Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstraliya dağdağanı
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Biondi dağdağanı
Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.
Bunqe dağdağanı
Bunqe dağdağanı (lat. Celtis bungeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Çinin mərkəzi və şəmal rayonlarını, Koreya yarımadasını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan kol və ya şarşəkilli, enli və sıx çətirli ağacdır. Qabığı açıq-boz və hamardır. Yarpaqları yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 4-8 sm, orta hissədə mişarvari-dişli, yumru bünövrəli, ucu biz, açıq-yaşıl, üstü parlaqdır. Hər iki tərəfdən çılpaqdır, saplaqların uzunluğu 5-10 mm-dir. Meyvələri şarşəkilli, qara-qırmızı, diametri 6-7 mm-dir. == Ekologiyası == Şaxtaya, quraqlığa davamlıdır, daşlıq yamaclarda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Lənkəranda mədəni halda rast gəlinir.
Cənub dağdağanı
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Qafqaz dağdağanı
Qafqaz dağdağanı (lat. Celtis caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. QlobalIUCN Statusu: LC. Ağacdır, yarpaqları qabıqlı, kənarları qeyri-hamardır, yumurtavaridir və ya yumurtavari-lansetşəkillidir, kənarlardan qatlanmış iti dişlidir, üstdən tend-yaşıl, hamar və ya kələ-kötür, alt hissədən boz-yaşıl rənglidir. Uzunluğu 4-8 sm, eni 2,5-5 sm-dir. Meyvələri şarvaridir, qırmızımtıl-sarı rənglidir və ya tünddür. Toxumları qırışlıdır. Yarpaqlaması və çiçəkləməsi eyni vaxtda baş verir. Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Aşağı və orta dağ qurşağında, meşə və meşə olmayan rayonlarda qaya və daşlıq yerlərdə rast gəlinir.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. Quru, daşlı torpaq şəraitində bitir. Quru, daşlı torpaq şəraitində bitir. Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
Turnefor dağdağanı
Ukrayna, Əfqanıstan, Şimali, Afrika, Kiçik Asiya, Sicilya adası və Cənubi Balkan ölkələrində təbii arealları vardır. Naxçıvan MR-ın dağlıq bölgələrdə (İlandağ, Darıdağ) rast gəlinir. Azərbaycanın nadir bitki növüdür. CR A1ab; B1b (i,iii,iv). Əsasən quru, daşlı-qayalı torpaqlarda təbii halda bitir. Təbii ehtiyatı Azərbaycanda çox deyildir. Turnefor dağdağanı təbiətdə 5–10 m hündürlüyü olan ağacdır. Bitkinin cavan budaqları açıq qəhvəyi və ya sarımtıl rəngdə olub, tüklüdür. Yarpaqları 3-7 sm uzunluğunda, ucu sivri və yarpaqlarının qaidə hissəsi ürəkvaridır. Bitkinin yarpağının üst hissəsi tündyaşıl, alt üzü isə mavi ya tündyaşıl rəngdədir.
Çin dağdağanı
Çin dağdağanı (lat. Celtis sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. Amerika, Çin, Yaponiya, Koreya və Rusiyada təbii halda yayılmışdır. Hündürlüyü 20 m-ə çatan, oval formalı çətirə malik ağacdır. Yarpaqları yumurtavari, ucu sivri, qaidəsi enli, tünd-yaşıl rəngdədir, üstdən hamar, altdan isə çılpaq olur, torşəkilli damarları aydın görünür. Aprel ayında çiçəkləyir, oktyabrda isə meyvəsi yetişir. Meyvəsi tünd-çəhrayı rəngdədir. Ancaq payızda təzə yığılmış toxumlar vasitəsilə artırılır. Quru, daşlı torpaq şəraitində bitir. Böyük Qafqazda rast gəlinir.
Dağdağan
Dağdağan (lat. Celtis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Dağdağan (Heris)
Dağdağan (fars. دغدغان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 162 nəfər yaşayır (43 ailə).
Dağdağan (Xocalı)
Dağdağan — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Krasnıy adlandırılır. Qarabağ silsiləsinin ətəyindədir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdağan kəndinin əhalisinin əhalinin sayı 213 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağdağan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. == Etimologiyası == Toponim Azərbaycanda bitən və qədimdən müqəddəs, pis qüvvələrdən qoruyucu hesab edilən dağdağan ağacının adı ilə bağlıdır. Fitotoponimdir. Azərbaycanda bu bitkinin adı ilə Dağdağan dağı (Xanlar və Şahbuz rayonları), Dağdağanlı dərə (Oğuz, Qəbələ, Qubadlı, Zəngilan, Qazax, Cəlilabad rayonları), Dağdağanlı Qobu (Şəki), Dağdağanlıdüz (Cəbrayıl), Dağdağan təpəsi (Xocavənd) və s. oronimlər də qeydə alınmışdır.
Dağdağan (dəqiqləşdirmə)
Dağdağan — çətənəkimilər fəsiləsinə aid bitki cinsi. Dağdağan (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Dağdağan aşırımı — Şahbuz rayonu ərazisində, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım.
Dağdağan aşırımı
Dağdağan aşırımı – Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım (hünd. 2858,5 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacında vulkanogen törəmələr Orta Pleystosenin flüvioqlasial çöküntülərilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli qırılma pozulması keçir.
Hamar dağdağan
== Ümumi yayılması == Rusiya (Krım), Kiçik Asiya, İran və Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəklikdə yayılıb. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərdə, Kür-Araz ovalığında, Naxçıvan MR-də, Lənkəranda (Diabar) və s. rayon ərazilərində təsadüf edilir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Dağətəklərində quru daşlı yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15 m olan alçaqboylu ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zoğları qəhvəyi və ya qonur, yaşlı gövdəsinin qabığı isə bozumtul-qonur rəngdədir. Cavan budaqlar açıqqonur və ya açıqqəhvəyi rəngdədir.