkənd kəndi idi. Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi. Rayonda 15 noyabr 1930–cu il vəziyyətinə görə 41 kənd sovetliyi yerləşirdi. Rayon 15 oktyabr 1931–ci ildə ləğv edildi, onun yerində isə Keşişkənd və Əzizbəyov rayonları təşkil edildi.
Dərələyəz silsiləsi
Dərələyəz silsiləsi – Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindədir. Ermənistan ilə Naxçıvan sərhədi boyu qərb, şimal-qərbdən şərq istiqamətində uzanır. Arpaçay ilə Naxçıvançay arasında yerləşir. Bu silsilə Gəlinqaya (2800 m-ə yaxın) dağının qərb hissəsindən başlayaraq, Biçənək aşırımına qədər uzanır. Zəngəzur silsiləsilə birləşir. Uzunluğu 70 km, ən hündür zirvəsi Küküdağdır (3120 m). == Geoloji quruluşu == Silsilənin qərb hissəsi Paleozoy və Mezozoyun çökmə süxurlarından (əhəngdaşı, qumdaşı, kvarsit, şist və s.) ibarətdir. Daha çox üst təbaşir və trias sistemi fasiyaları üstünlük təşkil edir. Şərq hissəsi Paleogenin çökmə vulkanogen süxurlarından və Neogen lavalarından ibarətdir. == Coğrafiyası == Silsilənin qərbində Gəlinqaya dağından cənuba doğru uzanan tirənin üzərində Qaraqurt (2500 m) zirvəsi ucalır.
Gomur (Dərələyəz)
Gomur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi qeyd edilmişdir. Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı formalarında göstərilmişdir. Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Horadiz (Dərələyəz)
Horadiz və ya Qaradüz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Ağxaç kəndinin yaxınlığında yerləşirdi.
Moz (Dərələyəz)
Moz, Mozrov — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.(133, 76) Moz kəndi Arpa çayının cənub qolu boyu Keşkənddən Əzizbəyova (Soylana, Paşalıya) və İstisuya (Cermuxa) gedən şose yolunun üstündə yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Mor kimi qeyd edilmişdir. Toponimdə r~z səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldır. Erməni mənbələrində Mozrov formasında da qeyd edilir. Toponim qədim türk dilində "ağ, çal, boz, bozumtul" mənasında işələnən moz sözündən əmələ gəlmişdir. Görünür, kəndin yerləşdiyi ərazinin torpağı boz, bozumtul rəngdə olmuşdur. Moz sözü böz sözünün fonetik formasıdır. Türk dillərində b~m səsəvəzlənməsi də qanunauyğundur: bən~mən, buna-muna və s. Ona görə də kəndə relyefə uyğun olaraq Moz adı verilmişdir. Quruluşca sadə toponimdir.
Paşalı (Dərələyəz)
Paşalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk). 1728-ci ildən mə'lumdur Həmin mənbədə kənddə üç müsəlman (azərbaycanlı) kişinin yaşadığı göstərilir3 yanvar 1935-ci ildə adı dəyişdirilərək Əzizbəyov qoyulmuşdur. 8 iyul 1957-ci ildə adı ikinci dəfə dəyişdirilərək Zaritap qoyulmuşdur. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Qalasar (Dərələyəz)
Qalasar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Qalahasar. Kəndin yaxınlığındakı siklopik qalaçanın adındandır. Ermənistan ərazisində çoxlu miqdarda yaşayış məntəqə adlarında е.əv. III–II minilliklərə aid olan tsiklopik tikintilərin xalq arasında ifadəsi olan "qalaca", "qalacıq", "hasar" sözləri vardır. Azərbaycanda Qazax, Qubadlı, Kəlbəcər, Tovuz, Xanlar, Şərur və b. rayonların ərazilərində də 120-yə qədər kobud yonulmuş, dördkünc formalı nəhəng daşlardan hörgü tikintilər vardır. Bax: Hisar.
Qaraqaya (Dərələyəz)
Qaraqaya - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə «dağ» mənasında işlənən qaya sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904 - cü ildə 177 nəfər, 1914 - cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər, 1987-ci ildə 400 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qovuşuq (Dərələyəz)
Qovuşuq — Dərələyəz mahalında kənd. Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir. Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur.
Qurdqulaq (Dərələyəz)
Qurdqulaq, Boloraberd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 4–5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çökək" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kürd-kulax dağ adı ilə mənaca eynidir. Toponim qurt //qurd türk etnoniminə "dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik" mənasında işlənən qulaq (kulak) sözünün birləşməsindən əmələ gəlmişdir. "Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur.
Quşçu (Dərələyəz)
Quşçu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası kimi, Qafqazın 5 verstlik xəritəsində Quşi formasında qeyd edilmişdir. Toponim qədim quşçu türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin 12.11.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Keçud qoyulmuşdur. Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunmuşdur.
Qızılgül (Dərələyəz)
Qızılgül kəndi (Aysəsi, indi Areta) — Dərələyəz mahalında kənd. Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır. Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Sultanbəy (Dərələyəz)
Sultanbəy - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov , Vayk) rayonunda kənd. Rayon mərkəzindən 20 km cənub-şərqdə yerləşir. Kənd Sultan adlı bəy tərəfindən salındığı üçün «Sultanbəy kəndi» adlanmışdır. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə təsis edilmiş inzibati ərazi bölgüsünə görə Naxçıvan qəzasının Cəhri rayonunun tərkibində olan 20 kənddən biri də Sultanbəy kəndi olmuşdur. ZSFSR MİK-nin qərarı ilə 1929-cu il fevralın 18-də Naxçıvana məxsus bir sıra torpaqlar - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəza¬sının Qarçevan kəndi və Kilit kənd torpaqlarının bir hissəsi, həmçinin həmin vaxt Zəngilan rayonunun Nüvədi, Ernəzir, Tuqut kəndləri, Sovet hökumətinin məqsədyönlü siyasəti sayəsində Ermənistan SSR-ə verildi Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Bartsiruni qoyulmuşdur. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır.
Yelpin (Dərələyəz)
Yelpin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Yengicə (Dərələyəz)
Yengicə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1964-cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur. Rayondakı Qnişik kəndindən 3–4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII–IX əsrdə mövcud olduğu göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yenicə kimi, Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında qeyd edilmişdir. 1946-cı ildə kənd Qanzak adlandırılmışdır. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. İlk dəfə 1728-ci ildə adı çəkilir. Keçmişdə Yengicə (türk dillərində yengitəzə, yeni) və Yenicə dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəsilin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulurdu.Yengicə (və Yenicə) adlandırılan belə məntəqə ana kəndin tərkib hissəsi olaraq qalırdı və vergini də birlikdə verirdi. Relyef əsasında yaranan toponimdir.
Qozluca (Dərələyəz)
Qozluca — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. 1727-ci ilə aid mənbədə İrəvan əyalətinin Dərələyəz nahiyəsində Qozluca kəndin adı çəkilir. Həmin mənbədə qeyd olunur ki, kənddə adam yaşamır. Şiə olduqlarına görə köçüblər1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. "Qoz ağacı bol olan yer", "qozluq" mə'nasındadır.
Daşaltı (Dərələyəz)
Daşaltı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 6–7 km cənubda, Arpaçayın sahilində yerləşirdi. == Etimologiyası == Toponim "dağ, qaya" mənasında işlənən "daş" sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş "alt" sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1873-cü ildə 32 nəfər, 1886-cı ildə 37 nəfər, 1897-ci ildə 73 nəfər, 1904-cü ildə 28 nəfər, 1914-cü ildə 30 nəfər, 1916-cı ildə 24 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar yenidən erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. 1926-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Qayalı (Dərələyəz)
Qayalı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Vilayət ərazisindəki Paşalı kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeydə alınmışdır. Toponim "dağ, daş" mənasında işlənən "qaya"sözünə çoxluq bildirən "-lı" şəkilçisinin artırılması ilə düzəldilmişdir. Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 130 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 223 nəfər, 1904-cü ildə 240 nəfər, 1914-cü ildə 264 nəfər, 1916-cı ildə 292 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1923–1924-cü illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd xarabalığa çevrilmişdir. Hazırda kəndin ərazisi xarabalıqdır.
Həsənkənd (Dərələyəz)
Həsənkənd, 03.01.1935-ci ildən Şatin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şatin qoyulmuşdur.