Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərbəndi
Dərbəndi — təxəllüs.
Ağ Dərbəndi
Vitis ficifolia (lat. Vitis ficifolia) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki cinsi. Çox yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 76,0%; salxımların sayı 28 ədəd; bar əmsalı 0,60; məhsuldarlıq əmsalı 0,8-dir. Salxımların orta kütləsi 180,6-362,0 qr, kolun məhsuldarlığı 5,0-10,0 kq, hektardan məhsuldarlıq 111,0-222,2 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17,0-19,2 q/100 sm3, titrlə-nən turşuluq 3,62-5,12 q/dm3 arasında dəyişir. == Yarpaqları == Yarpaqları iri və çox iri (uzunluğu 18-24 sm, eni 14-20 sm),oval, yumurtavari formada olub, müstəvisi dalğavarıdir. Üst səthi hamar olub, tünd-yaşıl rəngdədir. Kəsikləri dərin olub, yuxarı kəsikləri açıq, yaxud bağlı, liraşəkilli və ya ellipsvari formadadır. == Meyvəsi == Salxımları iri və çox iri ölçüdə (uzunluğu 18-27 sm, eni 12-16 sm), konusvarı, enli-konusvarı, tək–tək hallarda silindrik formada olub, seyrək, orta sıxlıqda və sıxdır.
Fazil Dərbəndi
Fazil Dərbəndi (1785-1870)— islam alimi, teoloq == Həyatı == Fazil Dərbəndi təqribən 1785-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Mənbələrdə bu böyük şəxsiyyət Dərbəndi, Şirvani, Tehrani və Hairi nəsəbləri ilə xatırlanır. Qədim Azərbaycan şəhəri Dərbəndin yetirməsi olan Fazil Dərbəndi 19-cu əsrin ən məşhur ruhani alimlərindən və qələm sahiblərindən sayılırdı. Fazil Dərbəndinin əsl adı Axund Molla ağa ibn Abid ibn Ramazan Əli ibn Zahiddir. Yüksək elmi dərəcəsinə görə ona "Fazil Dərbəndi" (yəni Dərbəndli fəzilət sahibi) ləqəbi verilmişdi. Tarixdə bir neçə məşhur ruhani alimə ehtiram məqsədilə "Fazil" ləqəbi ilə müraciət edilmişdir. Məsələn, Fazil İrəvani, Fazil Miqdad, Fazil Bəstami, Fazil Şərabiyani və b. Onun "Şirvani" adlandırılmasının səbəbi isə Dərbəndin vaxtilə Şirvan vilayətinə aid edilməsi ilə bağlıdır. Fazil Dərbəndi uzun müddət Tehranda və Kərbəlada (Kərbəla şəhərinin başqa adı Hairdir) yaşayıb-yaratdığı üçün, ona "Tehrani" və "Hairi" nəsəbləri də verilmişdir. Fazil Dərbəndi məşhur müctəhidlər Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfi və Şeyx Mürtəza Ənsari ilə müasir olmuş, Kərbəlada Şərifu'l-uləma Mazandaranidən dərs almışdır.
Kəyumərs Dərbəndi
Şahzadə Kəyumərs — Şirvanşah I İbrahimin oğludur və Şirvanşahlar dövlətinin şahzadəsidir. == Həyatı == Atası onu Cəlairilərin qaraqoyunlulara qarşı mübarizəsində dəstək olmaq üçün Təbrizə göndərir. 1410-cu ildə, Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatır. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alınır. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etir. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərir və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərir. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirir. == Ölümündən sonra == Ölümündən sonra 1412-ci ildə qaraqoyunlularla şirvanşah , gürcü və şəkililərin birləşmiş qüvvələri arasında döyüş olur . Məğlub olan Şirvanşah I İbrahim qaraqoyunlulardan vassal asılılığını qəbul edir .
Qəzənfər Dərbəndi
Qəzənfər Dərbəndi — Şirvanşah şahzadəsi, I İbrahimin üçüncü oğlu və Bakı valisi. == Həyatı == 1398-ci ildə doğulmuşdur. Çalağan döyüşündə həbs olunduqdan sonra Şirvana qaytarılmışdır. I Xəlilullahın hakimiyyəti dövründə Bakı valisi olmuş, onun Qaraqoyunlularla müharibəsi dövründə isə Şirvanı onun adından idarə etmişdir. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda 1428-ci ildə bir bürc və çeşmə, 1431-ci ildə başqa bir bürc və 1438-ci ildə hamam tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür.
Kavus mirzə Dərbəndi
Kavus Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Bürhan Əlinin bacısı oğlu idi. İlk işi Şabran şəhərini ələ keçirmək oldu. Şəhərdən 12 kilometr aralıda isə Aras xan Rumlunun ordusuna məğlub oldu və öldürülərək başı Qəzvinə göndərildi.
Qasım mirzə Dərbəndi
Qasım Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Osmanlıya mühacirət etmiş Şirvan əsilzadələrindən idi. Əvvəlki şahlarla dəqiq əlaqəsi bilinməsə də Dərbəndilər sülaləsindən idi, II Xəlilullahın mümkün oğlu. 1554-cü ildə Kəffə-Dağıstan-Dərbənd yolu ilə Şirvana hücum etmişdi.Şirvan zadəganları və əhalisi vilayətin bəylərbəyliyi Abdulla xan Ustaclıdan uzaqlaşaraq Qasım Mirzəyə qoşuldular. Təngəaltı kəndində Abdulla xana qalib gəlmiş, daha sonra Qəleybuğurdu ələ keçirərək 40 gün burada qalmışdı. 12.000 əsgər toplamışdı. Gülüstan qalasına hücumu baş tutmadı və Abdulla xan ordusu tərəfindən məğlub edildi. Özü isə qaçdı.
Sultan Məhəmməd Dərbəndi
Sultan Məhəmməd Dərbəndi — Şirvanşah şahzadəsi, Dərbənd hakimi. I Keyqubadın oğlu, Kavus ibn Keyqubadın qardaşı və I İbrahimin atası. Huşəng ibn Kavusun taxta çıxmasından sonra oğulları Bəhlul və İbrahim ilə Şəkiyə qaçmış və orada vəfat etmişdir. == Mənbə == Sara Aşurbəyli, Şirvanşahlar, 2007, səh.
Əbubəkr mirzə Dərbəndi
Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı. == Uşaqlığı == Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır. == Taxta iddiası == 1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir.
Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur.O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir. Xınalıqlı Həkim ibn İbrahim əd-Dərbəndi də şəhərdə Qəzzalidən fıqh dərsi almış, hədisləri dinləmişdir.
Dərbəndin işğalı
Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur. == Arxa plan == 1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi. == İşğal == Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi. 5 avqustda yola çıxan ru sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi.
Dərbəndilər
Dərbəndilər – Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğurunda Qızıl Orda, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər)
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər) - XIII-XIV əsrlərdə Qafqazda cərəyan edən siyasi hadisələrdə Azərbaycanın ən mühüm strateji əhəmiyyətli mərkəzlərindən biri. Şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam. İki monqol ulusu arasında sərhəd məntəqəsi. == Dərbəndin strateji və coğrafi mövqeyi == Azərbaycanın Dərbənd şəhərinin yerləşdiyi coğrafi ərazi, strateji mövqe-bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olub. Əbəs yerə şəhər "Dərbənd", yəni "Bağlı qapı", həmçinin "Dəmir qapı", "Bab əl-əbvab" və s. adlandırılmır. Tarixən olduğu kimi, Dərbənd XIII-XIV əsrlərdə də şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam idi. Bir çoxları şəhərin möhkəmliyini, alınmaz olduğunu bilərək, ondan yan ötməyi daha üstün tutmuşlar.Əlverişli strateji mövqeyə malik Dərbəndin XIII-XIV əsrlərdə, başqa sözlə monqol ağalığı dövründə Monqol imperiyasının hansı ulusuna - Cuçi və Tuli nəslinə, yəni qızılordalılara və ya hülakulara məxsus olduğu tarixi ədəbiyyatda müəyyən fikir ayrılığına səbəb olmuşdur. Bunun əsas səbəbi şəhərin iki monqol ulusu arasında sərhəd məntəqəsi təşkil etməsidir. Odur ki, şəhər daima uluslar arasında gedən müharibələrin meydanına çevrilmiş, əldən-ələ keçmiş və tədqiqatçılar arasındakı fikir ayrılığı da bundan meydana gəlmişdir.
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Rusiyanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Bu şəhər üçün "Dərbənd" adı ilk dəfə 7-ci əsrə aid mənbələrdə qeyd olunmuşdur.
Zərnigar Dərbəndli
Zərnigar Dərbəndli — şeir qoşmaqda, aşıq məclisləri keçirməkdə ad çıxarmış Azərbaycan aşığı. == Həyatı == XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində yaşamışdır. Dərbənd hakiminin qızıdır. Mükəmməl təhsil görmüş, at çapmaq, qılınc oynatmaqla yanaşı, şer qoşmaqda, aşıq məclisləri keçirməkdə ad çıxarmışdı. Rəvayətə görə, məğlub etdiyi aşıqları zindana saldıran D.Z.Xudatlı Loğmanla yarışda məğlub olmuş, ona ərə getmək istəmiş, lakin bu sevda baş tutmamışdır. Sonralar Aşıq Valehə məğlub olan D.Z. ona ərə getmiş və Qarabağa köçmüşdür. Cünklərdə aşıq şerinin qoşma, gəraylı, təcnis, müxəmməs, qoşayarpaq, varsağı və s. şəkillərində yaratdığı şerlər mühafizə olunur. Onun Aşıq Valehlə eşq macəraları sonralar qoşulmuş "Valeh-Zərnigar" dastanında əksini tapmışdır.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Dərbənd (Dol)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (60 ailə).
Dərbənd (Həştrud)
Dərbənd (fars. دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 239 nəfər yaşayır (46 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Dərbənd (Urmiya)
Dərbənd (fars. دربند‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (85 ailə).
Dərbənd (Xudabəndə)
Dərbənd (fars. دربند‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (39 ailə).
Dərbənd (dəqiqləşdirmə)
Dərbənd — Dağıstan Respublikasında şəhər. Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Dərbənd (Urmiya) — Dərbənd (kənd) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərbənd (qəzet)
«Dərbənd» qəzeti — Dağıstanda, azərbaycan, rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycan türklərinin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. Qəzet 1920-ci ildə «Şurai Dağıstan» adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə «Dağıstan fuqarası» (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1931-ci ilin oktyabr ayından qəzet «Kolxoz yolu» («Kolxoz jolu»), 1932-ci ilin martından isə «Lenin bayrağı» («Lenin вajraƣь/Ленин байрағы/Ленин бајрағы») adı ilə nəşr olunur. 1960 - 1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan «Kənd mayakı» («Кәнд маjaкы»). Daha sonradan isə «Leninçi» («Ленинчи») adını alır. 1990-cı illərin əvvəllərindən isə bu gün ki adını alır. 1920 - 1922-ci illərdə Buynakskda, 1922 və 1924 - 1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cı ildən Dərbəndə dərc olunur.
Dərbənd (rayon)
Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir. == Ərazisi == Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir. Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır. Rayon 1921-ci ildə təşkil edilmişdir. İnzibati mərkəzi Dərbənd şəhəridir. Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir. Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir. Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür. Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.
Dərbənd Camaatı
Meşə Qardaşları (1905-1906)
Dərbənd FK
«Dərbənd» — Rusiyaın Dərbənd şəhərində fəaliyyət göstərən futbol klubu. Klub 1966-cı ildə təsis edilmişdir. 1992-ci ildə Futbol üzrə Rusiyanın II liqasının 1-ci zonasında 18-ci yeri tutmuşdur.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Dərbənd dairəsi
Dərbənd dairəsi (rus. Дербентский округ) — Dağıstan MSSR tərkibində, 25 iyun 1952-ci ildən 24 aprel 1953-cü ilədək mövcud olmuş 4 inzibati–ərazi vahidindən biri. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Dərbənd dairəsinin ərazisi 10 rayon (Ağul, Axtı, Dərbənd, Doqquzpara, Qasımkənd (indiki Süleyman-Stal), Qürah, Məhərrəmkənd, Rutul, Tabasaran, və Xiv rayonları) və 1 şəhərdən (Dərbənd şəhəri) ibarət idi.
Dərbənd döyüşü
Dərbənd döyüşü — Dərbənd şəhərinin Narınqala adlı gücləndirilmış məntəqəsinə yiyələnmək məqsədi ilə həyata keçirilən əməliyyat. Qədim şəhər geosiyasi baxımdan olduqca əlverişli yerdə yerləşirdi. Şərqdən Xəzər dənizi, qərbindən isə Qafqaz dağları ilə əhatələndiyindən bir keçid rolunu oynayırdı. == Arxaplan == 1795-ci ildə Qacar dövlətinin başçısı Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqları və Kartli-Kaxetiya çarlığı üzərinə yürüş təşkil edir. 12 sentyabr 1795-ci ildə Tiflis şəhərini işğal edir. Rusiya tərəfi 1783-cü ilin Georgiyevsk müqaviləsini əsas gətirərək Azərbaycan xanlıqları üzərinə yürüşə çıxır. Bu yürüş üçün 1796-cı ildən Dağıstanın şimalındakı Qızılyardan güclü rus korpusu hazırlanır. İki piyada və iki kavaler briqadası şəxsən imperatriçanının şəxsi əmri ilə general-mayorlar: knyaz Pavel Dmitriyeviç Sisianov, Sergey Alekseyeviç Bulaqov, Aleksandr Mixayloviç Rimskiy, baron Leontiy Keinteviç Beginsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platov təyin edilir. Ordu komandanlığı isə Valerian Zubova həvalə edilir. Sonra Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə hərəkət edir.
Dərbənd istehkamları
Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları. Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı.
Dərbənd mayakı
Dərbənd mayakı — Rusiya Federasiyasının ən cənub mayakıdır. Mayak Dağıstanın Dərbənd şəhərində yerləşir. Mayak Rusiyanın qorunan abidələri və UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Dərbənd qədim zamanlarlar liman şəhəri olmasına baxmayaraq, burada XIX əsrə qədər limanların əsas atributlarından sayılan mayakın olması barədə məlumat yoxdur. Rusiya imperiyasına məxsus gəmilər Dərbənd qalası rayonuna XVI əsrin 60-cı illərində yan almışlar. Bu zaman ruslar Xəzər dənizinin qərb sahillərinə gərbi yürüşlər təşkil edirdilər. I Pyotr Xəzər dənizində Rusiyanın təsir dairəsini artırmaq və Baltik-Xəzər dəniz yolunu inkişaf etdirməklə Avropa-Şərq arasında ticarət əlaqələrini qurmaq məqsədi ilə 1722—1723-cü illərdə Rusiya imperator donanamasının köməyi ilə Xəzəryanı bölgələrə hərbi yürüşünü təşkil etmişdir. Bunun nəticəsində Dərbənd və Bakı kimi tratüji əhəmiyyəti olan şəhərlər ələ keçirilir. 1826—1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi sonrası Rusiya Xəzər dənizində yeganə hərbi gücə çevrildi. rus və fars ticarət gəmiləri isə dənizdə sərbəst dolaşma hüququ əldə etdi.
Dübəndi
Dübəndi — Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Dübəndi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Qəsəbənin keçmiş adı Təkqışlaq olmuşdur. Adını ərazidəki eyniadlı yerdən almışdır. Oykonim tat dilindəki du (iki) və bəndi (sədd, bağlanmış yer, qarşısı alınmış yer) komponentlərindən düzəlib, "iki sədd" deməkdir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bakının mərkəzindən 50 km uzaqlıqdadır. == Əhalisi == == İqtisadiyyatı == SOCAR Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı neft yataqlarından hasil edilən nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də Şimal istiqamətində nəql edir. Terminal həmçinin neft və neft məhsullarının tranzit nəqlini də həyata keçirir. Neftin qəbulu, saxlanması və nəqli üzrə fəaliyyət göstərən obyekt, qurğu və avadanlıqların əsaslı təmiri, yenidənqurma işlərinin yerinə yetirilməsi, texnolojı iş rejiminə ciddi riayət edilməklə neftin nəqlinin təmin edilməsi Dübəndi Neft Terminalının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Mərəndi
Mərəndi — qədim əkinçilik aləti == Haqqında == Taxıl biçinindı istifadə edilirdi. Oval şəkilli dişsiz tiyədən (uzunluğu 1 m-ə qədər) və ağac sapdan ibarət olan Mərəndi, əsasən "seyitmə biçin" üsulunda tətbiq olunur. Mərəndinin adı Koroğlu dastanında və s.folklor nümunələrində də çəkilir. Azərbaycanda (xüsusilə, Naxçıvan bölgəsində) XX əsrin əvvəllərinədək təsərrüfatda Mərəndi istifadə olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Qərbənd
Qərbənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində “Yıxılmış“ və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində “Şahbad“ adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda “Qərvənd“ formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. == Toponimikası == Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. == Tarixi == 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.